Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3744/2025 13.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş mülki hüquq pozuntusundan irəli gələn mübahisə, real zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4715/2025 nömrəli, 8 s entyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 13 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xx.xx.2021-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən “X12” MMC tərəfindən “Hyundai Tucson” minik markalı avtomobil 36 ay müddətinə Cavabdeh2 istifadəsinə verilmiş, X1 da 15.500 manat pul məbləğini “X12” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür.
2. Cavabdeh1 xx.xx.2022-ci il tarixli etibarnamə ilə “X12” MMC-yə məxsus olan “Hyundai Tucson” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 185 nömrəli lizinq müqaviləsi şərtləri çərçivəsində idarə edə bilər. Etibarnamə xx.xx.2022-ci il t arixinədək qüvvədədir. 3. xx.xx.2022-ci il tarixdə Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 7.2-ci kilometrində Cavabdeh1 idarə etdiyi, “X12” MMC-nin mülkiyyətində olan “Hyundai Tucson” minik markalı **-PE-*** dövlət qeydiyyat nişanlı İddiaçı mülkiyyətində olan, oğlu X3 etibarnamə ilə idarə etdiyi “Lexus ES 350” minik markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin və daha iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir.
4. Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Qərar ilə, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, Cavab deh1 barədə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh görülməsi qərara alınmışdır.
5. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə AR DİN–in Baş İstintaq və Təhqiqat İdarəsinə verdiyi izahatda bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində ona məxsus idarə etdiyi “Hyundai” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə “Şamaxinka”dan evə tərəf gedərkən avtovağzalın qarşısında yol nəqliyyat hadisəsi keçirtmiş və Masazır qəsəbəsində sol zolaqlara keçərək 80-90 km/saat surəti ilə hərəkətdə olarkən “Range Rover” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sol hissəsində toqquşmuşdur.
6. Cavabdeh1 barəsində xx.xx.2022-ci il tarixli TP ******* nömrəli yol hərəkət qaydaları və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərar tərtib edilmişdir. Qərara əsasən Cavabdeh1 xx.xx.2022-ci il tarixdə saat 16:00 Bakı-Quba yolu 7,2 km “Hyundai Tucson” minik markalı **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində avtonəqliyyat hadisəsi baş vermiş və Cavabdeh1 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və barəsində İXP4856671 nömrəli protokol tərtib edilmişdir. 7. 005-817 nömrəli xx.xx.2022-ci il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa və arayışa əlavəyə əsasən AR DİN BİTİ bildirmişdir ki, 2022-ci il 23 iyul tarix də saat 16:00 dəqiqədə Bakı-Quba yolu 7,2 km yol nəqliyyat hadisəsi baş vermiş. Yol nəqliyyat hadisəsinin növü – toqquşmadır. İnzibati xətalar haqqında işlərə və ya cinayət işlərinə baxmağa səlahiyyəti olan orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarına əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs barədə məlumatlara əsasən “Hyundai Tucson” – **-PE-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi həmin avtonəqliyyat vasitəsinin mülkiyyətçisi və sürücüsü: "xxxx" MMC – Cavabdeh1dır. Zərər dəymiş avtonəqliyyat vasitəsinin mülkiyyətçisi - İddiaçı, hadisə zamanı nəqliyyat vasitəsini idarə edən şəxs - X4r. 8. 07.10.2022-ci il tarixdə İddiaçı AR Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanladığı ərizəyə əsasən İddiaçı, “Lexus ES 350” markalı **-MT-*** dövlət qeydiyyat nişa nlı avtomobil üzrə xx.xx.2022-ci il tarixində baş vermiş sığorta hadisəsi ilə bağlı Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən müəyyən edilmiş zərər məbləği ilə razı olduğunu qeyd etmiş və ödəniləcək 3.003,55 manat məbləğində sığorta ödənişinin şəxsi bank hesabı vasitəsi ilə ödənilməsini xahiş etmişdir. 9. 17.10.2022-ci il tarixli 18539/2022 nömrəli sığorta ödənişi ilə bağlı akta əsasən “Azərsığorta” DSKŞ tərəfindən “Hyundai Tucson” minik markalı **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 55.000 manat dəyərində sığorta olunmuş və avtonəqliyyat hadisəsi-toqquşma nəticəsində “Lexus ES 350” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sığorta aktı ilə müəyyən edilmiş sığorta ödənişi sığorta hadisəsi nəticəs ində dəymiş 15.210 manat dəyərində zərərin əvəzi ödənilməsi üçün qətidir. Sığortaçı “Azərsığorta” DSKŞ tərəfindən İddiaçı əmlakına - avtomobilə dəymiş ümumi zərərin məbləği 15.210 manat məbləğində qiymətləndirilmiş, 3.003,55 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 10. “X8” MMC tərəfindən icra olunmuş qüsur aktına əsasən “Lexus ES 350” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 29.682,16 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
11. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müş tərək qaydada iddiaçının xeyrinə 14.460 manat dəymiş zərərin və 134 manat dövlət rüsumunun, ümumilikdə 14.594 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etdilməklə tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 7.2-ci kilometrində idarə etdiyi “Hyundai Tucson” minik markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində 80-90 km/saat sürətlə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydasını pozaraq sol zolağa manevr edib həmin zolaqla 80-90 km/saat sürətlə hərəkətdə olan X2 idarə etdiyi “X11” minik mark alı **DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsi ilə toqquşmuş, zərbənin təsirindən sürücü Yuliya Vajnina idarəetməni itirərək “X11” minik markalı avtomobil əks hərəkət yoluna çıxaraq Bakı şəhəri istiqamətində 70-80 km/saat sürətlə hərəkətdə olan iddiaçının oğlu X3 idarə etdiyi “Lexus ES 350” minik markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön və sol hissəsi ilə toqquşmuş nəticədə sürücü Cavabdeh1, onun idarə etdiyi avtomobildə olan sərnişin Cavabdeh2 sürücü X5 dərəcəsi təyin olunmayan sağlamlığa zərər vurmayan xəsarət almış və avtomobillər əzilərək sahiblərinə maddi ziyan dəymişdir. Cavabdeh1 törətdiyi əməl nəticəsində yalnız avtomobil sahiblərinin əmlakına ziyan dəymişdir. Bədən xəsarətlərinin dərəcəsi müəyyən olunmadığından Cavabdeh1 barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Lakin Cavabdeh1 törətdiyi əməldə təqsirli bilinərək onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tənbeh tədbiri görülmüşdür. Cavabdeh1 idarə etdiyi “Hyundai Tucson” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman “Azər Sığorta” şirkətində sığortalı olmuşdur. Hadisə zamanı iddiaçının avtomobilinə ümumilikdə 17.463 manat məbləğində ziyan dəymişdir. Həmin ziyan məbləğinin bir hissəsini, yəni 3.003,55 manatını sığorta şirkəti ona ödəmişdir. Qalan məbləği isə hadisəni törətmiş avtonəqliyyat vasitəsinin sahibi və ya sürücüsü tərəfindən dəfələrlə tələb etməyinə baxmayaraq iddiaçıya ödənilmədiyi üçün məcbur qalaraq özü avtomobilini təmir etdirmişdir. Həmçinin, Cavabdeh1 İstintaq zamanı verdiyi izahatda belə özü nü təqsirli olmasını etiraf etmiş və hadisənin necə baş verməsi barədə məlumat vermişdir. İddia ərizəsinə əlavə edilən fotoşəkillər də, iddiaçıya məxsus avtonəqliyyat vasitəsinin nə qədər yararsız hala salınmasının daha bir sübutudur. Sığorta ödənişi ilə bağlı 18539/2022 nömrəli aktda ümumi zərərin məbləği 15.210 manat, "xxxx" MMC tərəfindən təqdim olunan qüsur aktında avtomobilin zərəri 29.682 manat müəyyən edilmişdir.
13. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 yazılı etiraz ərizəsi elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, hazırkı mülki iş üzrə iddiaçının iddia tələbini qəbul etmirlər. Həmin tələb tam əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi ziyan aktı ilə qətiyyən razı deyillər. Hə min ziyan aktında göstərilənlər həddən artıq şişirdilmiş məbləğdir və heç bir rəsmi sənədlərlə təsdiqini tapmır. Cavabdeh tərəf olaraq tərəflərindən iddiaçının istinad etdiyi ziyan aktını verən “X8” MMC-yə həmin mərkəzin servis xidmətində iddiaçıya məxsus “Lexus ES 350” minik markalı **-MT-*** qeydiyyat nişanlı avtomobilin təmir olunubolmadığı, təmir olunduğu halda “həmin avtomobilin sahibi iş üzrə iddiaçı tərəfindən xidmət haqqı olaraq və dəyişdirilmiş (əvəz edilmiş) avtoehtiyat hissələrinin yenisi ilə əvəz edilməsinə görə hansı məbləğdə vəsaitin ödənilməsi haqqında ödəniş qəbzlərinin, dəyişilmiş avtoehtiyat hissələri haqqında qaimə, fakturaların surətlərinin verilməsinə dair vəkil sorğusu verilsə də, adı çəkilən Mərkəz tərəfindən sorğuya hazıradək cavab alınmamışdır. İddiaçının avtomobil inə dəymiş ziyan ona ödənilmiş sığorta məbləği çərçivəsində olmuş və həmin məbləğ də ona icbarı sığorta xidmətini göstərək şirkət tərəfindən ona ödənilmişdir.
14. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. O qeyd etmişdir ki, avtomobilin sıradan çıxmış bir çox detalları xarici ölkələrdən sifariş edilərək əldə edilmişdir. Avtomobil çox pis vəziyyətdə olmuş, bundan əlavə avtomobili idarə edən oğlu da ciddi stress və həyəcan keçirmişdir. “X8” MMC-də dəymiş ziyanın aradan qaldırılması üçün yüksək məbləğ tələb edildiyindən, avtomobilini orada təmir etdirməmişdir. Cavabdeh isə etinasız davranmış, vurduğu ziyanı aradan qaldırmaq üçün heç bir addım atmamışdır.
15. Məhkəmə iclasında cavabdehlər ayrı-ayrılıqda izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişlər. Eyni zamanda "xxxx" MMC-nin rəyi ilə qismən razı olduqlarını, digər ekspert rəylərində göstərilən məbləğlərin şişirdilmiş olduğunu bildirmişlər.
16. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş rəy ilə qismən razıdır. Əvvəlki ekspert rəyləri ilə razı olmadıqlarını, qiymətlərin həddən artıq şişirdilmiş olduğunu qeyd etmişdir. İddiaçının özünü təqdim etdiyi iddia ərizəsi, şahid ifadələri, qüsur aktı bir-biri ilə ziddiyyət təşkil edir. İddiaçı avtomobili faktiki harada təmir etdirməsi, detallara nə qədər xərc çəkməsi ilə bağlı mötəbər sübutlar təqdim edə bilmir.
17. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Kodjayev Zakhir ifadəsində bildir mişdir ki, 085 avtoservisdə dəmirçi işləyir və iddiaçı ilə qohumluq münasibətləri yoxdur. Əvvəllər iddiaçının qardaşını tanıyıb. 2-3 il olar ki, iddiaçının avtomobilinə xidmət göstərmişdir. Avtomobil çox əzik vəziyyətdə idi, ehtiyat hissələri gec tapılmışdır. Bəziləri Gürcüstandan sifariş edilmişdir. Bəzi detallar dəyişdirilmiş, bəziləri düzəldilmişdir. Onun özünə işçilik haqqı kimi təxmini 800-1.000 manat pul verilmişdir. Görülən işlərdən xatırladığı dəmirçi işi, avtomobilin arxa qapısının dəyişilməsi, digərinin – qabaq sağ və ya sol qapısının təmir olunması, kapotun dəyişilməsi olmuşdur.
18. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid3 ifadəsində bildirmişdir ki, avtoservisdə malyar (rəngsaz) olaraq işləyir və iddiaçı onların müştərisi olub. Avtomobilin ban və baqaj hissəsindən başqa digər bütün hissələrini rənglədiyini və əmək haqqı olaraq materiallar ilə birlikdə ona 1.200 manat əmək haqqı verildiyini, avtomobilin materiallarını özü aldığını və rəngləmək işinin 15-20 gün ərzində tamamlandığını qeyd etmişdir.
19. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 ifadəsində bildirmişdir ki, iddiaçı ilə qohumluq münasibətləri yoxdur və işlədikləri avtoservisin müştərisi olub. “My Avto” avtoservisində motorçu işləyir. Avtomobilin arxa sağ və qabaq hissələrinin təmir olunduğunu və ona əmək haqqı olaraq təxmini 1.000 manatdan yuxarı məbləğ verildiyini, avtomobilin detalları tapılmadığı üçün təmir müddətinin 2 ay çəkdiyini bildirmişdir.
20. Məhkəmə tərəfindən iş üzrə məhkəmə-avtotexniki-əmtəəşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Məhkəmə Eksp ertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/7882 nömrəli ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2014-cü il buraxılışlı “Lexus ES 350” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 29.681 manat, o cümlədən, dəyişilməli hissələrin qiyməti – 23.286 manat; təmir-bərpa işlərinin qiyməti 6.395 manat müəyyən edilmişdir. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 22.521 manat, o cümlədən, dəyişilməli hissələrin qiyməti – 16.126 manat, təmir-bərpa işlərinin qiyməti – 6.395 manat müəyyən edilmişdir. Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərdən, yerli internet say tlarında və eləcə də Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda qeyd edilən 2014-cü il buraxılışlı “Lexus ES 350” markalı **-MT-*** avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 40.000 manat müəyyən olunmuşdur. Avtoservis müəssisələrinin səviyyəsindən və təmirin keyfiyyətindən asılı olaraq, eyni buraxılış illi, eyni model, təmir olunmamış avtomobilin bazar qiymətinə nisbətən qüsur aktlarına əsasən təmirə məruz qalmış 2014-cü il buraxılışlı “Lexus ES 350” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiymətində 8.000 (təxminən 20%) manat fərq olması istisna edilmir.
21. Məhkəmə tərəfindən iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq e kspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/2934 nömrəli rəyə əsasən nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2014-cü il buraxılışlı “Lexus ES 350” markalı **MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 29.681 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti – 23.286 manat; təmir-bərpa işlərinin qiyməti 6.395 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 22.521 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti – 16.126 manat, təmir-bərpa işlərinin qiyməti – 6.395 manat müəyyən edilmişdir. Mülki iş materiallarında olan (iddia ərizəsində göst ərilən) qüsur aktı rəsmi ixtisaslaşdırılmış servis müəssisəsi tərəfindən tərtib edilmədiyindən həmin qüsur aktı üzrə tədqiqat aparmaq mümkün olmamışdır.
22. Məhkəmə tərəfindən iş üzrə təkrar məhkəmə-avtotexniki-əmtəəşünaslıq ekspertizası (avtomobil ekspertiza tədqiqatına təqdim edilməklə) təyin edilərək müvafiq rəy alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş nəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli 0154 nömrəli hesabata əsasən “Lexus ES 350“ minik markalı **-MT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc yuvarlaq hesabla 6.034 manat müəyyən edilmişdir.
23. Məhkəmə iclasında iştirak edən ekspert Fərəhnaz Hüseynova-Kamalzadə ekspert rəyini müdafiə etmiş və izahatında bildirmişdi r ki, qüsur aktı üzrə rəy verilib, qüsur aktında qeyd edilən ayrı-ayrı detalların qiymətinin real bazar qiymətlərinə uyğun olubolmadığı yoxlanmışdır, avtomobilə baxış keçirilməmişdir.
24. Məhkəmə iclasında iştirak edən ekspert X6 ekspert rəyini müdafiə etmiş və izahatında bildirmişdir ki, avtomobil təqdim edilsə də, avtomobilə baxış keçirilmir, qüsur aktına əsasən rəy verilir. Qiymətlərə baxaraq uyğun olub-olmamasına baxılır və avtomaşının ilinə əsasən hesablama aparılır.
25. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(005)-38/2025 nömrəli, 19 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia qismən təmin edilərək, iddiaçıya vurumuş maddi ziyana görə 12.206,45 manat məbləğində pulun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, id dia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
26. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işin mübahisəsiz halıdır ki, mülki hüquq pozuntusu (delikt) yalnız Cavabdeh1 tərəfindən törədildiyindən vurulmuş ziyan yalnız Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Tərəflər arasında əsas mübahisə avtomobilə dəymiş maddi ziyanın məbləği ilə bağlı olmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş “X8” MMC tərəfindən təqdim edilmiş qiymətləndirmə aktına əsasən vurulmuş ziyanın məbləği 29.682,16 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı iddia ərizəsində avtomobilə dəymiş məbləğin 17.463 manat məbləğində qiymətləndirmişdir.
27. Məhkəmə tərəfindən dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsi məqsədilə 3 dəfə ekspertiza təyin edilmiş, bunlardan ikisi Məhkəmə E kspertizası Mərkəzi, digəri isə "xxxx" MMC tərəfindən aparılmışdır.
28. Məhkəmə qeyd etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş ekspert rəylərində avtomobilə dəymiş ziyanın məbləği 29.681 manat məbləğ təşkil edir ki, bu zaman ekspertlər mülki işin materiallarında olan “X8” MMC tərəfindən icra edilmiş qüsur aktına istinad etmişlər. Məhkəmə iclasında ekspert rəyini müdafiə edən ekspertlər də bu faktı təsdiq etmiş və fərqli qüsur aktı mövcud olacağı təqdirdə ziyanın yenidən qiymətləndirilə biləcəyini qeyd etmişlər.
29. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia ərizəsinin özündə iddiaçı avtomobilinə dəyən ziyanı 17.463 manat məbləğində qiymətləndirir ki, bu məbləğlə qüsur aktında göstərilən məbləğin arasında 10.000 manatdan çox fərq mövcuddur. Eyni zamanda iddiaçının iz ahatı, şahid ifadələri və mülki işin materialları ilə də təsdiq edilir ki, iddiaçının avtomobili həmin servisdə təmir etdirilməmiş, avtomobil təmir edilərkən həm köhnə, həm yeni ehtiyat hissələri istifadə edilmişdir. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, ekspert rəyləri bu səbəbdən mülki işin materialları, o cümlədən iddia ərizəsi ilə təkzib edilmişdir. Eyni zamanda iddia tələbinin ekspert rəyinə uyğun şəkildə təmin edilməsi iddia tələbindən kənara çıxma olar ki, bu da yolverilməzdir.
30. Məhkəmə eyni zamanda "xxxx" MMC-nin hesabatı ilə bağlı qeyd etmişdir ki, rəy verilən zaman yalnız avtomobilin mülki işin materiallarında olan fotoşəkillərinə istinad edilmiş, bunun nəticəsində də bəzi ehtiyat hissələri həmin hesabatda öz əksini tapmamışdır. Məhkəmə tərəfindən qəbul edilmiş qərarda dda avtomobilin təqdim edilməklə təqdimatın aparılması qeyd edilsə də, avtomobilin təqdim edilməsi tələb olunmamışdır. Belə olan təqdirdə məhkəmə həmin hesabatı mötəbər rəy kimi nəzərə almamışdır.
31. Məhkəmə bundan başqa qeyd etmişdir ki, məhkəmə iclasında ifadə verən şahidlər avtomobili bilavasitə görməklə, təmirində iştirak etdiklərindən, tərəflərlə hər hansı qohumluq münasibətləri olmadığınan, verdiyi ifadələr mülki işin materialları ilə təkzib edilməməklə, bir-biri ilə ziddiyyət təşkil etmədiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir.
32. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçı avtomobilinə vurulmuş zərəri Cavabdeh1 tutulmasını tələb etməkdə haqlı olsa da, avtomobilə dəymiş ziyanın məbləğinin 17.463 manat olmasını təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmiş dir.
33. Məhkəmə hesab etmişdir ki, mülki işin materiallarında olan sığorta ödənişi barədə akt ilə avtomobilə dəymiş ziyanın məbləğinin 15.210 manat məbləğində qiymətləndirilməsi, bundan 3.055 manat məbləğində sığorta ödənişinin iddiaçının xeyrinə ödənilməsi nəzərə alınmaqla, cavabdehdən 12.206,45 manat məbləğində pul tutulmalıdır. Məhkəmə bu məbləği ədalətli və cavabdeh tərəfindən törədilmiş təqsirli əməlin xarakterinə mütənasib hesab etmiş və bu nəticəyə gələrkən, prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malik olduğunu nəzərə almışdır.
34. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097, 1099, 1108, 1115-ci və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 88, 103.1, 101.7, 206.1, 217.3, 217.4-c ü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat.
35. Qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini, "xxxx" MMC tərəfindən hesablanmış 6.034 manat məbləğindən sığorta şirkəti tərəfindən ödənilmiş 3.003,55 manatın çıxılması və dəymiş zərər olaraq 3.030,45 manat pulun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
36. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəf olaraq onun israrlı xahişlərindən sonra mülki iş üzrə bir neçə dəfə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş, keçirilmiş məhkəmə ekspertizalarında yalnız "xxxx" MMC tərəfindən tərtib olunmuş qüsur aktına istinad edilərək əsassız rəylər verdiyindən təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilsə də, müsbət rəy əldə edilməmiş, sonda birinci instansiya məhkəməsi özü də cavabdehin əsaslı vəsatətləri ilə razılaşmış, nəticə etibarı ilə dəymiş zərərin hesablanması üçün təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edərək ekspertizanın keçirilməsi ”Meyar Ekspertiza” MMC-yə həvalə edilmişdir. Məhkəmə heç bir qanuni əsas gətirmədən hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə vurulmuş maddi ziyana görə 12.206,45 manat məbləğində pul alınıb ödənilməlidir. Məhkəmə "xxxx" MMC-nin hesabatını mötəbər rəy kimi nəzərə almamışdır. Birinci instansiya məhkəməsi bu hissədə haqlı mövqedə olmamışdır və həmin hissədə mülki iş tam, qərəzsiz və obyektiv şəkildə araşdırmamışdır. Belə ki, iddiaçı "xxxx" MMC-nin əməkdaşlarının is rarlı tələblərinə baxmayaraq, qərəzli şəkildə avtomobili ekspertlərə təqdim etməkdən yayınmış və avtomobilin detallarının şəkillərini ekspertlərə göndərməklə kifayətlənmişdir. Bundan əvvəldə, iddiaçı avtomobili Məhkəmə Ekspertizası Mərkəzinə təqdim etməkdən də yayınmışdır. İş üzrə dindirilmiş şahidlərin mübahisə predmeti olan avtomobilin təmir işlərinə görə aldıqları xidmət haqları "xxxx" MMC-nin hesabatında göstərilən qiymətlərə uyğun gəlmişdir. Məhkəmə şahid ifadələri ilə bağlı qeyd etdiklərinə münasibətdə məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun gəlmir və məhkəmə qəbul etdiyi qətnaməsini heç bir qanuni üsulla əsaslandıra bilməmişdir.
37. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-4715/2025 nömrəli, 8 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Səadət Səlimova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
38. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının tələb etdiyi məbləğ rəsmi servis mərkəzinin təqdim etdiyi məbləğin təqribən yarısını təşkil edir, lakin iddiaçı təmirə konkret olaraq 17.463 manat məbləğində vəsait sərf etdiyi barədə sübutlar təqdim edə bilməmişdir.
39. Məhkəmə kollegiyası hesab etmişdir ki, belə olan vəziyyətdə birinci instansiya məhkəməsi haqlı olaraq “Azərsığorta” DSKŞ tərəfindən cəlb edilmiş müstəqil ekspert tərəfindən dəymiş zərərlə bağlı müəyyən edil miş məbləği (15.210 manat) nəzərə almış, həmin məbləğdən 3.003,55 manat sığorta ödənişi çıxılmaqla, cavabdehdən 12.206,45 manat məbləğində pulun tutulması barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, icbari sığorta qanunvericiliyin tələblərinə əsasən sığortaçı sığorta hadisəsi baş verməsi barədə məlumatlandırıldığı vaxtdan qısa müddətdə əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini həyata keçirir. Sözügedən aktdan müəyyən edilmişdir ki, sığorta hadisəsinin baş verməsi barədə məlumat alındıqdan sonra "xxxx" ASC sığorta ödənişini həyata keçirmək üçün müstəqil ekspert vasitəsilə iddiaçıya dəymiş zərərin məbləğini müəyyən etmişdir.
40. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən təmir üçün həm köhnə, həm yeni ehtiyat hissələri istifadə edildiyi nəzərə alındıqda həmin məbləğ ağlabatan hesab edilir. Nəzərə alınmalıdır ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəylərə əsasən həmin məbləğ 22.521 manat təşkil edir. "xxxx" MMC tərəfindən tərtib edilmiş hesabatdan görünmüşdür ki, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra tam bərpa edilməsi və üzərindən uzun müddət keçməsi əsas götürülərək zərərin müəyyən edilməsi üçün mütəxəssislər tərəfindən yalnız fotoşəkillər əsasında zədələnməsi görünən və ehtimal edilən hissələrin sayı və dəyəri müəyyən edilmişdir. Ona görə məhkəmə kollegiyası hesab etmişdir ki, həmin hesabat birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq mötəbər sübut kimi nəzərə alınmamışdır və iddiaçının "xxxx" MMC-nin əməkdaşlarının israrlı tələblərinə baxmayaraq qərəzli şəkildə avtomobili ekspertlərə təqdim etməkdən yayınması barədə cav abdehin dəlili əsassızdır.
41. İddiaçı tərəfindən avtomobilin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilməsindən yayınması dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, ekspert məhkəmə iclasında bildirmişdir ki, avtomobil təqdim edilsə də, avtomobilə baxış keçirilmir, qüsur aktına əsasən rəy verilir.
42. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 21, 1096, 1097, 1099, 1108-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 103.1, 217.3, 217.4, 384.0.1 və 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
43. Qətnamədən Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
44. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, qətnamə qəbul edilərkən maddi və prosessual normaların tələbləri kobud şəkildə pozulmuş, mülki iş üzrə mühüm əhəmiyyət kəsb edən işin həqiqi hallarına düzgün hüquqi qiymət verilməmiş, nəticə etibarı ilə iddiaçı tərəfin əsassız və heç bir mötəbər sübutla sübuta yetirilməyən şifahi mülahizələri ilə kifayətlənərək qanunsuz və ədalətsiz məhkəmə qətnaməsi qəbul edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
45. Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyy ən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
46. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
47. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
48. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
49. Maddə 21.3. Zərərin əvəzinin öd ənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
50. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
51. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
52. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vura n tərəfindən tam həcmdə ödənilməlidir.
53. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
54. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zə rərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
57. Maddə 76.2. Məl umatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
61. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
62. Maddə 407.
2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
64. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnam ənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
66. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
67. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya in stansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
69. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
70. Bu baxı mdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, Cavabdeh1 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
71. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutl arı araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
72. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
73. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
74. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4715/2025 nömrəli, 8 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.