Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3745/2021 24.05.2021 ALİ MƏHKƏMƏ İş № 2(102)-3745/21 QƏRARDAD işin icraata qəbulundan imtina edilməsi barədə 24 may 2021-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Xəlilov İsmayıl Kamil oğlu, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-312/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək M Ü Ə Y Y Ə N ET D İ M: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-312/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir. Bu hissədə şikayət olunan məhkəmə aktı çıxarılarkən düzgün tətbiq edimədiyi iddia olunan hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və hər birinin qarşısında düzgün tətbiq ediməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Şikayətlərin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada konkret iş üzrə məhkəmənin hüququn düzgün tətbiq etmədiyi ilə bağlı mövqeyi ilə yanaşı, ümumən məhkəmə təcrübəsinin dəyişdirilməli olduğuna dair mövqe də lazımi qaydada əsaslandırılmış şəkildə təqdim olunsun. Belə ki, MPM-nin 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmiş sə kassasiya şikayəti qaytarılır. Bu Məcəllənin 408.1.1. və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır (408.2). Nəzərinizə çatdırılır ki, MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ona görə cavabdehin kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 404-1, 408.1.5 və 408.2-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-312/ 2021 nömrəli iş üzrə üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-3745/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-3745/2021
24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver