Məhkəmə qərarları › İş №2(102)-3743/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3743/2022

14.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3743/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “ziyan və əldən çıxmış fayda” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: tapşırıq müqaviləsi, öhdəliyin icrası, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2(105)-679/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati b inasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Təxminən 2018-ci ilin payız aylarında şifahi formada bağlanmış tapşırıq müqaviləsinə əsasən Hacıyev X1 Emin Sahib oğlunun vəsaiti hesabına alınmış 130 baş xırda buynuzlu heyvanları ona məxsus Xaçmaz rayonu, Laman kəndi ərazisində sahəsi 14 ha olan fermada saxlamağı, İddiaçı isə əvəzində cavabdehə aylıq 300 manat məbləğində muzd ödəməyi öz öhdəsinə götürmüşdür. 2. 2019-cu ilin yayında Cavabdeh iddiaçının göstərişi əsasında heyvanları 18000 manata satmış, lakin həmin məbləği iddiaçıya qaytarmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus 130 baş qoyunun satışından əldə edib qaytarmadığı 18000 manatın, ona məxsus 1 ton arpanı satdığına görə əldə etdiyi 250 manatın, 3000 manat əldən çıxmış faydanın və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasındakı razılaşmaya əsasən iddiaçı 2018-ci ilin payız aylarında 18000 manata 130 baş qoyun və 23 baş keçi alaraq baxmaq üçün cavabdehə təhvil verərək, heyvanlara və fermaya baxması üçün ona hər ay 300 manat əmək haqqı verməyi öhdəsinə götürmüş və öhdəliyini vaxtı-vaxtında icra etmişdir. 2019-cu ilin iyul ayında cavabdehın 130 baş qoyunu satıb pulunu ona göndərməsini xahiş etmiş, bir müddət sonra cavabdeh heyvanları 18000 manata satdığını bildirərək, ona birgə ticarət etməyi təklif etmişdir. O, isə razıl aşmayaraq, pulunu 1-2 aya verməsini xahiş etmiş, lakin cavabdeh pulu qaytarmamışdır. Bundan başqa, fermanın ərazisində 14 ha ərazidə arpa əkib, fermanın anbarına 25 ton arpa qoymuş, lakin fermaya gəldiyi zaman ona məlum olmuşdur ki, cavabdeh 1 ton arpanı sataraq pulunu mənimsəmişdir. Cavabdeh tərəfindən pulunun vaxtında qaytarılmaması səbəbindən zərərə düşmüş, 5 aydan çox müddətdə məşğul olduğu ticarət dövriyyəsini çoxaldaraq, 3000 manatdan yuxarı gəlir əldə edə bildiyi halda, cavabdehin hərəkətləri nəticəsində həmin gəlirdən məhrum olmuşdur.

5. Xaçmaz Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(067)-661/2020 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Xəlilov) iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 18000 manatın tutulması, iddianın qalan hissəsi rədd olunması qət edilmiş dir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh həm Xaçmaz RPŞdə, həm də məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan heyvanların alınması və fermada saxlanması üçün 18000 manat aldığını etiraf etmişdir. Cavabdeh heyvanların saxlanması üçün 13061 manat sərf olunduğunu bildirsə də, qeyd edilən halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının 18000 manat maddi zərərə məruz qalması müəyyən edilmişdir.

7. Lakin iddiaçı tərəfindən 1 ton arpanın satılmasına görə dəymiş ziyan və əldən çıxmış faydaya dair mötəbər sübutlar təqdim edilmədiyindən məhkəmə iddianı həmin hissədə əsaslı hesab etməmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini, Az ərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21, 386.1, 1096, 1097.1-ci və Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(067)-661/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya məhkəməsinə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 avqust 2021-ci il tarixli rəyinə əsasən 1 baş xırda buynuzlu heyvanın 6 ay ərzində saxlanması, yemlənməsi və dərmanlanması üçün lazım olan məbləğin 25-28 manat olması nəzərə alınmaqla, ümumilikdə lazım olan vəsait 25 manat olduğu halda 3250 manat (25x130), 28 manat olduğu halda 3640 manat (28x130) təşkil edir.

11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2(105)-679/2021 nömrəli qətnaməsi ilə (hakim S.A.Qafarinin sədrliyi və məruzəsi ilə, hakimlər İ.K.Dəmirovdan və T.Q.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(067)661/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, Cavabdeh 12560 manat alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

12. Apellyasiya instansiya məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq qeyd etmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında 130 baş qoyunun saxlanılması üçün razıl ıq olmuş, iddiaçı bunun müqabilində hər ay cavabdehə 300 manat məbləğində pul verəcəyini öhdəsinə götürmüşdür. 2019-cu il iyul ayında iddiaçı cavabdehə zəng edərək 130 baş qoyunu sataraq pulunu ona göndərməsini xahiş etmiş, cavabdeh isə apellyasiya şikayətində qeyd olunan heyvanların iddiaçının tapşırığına əsasən satıldığını və həmin heyvanların saxlanılması üçün 13600 manat sərf olunduğunu bildirərək iddianı bu hissədə qəbul etməmişdir.

13. Apellyasiya məhkəməsi, Mülki Məcəllənin 783.1 və 786.5-ci maddələrinin tələbləri baxımından hesab etmişdir ki, heyvanların saxlanılması üçün cavabdeh tərəfindən xərclənmiş iş üzrə keçirilmiş ekspertizanın rəyində göstərilən 3640 manat vəsait heyvanların satışından əldə edilmiş vəsaitin iddiaçıya ödənilməsi zamanı nəzərə alınaraq, həmin məbləğdən çıxılm alıdır (18000-3640=14.360 manat).

14. Bununla yanaşı, tərəflər heyvanların saxlanması üçün iddiaçı tərəfindən cavabdehə 300 manat əmək haqqı verilməsi barədə razılaşmış olsalar da, iddiaçı məhkəməyə həmin məbləğin 6 ay ərzində cavabdehə verilməsini təsdiq edən tutarlı sübutlar təqdim etməmişdir.

15. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 783.2-ci maddəsini rəhbər tutaraq hesab etmişdir ki, heyvanların saxlanılması üçün tərəflərin razılaşdıqları (300x6=1800 manat) məbləğ də iddiaçının tələb etdiyi məbləğdən çıxılmalıdır (14360-1800=12560 manat). Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

16. Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2(105)-679/2021 nömrəli qətnaməsinin ləğv edilməs i və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 783.1, 786.5-ci və Mülki Prosessual Məcəlləsinin 76.1-cü maddələri pozulmuşdur. Belə ki, cavabdeh heyvanları 10 ay ərzində saxlasa da, məhkəmə yalnız 6 aylıq müddət üçün əmək haqqını və saxlama xərcini heyvanların satışından əldə olunmuş məbləğdən çıxmışdır. Digər tərəfdən, məhkəmənin istinad etdiyi rəy əsassız olmuşdur. Belə ki, rəydə 1 ay ərzində 1 baş xırda buynuzlu heyvanın saxlanılması üçün 4,65 manat vəsait tələb olunduğu qeyd olunmuş, halbuki 1 baş xırda buynuzlu heyvan 1 ay ərzində ən azından 4-5 bağlama ot yeyir ki, bir bağlama otun dəyəri 4 manatdan aşağı de yil. İddia ərizəsinə etirazda və apellyasiya şikayətində heyvanlara baxdığı müddətdə sərf olunmuş vəsaitlər göstərilsə də, məhkəmə buna əhəmiyyət verməmiş, sübutları nəzərə almamışdır.

18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

19. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

21. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbləri qismən təmin olunsa da, iddiaçı tərəfindən kassasiya şikayəti verilməmişdir. Kassasiya şikayətini cavabdeh vermiş və qətnamənin iddianın təmin olunmuş hissəsi mübahisələndirmişdir. Odur ki, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılm ası təşkil edir. Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 777.1-ci maddəsinə əsa sən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şər aitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 786.5-ci maddəsinə əsasən əgər vəkalət alan tərəfindən müqaviləyə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbə görə xitam verilirsə, vəkalət alan vəkalət verəndən görülmüş işlərin haqqını tələb edə bilər.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə gör ə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən ş əxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətind ə irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin iddiaçıya tapşırıq müqaviləsindən irəli gələn borcu olması iş materialları ilə sübut olunmuşdur.

26. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının heyvanlarını daha uzun müddət ərzində saxladığını, habel ə onların saxlanmasına daha çox vəsait xərcləməsini iddia etsə də, bununla bağlı hər hansı mötəbər sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.

27. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

28. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

29. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkə məsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2(105)-679/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar