Məhkəmə qərarları › İş №2(102)-3741/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3741/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3741/2025 23.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Sarkarda Alievin Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): borc müqaviləsi (borcun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı Sarkarda Alievin Cavabdeh qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 sentyabr 2025-ci il tarixli 2(103)-4793/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 23 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikas ı Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı Sarkarda Aliev Cavabdeh 28700 manat məbləğində borc vermiş, borcalan isə borcu xx.xx.2023-cü il tarixədək 8000 manat, xx.xx.2023-cü il tarixdən başlayaraq hər ayın ilk həftəsi ayda 500 manat olmaqla xx.xx.2026-cı ilədək qaytarmağı öhdəsinə götürmüşdür.

2. Sarkarda Aliev pretenziya məktubu ünvanlayaraq cavabdehi 28700 manat məbləğin 5 gün ərzində ödənilməsi barədə xəbərdar etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə məlumatlandırmışdır İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Sarkarda Aliev iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 yanvar 2023-cü tarixl i kredit müqaviləsi üzrə ödənilməli olan 28700 manat pulun, 177 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 500 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh müqavilə şərtlərini kobud surətdə pozaraq hər hansı ödəniş etməmiş, bununla bağlı iddiaçı tərəfindən pretenziya məktubu ilə müraciət olunsa da, cavabdeh pulu ödəməkdən imtina etmişdir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3358/2025 nömrəli 19 iyun 2025-ci qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia təmin edilmişdir.

6. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçıya 28700 manat borcu olmuşdur, cavabdeh sözügedən borcun xx.xx.2023-cü i l tarixədək 8000 manat hissəsini, xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək isə qalan hissəsini ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən borc pulun heç bir hissənin geri qaytarılmadığını bildirmişdir, cavabdeh isə məhkəmə iclasına çağırılmasını baxmayaraq məhkəməyə gəlməmiş və ya qeyd edilən borcdan hər hansı bir ödəniş etməsinə dair əsaslı sübutlarını məhkəməyə təqdim etməmişdir.

7. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 425.1, 442, 448.2 və 739.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 88, 107 və 119.1, 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qət namə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi tamamilə formal xarakter daşıyır. Çünki cavabdehin iddiaçıya ümumiyyətlə hər hansı bir borcu olmamışdır. Müqavilə başqa münasibətləri pərdələmək adı ilə bağlanmışdır, yəni görünüş üçün bağlanılan müqavilədir. Tərəflər müqavilə bağlayarkən guya cavabdehin iddiaçıdan borc pul götürdüyü görüntüsünü yaratmışlar. Cavabdeh iddiaçı ilə heç bir dostluq, tanışlıq münasibətində olmamış, yalnız bir şirkətdə fəaliyyət göstərmişlər. Cavabdehlə fəaliyyət göstərdiyi şirkət arasında maliyyə münasibətləri olmuşdur. Lakin bu münasibətlər rəsmi olmadığından onlar bu yolla uydurma əqd bağlamışlar. Lakin faktiki olaraq iddia tələbində qeyd edilən pul məbləği ümumiyyətlə cavabde hə verilməmişdir. Tərəflər müqavilə bağlanılması üçün notariat orqanına yaxınlaşmışlar, daha sonra kredit müqaviləsi bağlanılmış və notariat ofisinin daxilində yerləşən bank filialının kassasına pul məbləği iddiaçı tərəfindən təqdim edilmiş, bundan sonra yenidən iddiaçının özü tərəfindən həmin pul məbləği geri götürülmüşdür. İşə Sabunçu Rayon Məhkəməsində baxılan zaman cavabdehin məhkəmə iclaslarından xəbəri olmamış, bu səbəbdən ədalətli məhkəmə araşdırması hüququndan məhrum olmuşdur.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4793/2025 nömərli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3358/2025 nömr əli 19 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin uydurma əqd olması nəticəsinə gəlmək üçün heç bir əsas yoxdur. Tərəflərin müqavilə ilə başqalarının gözündə bağlanmış əqdin qanuni olması görüntüsünü yaratmaq kimi niyyətlərinin olması, eyni məqsəd güdməsi və eyni mənafedən çıxış etməsi müəyyən olunmamışdır.

12. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən hər bir tərəf istinad etdiyi halı sübuta yetirməlidir. Lakin cavabdeh tərəfindən müqavilənin etibarsızlığına dair hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh şəxsən məhkəmə iclasına gəlib irəli sürdüyü arqumentləri əsaslandırmağa belə cəhd göstərməmiş, iddianın əsassız olması ilə bağlı hər h ansı sübut təqdim etməmişdir.

13. Hazırkı icraat zamanı cavabdehin vəkili-nümayəndəsi cavabdehin xaricdə olması səbəbindən məhkəmə iclasına gələ bilmədiyini bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, EMİS-dən əldə olunmuş məlumatdan görünür ki, cavabdeh sonuncu dəfə xx.xx.2025-ci il tarixdə ölkəyə daxil olmuş və bir daha xaricə getməmişdir, yəni hazırkı icraat zamanı ölkədə olmuşdur. Bu isə cavabdeh tərəfin qeyri-səmimiliyini göstərir.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehin məlumatlandırılmamasına gəlincə məhkəmə qeyd etmişdir ki, məhkəmə bildirişləri 8 aprel 2025-ci il tarixli və 10 iyun 2025-ci il tarixli məhkəmə bildirişləri cavabdehin qeydiyyatda olduğu ünvana göndərilmiş, bu barədə iş materiallarına müvafiq sifarişli poçt reyestrləri əlavə edilmişdir.

15. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş yekun məhkəmə aktı eyni qaydada xx.xx.2025-ci il tarixdə cavabdehə göndərilmiş, ünvanda məhkəmə aktı qəbul edilmiş və cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Göründüyü kimi cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməməsi barədə dəlilləri əsassızdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh (vəkil X1) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4793/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tamamilə rədd edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmışdır. b)

18. Kassasiya şikayətinə qarşı etirazın d əlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

20. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

21. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

22. Maddə 337.

1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

23. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

24. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

25. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

26. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

29. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

30. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

32. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsi nə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

33. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli h üquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozun tusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

44. Cavabdeh Talıdov Hüseyn Rafiq oğlunun kassasiya şikayətinin dəlillər i apellyasiya şikayətlərində və işə aşağı instansiya məhkəməsində baxılan zaman nümayəndəsi tərəfindən irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Hesab edir ki, iddianın təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur, məhkəmə tərəflər arasında olan münasibətlərə maddi hüquq norma larını düzgün tətbiq etmiş, işə baxılan zaman prosessual hüququ normalarının pozulması hallarına yol verməmişdir.

45. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

46. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norm aları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Talıdov Hüseyn Rafiq oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4793/2025 nömrəli iş üzrə 2 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar