Məhkəmə qərarları › İş №2(102)-3742/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3742/2023

29.11.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3742/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa, buraxılmış müddət üzrə əmək haqqının hesablanaraq ödənilməsi, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı “əmək müqaviləsinə xitam verilmə si barədə əmrin ləğv olunması, işə bərpa və buraxılmış müddət üzrə əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3246/2023 saylı, 24 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası arasında xx.xx.2012-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanılmış, əmək müqaviləsinə əsasən iddiaçı cərrahiyyə bölməsinin stomatoloji kabinetinin rəisi vəzifəsinə işə qəbul edilmişdir, daha sonra əmək müqaviləsinin müddəti bir neçə dəfə, sonuncu dəfə isə 17.11 2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 1 il müddətinə uzadılmışdır.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisinin xx.xx.2022-ci il tarixli, 16 №-li əmri ilə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Stomatoloji Poliklinikası ilə iddiaçı arasında 24 fevral 2022-ci il tarixində müddətsiz əmək müqaviləsi bağlanmış və iddiaçı Cərrahi stamotologiya bölməsinin həkim-stomatoloq cərrah vəzifəsinə işə qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı “əmək müq aviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və buraxılmış müddət üzrə əməkhaqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyinin Mərkəzi Poliklinikasının xx.xx.2022-ci il tarixli 16 saylı əmrinin ləğv edilməsi, iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının həkim vəzifəsinə işə bərpa edilməsi və işə bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq ödənilməsi, hüquqlarını müdafiə edən vəkilə ödədiyi 1.000 manat məbləğində pul, mediasiya üçün ödənilən 50 manat məbləğində pul, cəmi 1.050 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.x x.2012-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında Həkim vəzifəsində çalışmağa başlamışdır. Həmin əmək müqavilələri iddiaçıya verilmədiyindən hazırda təqdim edilməsi mümkün deyildir. Müqavilələrin surətinin təqdim edilməsi ilə bağlı cavabdehə müraciət edilsə də, sorğuya müsbət cavab verilməmişdir. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli 16 nömrəli əmr ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Bundan sonra İddiaçı şikayət ərizələri müxtəlif orqanlara, o cümlədən AR ƏƏSMN yanında X5 Xidmətinə müraciət etmişdir. Xidmətdə aparılan yoxlamalar zamanı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən İddiaçı əmək müqaviləsinə AR Əm ək Məcəlləsinin tələbləri pozulmaqla xitam verildiyi müəyyən edilmişdir. Hətta tərəflərindən xx.xx.2022-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Hissə komandiri X7 AR İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinmişdir. Daha sonra xx.xx.2022ci il tarixli MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası bu hüquqpozmaları aradan qaldırmamışdır. Bununla bağlı həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Hərbi Prokurorluğuna da iddiaçı tərəfindən müraciətlər edilmiş və müvafiq cavab məktubları iddiaçıya təqdim edilmişdir. İşin faktiki halı ondan ibarətdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası və iddiaçının hazırda işlədiyi Müdafiə Nazirliyinin Stomatoloji Poliklinikası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinə tabedir. İddiaçının şikayətlərindən sonra rəhbər şəxslər tərəfindən qəbul edilərək ona bildirilmişdir ki, onu işə bərpa edirlər, lakin o artıq fəaliyyətini bir müddət Müdafiə Nazirliyinin Stomatoloji Poliklinikasında eyni əmək şəraitində eyni əmək haqqı miqdarında davam etdirəcəkdir. Sonradan isə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına geri qayıdacaqdır. Bununla bağlı iddiaçı ilə Müdafiə Nazirliyinin Stomatoloji Poliklinikası arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. İşə başladığı zaman iddiaçı müəyyən etmişdir ki, onun əmək haqqı məbləğində fərq mövcuddur. Eyni zamanda stomatoloji poliklinikada onun işləməsi üçün zəruri avadanlıqlar təchiz olunmamışdır. Bu barədə iradını bildirdikdə ona tezliklə köhnə iş yerinə bərpa olunacağı bildirilmişdir. Bunu DƏMX-nin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı da təsdiq edir. Belə ki, həmin qərarda törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün işəgötürənə 10 gün müddət vaxt təyin edilmişdir. Hətta, X5 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda da bu barədə qeyd edilmişdir. Faktiki olaraq əvvəlki işəgötürən tərəfindən iddiaçının əmək şəraiti dəyişdirilmişdir. Sadəcə olaraq həmin əmək şəraitinin dəyişdirilməsinə iddiaçı tərəfindən razılıq verilməyəcəyini cavabdeh bildiyi üçün onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən xitam vermiş, sonradan onu guya yeni yerdə işə təmin etmişdir. Bütün bu qanunsuzluqları başa düşdükdən sonra və Əmək Müfəttişliyi Xidmətinin hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət ərzində aradan qaldırmadığını gördükdən sonra iddiaçı Mediasiya Haqqında AR Qanununun və MPM-in tələbləri nəzərə alınmaqla tərəflər xx.xx.2022-ci il tarixdə mediasiya sessiyasında iştirak etmiş, lakin barışıq əldə edilə bilməmişdir. Bu barədə arayış tərtib olunmuşdur.

6. Cavabdeh iddia ərizəsinin əsassız olduğunu qeyd edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndini rəhbər tutaraq İddiaçı və Mərkəzi Hərbi Poliklinikasının rəisi arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Müddətli əmək müqaviləsinin bağlanmasının səbəbi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “a” bəndində sadalanan hallar idi, yəni əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda”. Bu barədə iddiaçı xəbərdar idi və müqaviləni heç bir irad bildirmədən imzalamışdı. MN Mərkəzi Hərbi Poliklinikanın hərbi təşkilat olması və burdakı xidmətin xüsusi dövlət xidməti olması nəzarə alınaraq bütün hərbi qulluqçulardan və mülki işçilərdən yüksək nizam-intiz am tələb olunur. İddiaçı isə işlədiyi dövr ərzində dəfələrlə nizam-intizamsız işçi kimi özünü göstərmiş, bununla bağlı dəfələrlə intizam tənbehinə məruz qalmışdır. Bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsini rəhbər tutaraq iddiaçıya xəbəredici məktub göndərilib və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 3-cü hissəsinə əsasən iddiaçıya əmək kitabçası və əmrdən çıxarışı təqdim edilərək, ona son haqq hesab ödənilmişdir. Lakin, iddiaçının müraciətini nəzarə alaraq Müdafiə Nazirliyinin Tibb İdarəsinin tab eliyində olan X1 öz peşəsinə uyğun, vəzifə maaşı eyni olmaqla, xx.xx.2022-ci il tarixdən həkimstomatoloq kimi işə qəbul olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294cü maddəsinə əsasən bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır, həmin Məcəllənin 296-cı maddəsinə uyğun olaraq işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. İddia ərizəsindən görünür ki, həmin müddət heç bir üzrlü səbəb olmadan buraxılmışdır və iddiaçı 7 ay sonra məhkəməyə müraciət etmişdir. Həmçinin, iddiaçı iddia ərizəsində qeyd etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Bakı şəhər İdarəsi tərəfindən Poliklinika rəisi tibb xidməti polkovniki X3 Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə təq sirli bilinərək 1.500 manat məbləğində cərimə edilməsinə baxmayaraq Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2026/2022 nömrəli, xx.xx.2022-ci il qərarı ilə ləğv edilərək iş baxılması üçün həmin quruma göndərilmişdir. Həmçinin, Poliklinika rəisi, tibb xidməti polkovniki X7 “Vətən müharibəsi”ndə göstərdiyi fərqlənməyə görə “Vətən Müharibəsi” iştirakçısı adına layiq olunaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur.

7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e2(006)3832/2022 saylı qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli, 16 saylı əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının həkim vəzifəsinə işə bərpa edilməsi, işə bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi, mediasiya üçün ödənilmiş 50 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2012-ci ildən xx.xx.2022-ci il tarixədək fasiləsiz olaraq həmin müəssisədə çalışmışdır. Yəni, faktiki olaraq əmək müqaviləsi müddətsiz olmuşdur. Həmin müddət ərzində işəgötürən tərəfindən qanunvericiliyin tələbləri pozularaq müqavilə nin müddəti uzadılmış, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xitam verilmiş və iş materiallarından göründüyü kimi xitam verilməsi barədə əmrin surəti işçiyə göndərilməmişdir. Sonradan işə bərpa edilsə də, bu zaman da işçinin hüquqları pozularaq, əmək haqqı və əmək şəraiti fərqli işə keçirilmişdir.

9. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, İddiaçı işdən azad edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilən xx.xx.2022-ci il tarixli 16 saylı əmri verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmuş, İddiaçı əmək müqaviləsi həmin Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan ləğv edilmişdir. 10.Bundan başqa, Azərbaycan Res publikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, işçinin əmək kitabçası, son haqq-hesab və digər ödəmələr sonuncu iş günü işçiyə verilməli olduğu halda işəgötürən tərəfindən bu tələblərə əməl edilməmişdir. Qeyd edilən pozuntularla əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən cavabdehin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilmişdir. 11.Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı işdən azad edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli 16 saylı əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmaqla verilmiş, İddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləs i ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmamışdır. 12.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 25, 26, 35-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9, 12, 45, 54, 56, 57, 62, 68.1, 68.2, 76, 83, 84.1, 300-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin təmin olunmayan hissəsində ləğv edilməsi, iddianın həmin hissədə də təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin qanunsuz əmri nəticəsində iddiaçı işdən azad edilmiş, öz hüquqlarının bərpası üçün xərc çəkmişdir. Məhkəmə is ə bu hissədə iddia tələbini təmin etməmişdir. Vəkilə müraciət edən şəxs arasında hüquqi yardım haqqında müqavilə olmadıqda, vəkil order ala bilməz və işə buraxıla bilməz. Məhkəmə tərəfindən onun vəkil və nümayəndə qismində işə buraxılmasına baxmayaraq məhkəmə müqavilənin olmaması səbəbindən iddianı həmin hissədə təmin etməmişdir. Lakin təqdim edilən vəkil orderindən və ödəniş qəbzindən aydın olur ki, müqavilə mövcuddur və 1.000 manat ödəniş olunmuşdur. Belə olan halda məhkəmənin iddianı bu hissədə təmin etməməsi əsassız olmuşdur.

15. Qətnamədən narazı qalan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası da apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Cavab dehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır, həmin məcəllənin 296-cı maddəsinə uyğun olaraq işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 (üç) təqvim ayı ərzində müraciət edə bilər. İddiaçı müraciət etdiyi iddia ərizəsində görünür ki, həmin müddət heç bir üzrlü səbəb olmadan buraxılmışdır və İddiaçı 7 (yeddi) ay sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 24 yanvar 2022-ci il tarixli 16 saylı əmri ilə İddiaçı əmək müqaviləsinə (kontraktına) xitam verilərkən əmək hüquq münasibətlərinə, maddi və prosedur xarakterli normalarının pozuntularına yol verilmədiyi üçün id dia tələbi tamamilə əsassızdır. Bakı şəhəri Nəsimi rayon məhkəməsi tərəfindən araşdırma natamam, səthi və birtərəfli aparıldığı üçün düzgün və ədalətli olmayan bir qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin və 87ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək kitabçası və əmrin surəti işçiyə təqdim etmək üçün İddiaçı ilə kadrlar üzrə mütəxəssisi tərəfindən telefon əlaqəsi saxlanılmış və o, iş yerinə dəvət olunmuşdur. Lakin İddiaçı xx.xx.2022-ci il tarixdə iş yerinə gəlməmişdir və ona məxsus sənədlər (əmək kitabçası və əmrin surəti) xx.xx.2022-ci il tarixdə iş yerinə gələrkən özünə təqdim edilmişdir. İddiaçı müraciəti nəzərə alınaraq Müdafiə Nazirliyinin Tibb İdarəsinin tabeliyində olan X2 öz p eşəsinə uyğun, yüksək maaşla xx.xx.2022-ci il tarixdən həkim-stomatoloq kimi işə qəbul olunmuşdur.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3246/2023 saylı, 24 may 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, işin hallarından da müəyyən olunur ki, iddiaçı tərəfində n hazırkı iddianı qaldırmaq üçün əmək qanunvericiliyi ilə müəyyən edilmiş müddət ötürülmüş, müddətin ötürülməsi üzürlü səbəbdən baş verməmişdir. 21 İşdən də görünür ki, cavabdeh birinci instansiya məhkəməsində iddia ərizəsinə etiraz verərək iddiaçı tərəfindən iddia müddətinin heç bir üzürlü səbəb olmadan buraxıldığına da istinad etmiş, xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehlərin nümayəndələri iddia müddətinin keçməsi ilə bağlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişlər. Lakin birinci instansiya məhkəməsi bunu nəzərə almamış, iddia müddətinin keçib-keçmədiyinə hüquqi qiymət verməmişdir.

22. Əmək müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə məlumatlar vərəqəsindən də aydın olur ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən – xx.xx.2021-ci il tarixədək 1 (bir) il müddətinə uzadılmış, həmin sənəd iddiaçı tərəfindən imzalanmışdır. Beləliklə, iddiaçı müqavilə müddətinin başa çatma tarixi barədə məlumatlı olmuşdur.

23. Məhkəmə həmçinin qeyd etmişdir ki, onun xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən başqa iş yerində işə başlaması ona dəlalət edir ki, iddiaçı onunla əvvəlki işəgötürənlə əmək müqaviləsinə xitam verilməsi barədə məlumatlı olmuşdur.

24. Həmçinin, iddiaçının özünün bildirdiyinə görə əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verildikdən 2 ay sonra ona son-haqq hesab ödənilmişdir. Bu hal nəzərə alınsa da, iddiaçı xx.xx.2022-ci il tarixdən 1 aylıq iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etmişdir.

25. Bütün bu göstərilənlərə nəzərə alan məhkəmə kollegiyası bu nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi irəli sürülərkən əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür ki, iddia müddətinin ötürülməsi də iddianın rədd olunması üçün əsasdır. Kassasiya şikayətinin dəlilləri 26 İddiaçı (Vəkil) qətnamədən kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3246/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayətində qeyd edilənlər iddi ərizəsi və apellyasiya şikayəti ilə eynilik təşkil edir.Qeyd edilənlərdən əlavə iddiaçı bildirmişdir ki, cavabdeh təşkilatın rəhbərliyi iddiaçını əmin etmişdir ki, onu yenidən işə bərpa edəcəklər. Lakin müəyyən edilmiş müddət ərzində bu baş vermədiyindən iddiaçı hüquqları nın pozulduğunu anlamış və müvafiq olaraq xx.xx.2023-cü il tarixdən mediasiya prosesinə başlamışdır. Bütün bunlar onu deməyə əsas verir ki, iddiaçının hüquqlarının pozulduğunu bildiyi an məhz həmin andan hesablanmalıdır. Məhkəmə qətnamə qəbul edərəkən maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri.

28. İddiaçının kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

29. Maddə

45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

30. Maddə 68, İ hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən ed ilmiş əsaslarla və qaydada xitam verilə bilər. 31..Maddə 68, İİ hissə «b» bəndi. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsaslardan biridir.

32. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

33. Maddə 296, İ-hissə. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bil ər. 34..Maddə 296, İİ hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

35. Maddə 296, İİİ hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

36. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

37. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

38. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 39. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2001-ci il tarixli Qərarı: 40. “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamı nın nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”.

41. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı: 42. “İşin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərə f, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər”.

43. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı:

44. X5 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halları na uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiy a məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Qətnamədən kassasiya şikayəti verən kassator qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması v ə ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

56. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3246/2023 saylı, 24 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar