Məhkəmə qərarları › İş №2(102)-3746/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3746/2020

21.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3746/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı1 və onun vəkili İddiaçı2, Cavabdeh4 və onun vəkili X5, Cavabdeh1 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh5 və Cavabdeh6 qarşı torpaq sahəsinin naturada bölünməsi və maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh7 birgə v erdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh4 və qeyriləri Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdilər. İşin halları: İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh5 və Cavabdeh6 qarşı torpaq sahəsinin naturada bölünməsi və maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.İmanov, iş № 2(075)-121/2019) İddiaçı1 cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ona vurduğu 20000 (iyirmi min) manat maddi zərərin cavab dehlərdən tutularaq ona ödənilməsi, DƏDRX-nin X16 tərəfindən xx xxxxxx 2017-ci il tarixli **********34 reyestr nömrəli torpağa mülkiyyət hüququna dair çıxarışla Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 və Cavabdeh6 ümumi paylı mülkiyyətinə verilmiş Şəki rayonu Sarıca kəndində yerləşən 26.262 ha torpaq sahəsindəki paylar DƏDRX-nin X16 tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli bölgü planına əsasən naturada bölünməsi və ayrı-ayrı olmaqla rəsmi qaydada sənədləşdirilməsi tələbinə dair iddiası təmin edilməmiş, 100 (bir yüz) manat ekspertiza xərcinin İddiaçı1 alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİF T Bik CTREAZ22 hesaba ödənilməsi 30 (otuz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov, iş № 2(107)-54/2020) İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-121/2019 nömrəli qətnaməsi qismən-İddiaçı1 torpaq sahəsinin naturada bölünməsi və maddi ziyanın ödənilməsi tələbinə dair iddiasının Şəki rayonu Sarıca kəndində yerləşən 26.262 ha torpaq sahəsindəki payların DƏDRX-nin X16 tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli bölgü planına əsasən naturada bölünməsinin təmin edilməməsi hissəsində ləğv edilmiş, iş üzrə həmin hi ssədə yeni qətnamə qəbul edilərək, İddiaçı1 torpaq sahəsinin naturada bölünməsi və maddi ziyanın ödənilməsi tələbinə dair iddiasının Şəki rayonu Sarıca kəndində yerləşən 26.262 ha torpaq sahəsindəki payların DƏDRX-nin X16 tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli bölgü planına əsasən naturada bölünməsi hissəsinin qismən təmin edilməsi, İddiaçı1 payı 8.754 ha olmaqla sərhədləri 368,52; 163,03; 309,35 və 184,84 metr ölçülər çərçivəsində olan bölgü planı üzrə sol və sol aşağı tərəfdən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 ilə, sağ tərəfdən Cavabdeh6 ilə, yuxarı tərəfdən Cavabdeh1 ilə həmsərhəd olan “dördbucaq” şəkilli hissədə ayrılması qət edilmiş, qətnamə qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdeh4 və qeyriləri kassasiya şikayətini onunla əsaslandırmışdılar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh4 və vəkili X8 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməs inin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. İddiaçı1 vəkili İddiaçı2 izahatında göstərmişdir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh1 nümayəndəsi X1 izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmə k lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İlkin olaraq qeyd edilməlidir ki, hazırkı kassasiya icraatı iddianın təmin olunmuş hissəsi ilə bağlıdır, iddianın təmin olunmayan hissəsindən iddiaçı şikayət verməmiş, kassasiya şikayəti verən cavabdeh tərəfin dəliləri isə iddianın təmin olunmuş hissəsi ilə bağlıdır. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, JN:193, KOD 40402037 nömrəli “Dövlət Aktı”nın təsdiq edilmiş surətinə görə, Şəki rayonu X4 xx xxxx 1998-ci il tarixli, 54 saylı qərarı ilə X7, X2, Cavabdeh2, Cavabdeh3 (torpaq sənədində Cavabdeh3 Kərim qızı qeyd olunur), Musazadə (torpaq sənədində Musayev qeyd olunur) Elvin Ruhlan oğlu, Musalı (torpaq sənədində Musayeva qeyd olunur) Banu Ruhlan qızı, Cavabdeh6 (torpaq sənədində X3 qeyd olunur), İddiaçı1, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2 ümumi paylı mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 29,18 ha torpaq sahəsi verilmişdir. xx xxxxxx 2017-ci il tarixli ******* nömrəli çıxarışın təsdiq olunmuş surətinə görə, ümumi paylı mülkiyyətdə olan 26,262 hektarlıq torpaq sahəsindəki paylar aşağıdakı kimi bölünmüşdür: 1) Musayeva (Xəlilova) Tahirə Məmməd qızının payı 2,918 hektar; 2) Cavabdeh1 payı 2,918 hektar; 3) İddiaçı1 payı 8,754 hektar; 4) Cavabdeh3 payı 2,918 hektar; 5) Cavabdeh4 payı 2,918 hektar; 6) Cavabdeh7 payı 2,918 hektar; 7) Cavabdeh2 payı 2,918 hektar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eks pertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 220 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyinə görə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X16 tərəfindən verilmiş ******* saylı çıxarışa əsasən Şəki rayonu Sarıca kəndi ərazisində yerləşən, iş üzrə tərəflərin paylı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 26.262 ha torpaq sahəsinin 8.754 ha hissəsinin İddiaçı1, ayrı-ayrılıqda 2.918 ha hissəsinin isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 və Cavabdeh6 mülkiyyətində olduğu müəyyən edilir. Lakin ayrı-ayrı şəxslərə ayrılmış pay torpaqlarının bölünməsi xüsusi bilik tələb etməyib, həmin torpaqların verilməsinə sərəncam verən müvafiq təşkilat tərəfindən aparıla bilər ki, göstərilən fakt, o cümlədən mülki işin 26-cı səhifəsində DƏDRX-nin X16 tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli bölgü planına əsasən naturada ayrılmasının mümkün olub-olmaması son nəticədə məhkəmə tərəfindən qiymətləndirilə bilər. Ekpertiza xərcinin dəyəri 100 manat təşkil edir. İddiaçı tərəfindən məhkəməyə xx xxxxxx 2017-ci il tarixli 26.262 ha torpaq sahəsinin naturada paylara uyğun şəkildə 3 hissəyə (11,6720 ha + 2.918 ha + 11,6720 ha) bölünməsini əks etdirən “Bölgü Planı” təqdim edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli №21559 olan ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xid mətinin Şəki LTİ-nin mühəndisi Müşviq Kərimovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, sözügedən torpaq sahəsi naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgü mümkün olmamışdır. (Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır.) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X13 mühəndis inventarlaşdırıcısı X6 tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı1 cavabdehlər Cavabdeh1 Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh5 və Cavabdeh6 Məhəmməd qızına qarşı torpaq sahəsinin naturada bölünməsi və maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhk əməsinin xx xxxxxx 2019-cu il tarixli 2(075)-121/2019 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti ilə bağlı qəbul edilmiş Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(107)- 1916/2019 nömrəli məhkəmə mühəndis-texniki ekspertizası təyin edilməsi barədə qərardadı mülki işlə birlikdə icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Şəki rayonu Sarıca kəndində yerləşən 26.262 ha pay torpaq sahəsinə DƏDRX-nin 12 saylı X16 tərəfindən reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Verilmiş Reyestrdən çıxarış və plan ölçü sənədi əsasında iddiaçı və cavabdehlərin razılığı ilə hər birinin mülkiyyətinə verilmiş pay torpaq sahəsin ə xx.xx.2017-ci il tarixdə bölgü planı işlənib tərtib olunmuşdur. Tərtib olunmuş bölgü planına əsasən iddiaçı və cavabdehlərin razılığı əsasında hər birinin ayrı-ayrılıqda mülkiyyətinə verilmiş pay torpaq sahələrinə reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi mümkündür. İddiaçı1 mülkiyyətinə verilmiş torpaq sahəsinin naturada bölünməsi tələbinə dair mülki işlə əlaqədar, iddiaçı özünə məxsus torpaq sahəsinə reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədini Reyestrdən aldıqdan sonra torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını naturada göstərmək olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Apelyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı1 torpaq sahəsinin naturada bölünməsi və maddi ziyanın ödənilməsi tələbinə dair iddiasının Şəki rayonu Sarıca kəndində yerləşən 26.262 ha torpaq sahəsindəki payların DƏDRX-nin X16 tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli bölgü planına əsasən naturada bölünməsi hissəsini təmin etməməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Apelyasiya məhkəməsi müəyyən etmişdir ki, tərəflərin paylı mülkiyyətində Şəki rayonunun Sarıca kəndi ərazisində 26,262 hektarlıq torpaq sahəsi vardır ki, oradan Musayeva (Xəlilova) Tahirə Məmməd qızının payı 2,918 hektar; Cavabdeh1 payı 2,918 hektar; İddiaçı1 payı 8,754 h ektar; Cavabdeh3 payı 2,918 hektar; Cavabdeh4 payı 2,918 hektar; Cavabdeh7 payı 2,918 hektar və Cavabdeh2 payı 2,918 hektardır. İddiaçı1 payına düşən 8,754 hektar torpaq sahəsinin xx xxxxxx 2017-ci il tarixli bölgü planına əsasən naturada bölünməsini xahiş etmişdir. Həmin bölgü planına görə 26.262 ha torpaq sahəsinin naturada paylara uyğun şəkildə 3 hissəyə (11,6720 ha + 2.918 ha + 11,6720 ha) bölünməsi əks olunmuşdur. İddiaçı1 payı ilə Cavabdeh1 payı birlikdə 11,6720 ha olmaqla eyni cizgi daxilində göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X13 mühəndis inventarlaşdırıcısı X6 tərtib etdiyi mütəxəssis rəyində və xx xxxxxx 2020-ci il tarixli bölgü planında İddiaçı1 düşən torpaq sahəsinin sərhədləri 36 8,52 metr; 163,03 metr; 309,35 metr və 184,84 metr ölçülər çərçivəsində olan bölgü planı üzrə sol və sol aşağı tərəfdən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 ilə, sağ tərəfdən Cavabdeh6 ilə, yuxarı tərəfdən Cavabdeh1 ilə həmsərhəd olan “dördbucaq” şəkilli hissədə mövcuddur. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya məhkəməsi haqlı olaraq mövcud bölgü planını əsas götürmüş (çünki həmin bölgü planı faktiki olaraq bütün mülkiyyətçilərin razılığı ilə tərtib olunmuş, hər birinin mülkiyyətçiyə aid sahənin yerləşmə yeri və ölçüsü razılaşdırılmışdır), müvafiq olaraq tərəflərin özlərinin razılaşdırmış olduğu sərhədlər daxilində iddiaçıya aid olan sahənin ayrılmasının mümkün hesab etmişdir. Nə qədər ki, tərəflər özləri bölgünü həyata keçirmişlər və bu bölgü planı reyestr qeydində olan ko ordinatlar daxilindədir və müvafiq reyestr xidməti tərəfindən tərtib edilmişdir, bu halda məhkəmə haqlı olaraq ekspertin bölgünün aparılması üçün xüsusi biliyə ehtiyacın olmamasına dair rəyi ilə razılaşmışdır. Cavabdeh4 və qeyriləri kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğuna istinad edərək, əsasən bir neçə maddi hüquq normasının mətnini köçürsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas h esab etmir. Kassatorlar iş üzrə cavabdehlərdən biri olan Cavabdeh5 birgə mülkiyyətçi olmadığını və ona qarşı iddianın irəli sürülməsinin mümkün olmamasını qeyd etmişlər, lakin qeyd edilməlidir ki, həmin cavabdeh iddianın birgə mülkiyyətdə olan torpaq sahəsinin bölünməsi hissəsi üzrə deyil, zərərin ödənilməsi ilə bağlı olaraq cavabdeh qismində cəlb edilmişdir ki, hazırkı icraatda zərərin ödənilməsi hissəsinin kassasiya baxışının predmeti olmamasını artıq məhkəmə kollegiyası müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda h üquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh7 birgə verdikləri kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh7 kassasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar