Məhkəmə qərarları › İş №2(102)-3745/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3745/2024

27.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3745/2024 27.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər:mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK cəlb edilməklə) “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-415/2024 nömrəli, 8 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydası nda baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nərimanov rayonu, 758-ci məhəllə, Ceyhun Hacıbəyli küçəsi, ev 28C, 168 saylı mənzil, mənzil tikintisi haqqında xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən İddiaçı məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və digərlərinin Bakı şəhəri, Nərimanov rayonu, 758-ci məhəllə Ceyhun Hacıbəyli küçəsi, 28C mənzildən başqa mənzilə təmin edilmədən, məcburi qaydada əşyaları ilə birlikdə çıxarılmaları və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırmışdır ki, onunla "xxxx" MTK arasında ünvan 1 ünvanında inşa edilmiş binanın 108-ci mənzilinə dair 2 mart 2016-cı ildə 168 saylı müqavilə bağlanmışdır. 02 mart 2016-cı il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən “Satıcı” inşa edilmiş binanın C girişinin 18-ci (mansart) mərtəbəsində yerləşən saylı mənzili “Payçıya” təhvil verməyi, sonuncu isə 3 otaqlı mənzilin dəyərinirazılaşılmış qiymət üzrə tam ödəyir. 02 mart 2016-cı il tarixdə İddiaçı 168 saylı mənzilin dəyərini tam ödəmiş, bu barədə ona maliyyə arayışı da verilmişdir. 2 il əvvəl 168 saylı mənzil Cavabdeh tərəfindən qeyri-qanuni zəbt edilmişdir. 2 ildir ki, Cavabdeh mənzili boşaltmağı tələb olunur, lakin, o, mənzili boşaltmaqdan imtina etmişdir.

4. Daha sonra İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, ünvan 2 ünvanından əş yalarını məcburi qaydada çıxarması və mənzilin boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbinə yazılı etiraz təqdim edərək, etirazın dəlillərinə uyğun izahat verib, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh ona qarşı irəli sürülən iddia ilə razılaşmır və ona qarşı qəti etiraz edir. Belə ki, iddiaçı göstərir ki, guya 2 il bundan öncə ki, onun müqavilə əsasında əldə etdiyi “mənzilə” (mənzil demək olarsa) daxil ola bilmir, bu səbəbdən ki, cavabdeh sahəni guya qeyri-qanuni zəbt edərək, orada əşyaların saxlamaqla bu günədək sahədən istifadə edir. Həmçinin ərizədə qeyd edir ki, guya cavabdehdən sahənin boşaldı lması tələb olunsa da, nümayəndəsi və vəkili olduğum şəxs onu orada saxlanılan qiymətli əşyaların oğrulanması ilə əlaqədar polis orqanına şikayət edəcəyi ilə hədələyir. Lakin qeyd etmək istəyir ki, bunlar həqiqətə uyğun deyil. Belə ki, bu sahə nə 2 il bundan öncə, nə də ki, ümumiyyətlə zəbt olunmayıb. Belə ki, sözügedən sahə həmin binada yerləşir, yəni ünvan 3 ünvanında yerləşən 3 otaqlı mənzillə (mənzilin üst qatında bu qeyri-yaşayış sahə yerləşir, yəni binanın dam hissəsidi) bir vaxtda 2005-ci ildə cavabdehin mərhum qayınatası X5 tərəfindən əldə edilmişdir. Mənzil X4 alınmış, sözügedən qeyri-yaşayış sahəsi isə X2 əldə edilmişdir. Mənzilin və mansardın bir yerdə satılması ilə bağlı 2005-ci ilin aprel-may ayında çap olunmuş “Birja” qəzetində (elanın fotosurəti əlavə olunur) elan formasında yerləşdirilmişdir. Bundan sonra elana əsasən satıcı ilə tanışlıq olmuş, həm mənzilə, həm mansarda baxış keçirildikdən sonra əmlaklar mərhum Ənvər Beybutov və onun ailəsi tərəfindən bəyənilmişdir. Daha sonra lazımi sənədləşdirmə işi aparıldıqdan sonra isə alqı-satqı baş tutmuşdur. Məhz bu vaxtdan etibarən həm mənzil, həm də iddiaçının tələb etdiyi sahə fasiləsiz, maneəsiz bu iddia verilənə qədər əvvəllər mərhum Ə.Beybutov adına olmuş, lakin vəfatından bir neçə il öncə, 2011-ci il tarixdə bağışlama yolu ilə həmin mənzil Cavabdeh adına özgəninkiləşdirilmişdir. Bu günə qədər həmin əmlaklar cavabdehin sahibliyindədir. Təxmini 2 il bundan öncə Ənvər Beybutov dünyasını dəyişmiş, daha bir neçə ay sonra isə cavabdehin həyat yoldaşı X6 da vəfat etmişdir. Məhz bu “süni” problemlər, qayınatası Ənvə r və həyat yoldaşı Firidun Beybutovların ölümündən sonra müəmmalı şəkildə ortaya çıxdı. Bu günə qədər isə, hər hansı bir problem, tələb və mübahisə hər hansı bir şəxslə (o cümlədən, hazırki iş üzrə iddiaçı, digər şəxs və ya "xxxx" MTK-a ilə) olmamışdır.

7. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirmişdir ki, Elvin və Samirəni tanıyır. Ümumiyyətlə, Ənvər müəllimi və ailəsini tanıyırdı. Zina yoldaşıdır, oğlu Firudin rəhmətə gedib, onun Şahin və Ülkər adında uşaqları var. Samirəni yəni gəlinini görüb, amma tanımır. Şahid suallara cavab olaraq bildirmişdir ki, Ənvəri tanıyırdı, sovet dönəmində idarələr dağılan vaxtlar idi, müdirləri Ənvər müəllimlə tanış eləmişdi, onun da sulutəpədə evi vardır. Orada 1 ilə yaxın işləyib. İşlədiyi vaxtda münasibəti yaxşı idi, başqa yerlərdə də evi mağazası va rdı, orada işləyib. Rəhmətə gedənədək əlaqəsi olub. Gənclikdəki evində olub. 2006-2008-ci illərdə ora aparmışdı. Demişdi ki orada işləri düz etməyiblər. Mansart da vardı, dedi kanalizasiya da problem yaranıb təmir etmək lazımdır. Mətbəxti balkona dəyişiblər və kanalizasiyada problem yaranıb. Mansart evin üstündə idi. Qapalı yer idi. Dəmir qapı da vardı. Qapını Ənvər müəllim açmışdı. İçəridə metlax filan, mağaza rəfləri vardı, çox sıxlıq idi. Yadında qalan mağaza rəfləri və divan kreslolar vardır. İstədilər ki, təmiz təmir işləri görsünlər. İçəridə olan əşyalar Ənvər müəllimə aid idi. Bu işləri tək görmürdü, bir oğlan da vardı. X3r hazırda da münasibətləri var. Əlaqə nömrəsi yadında deyil, lakin lazım olsa, verə bilər. Ənvər müəllim mənzili hazır vəziyyətdə almışdı, lakin kanalizasiya sist emi işləmirdi deyə yenidən təmir işləri aparmışlar. Mansartda 2-3 gün iş davam edib. Özünün əmlakı kimi davranırdı. Özü qapıları açıb bağlayırdı, öz əşyaları vardır. Dediyi məsələlər təxminən 2006-2008-ci illərdə olub. Mansartda təmir işləri getmədi, pəncərənin qıraqlarını bağladır. Ənvər müəllim təxmini 2 il olar ki rəhmətə gedib. Göyçayda dəfn olunub. Əmlakın Ənvər müəllimə aid olmasına dair heç bir sənəd görməyib. Onun bir 20 yerdə evləri filan olub amma heç bir sənədlərini görməyib. Bilir ki, Ənvər müəllim özünə məxsus olmayan əşyaya sahiblik etməzdi.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-592/2023 saylı, 28 mart 2023-cü il tarixli qərardadı ilə iş üzrə cavabdehin vəkili Vəkil2 “sübutların təmini barədə” vəsatəti təmin edilərək, 2005-2006-cı il dövrlərində, eləcə də sonra kı vaxtlarda 050 *** **** GSM nömrəsinin sahibi (ləri) haqqında ətraflı məlumat - "xxxx" Şirkətindən, "xxxx" MTK-nın 2002-2003-cü illərdə inşa etdiyi Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, ev 62 ünvanında çoxmənzilli binanın inşa edilməsi ilə bağlı bütün icazə sənədlərinin, sərəncam, layihə, texniki pasportunun və digər sənədlərin surəti - Bakı şəhər İcra Hakimiyyətindən və "xxxx" MTK-nın 2002-2003-cü illərdə inşa etdiyi Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, ev 62 ünvanında çoxmənzilli binanın inşa edilməsi ilə bağlı bütün icazə sənədlərinin, sərəncam, layihə, texniki pasportunun və digər sənədlərin, eləcə də iddiaçı ilə bağlanılan alqı-satqı müqaviləsi zamanı mövcud olmuş kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının, MTK-nın nizamnaməsinin surəti - "xxx x" MTK-dan əldə edilməsi və 13 aprel 2023-cü il tarixədək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim olunması qərara alınmış və qərardad icra olunması üçün qeyd olunan müvafiq qurumlara yönəldilmişdir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-592/2023 saylı, 25 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması, Cavabdeh əşyalarının Bakı şəhəri, Nərimanov rayonu, 758-ci məhəllə, Ceyhun Hacıbəyli küçəsi, ev 28C, 168 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi qət olunmuşdur (hakim: Solmaz Ədilova).

10. Məhkəmə, Bakı şəhəri, Nərimanov rayonu, 758-ci məhəllə, Ceyhun Hacıbəyli küçəsi, ev 28C, 168 saylı mənzil (mansart) mənzil tikintisi haqqında müqaviləyə əsasən İddiaçı məxsus olmasını, cavabdeh iddiaçının gözlənilən mülkiyy ət hüququ ilə ona məxsus olan mənzilindən (mansartdan) sərbəst və maneəsiz istifadəsinə şərait yaratmamasını, eləcədə bu halın qarşısını almaq üçün iddiaçı qanunla ona verilmiş hüquqlarından istifadə edərək cavabdehin mənzildən çıxarılması barədə məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etməsini işin halları kimi qiymətləndirərək, hesab etmişdir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, 758-ci məhəllə, Ceyhun Hacıbəyli küçəsi, ev 28C, 168 saylı mənzil (mansart) ilə bağlı İddiaçı mülkiyyət hüququ ilə bağlı gözləntisi v ardır, mübahisəli mənzilə dair iddiaçı pay haqqını tam ödəmiş hazırda mənzilə (mansarta) görə borcu mövcud deyil.

11. Bundan başaq məhkəmə, cavabdeh tərəfindən iddia tələbinə etiraz kimi irəli sürülən “əmlakların (cavabdehə məxsus mənzillə yanaşı mübahisəli mansart nəzərdə tutulur) cavabdehin sahibliyində olması”, “mübahisəli mansartın cavabdehə məxsus mənzillə bir vaxtda cavabdehin mərhum qayınatası X5 tərəfindən əldə edilməsi”, “mənzilin X4 alınması, sözügedən qeyri-yaşayış sahəsinin isə X2 əldə edilməsi” ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh etirazının dəlillərini təsdiq edən mötəbər sübutlar təqdim edə bilməmişdir. Eyni zamanda qeyd olunan etirazın dəlilləri iddia tələbinin təkzib edilməsi üçün yetərli olmamışdır. Bunun əksinə olaraq, iddiaçı tələbini əsaslandıra n və iddia tələbini irəli sürmək üçün zəruri olan sübutları məhkəməyə təqdim etmişdir.

12. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, hazırda Bakı şəhəri, Nərimanov rayonu, 758-ci məhəllə, Ceyhun Hacıbəyli küçəsi, ev 28C, 168 saylı mənzilə (mansarta) İddiaçı gözlənilən mülkiyyət hüququ mövcuddur. Həmin mənzil (mansart) hər hansı hüquqi əsas olmadan cavabdeh tərəfindən istifadə edilir. İddiaçının gözlənilən mülkiyyət hüququ olmaqla, həmin mənzildən (mansartdan) istifadə edə bilmir, bu məsələdə iddiaçı maneə ilə üzləşmişdir. O, həm faktiki olaraq, həm də hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir.

13. Məhkəmə, şahid ifadələrinə münasibətdə qeyd etmişdir ki, cavabdehin mənzilə (mansarda) dair hüquqlarını təsdiqləyən hər hansı mötəbər dəlili olmadığ ını, hazırki mübahisədə şahid ifadələrinin digər mötəbər sübutlarla yanaşı qiymətləndirilməli olduğunu, o cümlədən hazırki mübahisəli mənzilin (mansardın) kimə məxsus olması ilə bağlı mübahisənin şahid ifadələri ilə müəyyən edilməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq, həmin ifadələri cavabdehin etirazlarının əsaslılığını göstərən sübut kimi qəbul etmir.

14. Məhkəmə, qətnaməsində Azərbaycan Respublikası Konstitusiyasının 13 (İ hissə), 29-cu maddələrinə; Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4-cü maddələrinə, Mənzil Məcəlləsinin 112-ci maddəsinə; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 220.5-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması b arədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, iddiada göstərilən xüsusatlar yalan və uydurmadır. Belə ki, iddiaçı mübahisə predmeti olan sahəni (mansard) heç bir zaman görməmiş, orada olmamış və oraya ümumiyyətlə nə müqaviləni imzaladığı vaxt, nədəki, sonrakı zamanlarda daxil olmamışdır. İddiaçı bu iddia ərizəsini verərək məhkəmədə elə bir təəssürat yaratmaq istəyib ki, guya onun qanuni sahiblik hüququ pozulur. Halbuki, iddiaçı nə 2016-cı ildə, nədəki, sonrakı vaxtlarda həmin sahədə heç bir zaman olmamış və guya bağladığı müqaviləni imzalasa da, bu, formal xarakter daşıyıbdır. Çünki artıq 20 ildən çoxdur ki, bu mansard tipli sahə mərhum qaynatasının (o cümlədən digər onun ailə üzvlərinin və onun) istifadəsindədir. Belə ki, hələ 2005-ci ildə mərhum qayınatası Ənvər Behbutov həmin ünvanda bir mərtəbə aşağısında yerləşən 3 otaqlı mənzil alarkən satıcı Sevinc Rzayevaya əlavə pul ödəməklə üstündə yerləşən mansardı da almışdır. Pulun 25 000 ABŞ dolları mansardın sahibi X1, qalan hissə isə mənzilin satıcısı Sevinc Rzayevaya çatmışdır. Beləliklə, hər iki sahə alındıqdan sonra mərhum qayınatası və onun ailəsi (cavabdeh daxil) mənzilə köçdükdən sonra, mübahisə predmeti olan mansarda əvvəllər yaşadıqları evin əşyaları ora daşınaraq yerləşdirilmişdir. Uzun illərdir ki, ailəsi maneəsiz bu sahədən istifadə edirdi və nə "xxxx" MTK-dan, nə də iddiaçıdan və ya digər şəxslərdən heç bir tələb və ya xəbərdarlıq olunmadan onun boşaldılması və geri qaytarılması irad tutulmamış və ya tələb irəli sürülməmişdir. Bununla bağlı hər hansı bir səlahiyy ətli dövlət orqanına müraciət də olunmamışdır. Halbuki, əgər həqiqətən də, iddiaçı MTK ilə bu müqaviləni bağlayaraq guya 70000 manat pul ödəmişdirsə, onda bu illər ərzində azı 6 il vaxt keçməsinə baxmayaraq yazılı qaydada nə cavabdehə hər hansı bir xəbərdarlıq, nədəki hər hansı bir dövlət orqanına və ya MTKya iddiaçı tərəfindən müraciət olunmamışdır. Həmçinin MTK-dan hər hansı bir xəbərdarlıq məktubu da göndərilməmişdir. MTK-nın isə bu sahəyə sərəncamvermə səlahiyyətinin olması belə heç nəyə əsaslanmır. Fikrincə mansard mənzil hesab olunmur. Bu, texniki göstəricilərə görə yaşadığı yaşayış binanın dam hissəsidi və sadəcə ətrafında sütunlar qaldırılaraq binanın ümumi damının digər hissəsindən təcrid olunmuşdur. Digər tərəfdən iddiaçının sahəyə görə "xxxx" MTK-ya 70.000 manat pulun guya ödəni lməsini əks etdirən maliyyə arayışı ciddi hesabat blankı deyil və sadəcə sonradan yazılmış arayış da ola bilər. Çünki MTK binanı tikib qurtardıqdan təxminən 10 il vaxt keçdikdən sonra guya həmin sahə satılıbdır. Ödənilən pul isə MTK-nın bank hesabına belə daxil olunmamış və buna görə müəyyənləşdirilmiş vergi tutulmamışdır. Bütün bunlar bunu bir daha göstərir ki, iş üzrə cəlb olunmuş 3-cü şəxs "xxxx" MTK ilə iddiaçı Elvin Quliyevin əvvəlcədən planlaşdırılmış qaydada görülən bir işdir. Bundan başqa MTK uzun illərdir ki, həmin sahənin boşaldılmasını tələb etməmişdir. Gözləyirdi ki, sahəni halal pulla əldə edən şəxs, cavabdehin qayınatası Ənvər Beybutovun və daha sonra isə onun oğlunun (cavabdehin həyat yodaşı) vəfatından sonra bu uydurma tələbini məhz iddiaçı vasitəsilə irəli sürsün. Məhkəməd ə iddiaçının vəkili “iddiaçı, sahəni aldıqda gəlib ona baxış keçirmişdirmi?” sualına cavab verə bilməmiş və bildirmişdir ki, o zaman orada olmayıb və bu haqda məlumatı yoxdur”. Belə olduğu halda iddiaçının özünün məhkəmədə iştirak etməsinə zərurət yaransa da, məhkəmə buna şərait yaratmamışdır. Halbuki, işin hərtərəfli və obyektiv baxılması üçün məhkəmə tərəfindən bütün prosessual tədbirlər görülməli idi. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq qətnaməni ədalətsiz, qeyri-obyektiv hesab edir və ona görə həmin qətnamə tamamilə ləğv olunmalı və iş üzrə iddianın təmin olunmaması haqqında yeni qətnamə qəbul olunmalıdır.

17. Məhkəmə iş üzrə təqdim etdiyi sübutu ümumiyyətlə araşdırmamış, şahid qismində çağırılmalı olan şəxslərin iştirakı təmin edilməmişdir. Nəticə etibarı ilə mühüm əhəmiyyət k əsb edən hallar sübuta yetirilməsi mümkün olmamışdır. Belə ki, “Birja” qəzetindəki olan (Milli Kitabxana fondunun əldə edilmiş) satış elanı tam olaraq araşdırılmamışdır. Halbuki, vaxtilə həmin elan əsasında mənzil və mansard cavabdehin mərhum qayınatası Ənvər Behbutov tərəfindən bəyənilərək alınmışdır.

18. İddiaçı tələbini yalnız MTK ilə bağladığı müqavilə ilə əsaslandırmışdır. Halbuki, digər hallar, yəni guya aldıqdan sonra sahədən istifadə etməsi, oraya daxil olması və yalnız son 2 ildir ki, sahəyə daxil ola bilməməsini təsdiq edən hallar ümumiyyətlə araşdırılmamış və sübuta yetirilməmişdir.

19. Məhkəməyə sübut qismində təqdim etdiyi satış elanında əlaqə telefon nömrəsi var. Həmin nömrənin kimin adına olmasına dair tərəfindən mobil operatoruna sorğu verilsə də, ona müsbət cavab verilməmi şdir. Lakin məhkəmə tərəfindən sorğu verilsə də, müvafiq dövrlərdə nömrənin sahibləri olan şəxslər iş üzrə şahid qismində çağırılmamış və onların dindirilməsi təmin olunmamışdır.

20. Apellyasiya instansiyası icraatı zamanı mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi və ekspertizanın aparılması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi alınmaqla Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi qərara alınmışdır.

21. Məhkəmə tikinti texniki ekspertizasının 3-16-16/2-10/8402 saylı, 03 may 2024-cü il tarixli rəyinə əsasən mübahisə predmeti olan (Bakı şəhəri, Nərimanov rayonu, 758-759cu məhəllə Ceyhun Hacıbəyli küçəsindəki 28 nömrəli evin "C" girişinin 18-ci mərtəbəsində yerləşən sahənin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası tərəfindən 30 noyabr 2021-ci il tarixdə təsdiq edilmiş 3 №-li Qərarının və həmçinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3-cü maddəsinin 3.0.15-ci və 59-cu maddəsinin (Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları) 59.5.-ci bəndinin tələblərinə uyğun olaraq, mansard mərtəbə olduğu müəyyən edilmişdir.

22. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 3-35/2-4360/2024 saylı, 05 iyul 2024-cü il tarixli məlumatında qeyd olunmuşdur ki, arxiv məlumatlarına əsasən sözügedən yaşayış binasına (layihə üzrə bina 3) dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 178 nömrəli sərəncamı ilə istismara icazə sənədi verilmişdir (surəti əlavə olunur). Razılaşdırılmış layihəyə əsasən sözügedən bina 17+texniki mərtəbə şəklində layihələndirilmişdir. Belə ki, 1-ci (0.00 səviyyəsindən aşağı) mərtəbə zirzəmi mərtəbəsi, 1-ci mərtəbə qeyri-yaşayış sahəsi, 2-17- ci mərtəbələr yaşayış sahəsi, mübahisə predmeti olan 18-ci mərtəbə isə texniki mərtəbə kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2021-ci il tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yaşayış binaları. Layihələndirmə normaları"na əsasən texniki mərtəbə binanın mühəndis avadanlığının yerləşdirilməsi və kommunikasiyaların çəkilişi üçün nəzərdə tutulmuş mərtəbədir.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-415/2024 saylı, 8 iyul 2024-cü il tarixli qətn aməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməməsi, mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-592/2023 saylı, 25 iyun 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər: Elşən Kazımov (sədrliyi və məruzəsi ilə) Namiq Cəfərov vəİkram Şirinov).

24. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

25. Məhkəmə kollegiyası qeyd etmişdir kii, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına gör ə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılır.

26. Belə ki, apellyasiya şikayətinin dəlillərinin yoxlanılması ilə əlaqədar mübahisə predmeti olan sahənin binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyekt (o cümlədən....texniki mərtəbə (onun bir hissəsi), çardaq (onun bir hissəsi), mühəndis qurğuları olan zirzəmi (onun bir hissəsi), həmin binada b irdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi, (onun bir hissəsi) və yaxud digər təyinatlı tikinti obyekti olub-olmamasının müəyyənləşdirilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi alınmaqla Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

27. Məhkəmə kollegiyası məhkəmə tikinti texniki ekspertizasının 3-16-16/2-10/8402 saylı, 03 may 2024-cü il tarixli rəyini və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 3-35/2-4360/2024 saylı, 05 iyul 2024-cü il tarixli məlumatını əsas gətirərək həmçinin qeyd etmişdir ki, apellyasiya baxışı zamanı şikayətin dəlilləri üzrə yoxlama aparılarkən mübahsə predm eti olan tikilinin mansarda mərtəbəsində - binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış sahəsi məqsədləri üçün nəzərdə tutulmuş sahə olduğu öz təsdiqini tapdı. Bununla belə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yuxarıda qeyd olunan məlumatında razılaşdırılmış layihəyə əsasən sözügedən bina 17+texniki mərtəbə şəklində layihələndirildiyi, yəni -1-ci (0.00 səviyyəsindən aşağı) mərtəbə zirzəmi mərtəbəsi, 1-ci mərtəbə qeyri-yaşayış sahəsi, 2-17- ci mərtəbələr yaşayış sahəsi, mübahisə predmeti olan 18-ci mərtəbə isə texniki mərtəbə kimi qeyd edilmişdir. Ancaq elə qeyd olunan məktuba əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 178 nömrəli sərəncamı ilə təsdiq edilmiş tikntisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəb ul komissiyasının xx.xx.2004-cü il tarixli AKTİ-nın 8-ci bəndindən də açıq-aşkar görünür ki, istismara qəbul edilmək üçün təqdim olunmuş obyektin əsas göstəriciləri siyahısında texniki mərtəbənin deyil, mansarda mərtəbəsinin olduğu qeyd olunmuşdur. Demək ki, mübahisəli sahənin yerləşdiyi mərtəbənin razılaşdırılmış layihədə texniki mərtəbə kimi göstərilməsinə baxmayaraq, artıq tikilib istismara qəbul edilərkən həmin mərtəbənin binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış sahəsi məqsədləri üçün nəzərdə tutulmuş mansarda mərtəbəsi olduğu, başqa sözlə mansarda mərtəbəsi kimi inşa olunduğu təsdiq olundu.

28. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş üzrə tərəflər də mübahisəli sahənin texniki mərtəbə olduğunu israr etmirlər. Əks halda Mülki Məcəllənin 227.1, 227.2 və Mən zil Məcəlləsinin 35.1-ci maddəsinin tələbləri onlara bu sahəni hazırki işdə olduğu kimi tutmağı yaxud alqı-satqını etməyi qadağan edərdi. Çünki texniki mərtəbə ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə məxsus bir tikinti obyekti sayılır. Mübahisəli sahəyə yerli baxış keçirilməsi məhkəmə iclasının davamı olaraq baş tutmasa da qeyd olunan sahənin videoyazısı çəkilərkən mübahisə predmeti olan sahənin cavabdehin istifadəsində olduğu və orada əşyalarının yığıldığı sahə kimi istifadə etdiyi müəyyən edildi. Deməli həmin sahənin özgəninkiləşdirmənin yaxud alqısatqının predmeti ola bilməsi mübahisə doğurmur. Mübahisəli hal həmin sahənin tərəflərdən kimə və hansı hüquqla məxsus olması ilə bağlıdır.

29. Bundan başqa məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd etmişdir ki, iddiaçının mübahisə predmeti olan sahəni görməməsi, oraya heç vaxt daxil olmaması, 20 ildən çox müddətdə cavabdeh tərəfin istifadəsində olması da iddianın əsassızlığına dəlalət etmir. Çünki iddiaçı hazırki iddianı irəli sürərkən faktiki əsası kimi MTK ilə bağladığı 02 mart 2016-cı il tarixli müqaviləyə əsaslanıb. Bu müqavilənin formal yaxud əhəmiyyətsiz əqdi olması da sübuta yetirilməlidir. Ancaq həmin müqavilənin uydurma olmasını cavabdeh yalnız şikayətində iddiaya etiraz olaraq göstərir.

30. Bundan başqa, cavabdeh hələ 2005-ci ildə mərhum qayınatası Ənvər Behbutovun həmin ünvanda bir mərtəbə aşağıda yerləşən 3 otaqlı mənzil alarkən satıcı Sevinc Rzayevaya əlavə pul ödəməklə üstündə yerləşən mansardı da aldığını, pulun 25000 ABŞ dolları mansard ın sahibi X1, qalan hissə isə mənzilin satıcısı Sevinc Rzayevaya satdığına dair əvvəla məhkəməyə hansısa mötəbər sübut təqdim etməmiş və istinad etdiyi həmin halları sübuta yetirə bilməmişdir. İkincisi bəyan etdiyi həmin hallar həqiqi olsa belə qeyd etdiyi şəxslərin mübahisəli mansardaya hər hansı bir aidiyyəti olmalarına, başqa sözlə həmin hissənin hansısa hüquqla onlara məxsusluğu barədə də işdə heç bir sübut yoxdur.

31. Məhkəmə kollegiyası yekun olaraq qeyd etmişdir ki, iddiaçının qeyd olunan müqavilə bağlandıqdan uzun müddət sonra məhkəməyə müraciət etməsi də iddianın əsassızlığını və buna görə iddianın rədd edilməsini şərtləndirmir. MTK-nın binanı tikib qurtardıqdan uzun illər sonra qeyd olunan sahəni satmasını qadağan edən bir hal da nəzərdə tutulmamışdır. Yetər ki, cavabdeh tərəfin mübahisəli sahəyə dair hansısa hüquqmüəyyənedici sənədi olmuş olsun. Bu cür vəziyyət cavabdeh tərəfin hüquqlarının müdafiəsi üçün məhkəməyə hüquqi imkan açmış olardı. Məhkəmə kollegiyası bu hissədə xüsusilə vurğulamışdır ki, cavabdeh tərəfin mübahisə predmeti olan sahə ilə əlaqədar mövcud vəziyyəti anlaşılan olsa da apellyasiya şikayətinin təmin edilməsi üçün yetərincə əsaslar müəyyən edilməmişdir.

32. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 152.1, 152.2, 157.1, 157.2, 157.4, 157.5, 157.6, 157.7, 157.8, 158.2, 158.4, 227.1, 227.2-ci maddələri; Mənzil Məcəlləsinin 35.1, 35.2, 35.3, 35.4-cü maddələri; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 384.0, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. Qətnamədən cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-415/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin tamamilə ləğv olunmasını və iddianın təmin olunmaması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

34. Şikayətin əsasları kimi qeyd olunmuşdur ki, işə baxan məhkəmələr işin bütün hallarını və eləcə də təqdim etdiyim sübutların hamısın tam və hərtərəfli araşdırmamışdır. Nəticədə, tamamilə ədalətsiz və qeyri-obyektiv qətnamə qəbul olunmuşdur. Halbuki, işə baxan məhkəmlərin vəzifəsidir ki, işi tam araşdırıraq, işin bütün hallarını nəzərə almaqla qətnamə çıxarılmalıdır.

35. Şikayətdə əlavə olaraq qeyd olunmuşdur ki, sübutlar tam olaraq araşdırılmamışdır. Baxmayaraq ki, o bir neçə vəsatət versə də, onların h eç biri öyrənilməmiş və onlara lazımi hüquqi qiymət verilməmişdir. 25 ildən artıqdır ki, mübahisə predmeti olan sahə - onların ailəsinin açıq və maneəsiz istifdəsindədir. Mərhum qayınatası onu mənzillə birgə almış və bu sahə mənzilllə birgə satılmışdır. Qiyməti ayrıca hesablanaraq nəzərə alınmışdır. Adıçəkilən şəxslərin da şahid qismində işə cəlb olunması haqqında vəsatətlər də məhkəmə tərəfindən qiymətləndirilməmiş və ümumiyyətlə onlara baxılmamışdır. Halbuki, şahidlərin gəlmək vəzifəsi vardır. Bundan başqa ki, qeydə alınmış telefon danışığı da diskə yazılaraq məhkəməyə tərəfimizdən təqdim olunmuşdur. Lakin bunu da əhkəmələr araşdırmamışdır.

36. Kassasiya şikayətində Mülki Məcəllənin 16.1, 17.1, 135.1, 135.2, 135.4, 136.1, 152.2, 152.7 və 159-cu maddələrinə; Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 14.3, 76.1, 76.2, 77.1, 78.1, 85.1, 88, 101.7, 104.1, 186.1, 217.1, 217.2, 217.3, 217.4, 380.1, 380.2, 385.1, 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4 və 388-ci maddələrinə istinad olunmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

38. Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

39. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

40. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

41. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

42. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

43. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası nın Mülki Prosessual Məcəlləsi:

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilər ək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdiri lməsi üçün əsas yoxdur.

53. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

54. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması M PM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

55. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düz gün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2024-cü il tarixli 2(103)415/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar