Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3748/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İlk iddia üzrə iddiaçı: X2 İlk iddia üzrə cavabdeh: “xxxx” MTK İlk iddia tələbi: mənzilə giriş-çıxışın təmin olunması və mənzildən maneəsiz istifadəyə şərait yaradılması Qarşılıqlı iddia üzrə iddiaçı: “xxxx” MTK Qarşılıqlı iddia üzrə cavabdeh: X2 Qarşılıqlı iddia tələbi: mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi Açar sözlər: əqdin etibarsızlığı, öhdəliklərin icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğ lunun katibliyi, Kassatorun vəkili Vəkil1 Şəmsəddin oğlu, İddiaçının vəkili Vəkil2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 avqust 2020-ci il tarixli qətnaməsindən ilk iddiaçının kassasiya şikayətinə 16 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat 22 yanvar 2019-cu il tarixdə X2 “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbədəki 76 nömrəli mənzilə giriş-çıxışın təmin olunması və mənzildən maneəsiz istifadəyə şərait yaradılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onu nla əsaslandırılmışdır ki, onunla “xxxx” Mənzil Tikinti Kooperativi arasında bağlanmış 17.03.2017-ci il tarixli “kooperativ binanın tikintisi haqqında” müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbəsindəki ümumi sahəsi lahiyə üzrə 61 kv.m olan 1 otaqdan ibarət 76 nömrəli mənzilin alınması barədə müqavilə bağlamışdır. 17 mart 2017-ci il tarixli kassa mədaxil orderinin qəbzi ilə yuxarıda qeyd olunan mənzilin dəyəri 38.000 (otuz səkkiz min) manat onun tərəfindən “xxxx” MTK-ya ödənilmişdir. O, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbədəki 76 nömrəli mənzili alsa da, orada yaşamamış və yaxud hər hansı bir təmir tikinti işləri aparmamışdır. Həmin mənzil 17.03.2017-ci il tarixli “kooperativ binanın tikintisi haqqında” müqaviləyə əsasən onun mülkiyyətinə keçməsinə baxmayaraq oraya baxış keçirilməsinə və təmir məqsədi ilə ustaların mənzilə daxil olmasına “xxxx" MTK tərəfindən maneə yaradılmağa başlanılmışdır. Həmin tarixdən etibarən o, “xxxx” MTK-dan dəfələrlə qeyd edilən mənzilin üzərindəki sahiblik hüququna qarşı yaradılan süni maneələrin aradan qaldırılmasını xahiş etsə də, MTK tərəfindən bununla bağlı heç bir tədbir görülməmişdir. “xxxx” Mənzil Tikinti Kooperativi isə X.Çələbiyevaya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbədəki 76 nömrəli m ənzilə dair X.Çələbiyeva ilə “xxxx” MTK arasında bağlanmış 17.03.2017-ci il tarixli “kooperativ binanın tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, X.V.Çələbiyeva “xxxx” Mənzil Tikinti Kooperativindən nə mənzil almamış, nə də ki həmin MTK-nın kassasına 38000 (otuz səkkiz min) manat məbləğində pul mədaxil etməmişdir. “xxxx” Mənzil Tikinti Koorperativi ilə “xxxx” MMC arasında bağlanmış 10.06.2016-cı il tarixli 001 №-li müqavilələrə əsasən quraşdırma xərci ilə birlikdə ümumi dəyəri 46100 (qırx altı min yüz) manat olan 1 ədəd “xxxx” modelli liftin və quraşdırma xərci ilə birlikdə ümumi dəyəri 50000 (əlli min) manat olan 1 ədəd “TNSYL 630” modelli liftin “xxxx” MTK tərəfindən inşa olunan yüksək mərtəbəli binada quraşdırılmasmı adı çəkilən MMC öz üzərinə götürmüşdür. Daha sonra tərəflər arasında belə razılığa gəlinmişdir ki, quraşdırılacaq liftlərin dəyərinin əvəzi olaraq “xxxx” MMC-yə 2 ədəd mənzil verilsin. Bundan sonra, “xxxx” MMC- nin rəhbərliyinin təklifi ilə mənzillərdən biri - Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbəsindəki ümumi sahəsi lahiyə üzrə 61 kv.m olan 1 otaqdan ibarət 76 nömrəli mənzilinə dair X.V.Çələbiyeva ilə MTK arasında 17.03.2017-ci iltarixli “kooperativ binanın tikintisi haqqında” müqavilə bağlanmışdır. “xxxx” MMC üzərinə götürdüyü öhdəliyə tam əməl etməyərək quraşdırıb istifadəyə verməli olduğu liftlərə aid mal-materialları təmin etməmiş və gətirdikləri avadanlıqlarda ciddi qüsurlar aşkar edilmiş, bununla da “xxxx” MMC tərəfindən “xxxx” MTK-ya 30792 manat maddi zərər vurulmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-1007/2019 saylı iş üzrə 03 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.İ.Cəfiyeva) ilk iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbədəki 76 nömrəli mənzilə dair X2 ilə “xxxx” MTK arasında bağlanmış 17.03.2017-ci il tarixli “kooperativ binanın tikintisi haqqında” müqavilə etibarsız hesab edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3 -cü giriş, 10-cu mərtəbədəki 76 nömrəli mənzil “xxxx” MMC-nin rəhbərliyinin təklifi ilə “xxxx” MTK tərəfindən inşa edilən yüksək mərtəbəli binada dəyəri 46100 manat olan, quraşdırma xərci ilə birlikdə ümumi dəyəri 50000 manat olan 1 ədəd “xxxx” modelli liftin quraşdırılması müqabilində Xəyalə Çələbiyeva ilə MTK arasında 17 mart 2017-ci il tarixli kooperativ binanın tikintisi haqqında müqavilə bağlanmışdır. Lakin işin hallarından görünür ki, “xxxx” MMC üzərinə götürdüyü öhdəliyə tam əməl etməmiş, quraşdırıb istifadəyə verməli olduğu liftlərə aid mal-materialları təmin etməmiş, gətirdikləri avadanlıqlarda ciddi qüsurlar aşkar edilmiş, bununla da “xxxx” MMC tərəfindən “xxxx” MTK-ya 30792 manat maddi ziyan vurulmuşdur. a) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Həmin qətnamədən ilk iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3402/2019 nömrəli iş üzrə 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər G.F.Tağızadə, T.O.Quliyev, E.G.Rəhimov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğ vi üçün əsas təşkil etmir. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı olmaqla, işdə iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsaslar yoxdur. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-827/2020 saylı iş üzrə 11 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.İsgəndərov, Ə.A.Əhmədov və İ.K.Dəmirov) ilk iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi 17.03.2017-ci il tarixli müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla ba ğlandığını və bu səbəbdən əhəmiyyətsiz olduğunu qeyd etsə də, Mülki Məcəllədə müəyyənləşdirilmiş məhz hansı şərtlərin pozulduğunu, bu şərtlərin hansı maddədə nəzərdə tutulduğunu konkret açıqlamamışdır. Cavabdeh qarşılıqlı iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 340.1 və 340.2-ci maddələrinə istinad etsə də, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən əqdin qanuniliyinə qiymət verərkən bu əsasların həqiqətən də mövcud olub-olmamasını araşdırmamış və qiymət verməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1365/2020 nömrəli iş üzrə 18 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.A.Qafari, Ş.R.Abasov, T.Q.Məmmədov) ilk iddiçının apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş,ilk idd ia təmin edilmiş, “xxxx” MTK tərəfindən X1 mənzilə giriş-çıxışı təmin olunmaqla, ona həmin mənzildən maneəsiz istifadəsinə şərait yaradılması qət edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi işə üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Xəyalə Çələbiyeva ilə “xxxx” MTK arasında 17 mart 2017-ci il tarixli “kooperativ binanın mənzil tikintisi haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Abşeron rayon Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikilməkdə olan yaşayış binası, 3-ci girişinin, 10-cu mərtəbəsindəki, 76 saylı mənzili “xxxx” MTK-nın ona verməsi, X.Çələbiyeva isə həmin mənzili qəbul edib qabaqcadan müəyyənləşdirilmiş haqqı vaxtında ödəməyi öhdəsinə götürmüş, mənzilin dəyərini tam olaraq ödəmiş və son uncuya bu barədə kassa mədaxil orderi verilmişdir. Mülki qanunvericiliyə görə, alqı-satqı müqaviləsi konsensual xarakterli müqavilədir, yəni tərəflər müqavilənin bütün mühüm şərtləri barədə razılığa gəldikləri andan alqı-satqı müqaviləsi bağlanmış hesab olunur. Adətən, alqı-satqı müqaviləsində tərəflərin razılığa gəlməsi ilə müqavilənin icrası üst-üstə düşür, lakin bu, alqı-satqı müqaviləsinin konsensual xarakterinə xələl gətirmir. Deməli, alqı-satqı müqaviləsi bağlandığı andan tərəflərin müvafiq hüquq və vəzifələri yaranır, bunun üçün əşyanın alıcıya verilməsini gözləmək tələb olunmur. Eyni zamanda nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsi qarşılıqlı xarakterli əqddir. Hər iki tərəfdə qarşılıqlı subyektiv hüquq və vəzifələrin olması bumüqavilənin zəruri şərtlərindən biridir, yəni alıcı nın təklif olunan əşyanın verilməsini tələb etmək hüququna satıcının həmin əşyanı vermək vəzifəsi, satıcının verdiyi əşyanın haqqını tələb etmək hüququna alıcının əşyanın dəyərini ödəmək vəzifəsi qarşılqlı şərtləndirilmişdir. Bu mənada, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən “xxxx” MTK mübahisəli mənzili alıcı X.Çələbiyevaya 38000 manata satdığından və sonuncuda müqavilədə müəyyənləşdirilmiş qeyd olunan pul vəsaitini ona ödədiyindən, həmin müqavilədə X.Çələbiyevanın başqa öhdəliyi olmadığından və həmçinin alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmaqla bağlanması öz təsdiqini tapmadığından, həmin müqavilə etibarsız sayıla bilməz. Digər tərəfdən, xüsusi olaraq qeyd olunmalıdır ki, X.Çələbiyeva öhdəliyi icra etməməsi barədə qarşılıqlı iddi açı “xxxx” MTK-nın istinad etdiyi 10 iyun 2016-cı il tarixli müqaviləyə nəzər saldıqda müəyyən edilir ki, bu müqavilə sonuncu ilə “xxxx” MMC arasında bağlandığını, X.Çələbiyeva ilə bağlanmış 17.03.2017-ci tarixli müqavilədə onun hər hansı şərtlə, o cümlədən “xxxx” MMC ilə bağlanmış 10.06.2016-cı il tarixli müqavilənin təminatı olaraq bağlanmasına dair hər hansı qeyd mövcud deyil. Həmin müqavilələr həm bağlanma tarixinə, həm subyektiv tərkibinə, həm də məzmununa görə bir-biri ilə əlaqədar olmayan fərqli müqavilələrdir və onlar arasında hər hansı əlaqənin olması müqavilələlərin mətnindən görünmür. Bununla yanaşı qeyd etmək lazımdır ki, “xxxx” MMC “xxxx” MTK qarşısında yerinə yetirilməmiş hər hansı öhdəlyinin olması sonuncuya X.Çələbiyeva ilə bağlanmış 17.03.2017-ci il tarixli müqavilə üzrə ö hdəliklərin icrasından imtina etmək üçün deyil, “xxxx” MMC-yə qarşı öhdəliyin yerinə yetirilməsi, yaxud vurulmuş ziyanın ödənilməsi barədə iddia qaldırmaq üçün əsas verir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını və hazırkı mübahisə ilə bağlı mövcud olan qərarları düzgün tətbiq etməmiş və bununla da qanunsuz qətnamə qəbul etmişdir. X2 “xxxx” MTK-dan nə mənzil almamış, nə də ki, həmin MTK-nın kassasına 38000 manat məbləğində pul mədaxil etməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələ lərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavi lənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 567 və 646-cı maddələrinə əsasən, alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübu tetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 4 16, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3748/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3748/2021
16.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver