Məhkəmə qərarları › İş №2(102)-3748/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3748/2024

20.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3748/2024 20.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qarşı ilkin iddiası və Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddiası barədə iş üzrə QƏRARİ Açar söz və kateqoriya - mənzildən çıxarılması, pul tələbi, mülkiyyət hüququnun müdafiəsinə dair tələblər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair ilkin iddiası və Cavabdeh1 İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1044/2024 nömrəli, 9 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 (bundan sonra mübahisəli mənzil) xüsusi mülkiyyət hüququ ilə İddiaçı (bundan sonra iddiaçı) məxsusdur. Qeydiyyat tarixi xx.xx.2013-cü ildir.

2. AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 29.47 kv. metr təşkil edən 2 otaqdan ibarət mənzil 30000 manata iddiaçının mülkiyyətinə verilmişdir.

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdeh) ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan mübahisəli mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi ünvanında yerləşən 7/19 saylı evin 113 nömrəli mənzili ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınmaqla onun şəxsi mülkiyyətindədir. 30 sentyabr 2013-cü il tarixdə AN-№ 032119 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında həmin mənzili alqı-satqı yolu ilə Cavabdeh1 satın almışdır. Həmin mənzil xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Cavabdeh1 onun mərhum qaynı X1 həyat yoldaşı olmuşdur. Onlar arasında olan nikah xx.xx.2001-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh1 ilə mərhum qaynı arasında olan nikah pozulmuş olsa da, həmişə ailələri arasında xoş münasibət olmuşdur. Bu səbəbdən də, mənzili alqı-satqı etdikləri zaman Cavabdeh1 öhdəsində azyaşlı qızı, indiki Cavabdeh2 olduğu üçün və onların köçüb yaşamağa başqa mənzilləri olmadığını və xoş münasibətləri nəzərə alaraq cavabdehlərin onun mülkiyyətində olan mənzildə bir müddət yaşamalarına icazə vermişdir. Həmi n vaxtdan bu günkü günə qədər cavabdehlər sözügedən mənzildə yaşayırlar. Bu yaxınlarda cavabdehlərdən mənzili boşaldıb qeydiyyatdan çıxarılmalarını xahiş etsə də, cavabdehlər mənzildən çıxmayacaqlarını ona bildirmişlər. Cavabdehlər ona öz şəxsi mülkündən rahatlıqla istifadə etmək imkanı vermirlər, bu da onun dövlət tərəfindən qanunla qorunan hüquqlarının pozulması deməkdir. Bu səbəbdən də, mövcud tələb ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

6. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanındakı mənzilə tərəfindən çəkilmiş təmir xərcinin əvəzi kimi 20000 (iyirmi min) manat pulun və 14400 (on dörd min dörd yüz) manat kompensasiyanın cavabdeh İddiaçı Cavabdeh1 xeyrinə tutulması barədə qətnamə ç ıxarılmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının qaynı X5 ilə rəsmi nikahları 1997-ci ilin mart ayında qeydə alınmışdır. Həmin ilin dekabr ayında birgə nikahlarından X4 anadan olmuşdur. Sonradan 2000-ci ildə yaşadığı və qeydiyyatda olduğu ünvan 3 ünvanında yerləşən mənzili birgə nikah dövründə əldə etmişlər. Sadəcə olaraq gələcəkdə baş verə biləcək neqativ halları nəzərə almadan mənzili baldızı X3 adına 15 illik etibarnamə verdiyi üçün yoldaşı İddiaçı adına rəsmiləşdirərək və onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə ediblər. İddiaçı heç vaxt hazırki mənzildə yaşamamış və həmin mənzilin əldə edilməsində heç bir maddi vəsaiti olmamışdır. Sözügedən mənzildə o, keçmiş həyat yoldaşı ilə birgə nikahda olan zaman alınmış və həmin va xtdan övladı ilə birlikdə yaşamışlar. Bununla da həmin mənzilə onun istifadə hüququ yaranmışdır. Əsas məqam ondan ibarətdir ki, o 2000-ci ildən həmin mənzilə köçmüş və mütəmadi olaraq həmin mənzildə tərəfindən təmir işləri aparılmışdır. Sonuncu dəfə 2014cü ildə həmin mənzili təmir etməyə başlamış və mənzilin təmiri 2016 cı ildə yekunlaşmışdır. Təmir xərclərinə ümumilikdə 25000 manat miqdarında vəsait xərcləmiş və bununla bağlı "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə mütəxəssis rəyi tərtib edilmiş və mənzilin təmirinə çəkilmiş xərcin dəyəri 20320 manat müəyyən edilmişdir. Əlavə olaraq, həmin xərcin onun tərəfindən ödənilməsini təsdiq edəcək şahidlər vardır. Hesab edir ki, tərəfindən həmin mənzilə çəkilən xərc mənzilin şəraitini yaxşılaşdırmaqla onun bazar dəyərini faktiki olaraq artı rdığından və onun həmin mənzildən istifadə hüququ olduğu üçün həmin təmir xərci cavabdehdən tutularaq ona ödənilməlidir. Tərəfindən mənzildə aparılmış təmir nəticəsində mənzilin bazar dəyəri kifayət qədər artmışdır. Həmçinin həmin mənzildə olan istifadə hüququ kompensasiya verilməklə xitam verilə bilər. Qeyd edir ki, mənzilin yerləşdiyi ərazi üzrə evlərin kirayə dəyəri 400-450 manat civarında olduğu üçün son 3 ilin kompensasiya məbləği 14400 manat edir. 8. "xxxx" MMC-in xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, aparılmış hesablamalar və təhlillərə əsasən mübahisəli mənzilin təmir-tikinti işlərinə çəkilmiş xərcin məbləği 12 sentyabr 2023-cü il tarixinə 20320 manat təşkil etmişdir.

9. Qaimə-fakturaların surətlərinə əsasən, Cavabdeh1 tərəfindən xx.xx.2012-ci il tarixdə 3 22 manat, xx.xx.2012-ci il tarixdə 498,9 manat, xx.xx.2013-cü il tarixdə 73 manat, xx.xx.2013-cü il tarixdə 580 manat, xx.xx.2013-cü il tarixdə 74 manat, xx.xx.2013-cü il tarixdə 192 manat, xx.xx.2013-cü il tarixdə 1598,50 manat dəyərində mal alınmışdır.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Rəşad Qoşqarlı ) 31 oktyabr 2023-cü il tarixli, 2(001)-4859/2023 saylı qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, ev 7/19 ünvanında yerləşən 113 saylı mənzildən çıxarılmaları, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, Cavabdeh1 İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi və qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun Cavabdeh1 özünə aid edilməsi qət edilmişdi r.

11. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, ilkin iddia tələbi üzrə iddiaçı mübahisə predmeti təşkil edən mənzilin xüsusi mülkiyyətçisidir. Cavabdehlərə qeyd edilən evdə müvəqqəti yaşamaq üçün iddiaçı tərəfindən icazə verilmişdir.

12. Cavabdehlər iddiaçının iradəsinə zidd olaraq qanuni əsaslarla ona məxsus olan mənzili zəbt etməklə iddiaçının həmin mənzildən istifadə etməsinə maneə yaratmışlar. Belə olan halda, iddiaçı hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzildən çıxarılmalıdırlar.

13. Qarşılıqlı iddiaya gəlincə məhkəmə hesab etmişdir ki, ilkin olaraq Cavabdeh1 mənzilə çəkilən təmir xərclərinin əvəzi olaraq 20000 (iyirmi min) manat pulun onun xeyrinə tutulması hissəsində rədd edilməlidi r. Belə ki, sözügedən mübahisəli mənzilə təmir xərclərinin çəkildiyi məlumdur. Lakin təmir xərclərinin məhz cavabdeh tərəfindən həyata keçirildiyi barədə məhkəməyə sübut təqdim edilməmişdir.

14. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, sözügedən mənzildə təmir işləri həmin mənzilin mülkiyyətçisinin razılığı olmadan aparılmışdır. Eyni zamanda cavabdeh mənzili təmir etdirməklə öz yaşayış şəraitini yaxşılaşdırmışdır.

15. Bundan başqa qarşılıqlı iddia tələbinin iddiaçı-Cavabdeh1 14400 (on dörd min dörd yüz) manat kompensasiyanın onun xeyrinə tutulması hissəsindədə təmin edilməməlidir. Hazırda qarşılıqlı iddia tələbi üzrə iddiaçı mənzil mülkiyyətçisi olmadığı üçün hazırki tələb üzrə məhkəmədə iddia qaldırması əsassızdır. Kompensasiya verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyə n edilən hüququdur.

16. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh1 İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 157.5, 157.8, 178.1, 203.1, 1087-ci maddələrinə, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına və Azərbaycan Respublikası MPM-in 14.2, 76.1, 77.1, 81, 89.3, 217.4-cü maddələri nə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə ekspertiza təyin etməklə qarşılıqlı iddianın təmin edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Cavabdeh apellyasiya şikayətinin əsas dəlili kimi göstərmişdir ki, 2000-ci ildən həmin mənzildə yaşamaqla, mənzildə bir neçə dəfə əsaslı təmir işləri aparmışdır. Eyni zamanda sonuncu dəfə 2016-cı ildə təmirə 20000 manat xərcləmişdir, bunun təsdiq edən mütəxəssis rəyi də təqdim etmiş, lakin məhkəmə bunun yoxlanması üçün müvafiq ekspertiza da təyin etməmişdir. Odur ki, qətnamənin ləğv edilməsini, iş üzrə ekspertiza təyin etməklə qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kolle giyasının 2(103)-1044/2024 nömrəli, 9 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Namiq Cəfərov) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, qarşılıqlı iddia hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, qarşılıqlı iddia tələbinin təmir xərci hissəsində qismən təmin edilməsi, İddiaçı 14.100 manat alınaraq Cavabdeh1 verilməsi, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, ev 7/19 ünvanında yerləşən 113 saylı mənzilə quraşdırılmış əşyaların - kondisioner və mətbəx mebeli İddiaçı tərəfindən Cavabdeh1 verilməsi, pulun və əşyaların verilməsinin cavabdehlərin mənzildən çıxarılması ilə eyni anda icra edilməsi, qarşılı qlı iddia tələblərinin mübahisələndirilən qalan hissədə təmin edilməməsi qət edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlərin iddiaçının həmin mənzildə 2001-ci ildən bəri yaşamaları və mənzildən fasiləsiz istifadə etmələri, mənzili əsaslı təmir etmələri hazırkı işin mübahisəsiz halıdır. Həmçinin o da işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur ki, mənzil 2001-ci ilə Cavabdeh1 tərəfindən əldə edilmiş və xx.xx.2013-cü il tarixədək onun mülkiyyətində olmuş, xx.xx.2013-cü ildə həmin mənzilə dair iddiaçı ilə cavabdehin arasında həmin mənzilin alqı-satqısına dair müqavilə bağlanmış, lakin cavabdehlər həmin mənzildə qeydiyyatda qalmaqla yaşamaqda davam etmişlər, hazırda da həmin mənzildə yaşayırlar.

22. Cavabdeh1 qarşılıqlı iddiasında yaşadığı mənzilin təmiri üçün çəkilmiş 20.000 manat xərci, bir də mənzildən çıxarılması müqabilində 14.400 manat kompensasiya ödənilməsini tələb edir.Yuxarıda da qeyd olunduğu kimi, rayon məhkəməsinin qətnaməsini yalnız Cavabdeh1 mübahisələndirmişdir. (digər Cavabdeh2 qətnaməni mübahisələndirməmişdir). Cavabdeh1 da apellyasiya şikayətində qətnamənin ləğv edilməsini qeyd etsə də, lakin onun şikayətinin məzmunundan müəyyən olunur ki, o, yalnız qarşılıqlı iddiasının təmin edilməməsi hissəsini mübahisələndirir, başqa sözlə desək, Cavabdeh1 mənzildən çıxarılmasını (ilkin iddianın təmin edilməsini) deyil, mənzildən çıxarılması müqabilində ona 14.400 manat kompensasiyanın, bir də mənzilin təmirinə çəkdiyi 20.000 manat xərcin ödənilməsini tələb edir.

23. Cavabdeh qarşılıqlı iddia tələbində hesab etmişdir ki, onun mənzilə istifadə hüququ olduğundan, istifadə hüququna da kompensasiya verilməklə xitam verilə bilər, odur ki, 14.400 manat kompensasiya tələb edir.

24. Rayon məhkəməsi qarşılıqlı iddianın həmin tələbi üzrə qeyd etmişdir ki, iddiaçı mənzil mülkiyyətçisi olmadığı üçün hazırkı tələb üzrə məhkəmədə iddia qaldırması əsassızdır, kompensasiya verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, rayon məhkəməsinin həmin tələbi istinad olunan əsasla rədd etməsi əsaslı olmamışdır. Əvvəla, nəzərə almaq lazımdır ki, işin hallarından asılı olaraq, mülkiyyətçi olmayan şəxsin, yəni istifadə hüququ olan şəxsin belə tələblə çıxış etməsi mümkündür (məsələn: A evin mülkiyyətçisidir, onun keçmiş arvadı C-nin həmin evdən is tifadə hüququ mövcuddur. A mülkiyyətçi olmasına istinadən həmin evi sökür. Bu vaxt istifadə hüququndan qanunsuz olaraq məhrum olan C-nin evin mülkiyyətçisi olan A-ya qarşı məhrum olduğu istifadə hüququna müvafiq kompensasiya verilməsini tələb etmək hüququ yaranmış olacaqdır, reallıqda başqa hallar da ola bilər ). Hazırkı işdə isə rayon məhkəməsi ilkin olaraq Cavabdeh1 həmin mənzildən istifadə hüququnun olub-olmamasını yoxlamalı, yalnız bundan sonra onun həmin tələbinə münasibət bildirməli idi. Hazırkı işin mübahisələndirilməyən bir başqa halı da ondan ibarətdir ki, qarşılıqlı iddiaçı Cavabdeh1 hazırda yaşadığı mənzilin mülkiyyətçisi olmuş, xx.xx.2013-cü ildə isə mənzilini İddiaçı satmışdır, daşınmaz əmlakın dövlət reyestrində onun adına olan qeyd ləğv olunmaqla, həmin mənzil xx.xx.2013-cü il tarixində reyestrdə İddiaçı adına qeydə alınmışdır. Bu baxımdan, MM-in 139-1.1.3-cü maddəsinin tələbinə əsasən, Cavabdeh1 həmin mənzilə olan mülkiyyət hüququ, demək həm də istifadə hüququ itirilmişdir. Demək ki, Cavabdeh1 qarşılıqlı iddiasının mənzildən çıxarılması müqabilində ona müvafiq kompensasiyanın verilməsinə dair tələbi, onun həmin mənzilə istifadə hüququnun olmaması əsasına gərə təmin edilə bilməzdi. Bu səbəbdən də qətnamə həmin hissədə ləğv edilməklə, başqa əsasa görə təmin edilməməlidir.

25. Qarşılıqlı iddia tələbində cavabdeh evə çəkilmiş 20.000 manat təmir xərcini tələb edir. İddiaçının həmin tələbinin qanuni əsasını MM-in 157.6 və 157.7-ci maddəsi təşkil edir.

26. MM-in 157.6-cı maddəsinə görə, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəl irin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Cavabdeh1 iddiaçıya məxsus mənzildə, həmin mənzilin İddiaçı mülkiyyətinə keçməsindən sonrakı vaxtda məhz iddiaçının razılığı əsasında- qanuni əsaslarla yaşaması da mübahisələndirilmir. Demək ki, Cavabdeh1 həmin mənzilə münasibətdə vicdanlı sahibdir.

27. MM-in 157.7-ci maddəsinə görə, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

28. Qarşılıqlı iddia tələbini təmir xərci hissədə təmin etməyən rayon məhkəməsi qeyd et mişdir ki, sözügedən mübahisəli mənzilə təmir xərclərinin çəkildiyi məlumdur, lakin təmir xərclərinin məhz cavabdeh-iddiaçı tərəfindən həyata keçirildiyi barədə məhkəməyə sübut təqdim edilməmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmamış və qeyd etmişdir ki, cavabdehlərin 2001-ci ildən həmin mənzildə fasiləsiz yaşamaları eləcə də, Cavabdeh1 tərəfindən təmir işlərinin aparılması tərəflərin izahatlarına əsasən mübahisəsiz qaydada müəyyən edilmişdir. Hazırda mübahisəli məqam təmir xərcinin məbləği ilə bağlıdır.

30. Bununla əlaqədar apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1044/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-tikinti ekspertizası təyin edilmişdir.

31. Məhkəmə Ekspertizası Mə rkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən məlum olur ki, birinci sual üzrə, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi ünvanında yerləşən 7/19 saylı evin 113 nömrəli mənzil üzrə aparılmış təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 15.300 manat məbləğində olduğu müyyən edilmişdir. İkinci sual üzrə, tədqiq olunan mənzildə mətbəxin ölçülərinə uyğun mətbəx mebelinin quraşdırıldığı müəyyən edilmişdir.

32. İddiaçı tərəf ekspert rəyi ilə razılaşmadığından, apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-1044/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə təkrar məhkəmə-tikinti ekspertizası təyin edilmişdir. 33. "xxxx" MMC tərəfindən verilmiş 04 iyun 2024-cü il tarixli qiymətləndirmə hesab atından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi ünvanında yerləşən 7/19 saylı evin 113 nömrəli mənzilində Cavabdeh1 tərəfindən təmirtikinti işləri aparılmışdır və həmin işlərin ümumi dəyəri - bazar dəyəri 14.100 (on dörd min yüz) manat təşkil edir. İkinci sual üzrə isə mənzilin təmiri zamanı cavabdeh tərəfindən quraşdırılmış lakin mənzilə və əşyanın təyinatına xələl gətirmədən ayrıla bilən əşyalar kondisioner və mətbəx mebeli müəyyən edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sonuncu rəylə təmir xərcinin 14.100 manat olduğu müəyyən edilmiş, iddiaçı tərəf həmin məbləğlə razılaşmadığını bildirsə də, əlavə qiymətləndirmənin keçirilməsinə lüzum olmadığını bildirmiş, apellyator da həmin rəylə razılaşmışdır.

35. Ekspert rəyi nəzərdən keçirilərkə n müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. İddiaçı-cavabdeh tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

36. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının mənzilində aparılan təmir xərcinin 14.100 manat olması müvafiq rəylə də təsdiq edildiyindən, təmir xərcinə dair iddia tələbi hissədə qismən, yəni 14.100 manat hissədə əsaslıdır və həmin hissədə təmin edilməlidir.

37. Digər tərəfdən təqdim edilmiş rəyə əsasən - mənzilin təmir i zamanı cavabdeh tərəfindən quraşdırılmış, lakin mənzilə və əşyanın təyinatına xələl gətirmədən ayrıla bilən əşyalar kondisioner və mətbəx mebeli olması müəyyən edilmişdir.

38. Bununla da məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı mübahisəli mənzildə həyata keçirilmiş yaxşılaşdırmalara sərf olunmuş vəsait -14.100 manat Cavabdeh1 xeyrinə tutulmalı, eyni zamanda rəydə qeyd olunan əşyaları da cavabdeh MM-in 157.7-ci maddəsinə uyğun olaraq özünə götürə bilər. Məhkəmə kollegiyası həmçinin hazırkı işin faktiki halları, yəni cavabdehin yaşaması üçün başqa yaşayış sahəsinə malik olmaması səbəbindən hesab edir ki, MPM-in 220.6-cı maddəsinə əsasən Cavabdeh1 mənzildən çıxarılması ilə, İddiaçı tərəfindən ona pulun ödənilməsi və cavabdehə məxsus əşyaların mənzildən aparılması eyni vaxtda icra edil məlidir.

39. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2, 139-1.1,139-1.1.3, 152.1, 157.6, 157.7, 1091.1, 1091.2, 1094-ci maddələrinə və Azərbaycan Respublikasının MPM-in 14.1, 14.2, 76.1, 76.2, 77.1, 88, 101.7, 103.1, 220.6cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

40. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1044/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi, qarşılıqlı iddianın tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər Bakı şəhəri, Binəqədi rayonu, Ab ay Kunanbayev küçəsi ünvanında yerləşən 7/19 saylı evin 113 nömrəli mənzildən əvəzsiz istifadə etmiş, həmin mənzilin saxlanılması üçün zəruri olan təmiri görmüşdülər. Bununla bağlı iddiaçıya hər hansı məlumat verilməmiş, həmçinin onunla hər hansı razılaşma aparılmamışdır. Cavabdehlər özləri də etiraf edir ki, sonuncu dəfə 2014-cü ildə həmin mənzili təmir etməyə başlamış və mənzilin təmiri 2016-cı ildə yekunlaşmışdır. Hazırda həmin təmirin üzərindən 8 ildən artıq vaxt keçmişdir. Həmin təmir işləri ilə bağlı iddiaçı ümumiyyətl varlanmamışdır. Belə ki, 10 il bundan əvvəl mənzilin təmiri hansı vəziyyətdə idisə, təmirin üzərindən keçən 10 ildə hazırda həmin vəziyyəti yaratmışdır. Ekspert və qiymətləndirmə tərəfindən mənzildə aparılmış təmirin qiyməti çıxarılmışdır. 10 il ərzində mənzil istifa də olunmuş və aparılmış təmir həmin vəziyyətdə deyil. İddiaçının varlanması o halda ola bilərdi ki, mənzilin dəyəri həmin təmir nəticəsində artmış olardı. Lakin nə ekspert, nə də qiymətləndirmə rəyində mənzilin bazar qiyməti müəyyənləşdirilməmiş təmirin bazar qiymətini hansı formada dəyişməsi aydınlaşdırılmamışdır. Həmçinin, ümumiyyətlə iş materiallarında 2024-2016-cı illərə qədər mənzilin təmirinin hansı formada olması ilə bağlı sübut mövcud deyil. Belə olan halda məhkəmə əsassız olaraq təmir xərcini tam olaraq tutmuşdur. Həmçinin təmir xərcləri hazırki dövr üçün olan qiymətlər əsasında hesablanmışdır.

42. Məhkəmə qətnaməsində qeyd edir ki, Cavabdeh1 iddiaçıya məxsus mənzildə, həmin mənzilin İddiaçı mülkiyyətinə keçməsindən sonrakı vaxtda məhz iddiaçının razılığı əsasında-qanuni əsaslarla yaşaması da mübahisələndirilmir. Demək ki, Cavabdeh1 həmin mənzilə münasibətdə vicdanlı sahibdir. Bunula bağlı məhkəmə kollegiyasının ilk əvvəl diqqətinə çatdırmaq istəyirlər ki, daşınmaz əmlakla bağlı hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Cavabdeh1 iddiaçıya məxsus mənzildə hər hansı hüququ dövlət qeydiyyatına alınmayıb. Digər tərəfdən iddiaçı ümumiyyətlə mübahisəli mənzilə mülkiyyət hüququnu itirmiş və bundan məlumatı olmuşdur. Hazırkı mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.6 və 157.7-ci maddələri deyil, əvəzsiz istifadə ilə bağlı normalar tətbiq edilməlidir.

43. Cavabdehlər özləri də etiraf edir ki sonuncu dəfə 2014-cü ildə həmin mənzili təmir etməyə başlamış və mənzilin təmiri 2016-cı ildə yekunlaşmışdır. Hazırda həmin təmirin üzərindən 8 ildən artıq vaxt keç mişdir.

44. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.6, 157.7, 732, 734.1, 734.2, 1087.1, 1087.2, 1088.1, 1090.1, 1090.2-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

46. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

47. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılm asının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:

48. Maddə 139-1.1.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;

49. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

50. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiy yətçidən tələb edə bilər.

51. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

52. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

53. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

54. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 76.1.Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

57. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlər in ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

61. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

62. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

63. Maddə 217.3. Qətnamə iş üzrə müəyyə n edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

64. Maddə 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.

65. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

66. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

67. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

68. Maddə 416.1. Kassasiya instansiyası m əhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

69. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

70. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

71. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

72. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

73. Hazırkı kassasiya şikayətinin dəlillərində qətnamə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən qarşılıqlı iddianın təmir xərcinə dair təmin edilən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

74. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

75. Kollegiya bildirir ki, sübutları araşdırmaq və q iymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissə üzrə işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və gəldiyi nəticəni əsaslandırmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

76. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradılmış və onların dəlillərinə hüquqi qiymət verilmişdir, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

77. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmir xərcinə dair təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

78. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 iyul 2024-cü il tarixli 2(103)1044/2024 nömrəli qətnaməsi qarşılıqlı iddianın təmir xərcinə dair təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar