Məhkəmə qərarları › İş №2(102)-3748/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3748/2025

30.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3748/2025 30.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1264/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işi Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1264/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərə findən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-3748/2025 nömrəli qərardadı ilə icraata qəbul edilmişdir. Sonradan, işə baxmış apellyasiya instansiyası məhkəməsindən tərəfindən Ali Məhkəməyə ünvanlanmış məktubla, əlavə qətnamə qəbul edilməsi üçün mülki işin həmin məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin icraata qəbul edilməsi ilə bağlı sözügedən qərardad ləğv edilməli və iş baxışdan çıxarılaraq apellyasiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 263 və 417-ci maddələrini rəhbər tutaraq, QƏRARA A LDİ: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1264/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-3748/2025 nömrəli qərardadı ləğv edilsin və iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar