Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3747/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə 27.09.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 dekabr 2021-ci il tarixli, 2(105)-3475/2022 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 27 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Sumqa yıt Şəhər Məhkəməsinin 09 yanvar 2017-ci il tarixli qətnaməsi ilə borclular İddiaçı və “X müştərək qaydada ödəniş vaxtı milli manat məzənnədə Cavabdeh3 QSC-nin xeyrinə 003R000026911 saylı kredit razılaşması üzrə 369.139,1 ABŞ dolları əsas borcun, 48.726,36 ABŞ dolları faiz borcunun, 50 ABŞ dolları cərimənin, cəmi 417.865,46 ABŞ dolları kredit borcunun, 003R********** saylı kredit razılaşması üzrə 40.958,08 ABŞ dolları əsas borcun, 3.549,70 ABŞ dollar faiz borcunun, 50 ABŞ dollar cərimənin, cəmi 44.557,78 ABŞ dollar kredit borcunun, ümumilikdə 462.423,24 ABŞ dolları kredit borcunun tutulması qət edilib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2017-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2017-ci il tarixli qətnaməsinə dəyişiklik edilərək, borcl ular İddiaçı və X-dan müştərək qaydada ödəniş günü milli manata məzənnədə 25 iyun 2014-cü il tarixli kredit razılaşması üzrə 36.580,33 ABŞ dollarının və 13 fevral 2015-ci il tarixli kredit razılaşması üzrə 3.408,78 ABŞ dollarının tutulub Cavabdeh3 QSC-nə ödənilməsi, ipoteka predmetləri olan ünvan 1 ünvanda xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsinin və üzərində yerləşən Cavabdeh3 QSC-nin ümumi sahəsi 384,2 kv.metr olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 600.000 manat, ünvan 2 ünvanda yerləşən mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin ilkin satış qiymətinin 90.000 manat, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə, 95 “V” saylı mülkiyyətdə olan torpaq sahəsinin və üzərində yerləşən ümumi sahəsi 238,0 kv.metr olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 250.000 manat, ünvan 3 ünvanda yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 1411,7 kv.metr olan qeyri-yaşayış binasının ilkin satış qiymətinin 151.000 manat müəyyən edilməsi qət edilib. 18 iyul 2019-cu ildə ünvan 4 ünvanda "xxxx" tərəfindən “Hərracın nəticələri haqqında” Y-198 saylı 1-ci protokola əsasən ilkin satış qiyməti 600.000 manat müəyyən edilmiş Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllədə yerləşən 72 “V” saylı ev 0,06 ha torpaq sahəsi ilə birlikdə 382.500 manata alıcı Cavabdeh3 QSC-nə, Y-198/1 saylı 2-ci protokola əsasən ilkin satış qiyməti 250.000 manat müəyyən edilmiş Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə, 95 “V” saylı ev 0,06 ha torpaq sahəsi ilə birlikdə 159.375 manata alıcı Cavabdeh3 QSC-nə, “Y-198/3” saylı 3-cü protokola əsasən ilkin satış qiyməti 151.000 manat müəyyən edilmi ş ünvan 5 ünvanda yerləşən X məxsus qeyri-yaşayış binası 96.262 manata alıcı Cavabdeh3 QSC-nə satılıb. Bundan sonra, ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 1.411,7 kv.metr olan qeyriyaşayış binası 05 sentyabr 2019-cu il tarixdə; Sumqayıt səhəri, Corat qəsəbəsi, 73-cü məhəllədə yerləşən 72 “V” saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə 03 sentyabr 2019-cu il tarixdə; Sumqayıt səhəri, Corat qəsəbəsi, 74-cü məhəllədə yerləşən 95 “V” saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə 03 sentyabr 2019-cu il tarixdə tələbkar Cavabdeh3 QSC-nin adına qeydə alınıb. 17 may 2019-cu il tarixli bildirişə əsasən "xxxx" MMC tərəfindən Sumqayıt səhəri, Corat qəsəbəsi, 73-cü məhəllədə yerləşən 72 “V” saylı fərdi yaşayış evinin, Sumqayıt səhəri, Corat qəsəbəsi, 74-cü məhəllədə yerləşən 95 “V” s aylı fərdi yaşayış evinin, ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 1.411,7 kv.metr olan qeyri-yaşayış binasının ilkin satış qiymətləri göstərilməklə satışın həyat keçirilməsi üçün açıq hərracın 12 iyun 2019-cu il tarixdə, saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı 44, “Caspian Plaza” 3-cü Korpus 6-cı mərtəbədə təşkili ilə əlaqədar tələbkar Cavabdeh3 QSC-nə, borclular İddiaçı, X X və X bildirişlər ünvanlanıb. 14 iyun 2019-cu il tarixli bildirişə əsasən "xxxx" MMC tərəfindən Sumqayıt səhəri, Corat qəsəbəsi, 73-cü məhəllədə yerləşən 72 “V” saylı fərdi yaşayış evinin, Sumqayıt səhəri, Corat qəsəbəsi, 74-cü məhəllədə yerləşən 95 “V” saylı fərdi yaşayış evinin, ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 1.411,7 kv.metr olan qeyri-yaşayış binasının ilkin satış qiymətləri göstərilməklə satışın həyat keçirilməsi üçün açıq hərracın 25 iyun 2019-cu il tarixə, saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı 44, “Caspian Plaza” 3-cü Korpus 6-cı mərtəbədə təşkili ilə əlaqədar tələbkar Cavabdeh3 QSC və borclular İddiaçı, X,X və X bildirişlər ünvanlanıb. Lakin, 142527, 142532, 142531, 142526, 142071, 142072 saylı qaimələrə əsasən "xxxx" MMC tərəfindən göndərilən bildirişləri ünvanlandığı şəxslər qəbul etməkdən imtina ediblər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə, "xxxx" MMC və Cavabdeh3 QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 iyul 2019-cu il tarixli, Y198, 198/1, 198/3 saylı “Hərracın nəticələri haqqında” protokolların və alqı-satqı müqaviləsinin etibarsız hesab ed ilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırıb ki, "xxxx" tərəfindən ümumiyyətlə hərrac keçirilməyib, formal olaraq protokollar tərtib edilib. Belə ki, Mərkəzin nə rəsmi saytında, nə də kütləvi informasiya vasitələrində, onun əməkdaşlıq etdiyi qəzetdə onun mülkiyyətində olan, banka ipoteka etdiyi əmlakların hərraca çıxarılması barədə məlumatlar yerləşdirilməyib. Habelə, ipoteka predmetlərinin ilkin satış qiyməti yarı dəyərindən də aşağı qiymətləndirilmiş əmlaklarının kütləvi informasiya vasitələrində, onun əməkdaşlıq etdiyi qəzetdə mülkiyyətində olan, banka ipoteka etdiyi əmlakların hərraca çıxarılması barədə məlumatlar yerləşdirilməyib. İlkin satış qiyməti yarı dəyərindən də aşağı qiymətləndirilmiş əmlaklarının qiymətini aşağı salmaq üçün qəsd ən guya 2 dəfə hərrac baş tutmayıb, 3-cü dəfə isə sözügedən əmlaklar Banka satılıb. O, nə rəsmi, nə də qeyrirəsmi qaydada hərrac keçirilməsi barədə məlumatlandırılmayıb. Məhkəmə qətnaməsindən sonra 14.000 ABŞ dolları birdəfəlik ödəniş edib. Bundan əlavə, hər ay Banka aylıq ödənişlər davam edib, lakin pandemiya ilə əlaqədar olaraq ödənişləri dayandırıb. Banka qətnamədə göstərildiyi qədər borcu yoxdur. Banka ödənişləri davam etdirməklə yanaşı daşınmaz əmlaklarlarda təmir işləri aparıb və yeni tikililər tikib. Bir əmlakın satışı ilə Banka olan borcu bağlana bilər. Sumqayıt Şəhər Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, mübahisələndirilən hərracla bağlı 17 may 2019-c u il və 14 iyun 2019-cu il tarixlərdə İddiaçı digər şəxslərə bildirişlər ünvanlanıb və həmin bildirişlər 142527, 142532, 142531, 142526, 142071, 142072 saylı qaimələrə əsasən ünvanlandığı şəxslər tərəfindən qəbul edilməkdən imtina edilib. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Həmin Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim gün ü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 415.2, 416.1, 416.2-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozub və i ş üzrə düzgün olmayan qətnamə qəbul edib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Qafari sədrlik edən, T.Məmmədov və Ş.Abasov) apellyasiya şikayətinin təmin edilmədən, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 106.1.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırılıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, işdə iştirak edən şəxslərin izahatları İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" tərəfindən ümumiyyətlə hərrac keçirilməyib, formal olaraq protokollar tərtib edilib. Belə ki, Mərkəzin nə rəsmi saytında, nə də kütləvi informasiya vasitələrində, onun əməkdaşlıq etdiyi qəzetdə onun mülkiyyətində olan, banka ipoteka etdiyi əmlakların hərraca çıxarılması barədə məlumatlar yerləşdirilməyib. Habelə, ipoteka predmetlərinin ilkin satış qiyməti yarı dəyərindən də aş ağı qiymətləndirilmiş əmlaklarının kütləvi informasiya vasitələrində, onun əməkdaşlıq etdiyi qəzetdə mülkiyyətində olan, banka ipoteka etdiyi əmlakların hərraca çıxarılması barədə məlumatlar yerləşdirilməyib. İlkin satış qiyməti yarı dəyərindən də aşağı qiymətləndirilmiş əmlaklarının qiymətini aşağı salmaq üçün qəsdən guya 2 dəfə hərrac baş tutmayıb, 3-cü dəfə isə sözügedən əmlaklar Banka satılıb. O, nə rəsmi, nə də qeyrirəsmi qaydada hərrac keçirilməsi barədə məlumatlandırılmayıb. Məhkəmə qətnaməsindən sonra 14.000 ABŞ dolları birdəfəlik ödəniş edib. Bundan əlavə, hər ay Banka aylıq ödənişlər davam edib, lakin pandemiya ilə əlaqədar olaraq ödənişləri dayandırıb. Banka qətnamədə göstərildiyi qədər borcu yoxdur. Banka ödənişləri davam etdirməklə yanaşı daşınmaz əmlaklarlarda təmir işləri ap arıb və yeni tikililər tikib. Bir əmlakın satışı ilə Banka olan borcu bağlana bilər. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh3 QSC-nin etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın v axtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsində göstərilir ki, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan si farişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiy mətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir; 42.3-cü maddəsinə görə istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir; 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; 46.1-ci maddəsinə görə, ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqav iləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək ) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdi yi halları sübut etməlidir; 407.2-ci maddəsinə əsasən, kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir; 416.1-cı maddəsinə görə, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki prosessual normaların tələblərinə görə, kassasiya instansiyası m əhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. İddiaçı kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaiməsinin ləğ v edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2017-ci il tarixli qətnaməsi ilə borclular İddiaçı və X müştərək qaydada ödəniş vaxtı milli manat məzənnədə Cavabdeh3 QSC-nin xeyrinə 003R000026911 saylı kredit razılaşması üzrə 369.139,1 ABŞ dolları əsas borcun, 48.726,36 ABŞ dolları faiz borcunun, 50 ABŞ dolları cərimənin, cəmi 417.865,46 ABŞ dolları kredit borcunun, 003R********** saylı kredit razılaşması üzrə 40.958,08 ABŞ dolları əsas borcun, 3.549,70 ABŞ dollar faiz borcunun, 50 ABŞ dollar cərimənin, cəmi 44.557,78 ABŞ dollar kredit borcunun, ümumilikdə 462.423,24 ABŞ dolları kredit borcunun tutul ması qət edilib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2017-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2017-ci il tarixli qətnaməsinə dəyişiklik edilərək, borclular İddiaçı və X müştərək qaydada ödəniş günü milli manata məzənnədə 25 iyun 2014-cü il tarixli kredit razılaşması üzrə 36.580,33 ABŞ dollarının və 13 fevral 2015-ci il tarixli kredit razılaşması üzrə 3.408,78 ABŞ dollarının tutulub Cavabdeh3 QSC-nə ödənilməsi, ipoteka predmetləri olan ünvan 1 ünvanda xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsinin və üzərində yerləşən Cavabdeh3 QSC-nin ümumi sahəsi 384,2 kv.metr olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 600.000 manat, ünvan 2 ünvanda yerləşən mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin ilkin satış qiymətinin 90.000 manat, Su mqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə, 95 “V” saylı mülkiyyətdə olan torpaq sahəsinin və üzərində yerləşən ümumi sahəsi 238,0 kv.metr olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 250.000 manat, ünvan 3 ünvanda yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 1411,7 kv.metr olan qeyri-yaşayış binasının ilkin satış qiymətinin 151.000 manat müəyyən edilməsi qət edilib. 18 iyul 2019-cu ildə ünvan 4 ünvanda "xxxx" tərəfindən “Hərracın nəticələri haqqında” Y-198 saylı 1-ci protokola əsasən ilkin satış qiyməti 600.000 manat müəyyən edilmiş Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllədə yerləşən 72 “V” saylı ev 0,06 ha torpaq sahəsi ilə birlikdə 382.500 manata alıcı Cavabdeh3 QSC-nə, Y-198/1 saylı 2-ci protokola əsasən ilkin satış qiyməti 250.000 manat müəyyən edilmiş Sumqayıt şəhəri, Co rat qəsəbəsi, 74-cü məhəllə, 95 “V” saylı ev 0,06 ha torpaq sahəsi ilə birlikdə 159.375 manata alıcı Cavabdeh3 QSC-nə, “Y-198/3” saylı 3-cü protokola əsasən ilkin satış qiyməti 151.000 manat müəyyən edilmiş ünvan 5 ünvanda yerləşən X məxsus qeyri-yaşayış binası 96.262 manata alıcı Cavabdeh3 QSC-nə satılıb. Bundan sonra, ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 1.411,7 kv.metr olan qeyriyaşayış binası 05 sentyabr 2019-cu il tarixdə; Sumqayıt səhəri, Corat qəsəbəsi, 73-cü məhəllədə yerləşən 72 “V” saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə 03 sentyabr 2019-cu il tarixdə; Sumqayıt səhəri, Corat qəsəbəsi, 74-cü məhəllədə yerləşən 95 “V” saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə 03 sentyabr 2019-cu il tarixdə tələbkar Cavabdeh3 QSC-nin adına qeydə alınıb. 17 may 2019-cu il tar ixli bildirişə əsasən "xxxx" MMC tərəfindən Sumqayıt səhəri, Corat qəsəbəsi, 73-cü məhəllədə yerləşən 72 “V” saylı fərdi yaşayış evinin, Sumqayıt səhəri, Corat qəsəbəsi, 74-cü məhəllədə yerləşən 95 “V” saylı fərdi yaşayış evinin, ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 1.411,7 kv.metr olan qeyri-yaşayış binasının ilkin satış qiymətləri göstərilməklə satışın həyat keçirilməsi üçün açıq hərracın 12 iyun 2019-cu il tarixdə, saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı 44, “Caspian Plaza” 3-cü Korpus 6-cı mərtəbədə təşkili ilə əlaqədar tələbkar Cavabdeh3 QSC-nə, borclular İddiaçı, X, X və “X bildirişlər ünvanlanıb. 14 iyun 2019-cu il tarixli bildirişə əsasən "xxxx" MMC tərəfindən Sumqayıt səhəri, Corat qəsəbəsi, 73-cü məhəllədə yerləşən 72 “V” saylı fərdi yaşayış evinin, Sumqayıt səhəri, Corat qəsəbəsi, 74-cü məhəllədə yerləşən 95 “V” saylı fərdi yaşayış evinin, ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 1.411,7 kv.metr olan qeyri-yaşayış binasının ilkin satış qiymətləri göstərilməklə satışın həyat keçirilməsi üçün açıq hərracın 25 iyun 2019-cu il tarixə, saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı 44, “Caspian Plaza” 3-cü Korpus 6-cı mərtəbədə təşkili ilə əlaqədar tələbkar Cavabdeh3 QSC və borclular İddiaçı, X, X və X bildirişlər ünvanlanıb. Lakin, 142527, 142532, 142531, 142526, 142071, 142072 saylı qaimələrə əsasən "xxxx" MMC tərəfindən göndərilən bildirişləri ünvanlandığı şəxslər qəbul etməkdən imtina ediblər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsində göstərilir ki, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respub likası Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydas ı, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir; 42.3-cü maddəsinə görə istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir; 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; 46.1-ci maddəsinə görə, ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək ) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə İddiaçı kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, hazırki iddia tələbinin qanuni əsasını yuxarıda sadalanan maddi hüquq normalarınin tələbləri təşkil edir. İşə əlavə edilmiş sübutlarla müəyyən olunur ki, mübahisələndirilən hərraclarla bağlı 17 may 2019-cu il və 14 iyun 2019-cu il tarixlərdə İddiaçı və digər şəxslərə bildirişlər ünvanlanıb və həmin bildirişlər 142527, 142532, 142531, 142526, 142071, 142072 saylı qaimələrə əsasən ünvanladığı şəxslər tərəfindən qəbul edilməkdən imtina edilib. Göründüyü kimi hərracın keçirilməsi barədə cavabdeh “Əmlak İxtisaslaşdırılmış Hərrac” Mərkəzi tərəfindən qanunla müəyyən edilmiş qaydada İddiaçı və digər hərrac iştirakçılarına bildirişlər ünvanlanıb, lakin həmin bildirişlər onlar tərəfindən qəbul edilməkdən imtina edilib. Ap ellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb, yaxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib düzgün olaraq qeyd etmişdir ki, iddiaçı həqiqətən hərracların keçirilməsində iştirak hüququndan məhrum olmayıb və hərracların keçirilməsi zamanı cavabdeh “Əmlak İxtisaslaşdırılmış Hərrac” Mərkəzi tərəfindən heç bir qanun pozuntusuna yol verilməyib. Belə olan halda birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki Kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə də İddiaçı kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, həmin Qərarda göstərilir ki, Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsinə onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Sözügedən Qərarda həmçinin vurğulanmışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bundan başq a qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində birinci instansiya məhkəməsinin qətnaməsinin tarixini yanlış olaraq “27 aprel 2021-ci il” qeyd etmişdir ki, bu hal apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. Belə ki, MPM-in 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquq i qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 dekabr 2021-ci il tarixli, 2(105)-3475/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3747/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-3747/2022
27.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver