Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3750/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətdən istifadəyə edilən maneçiliyə son qoyulması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar x oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 31 may 2019-cu il t arixdə ********** qeydiyyat nömrəli, **********43 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz rayonunun x-oba kəndi ərazisində 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı və ailə üzvü X2 adına daşınmaz əmlakın dövlət reyestrində 275 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. İddiaçı və ailə üzvü X2 mülkiyyətinə verilmiş, Xaçmaz rayonunun x-oba kəndi ərazisində yerləşən 0,60 ha torpaq sahəsinin plan və ölçüsünə dair 31 may 2019-cu il tarixli, A seriyalı, 376205 nömrəli sənəd verilmişdir.
3. Torpağa mülkiyyət hüququna dair JN-0021 seriyalı, xkodlu dövlət aktının surətindən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 05 de kabr 1997-ci il tarixli, 15 saylı qərarına əsasən X13, X4, X5, X7, Cavabdeh2 Yaşayeviçin və X12 paylı olaraq mülkiyyətlərinə yaşadıqları Xaçmaz rayonunun x-oba kəndi ərazisindən cəmi 1,89 ha pay torpaq sahəsi verilmişdir. Dövlət aktının plan cizgisindən müəyyən olunur ki, 108 sayla qeyd edilmiş qonşu mülkiyyətçi İddiaçıdur və iddiaçı ilə cavabdehin və ailə üzvlərinin torpaq sahələri qonşu sərhədlərdə yerləşir.
4. İddiaçı özünə məxsus torpaq sahəsinin bir hissəsinin cavabdehlər tərəfindən zəbt olunduğunu bildirərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan 31 may 2019-cu il tarixli, ***** ***** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və A № 376205 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,60 ha torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmuş 0,18 ha hissəsinin onların qanunsuz sahibliyindən alınaraq onun istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, onun və 1 nəfər ailə üzvünün mülkiyyətində yaşadığı Xaçmaz rayonunun xoba kəndi ərazisində 0,60 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə mülkiyyət hüququ 31 may 2019-cu il tarixdə ********** qeydiyyat nömrəli, **********43 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi ilə rəsmiləşdirilmişdir. Torpaq sahəsinin plan və cizgiləri 31 may 2019-cu il tarixli, A seriyalı, 376205 nömrəli texniki göstəriciləri müəyyən edən sənədlə müəyyən edilmişdir. Onun torpaq sahəsi ilə qonşuluqda Cavabdeh1 və Cavabdeh2 və ailə üzvlərinin torpaq sahələri yerləşir. Onun və ailə üzvünün mülkiyyətinə aid cəmi 0,60 ha torpaq sahəsindən 0,24 ha hissəsi çatışmadığından o, 2017-ci ildə Xaçmaz rayon məhkəməsində qonşu torpaq sahəsinin mülkiyyətçiləri X16, X11 və X3rşı əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddia qaldırmış, həmin iddia tələbi Xaçmaz rayon məhkəməsinin 23 fevral 2018-ci il tarixli, 2(067)-30/2018 nömrəli qətnaməsi ilə qismən təmin olunaraq onun və oğlu Əziz Ridvanovun mülkiyyətində olan 0,60 ha torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olan 592 kv.m hissəsinin cavabdehlər X16, X11 və X1suz istifadəsindən alınaraq ona və oğlu X6 qaytarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra qətnamənin icrası zamanı müəyyən olunmuşdur ki, ona və ailə üzvünə məxsus 0,60 ha torpaq sahəsinin 0,18 ha hissəsindən həmin iş üzrə cavabdehlərin digər ailə üzvü olan hazırki iş üzrə Cavabdeh2 qanunsuz istifadə edir. Belə ki, Velayevlər ailəsinə verilmiş Xaçmaz rayonunun x-oba kəndi ərazisində yerləşən torpaq sahəsi 1,89 ha təşkil edir və həmin torpaq sahəsinə dair onların adına JN-0021 seriyalı, xkodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı işlənmişdir. Qeyd olunan torpaq sahəsi Cavabdeh2 və onun digər ailə üzvləri X X, X, Xt və Aslan Velayevlərin ümumi mülkiyyətinə aid əmlak olsa da hər bir mülkiyyətçi ayrı-ayrılıqda ümumi mülkiyyətlərinə aid torpaq sahəsini natura şək lində öz aralarında bölmüş və hər biri ayrı-ayrı hissələrdən istifadə edirlər. Cavabdeh öz payına düşən hissə ilə birlikdə onun və ailə üzvünün mülkiyyətinə aid 0,18 ha torpaq sahəsini zəbt etmişdir. Cavabdeh2 könüllü olaraq onlara məxsus 0,18 ha torpaq sahəsindən çıxmadığına görə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur.
7. Cavabdeh1 birinci instansiya məhkəməsinin 07 noyabr 2019-cu il tarixli iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 05 dekabr 1997-ci il tarixli, 15 nömrəli qərarına əsasən onun mülkiyyətinə yaşadığı Xaçmaz rayonunun xoba kəndi ərazisindən 0,04 ha pay torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsinə onun mülkiyyət hüququ torpağa mülkiyyət hüququna dair JN-110 seriyalı, xkodlu dövlət aktı ilə rəsm iləşdirilmişdir. 1997-ci ildə islahat zamanı qeyd olunan torpaq sahəsi ona torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən cizgilər və sərhədlər daxilində təhkim edilmişdir. Həmin vaxtdan ona təhkim edilmiş cizgilər və ölçülər daxilində torpaq sahəsindən istifadə edir. O, İddiaçı məxsus torpaq sahəsini tutmamışdır
8. Cavabdeh2 birinci instansiya məhkəməsinin 07 noyabr 2019-cu il tarixli iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı məhkəmədə ona və Cavabdeh1 qarşı zəbt olunmuş torpaq sahəsinin geri alınması tələbinə dair iddia qaldırmışdır. Hesab edir ki, iddiaçının qeyd olunan iddia tələbinə məhkəmədə baxılmalı deyil və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 05 dekabr 1997-ci il tarixli, 15 nömrəli qərarına əsasən ailə başçısı olan atası X10, ailə üzvləri olaraq onun və digər ailə üzvlərinin paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun xoba kəndi ərazisindən 1,89 ha pay torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsinə onların mülkiyyət hüquqları torpağa mülkiyyət hüququna dair JN-0021 seriyalı, xkodlu dövlət aktı ilə rəsmiləşdirilmişdir. Onların pay torpaq sahələri iddiaçının torpaq sahəsi ilə qonşuluqda yerləşsə də o, öz torpaq sahəsindən istifadə edir. İddiaçının torpaq sahəsini tutmamışdır. İddiaçı 2017-ci ildə məhkəmədə atası xə qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması və dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia qaldırmış, iddia qismən təmin edilməklə 592 kv.m torpaq sahəsinin atasi x, digər ailə üzvləri x və xin qanunsuz sahibliyindən alınaraq İddiaçı qaytarılması qə t edilmişdir. Sumqayıt Apellyasiya məhkəməsinin 19 iyul 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməməklə Sumqayıt Apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 30.04.2019-cu il tarixli aktı ilə qətnamə icra edilmiş və qətnamədə göstərilən torpaq sahəsi İddiaçı qaytarılmışdır.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Xəyyam İsgəndərovun 24 fevral 2020-ci il tarixli, 30579 saylı rəyinin nəticə hissəsindən görünür ki, "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən, hüq uqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 31 may 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış sənədinə əsasən İddiaçı mülkiyyətində olan Xaçmaz rayonunun x-oba kəndi ərazisində yerləşən 0,60 ha torpaq sahəsinin zəbt edildiyi iddia olunan 0,18 ha hissəsi mülkiyyət sənədində və texniki göstəriciləri müəyyən edən sənəddə göstərilən ölçülər və cizgilər daxilində naturada mövcud olduğu müəyyən olunur. "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən, torpağa mülkiyyət hüququna dair JN-0021 seriyalı, xkodlu dövlət aktına əsasən Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonunun xoba kəndi ərazisində yerləşən cəmi 1,89 ha torpaq sahəsi həmin torpaq sahəsinin mülkiyyət sənədində göstərilən ölçülər və cizgilər daxilində naturada mövcud olduğu müəyyən e dilir. "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmalk Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin 02.04.1999-cu il tarixli, AN 376205 nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan əsas döngə nöqtələrinin koordinatları elektron xəritə üzərində yoxlanılmış, qeyd olunan koordinatların faktiki sahədən sürüşdüyü müşahidə edilmişdir. Qeyd olunanları nəzərə alaraq yuxarıda göstərilən torpaq sahəsinin sənəd üzrə göstərilən konfiqurasiyalarına uyğun konturları faktiki elektron xəritə üzərində otuzdurulmuş, bölgü layihəsinə əsasən İddiaçı məxsus 0,60 ha torpaq sahəsinin 0,18 ha hissəsinin faktiki olaraq Cavabdeh2 istifadəsində olduğu müəyyənləşdirilmişdir.
10. Xaçmaz Rayon Məhkəməsinin (hakim X.Quliyev) 21 may 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı və bir nəfər ailə üzvü X2 mülkiyyətinə aid, 31 may 2019-cu il tarixli, **********43 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və 31 may 2019-cu il tarixli, A seriyalı, 376205 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən Xaçmaz rayonunun xoba kəndi ərazisində yerləşən 0,60 ha torpaq sahəsinin Cavabdeh2 tərəfindən zəbt olunmuş 0,18 ha hissəsinin onun qanunsuz sahibliyindən alınaraq İddiaçı və bir nəfər ailə üzvünün istifadəsinə qaytarılması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pulun Cavabdeh2 tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mə hkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, araşdırma zamanı iddiaçının izahatı və iş materialları ilə Cavabdeh2 İddiaçı və bir nəfər ailə üzvü X2 mülkiyyətinə aid Xaçmaz rayonunun x-oba kəndi ərazisində yerləşən 0,60 ha torpaq sahəsinin 0,18 ha hissəsini zəbt edərək qanunsuz istifadə etməsi halı öz təsdiqini tapmışdır. Lakin Cavabdeh2 İddiaçı məxsus torpaq sahəsini hər hansı ölçüdə tutmadığını, onun və ailə üzvlərinin pay torpaq sahələri iddiaçının torpaq sahəsi ilə qonşuluqda yerləşsə də öz torpaq sahəsindən istifadə etdiyini göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları sübut edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və həmin hallar aparılmış məhkəmə tədqiqatı zamanı öz təsdiqini tapmamışdır. b) Apel lyasiya instansiyası məhkəməsindəki icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin iş üzrə 18.09.2020-ci il tarixli qərardadı ilə təkrar məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir.
13. Hüquq-Torpaq Məsələləri və Ekspertiza Mərkəzi” MMC-nin 03 noyabr 2020-ci il tarixli, 06 saylı mütəxəssis rəyinə əsasən, 31 may 2019-cu ıl tarixli, **********3 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı və ailə üzvü X2 mülkiyyətinə aid Xaçmaz rayonunun x-oba kəndi ərazisində yerləşən 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin torpaq sahəsinin planı və ölçüsünə uyğun naturada öz yerində deyil, bu reyestrdən çıxarışla JN-108 saylı, xkodlu dövlət aktı arasında uyğunsuzluq var, yəni koordinatlarında şimal hissəyə sürüşmə mövcu ddur. JN-021 seriyalı, xkodlu dövlət aktı ilə X13 və ailə üzvlərinin mülkiyyətinə verilmiş Xaçmaz rayonunun x-oba kəndi ərazisində yerləşən 1.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, aktda göstərilmiş koordinatlara uyğun naturada öz yerindədir. 31 may 2019-cu il tarixli, **********43 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı və ailə üzvü X2 mülkiyyətinə aid Xaçmaz rayonunun x-oba kəndi ərazisində yerləşən 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarında sürüşmə olduğundan JN-0021 seriyalı. xkodlu dövlət aktı ilə X13 və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. JN-108 saylı, xkodlu dövlət aktına əsasən İddiaçı və ailə üzvü X2 mülkiyyətinə aid Xaçmaz rayonunun x-oba kən di ərazisində yerləşən 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN-0021 seriyalı. ******* kodlu dövlət aktı ilə X13 və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə ust-üstə düşmür, bitişik olmaqla həmsərhəddir. İddiaçı mülkiyyətinə aid 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1200 kv.metrinə cavabdeh X9 və X16 tərəfindən, 500 kv.metrinə isə Cavabdeh1 və atası X14 tərəfindən müdaxilə var.
14. Məhkəmə Ekspertizası Mərkəzinin 19 noyabr 2020-ci il tarixli, 10/2705 saylı rəyinə əsasən, Hüquq-Torpaq Məsələləri və Ekspertiza Mərkəzi” MMC-nin 03 noyabr 2020-ci il tarixli, 06 saylı mütəxəssis rəyində qeyd olunur: 31 may 2019-cu il tarixli, **********3 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı və ailə üz vü X2 mülkiyyətinə aid Xaçmaz rayonunun xoba kəndi ərazisində yerləşən 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin torpaq sahəsinin planı və ölçüsünə uyğun naturada öz yerində deyil, bu reyestrdən çıxarışla JN-108 saylı, xkodlu dövlət aktı arasında uyğunsuzluq var, yəni koordinatlarında şimal hissəyə sürüşmə mövcuddur. JN-021 seriyalı, xkodlu dövlət aktı ilə X13 və ailə üzvlərinin mülkiyyətinə verilmiş Xaçmaz rayonunun x-oba kəndi ərazisində yerləşən 1.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, aktda göstərilmiş koordinatlara uyğun naturada öz yerindədir. 31 may 2019-cu il tarixli, **********43 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş), İddiaçı və ailə üzvü X2 mülkiyyətinə aid Xaçmaz rayonunun x-oba kəndi ərazisində yerləşən 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarında sürüşmə olduğundan JN-0021 seriyalı, xkodlu dövlət aktı ilə X13 və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. JN108 saylı, xkodlu dövlət aktına əsasən İddiaçı və ailə üzvü X2 mülkiyyətinə aid Xaçmaz rayonunun xoba kəndi ərazisində yerləşən 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN-0021 seriyalı. ******* kodlu dövlət aktı ilə X13 və aıiə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmür, bitişik olmaqla həmsərhəddir. İddiaçı mülkiyyətinə aid 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1200 kv.metrinə cavabdeh X9 və X16 tərəfindən, 500 kv.metrinə isə Cavabdeh1 və atası X1 4 tərəfindən müdaxilə var. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair elektron baza məlumatları olmadığından və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatları (kompleks yerquruluşu xəritələri, torpaq sahələrinin bölgü layihəsi) əlavə edilmədiyindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır.
15. İddiaçı, Cavabdeh1 qarşı idiasından imtina etmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 05.02.2021-ci il tarixli qərardadı ilə imtina qəbul edilərək işin icraatına həmin cavabdehə münasibətdə xitam verilmişdir.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) 05 fevral 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, X saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh2 qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddiasının təmin olunmaması, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh2 verilməsi, mübahisə üzrə aparılmış ekspertiza tədqiqatları üçün tələb edilən cəmi 150 manat (100+50) pulun İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, mübahisə eyni predmet barəsində və eyni əsaslar üzrə daha əvvəllər qaldırılmış tələblə eyniyyət təşk il edir, lakin əvvəlki mübahisə üzrə JN-021 seriyalı, xkodlu dövlət aktında paylı mülkiyyətçi kimi adı qeyd edilsə də, Cavabdeh2 tərəf olmamışdır. Bu əsasla da məhkəmə kollegiyası mülki iş üzrə icraata MPM-nin 261.0.2-ci maddəsinə istinad edərək xitam verə bilməz. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, ilkin torpaqayırma sənədlərinə (dövlət aktlarına) əsasən JN-108 saylı, xkodlu dövlət aktında (Ridvanovlar, 0,60 ha) göstərilən torpaq sahəsinin 592 kv.metr hissəsindən JN021 seriyalı, xkodlu dövlət aktında (X 1,89 ha) göstərilən torpaq sahəsinin istifadəçilərinin qanunsuz əsaslarla istifadə etmələri artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsilə təsdiqini tapır. Yuxarıda qeyd edildiyi kimi, mütəxəssis rəyilə də təsdiq olunur ki, tərəflərin dövlət aktlarındakı torpaq sahələri kəsi şmirlər və naturada öz yerlərindədir. Qətnamənin icra edilməsindən sonra öz torpaq sahəsinə dair iddiaçının reyestr çıxarışı (dövlət aktındakı koordinatlara uyğun gəlməyən) əldə etməsi və yenidən torpaq sahəsinin bir hissəsinin JN-021 seriyalı, xkodlu dövlət aktında adı göstərilən Cavabdeh2 tərəfindən zəbt etməsi barədə iddia qaldırması, məhkəmə kollegiyasının qənaətinə görə əsassızdır. Belə ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016cı il tarixli Fərmanı ilə (2.5-ci bəndi) Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır ki: ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin. İş materiallarından görünür ki, ilkin torpaqayırma sənədlərinə əsasən (dövlət aktları) tərəflərin torpaq sahələri kəsişmir, yəni onlar arasında hər hansı mübahisə yoxdur, daha doğrusu mübahisə olmuş və məhkəmə qətnaməsi əsasında öz həllini tapmışdır. Hazırda iddiaçının 2019cu ildə texniki səhv buraxılan reyestrdən çıxarışa istinad etməklə Cavabdeh2 onun 0,18 ha torpaq sahəsini zəbt etməsini iddia etməsi əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı yuxarıda qeyd edilmiş normalara əsasən 31 may 2019-cu il tarixli reyestrdən çıxarışdakı texniki uyğunzuluqların aradan qaldırılması və mülkiyyətində olan torpaq sahəsinə dair JN 108 saylı, xkodlu dövlət aktındakı koordinatlar nəzərə alınmaqla yeni reyestrdən çıxarışın tərtib edilməsilə bağlı müvafiq quruma müraciət etməlidir və yalnız yeni hüquq müəyyənedici sənədi əldə etdikdən sonra torpaq sahəsinin zəbt edilib-edilməsilə bağlı hər hansı iddia qaldıra bilər. Hazırkı halda isə, iddiaçının 31 may 2019-cu il tarixli reyestrdən çıxarışa əsaslanmaqla bel ə bir iddia qaldırması qanunsuzdur. İddiaçı iddia etdiyi 0,18 ha torpaq sahəsinin məhz Cavabdeh2 tərəfindən zəbt edilməsinə dair də məhkəməyə əsaslı şübhələrdən kənar heç bir legitim və mötəbər sübut təqdim edə bilməmişdir. Əksinə, işdə olan sübutlar, o cümlədən Cavabdeh2 izahatında səsləndirdiyi, 2019-cu ilin dekabr ayından Bakı şəhərində uşaqları ilə birgə yaşaması barədə dəlili iddiaçının həmin dəlilini təkzib edir. İddiaçının 1200 kv.m torpaq sahəsinə Cavabdeh2 tərəfindən müdaxilə olması barədə iş üzrə mütəxəssis və onun təkrarlayan ekspert rəyinə məhkəmə kollegiyası tənqidi yanaşır. Belə ki, ekspertiza iş üzrə tərəflərin hüquq müəyyənedici sənədləri əsasında aparılmış və qeyd olunduğu kimi iddiaçının ilkin torpaq ayırma sənədi ilə onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışın əlavəsi olan plan və ölçü sənədlərindəki koordinatlar arasında uyğunsuzluq var. Bu hal aradan qaldırılmadan müdaxilə faktını müəyyən etmək düzgün olmadığı kimi, müdaxilənin altı nəfər ailə üzvündən əlavə araşdırma aparmadan, məhz Cavabdeh2 tərəfindən edilməsi nəticəsinə gəlmək düzgün deyildir. Bundan əlavə, iş üzrə qətnamədən görünür ki, məhkəmə iddia tələbinin həcminin azaldılması barədə qətnamənin təsviri hissəsində qeyd aparsa da, iş materiallarında bu barədə ərizə yoxdur. Digər tərəfdən iş üzrə Cavabdeh1 qarşı tələb olsa da, iddianı tam təmin edən məhkəmə qətnamənin nəticə hissəsində buna qiymət verməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı ərizə verərək Cavabdeh1 qarşı iddiasından imtina etmiş və məhkəmə kollegiyası tərəfindən həmin hissədə icraata xitam ver ilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozuntusu ilə məhkəmə qətnaməsi çıxarmış, mübahisəni düzgün həll etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin Xaçmaz Rayon Məhkəməsinin 21.05.2020-ci il tarixli qətnaməsi ilə təmin edilmiş həcmində təmin olunması barədə qərar qəbul edilməini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddia tələbini bu əsasla rədd etmişdir ki, 31 may 20İ9-cu il tarixli çıxarışın verilməs inə əsas olmuş JN-108 saylı xkodlu Dövlət Aktının koordinatları ilə cavabdehin və ailə üzvlərinin adına olan JN - 021 saylı xkodlu Dövlət Aktının koordinatları üst-üstə düşmür, həmin Dövlət Aktlarında göstərilmiş 0,60 ha və 1,89 ha torpaq sahələri bitişik olmaqla həmsərhəddir. Məhkəmə kollegiyası bu nəticəyə "xxxx" MMC-nin 03 noyabr 2020-ci il tarixli, 06 saylı mütəxəssis rəyinə əsasən gəlmişdir. Mütəxəssis rəyini "hissəvi" qəbul edən Məhkəmə Kollegiyası dalınca qətnaməsində yazır: “İddiaçının 1200 kv.m torpaq sahəsinə cavabdeh Şahsənəm Valayev tərəfindən müdaxilə olması barədə iş üzrə mütəxəssis və onu təkrarlayan ekspert rəyinə Məhkəmə kollegiyası tənqidi yanaşır.” Belə ki, ekspertiza iş üzrə tərəflərin hüquq müəyyənedici sənədləri əsasında aparılmış və qeyd olunduğu kimi iddiaçının ilki n torpaqayırma sənədi ilə onun əsasında verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında çıxarışın əlavəsi olan plan və ölçü sənədlərindəki koordinatlar arasında uyğunsuzluq var. Bu hal aradan qaldırılmadan müdaxilə faktını müəyyən etmək düzgün olmadığı kimi, müdaxilənin 6 nəfər ailə üzvündən əlavə araşdırma aparmadan, məhz cavabdeh Şahsənəm Vəlayeva tərəfindən edilməsi nəticəsinə gəlmək düzgün deyildir(?!). Birincisi, 31 may 2019-cu il tarixli çıxarışın və onunla bağlı plan və ölçüsü sənədin koordinatlarının adıma olmuş JN 108 saylı xkodlu Dövlət Aktındakı koordinatlara uyğun olmaması barədə mütəxəssis rəyində göstərilənlər tamamilə əsassızdır. Bu hal iddiaçıya məhkəmə kollegiyasının qətnaməsini aldıqdan sonra məlum olduğundan, o, müvafiq sorğu ilə DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə m üraciət etmiş və ona həmin idarənin rəisi Eldəniz Hacıyevin imzası ilə 20.04.2021-ci il tarixli, **********83 kodlu məktubla cavab verilmişdir ki, ərizənizdə qeyd olunan 0.60 ha torpaq sahəsinə aid **********43 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış, torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlar "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan JN -108 Kod xsaylı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında verilmişdir. Yəni bu məktubla təsdiq olunur ki, 31 may 2019-cu il tarixli çıxarış və onunla bağlı plan və ölçüsü sənədindəki torpaq sahəsinin koordinatları iddiaçının ailəsinin adına verilmiş JN-108 saylı xkodlu dövlət Aktında kı torpaq sahəsinin koordinatları ilə eynilik təşkil edir. İkincisi, mütəxəssis və ekspert rəyində göstərilir ki, JN -108 saylı xkodlu dövlət Aktı ilə cavabdehin və ailə üzvlərinin adına olan JN-021 saylı xkodlu Dövlət Aktında göstərilən torpaq sahələr üst-üstə düşmür, bitişik torpaq sahələridir. Əgər belədirsə necə olur ki, Xaçmaz Rayon Məhkəməsi özünün 23 fevral 2018-ci il tarixli, X saylı qətnaməsi ilə həmin Dövlət Aktları əsasında qərara almışdır ki, hazırki iş üzrə cavabdeh Şahsənəm Vəlayevanın digər ailə üzvləri X Xvə Xiddiaçının ailəsinin mülkiyyəti olan 0.60 ha torpaq sahəsinin 592 kv.m hissəsini zəbt etmişlər ? Deməli həmin torpaq sahələri iş üzrə keçirilmiş ekspertiza rəyinə əsasən 592 kv.m hissədə üst-üstə düşür və məhkəmə bu rəyi əsas tutaraq iddianın göstərilən üç nəfərə aid hissədə qismən təmin edərək onlardan 592 kv.m torpaq sahəsinin alınaraq iddiaçıya qaytarılması qət etmişdir. Üçüncüsü, hazırki iddianın məhz Şahsənəm Vəlayevaya qarşı verilməsinə səbəb odur ki, JN021 seriyalı X kodlu Dövlət Aktı ilə 1.89 ha torpaq sahəsi onun digər ailə üzvlərinin ümumi mülkiyyətinə verilsə də, Dövlət Aktında adları istənilən mülkiyyətçilər hər birinə düşən paydan müstəqil şəkildən istifadə edir, Xaçmaz Rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli, X 18 saylı qətnaməsi icra edilərkən məlum olmuşdur ki, iddiaçının çatışmayan 0.18 ha torpaq sahəsi faktiki olaraq cavabdeh Şahsənəm Vəlayevanın qanunsuz istifadəsindədir. Dördüncüsü, 19 noyabr 2020-ci il tarixli, 10/2705 saylı ekspert rəyində qeyd olunur ki, Məhkəmə Ekspertiza Mərkəzində torpaq sahələrinə dair baza məlumatla rı olmadığından və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatları (kompleks yerquruluşu xəritələri, torpaq sahələrinin bölgü lahiyəsi) əlavə edilmədiyindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatını aparılması mümkün olmamışdır. Belə olan halda sual yaranır ki, mütəxəssis tədqiq olunan torpaq sahələrinə dair elektron baza məlumatlarını nəzərdən keçirmədən hansı əsasla belə nəticəyə gəlmişdir ki, 0.60 ha torpaq sahəsinə dair adına olan çıxarış və plan ölçü sənədindəki koordinatlar sürüşməyə məruz qalıb və Dövlət Aktındakı koordinatları ilə uyğun deyil. Azərbaycan Respublikası Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzəmunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvəd ədir. ƏQD əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Beləliklə apellyasiya instansiyası məhkəməsi yuxanda göstərilən maddi hüquq normalanın tələblərini pozaraq tənqidi yanaşdığı mütəxəssis rəyinə əsasən iddiaçının adına olan Çıxarış və onunla bağlı pl an və ölçüsü sənədindəki torpaq sahəsinin koordinatlarının iddiaçının ailəsinin adına olmuş JN-108 saylı, X kodlu Dövlət Aktındakı torpaq sahəsinin koordinatları ilə uyğun olmaması barədə əsassız nəticəyə gələrək iddia tələbini rədd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası:
22. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
23. Maddə 29, hissə İ və İV. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
24. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
25. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna e dilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
27. Maddə
67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların döv lət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
30. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq m addi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
33. Hazırkı işdə iddiaçı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata və plan-cizgi sənədinə əsasən ona məxsus olan torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt edildiyini bildirir.
34. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.4-cü maddəsi nəzərdən keçirilə bilər (§ 26).
35. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması, cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilməlidir.
36. Birinci instansiya məhkəməsindəki araşdırma zamanı alınmış mütəxəssis və ekspertiza rəylərinə əsasən, İddiaçı məxsus 0,60 ha torpaq sahəsinin 0,18 ha hissəsinin faktiki olaraq Cavabdeh2 istifadəsində olduğu müəyyənləşdirilmişdir (§ 9).
37. Apellyasiya icraatında əldə edilmiş rəylərə görə İddiaçı mülkiyyətinə aid 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1200 kv.metrinə cavabdeh X9 və X16 tərəfindən, 500 kv.metrinə isə Cavabdeh1 və atası X14 tərəfindən müdaxilə vardır (§ 13-14).
38. Xaçmaz rayonunun x-oba kəndi ərazisində 0,60 ha kənd təsərrüfatı təyinatlı t orpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 31 may 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla iddiaçıya məxsus olması işin mübahisəsiz halıdır (§ 1).
39. Məhkəmə baxışı zamanı cavabdeh tərəfindən ona aid olan torpaq sahəsinin (və sərhədlərinin) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair mötəbər sübutlar təqdim olunmamışdır.
40. Kollegiya nəzərə alır ki, mülki və torpaq qanunvericiliyinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Be lə qeydiyyatdan keçmiş mülkiyyət hüquqları isə dövlət tərəfindən müdafiə olunur (§ 22-23, 27).
41. Beləliklə, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata sənədlərinə əsasən iddiaçıya məxsus olan torpaq sahəsinin bir qismindən cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edildiyi halda iddianın tamamilə rədd edilməsi qanunvericiliyə uyğun olmamışdır.
42. Apellyasiya məhkəməsi iddianın təmin olunmaması barədə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının öz torpaq sahəsinə dair dövlət aktındakı koordinatlara uyğun gəlməyən reyestr çıxarışı əldə etməsi və yenidən torpaq sahəsinin bir hissəsinin JN-021 seriyalı, xkodlu dövlət aktında adı göstərilən Cavabdeh2 tərəfindən zəbt etməsi barədə iddia qaldırması əsassızdır. İddiaçı 31 may 2019-cu il tarixli reyestrdən çıxarışdakı texnik i uyğunzuluqların aradan qaldırılması və mülkiyyətində olan torpaq sahəsinə dair JN 108 saylı, xkodlu dövlət aktındakı koordinatlar nəzərə alınmaqla yeni reyestrdən çıxarışın tərtib edilməsilə bağlı müvafiq quruma müraciət etməlidir və yalnız yeni hüquq müəyyənedici sənədi əldə etdikdən sonra torpaq sahəsinin zəbt edilib-edilməsilə bağlı hər hansı iddia qaldıra bilər.
43. Kollegiya, apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır ona görə ki, iddiaçının torpaq sahəsi üzərindəki mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı üçün həmin qeydiyyatın tamlığı və həqiqiliyi prezumpsiyası tanınır. Bu prezumpsiyanın əksi, yəni qeydiyyatın əsassız olması qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədikcə və müvafiq qeyd ləğv edilmədikcə iddiaçının çıxarışının “k oordinatlara uyğun gəlməyən reyestr çıxarışı” kimi qiymətləndirilməsi Mülki Məcəllənin 140-cı maddəsinə ziddir.
44. Məlum olduğu kimi, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər (§ 24-25).
45. Buna baxmayaraq, iddiaçıya məxsus çıxarışın mübahisələndirilməsi və ləğv edilməsinə dair mötəbər sübutlar təqdim edilməmişdir.
46. Göstərilənləri nəzərə alaraq Kollegiya bu qənaətə gəlir ki, qətnamə ləğv edilməli, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaqla mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X1 nömrəli iş üzrə 05 fevral 2021ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin.