Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3748/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, üçüncü şəxs X5 vəkili X2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim K.Süleymanov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dö vlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 qarşı 599,45 kv.metr həyətyanı torpaq sahəsinə dair X5 adına tərtib edilmiş xx.xx.2012-ci il tarixli A 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Hüseynov (sədrlik edən, məruzəçi), E.Hüseynov və M.Hüseynov, 2(107)287/2020 saylı mülki iş) hazırki iş üzrə Oğuz Rayon Məhkəməsinin 2(054)-344/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz şəhərində yerləşən 599,45 kv.metr həyətyanı torpaq sahəsinə dair X5 adına tərtib edilmiş xx.xx.2012-ci il tarixli A 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat ona məxsus olan torpaq sahəsini səhv olaraq X5 adına rəsmiləşdirmiş və ona qanunsuz olaraq “Torpaq sahəsinin planı və ölçüsü” sən ədini vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, apelyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X5 vəkili X1 şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesa b etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan mübahisəyə məhkəmə aidiyyəti qaydaları pozulmaqla baxıldığından aşağıdakı əsaslarla görə iş üzrə məhkəmə qərarları ləğv edilməli, işin icraatına xitam verilməlidir. Ona görə ki, hazırkı tələb ilk növbədə inzibati orqanın qəbul etdiyi qərarın, bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi və inzibati aktın qəbulu ilə bağlı tələb olduğundan həmin tələbə inzibati icraatda baxılmalıdır. “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən həyətyanı torpaq sahəsində evin yerləşdiy i 0,06 hektar torpaq sahəsi X4 qərarı ilə Musayeva Lauranın mülkiyyətinə verilmişdir. Əslində iddiaçının ləğv olunmasını tələb etdiyi sənədinin əsasını X4 qərarı təşkil edir. Həmin qərarın və sənədin ləğv edilməsi tələbi isə cavabdeh fiziki şəxsə qarşı yönələ bilməz. Həmin tələbə cavab verməli orqan inzibati orqan - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsidir. İş materiallarından görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2-1(084)-984/2018 nömrəli qərarı ilə xx.xx.2012-ci il tarixli A 389755 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 599,45 kv.metr həyətyanı torpaq sahəsi üzərində L.Musayevanın mülkiyyət hüquqularının torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına görə dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1. və 2.2.2. madddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 20 15-ci il tarixli, 10 nömrəli Qərarının 15.4-cü bəndinə əsasən inzibati məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Apelyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini nəzərə almadan və hazırkı mübahisənin inzibati mübahisə olmasına baxmayaraq mülki məhkəmə icraatı qaydasında verilm iş iddiaya mahiyyəti üzrə baxmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə inzibati mübahisə olduğu üçün iddia tələbi inzibati məhkəməyə aiddir. Ona görə də qətnamə ləğv edilib, mülki işin icraatına xitam verilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3748/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3748/2020
11.08.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver