Məhkəmə qərarları › İş №2(102)-3749/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-3749/2022

16.06.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3749/2022 16.06.2022 ALİ MƏHKƏMƏ İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası Ali Məhkəmənin Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), X1 və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3081/2021 saylı, 10 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT QSC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı BOKT QSC-yə qarşı “müqavilənin xitam olunması və şəhadətnamənin ləğvi” tələbi dair qarşılıqlı iddiası üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3081/2021 saylı, 10 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı BOKT QSC (vəkili Vəkil2) kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. İşdə olan 07 yanvar 2022-ci il tarixli “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan (səh.228) görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3081/2021 saylı, 10 noyabr 2021-ci il tarixli qətnaməsi İddiaçı BOKT QSC-nın elektron kabinetinə xx.xx.2022-ci il t arixdə yerləşdirilmişdir. Buna baxmayaraq, kassasiya şikayəti elektron sistemə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş və həmin tarixdə elektron imza ilə imzalanmışdır. Göründüyü kimi, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş iki aylıq müddət ötürülmüş, buna baxmayaraq həmin müddətin bərpasına dair ərizə verilməmişdir. Odur ki, kassasiya şikayəti qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və ötürülmüş müddətin bərpası məsələsi həll edilmədiyindən şikayətin icraata qəbul olunmasından imtina edilməli və geri qaytarılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şi kayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-nin 408.1.4-cü maddəsinə görə, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1. və 408.1.3.408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405, 408-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı BOKT QSC-nın Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3081/2021 saylı, 10 noyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin və geri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar