Məhkəmə qərarları › İş №2(102)-3750/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-3750/2025

28.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3750/2025 28.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının İddiaçı Cavabdeh1 MMC-yə və Şirvan şəhər 1 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə olunmadıqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-941/2025 nömrəli iş üzrə 2025-ci il 03 sentyabr tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmi ş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. MPM-in 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. İş materiallarından müəyyən edilir ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişdir. Belə ki, hazırkı iş üzrə iddia öhdəliklə müəyyən edilmiş müqavilə üzrə vaxtında ödənilməmiş 60000 manat əsas borc, 0 manat faiz borcu pulu olmaqla, cəmi 60000 manat həcmində tələb üzrə tutmanın İddiaçı mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanda y erləşən 18.2 kv/m olan qeyri-yaşayış sahəsi, ünvan 1 ünvanda yerləşən 17.2 kv/m olan qeyri-yaşayış sahəsi, ünvan 1 ünvanda yerləşən 18.1 kv/m olan qeyri-yaşayış sahəsi olan əmlaklara yönəldilməsi barədə 11 sentyabr 2023-cü il tarixli 8İ-7414 reyestr saylı icra qeydinin ləğv edilməsi barədə olmaqla iddianın qiyməti 60000 manat təşkil edir. Belə olan halda, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3 və 8.6-cı maddələrinin tələblərinə əsasən, cavabdeh tərəfindən apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 135 manat təşkil etməlidir. Lakin kassasiya şikayəti verilərkən, İddiaçı tərəfindən cəmi 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 408.1.3-cü maddəsinə əsasən kassasiya şik ayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Göstərilənlərə baxmayaraq apellyasiya məhkəməsi Azərbaycan Respublikasının MPM-in 407-ci maddəsinin tələblərinə tam cavab verməyən kassasiya şikayətini mülki işlə birlikdə kassas iya instansiyası məhkəməsinəı göndərmişdir. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, kassasiya şikayəti müvafiq prosessual hərəkətlər edilməsi üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.3 və 408.3cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-941/2025 nömrəli iş üzrə 2025-ci il 03 sentyabr tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayəti müvafiq prosessual hərəkətlər edilməsi üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar