Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3747/2021 03.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddiadan imtina etdiyinə görə qətnamənin ləğvi və iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 fevral 2021-ci il tarixli, 2(105)-89/2021 saylı qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şabran Rayon Məhkəməsinin 2(031)-561/2019 saylı, 24 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) iddia tələbi təmin edilmiş, torpağa Mülkiyyət Hüququna Dair JN:1255 A kod *****04saylı şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh çıxarılması, torpaq sahəsinin boşaldılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 fevral 2021-ci il tarixli, 2(105)-89/2021 saylı qətnaməsi ilə (hakimlər L.M.Məmmədova (sədrlik edən və məruzəçi), T.O.Quliyev və G.F.Tağızadə) cavabdeh X1 apelyasiya şikayəti təmin edilməyərək, Şabran Rayon Məhkəməsinin 2(031)-561/2019 saylı, 24 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil kassasiya ş ikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişlər. İş kassasiya icraatına qəbul olunmaqla baxılması üçün 03 avqust 2021-ci il tarixə təyin edilmişdir. 03 avqust 2021-ci ildə iddiaçı məhkəmə kollegiyasına ərizə təqdim edərək, cavabdehlə qarşılıqlı razılığa gəldiyini, iddia tələbindən imtina etdiyinin bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və cavabdeh X3 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddə sinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0, 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdehlər tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. MPM-nin 191.1-ci maddəsinə görə iddiadan imtina etmə, bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizədə də ifadə oluna bilər. MPM-nin 417.1, 417.1.5-ci maddələrinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından iddiadan imtina qəbul edilməli və iş üzrə icraata xitam verilmə lidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cavabdeh X2 qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətdə olan həyətyanı torpaq sahəsindən çıxarma və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiaçının iddia tələbindən imtinası qəbul edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 fevral 2021-ci il tarixli, 2(105)-89/2021 saylı qətnaməsi ləğv edilsin və iddia tələbi üzrə işin icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3747/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-3747/2021
03.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver