Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3741/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əsassız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 iyul 2024-cü il tarixli, 2(103)3808/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh Birlik) arasında xx.xx.2012-ci il tarixdə cavabdeh Birlik tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanına abonentin iştirakı ilə küçədə G-4 itron-smart tipli, 1202AQ**********6 nömrəli sayğac quraşdırılaraq, 01469143 nömrəli plomb vurulmuş və həmin ünvana **********00001 nömrəli abonent kodu verilmişdir.
2. İddiaçıya məxsus Abonent saldosunda müxtəlif illərdə aktlar tərtib edilərək qeyd edilmişdir ki, iddiaçı cavabdehə ümumilikdə 7283,20 manat borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh İstehsalat Birliyə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Birlik tərəfindən əsa ssız hesablanmış 8382,83 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddia işin faktiki hallarına istinad edilərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, iddiaçı, faktiki olaraq ünvan 2 ünvanında yaşayır. Cavabdeh birlik tərəfindən iddiaçıya abonent kodu verilmişdir. Lakin "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında" akt tərtib edilməmiş və iddiaçı ilə cavabdeh Birlik arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə bağlanmamışdır. xx.xx.2012-ci il tarixdə sayğac quraşdırıldıqdan 12 gün sonra hesab koduna 151.20 manat qeyri-qanuni borc yazılmışdır. xx.xx.2015-ci il tarixdə quraşdırılmış qaz sayğacında sızma baş verdiyindən, cavabdeh Birliyin təmir qrupu abone ntin iştirakı ilə 1202AQ**********6 nömrəli sayğacın 01469143 nömrəli plombunu qırmış, qaz sızmasını aradan qaldırmış, yeni plomb vuraraq və "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında" ******* nömrəli akt tərtib edilmişdir. Yenə də iddiaçı ilə cavabdeh Birliyi arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” heç bir müqavilə bağlanmamışdır. Qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədi ilə xx.xx.2018-ci il tarixdən başlayaraq cavabdeh Birlik tərəfindən əhali üçün quraşdırılmış həmin sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulduğundan, iddiaçının iştirakı ilə quraşd ırılmış 1202AQ**********6 №li qaz sayğacına baxış keçirilmiş, heç bir nöqsan aşkar edilməmiş və yeni 05850799 nömrəli plomb vurulmuş, lakin akt tərtib edilməmişdir. xx.xx.2020-ci il tarixdə G-4 itron-smart tipli, 1202AQ**********6 nömrəli sayğacın istismar müddəti bitdiyindən, əvəzetmə adı ilə yeni tipli, Zenner G4T mexaniki, ********** nömrəli sayğac ilə əvəz edilmiş, 10141562 nömrəli plomb vurulmuş, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” ******* nömrəli akt tərtib edilmiş və nəhayət həmin gün iddiaçı ilə cavabdeh Birlik arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı” barədə D-4434 nömrəli müqavilə bağlanmışdır. Onun tərəfindən nə sayğaca, nə də küçədəki qaz xəttinə heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşu lmamışdır. Sayğac və qaz xətti küçədə yerləşdiyindən, sayğaca və qaz xəttinə abonent tərəfindən müdaxilə edilmə aşkarlanmamışdır. Əraziyə nəzarət edən cavabdeh Birliyin əməkdaşları tərəfindən, təlimata əsasən qaz sayğaclarına və qaz xəttinə hər ay baxış keçirilmiş və sayğaclarda elektron tablodakı göstəricilər cavabdeh Birliyin bazasına ötürülürdü. İddiaçı qeyd etmişdir ki, küçədə quraşdırılmış qaz sayğacına və qaz xəttinə abonent nəzarət etmir və sayğacın işlək vəziyyətdə olmasına, qaz xəttinin deşilməsinə abonent cavabdeh deyildir. Ümumiyyətlə, onun və ailə üzvlərinin həmin aktlardan xəbərləri olmamışdır. Aktlar birtərəfli qaydada tərtib edilmiş, həmin aktları özü və ailə üzvləri tərəfindən imzalanmamışdır. İmzalamadığı həmin aktlar əhəmiyyətli sübut sayılmır. Aktlar tərtib olunarkən bir nüsxəsi abonentə verilməli idi. Cavabdeh Birlik xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixə qədər müəyyən vaxtlarda iddiaçının iştirakı və imzası olmadan 13 ədəd - ******* № li, ******* № li, ******* № li ******* № li, ******* № li, ******* № li, ******* № li, ******* № li, ******* № li ******* № li, ******* № 10274235 № li və ******* № li “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib etmiş, həmin aktlarda abonentin imza etməsindən imtina olunması qeyd edilmiş və qaz xəttinə sayğacdan kənar qoşulma faktını sübut etmədən xx.xx.2022- ci tarixə qədər iddiaçının hesab koduna 8382.83 manat borc yazmışdır. Abonentə təklif olunmuş və onun iştirakı ilə xx.xx.2015-ci il və xx.xx.2020-ci il tarixlərdə tətib edilmiş "Qaz sayğacının çıxarılması, quraşdırılma sı və istismarı haqqında aktlara, həmçinin “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” D-4434 nömrəli müqaviləyə imza etmişdir. Qanunsuz tərtib edilmiş aktlarla bağlı abonentə heç bir məlumat verilməmişdir. Cavabdeh Birliyinin təqdim etdiyi fotoşəkillər onun ünvanına aid olmamışdır. Cavabdeh Birliyinin tərtib etdiyi - ******* № li, ******* № li, ******* № li ******* № li, ******* N li, ******* № li, ******* № li, ******* № li, ******* № li ******* № li, ******* № 10274235 № li və ******* № li aktlara əsasən, guya sayğacdankənar qeyri-qanuni təbii qazdan istifadə edilmiş və birliyə külli miqdarda ziyan dəymişdir. Cavabdeh birlik tərəfindən qaz xəttinə məhz iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutlar ona təqdim edilməmişdir. İmzası olmayan həmin aktlar qaz xəttinə müdaxilənin onun tərəfindən edildiyini təsdiq etməmişdir. Təbii qazdan sayğacdan kənar hər-hansı bir vasitə ilə qeyriqanuni istifadə edilmişdirsə, küçədəki qaz kəmərinə birləşmə olmalı idi. Həmin birləşmə qaynaq vasitəsilə yarandığından hər bir halda küçədəki qaz xəttində qaynaq izləri qalır. Bu səbəbdən müstəqil məhkəmə ekspertizasının yerində baxış keçirməsi zərurəti yaranmışdır. Bundan əlavə, xx.xx.2022-ci il tarixli GASREP-də qeyd edilmişdir ki, iddiaçı sərfiyyata uyğun olaraq hər ay ödənişlər etmişdir. xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər 3546 m3 qaz sərfiyyatına görə 528 manat ödəniş edilmiş və qeyri-qanuni yüklənmiş 8382.83 manat borca görə 173.44 manat pul tutulmuşdur.
5. Cavabdeh Birlik tərəfindən iddia tələbinə qarşı etiraz təq dim edilərək qeyd edilmişdir ki, iddiaçı tərəfindən ayrı-ayrı vaxtlarda qaz sayğacına qanunsuz qoşulmalar edildiyini, bunu sübut edən fotoçəkilişlərin olduğunun və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçıya məxsus abonent saldosu cədvəlində olan məbləğ 8556.27 manat təşkil etmişdir.
7. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.
8. Abonent saldosunda qeyd edilmişdir ki, iddiaçıya 2015-ci il üzrə akta görə 280,80 manat, 2017-ci il üzrə aktlara görə 1097,20 manat, 2018-ci il üzrə aktlara görə 1583,40 manat borc, 2019-cu il üzrə akta görə 1053 manat, 2020-ci il üzrə aktlara görə 1361,40 manat, 2021-ci il üzrə aktlara görə 264,50 manat borc və 2022-ci il üzrə akta görə 1425,60 manat borc olmaqla ümumilikdə 7283,20 manat borc hesablanmışdır.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Həqiqət Mahmudova) 19 yanvar 2024-cü il tarixli, 2(008)-96/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Birlik tərəfindən iddiaçıya hesablanmış 7132 manat məbləğində borcun silinməsi, cavabdeh Birlikdən 91,32 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 165 manat cavabdeh Birliyindən alınaraq Azə rbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, iş üzrə alınmış xx.xx.2023-cü il tarixli ekspert rəyi toplanmış mötəbər sübutlarla müəyyən edilən halları özündə əks etdirən məlumatlar əsasında elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşmüşdür.
11. Cavabdeh Birliyin əməkdaşları tərəfindən abonentin sayğacdankənar təbii qazdan istifadə etməsi ilə əlaqədar 2015-ci, 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci və 2022-ci il tarixlərdə aktlar tərtib edilmiş və həmin aktlara uyğun olaraq dəymiş ziyan məbləği olaraq ümumilikdə 7132 manat pul vəsaiti hesablanmışdır.
12. Məhkəmə həmin aktlar la bağlı qeyd etmişdir ki istehlakçının qazpaylayıcısına davamlı zərər vurmasına görə qazpaylayıcının səssiz qalaraq, akt tərtib etməklə kifayətlənməsi inandırıcı görünməmişdir. Belə ki, qanunsuz qaz xəttinə qoşulmasına təkcə vurulmuş zərər deyil, həmçinin əmələ görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən bu istiqamətdə hər hansı hərəkət edilməsi isə iş materiallarında müəyyən edilməmişdir.
13. Məhkəmə əlavə olaraq onu da qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən 8382,83 manat məbləğində borcun silinməsini xahiş etsə də, məhkəmə tərəfindən aktlar üzrə cəmi 7132 manat borcun yarandığı müəyyən edildiyindən və iddiaçı qalan 1250,83 manat (8382,83-7132=1250,83) borcun necə yarandığını və hansı səbəbdən s ilinməli olduğunu əsaslandıra bilməmişdir. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməmişdir.
14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi qismən təmin edilərək, 2015-2022-ci illərdə tərtib edilmiş aktlar üzrə hesablanmış cəmi 7132 manat əsassız hesablanmış zərər məbləği iddiaçıya məxsus abonent hesabından silinməlidir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 1.3, 1.4, 3.4.1, 6.1.2, 6.5-6.7-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 560.1-560.3, 560.3.5.2 -ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1, 217.4-cü maddələrinə «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1. 5, 9.4, maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh (Vəkil) apellyasiya şikayəti verərək, Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-96/2024 nömrəli qətnaməsinin yəni iddianın təmin edilən hissəsinin ləğv edilərək və həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birliyin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi istehlakçıya (nümayəndəsinə) təqdim edilmişdir və istehlakçının həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etməmiş. Bundan əlavə olaraq birliyin əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünüb ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Digər tərəfdən hər dəfə qeyri-qanuni birləşmə Birliyin əməkdaşları tərəfindən ləğv edilərək bununla bağlı aktlar tərtib edilsə də, istehlakçı təkrarən qaz xəttinə qeyri-qanuni birləşmə ilə qoşularaq təbii qazdan qanunsuz istifadə etməyə davam etmişdir. Cavabdeh birliyə vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir.
18. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının yaşadığı ünvanda təbii qazdan qeyriqanuni birləşmə vasitəsilə istifadə halları aşkar edilən zaman çəkilmiş fotoşəkillər məhkəməyə təqdim edilmişdir. Həmin fotoşəkillərdə qaz xəttinə qanunsuz qoşulma olması aydın görsənmişdir. Eyni zamanda cavabdeh birliyin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi istehlakçıya (nümayəndəsinə) təqdim edilmişdir və istehlakçının həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Məhkəmə ekspert rəyinə istinad edərək iddia tələbini qismən təmin etmişdir. Bununla əlaqədar qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edilmişdir ki, trasoloji ekspertiza rəyindən də məlum olduğu kimi ekspert yalnız sayğaca və sayğacın giriş-çıxış xətlərinə baxış keçirməklə rəy vermişdir. Halbuki birliyin təqdim etmiş və iş materiallarına əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, sayğacdan kənar qoşulm a sayğacın giriş-çıxış xəttindən yox, başqa yerdən olmuşdur. Lakin ekspert tədqiqatı iş materiallarında olan sənədlərlə müqayisəli şəkildə aparmamış, qanunsuz birləşmənin mövcud olduğu yerləri tədqiq etməmişdir. Bu səbəbdən də ekspert rəyi ilə iş materiallarında olan digər sübutlar, xüsusilə də fotoşəkillər arasında kifayət qədər ziddiyyətlərin (fotoşəkillərdən açıq-aşkar görünür ki, iddiaçıya məxsus ünvanda qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur), həmçinin də ekspert rəyinin mötəbərliyi ilə bağlı kifayət qədər şübhələrin olmasına baxmayaraq məhkəmə təkrar ekspertiza təyin etməmiş, ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirməmiş və bununla da birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normaları ilə bağlı da pozuntuya yol ver ilmişdir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 iyul 2024-cü il tarixli, 2(103)3808/2024 saylı qətnaməsi ilə (hakimlər Namiq Cəfərov - sədrlik edən və məruzəçi, İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə) cavabdeh Birliyin apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməyə haqlı olmuşdur.
21. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, cavabdeh Birliyin əməkdaşları abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi ilə bağlı müxtəlif tarixlərdə aktlar tərtib edilərək, həmin aktlara əsasən dəymiş zərərin məbləği (itirilmiş qazın dəyəri) müəyyən edilmişdir. Bu aktlar ın heç birində abonentin və şahidin imzası olmamışdır. Aktlar cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib edilərək və özləri tərəfindən imzalanmış, aktı tərtib edərkən qeyd etmişlər ki, abonent aktı imzalamaqdan imtina etmişdir.
22. Kollegiya hesab etmişdir ki, iddiaçının qazdan sayğacdankənar istifadə etdiyini sübutetmə yükü cavabdehin üzərinə düşmüyü halda cavabdeh bunu sübut edə bilməmişdir. Cavabdeh Birliyin imkanı olaraq qazdan sayğacdankənar istifadə faktını (qanunsuz çəkilən qaz xəttini və s.) video-audioyazı ilə qeydə alsın, lakin bunu etməmişdir. Təqdim edilən fotoşəkillər qazdan sayğacdankənar istifadənin mövcud olduğunu müəyyənləşdirməyə imkan verməmiş, iddiaçı bu fotşəkillərin onun evinə aid olmadığını bildirmişdir.
23. Birinci instansiya məhkəməsinin icraatı zamanı qaz xət tinə sayğacdankənar qoşulma faktının olub-olmadığının müəyyən edilməsi üçün ekspertiza təyin edilərək müəyyən suallar qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 316-16/2-3/1688 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədiyini və qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədiyini bildirilmişdir.
24. Bundan başqa, məhkəmə kollegiyası onu da bilidrmişdir ki, əgər hesab olunsa ki, təbii qazdan sayğacdankənar istifadə edilib, belə halda həmin fakt ilk dəfə aşkar edilərkən cavabdeh Birlik öz statusuna görə bu hərkətləri etməyə borclu idi: 1) təbii qazdan sayğacdan kənar istifadənin qarşısının almaq; 2) təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonenti inzibati məsuliyyətə cəlb etmək; 3) təbii qazdan istifadə qaydaların pozulmasına görə abonentin mülki məsuliyyətə cəlb edilməsini təmin etmək, yəni zərərin əvəzinin ödənilməsi üçün iddia qaldırmaq. Lakin cavabdeh Birlik uzun müddət ərzində bunları etməyib, öz hərəkətsizliyi ilə zərərin həcminin artmasına şərait yaratmişdir. Hətta sayğac üzrə istifadə edilən qazın dəyəri tam həcmdə ödənilməmiş, buna baxmayraq cavabdeh Birlik qaz təchizatını dayandırmamışdır. Borcun məbləği artdıqda abonentin ödəmə qabiliyyəti olmadığına görə istehlak edilmiş qazın dəyərinin alınması mümkün olmur, borcun tutulması barədə məhkəmə qətnamələri isə icrasız qalır. Ona görə də təbii qazdan sayğacdan kənar istifadə faktı ilk dəfə aşkar edilən kimi cavabdeh Birlik zərərin həcminin atmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə borcludur.
25. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, qətnamə mübahisələndirilən hissədə, yəni iddianın təmin edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalı. Qətnamə iddianın rədd edilməsinə aid hissədə mübahisələndirilmədiyinə görə, həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmamışdır.
26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın göstərişlərinə istinadla əsaslandırmışdır. a) Kassasiya şikayətinin və ona etirazın dəlilləri
27. Cavabdeh birlik (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasını n xx.xx.2024-cü il tarixli 2(103)-3808/2024 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə də qətnamə qəbul edərkən yanlış nəticəyə gəlmişdir. Belə ki, cavabdeh Birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı tərəfindən müxtəlif vaxtlarda qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqınd a” Aktlarla rəsmiləşdirilmiş, hər fakta dair ayrıca fotoşəkillər çəkilmişdir (iş materiallarında vardır). İddiaçı tərəfin qanunsuz çəkdiyi qaz xətti cavabdeh birliyin əməkdaşları tərəfindən dərhal qazpaylayıcı şəbəkədən ayrılmış, təbii qazın verilişi isə dayandırılmışdır.
29. Xüsusi olaraq qeyd edilmişdir ki, cavabdeh birliyin əməkdaşları tərəfindən görülmüş qanunamüvafiq tədbirlər abonentin yenidən qaz xəttinə qanunsuz qoşulması kimi təkrar halları istisna etməmişdir. Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmış və istehlakçıya məxsus abonent saldosuna onun tərəfindən könüllü ödənilməsi məqsədi ilə yerləşdirilmişdir.
30. Həmçinin şikayətçi bildirmişdir ki, qanunvericilikdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın tərtib olunması ilə bağlı hal şahidinin iştirakının məcburi olması, həmçinin də qanunsuz istifadə ilə bağlı Birliyə vurulmuş maddi ziyanın yalnız məhkəmə qaydasında tələb olunması ilə bağlı hər hansı bir məcburi norma olmamışdır. Başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsinin cavabdehin əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünüb ki, istehlakçı tərəfindən qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda paylayıcının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin zərərin vurulması faktının mövcud olma sı, zərər vuran şəxsin təqsirli olması və s. bu kimi zərərin ödənilməsi tələbinə əsas verən halları təsdiqləyən və özündə əks etdirən sübutların iş materiallarına əlavə edilməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsi kimi qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir.
31. Apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfin təqsirli və qanunazidd hərəkətləri nəticəsində cavabdeh təşkilata vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğini qanunsuz olaraq silməsi nəticəsində, iş üzrə düzgün olmayan qətnamə qəbul edərək iddiaçı tərəfi mülki hüquqi məsuliyyətdən və zərərin əvəzini tam şəkildə ödəmək vəzifəsindən qanunsuz olaraq azad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya ş ikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
34. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
35. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı
36. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
37. Maddə 1097.3 Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
38. Bənd 1.3. Qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğısatqı müqaviləsinə əsasən həyata keçirilir.
39. Bənd 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstərici lərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
40. Bənd 3.4.1. Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır.
41. Bənd 6.5-6.7. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara adan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən i stehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
42. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə
416. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara v ə hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş material larını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddianın təmin olunmuş hissəsində cavabdeh tərtib etdiyi aktların mötəbərliyini və hesabladığı borcun əsaslı olmasını sübuta yetirə bilməmişdir. Belə olan halda iddia qismən əsaslı sayılaraq təmin edilmişdir.
51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
52. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin ara şdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
54. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Göstə rilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 iyul 2024-cü il tarixli, 2(103)3808/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.