Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3751/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)xxx/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin (hakim T.Həsənov) xx.xx.2019-cu il tarixli 2(033)xxx/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “köçürül mənin kompensasiya ilə əvəz olunması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Hüseynov, M.Hüseynov, G.Abbasov) xx.xx.2020-ci il tarixli 2(107)-xxx/2020 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(033)-xxx/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “köçürülmənin kompensasiya ilə əvəz olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi ilə iddiaçı Cav abdeh onun atasının mülkiyyətində olan Muğanlı kəndində yerləşən 96 kv.m olan yaşayış evinə köçürülməsinə dair qətnaməyə əsasən evə köçürülməsinin 2200 manat kompensasiya ilə əvəz olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili İsmayılov Azər Həşim oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə tam əsassız olaraq, qeyri-obyektiv, ətraflı araşdırılmadan çıxarılmışdır.Belə ki, mübahisəsi gedən evin reyestrdən çıxarışı, texniki pasportu (kupçası) yoxdur. Evin yerləşdiyi torpaq sahəsinin də reyestrdən çıxarışı, torpaq sahəsinin plan və ölçüsü sənədi yoxdur. İddiaçının atası X4 2004-cü ildə iddiaçıya bələdiyyəyə pul ödəməklə 0.12 ha to rpaq sahəsi almışdır. Lakin maddi imkanları aşağı olduğuna görə həmin torpaq sahəsini öz adına rəsmiləşdirməmişdir. 2007-ci ildə iddiaçının atası X4 həmin 12 ha torpaq sahəsində öz vəsaiti hesabına fərdi yaşayış evinin kürsü hissəsini (gicərini qomuşdur) tikmişdir. 2012-ci ildə isə evin divarları və dam örtüyü tamamilə tikilib qurtarmışdır. Lakin 2012-ci ildən 2018-ci ilin yanvar ayına kimi evin içərisi təmir edilməmişdir. 2018-ci il yanvar ayında X4 həmin evin bir otağını təmir etdirərək iddiaçını ailəsi ilə birlikdə həmin evə köçürmüşdür. Mübahisəsi gedən ev Zaqatala rayonu Muğanlı kəndində yerləşir. Həmin kənd ərazisində kirayə haqqı təxminən 50 manatdır. Lakin Zaqatala şəhərində kirayə haqqı 100 manat təşkil edir. Muğanlı kəndi rayon mərkəzindən 27 km aralıda yerləşir. İddiaçı isə hal- hazırda 4000 manat pul kompensasiyası verilməsinə razıdır. Göstərilənlərə əsasən onlar Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)-xxx/2020 saylı qətnaməsinin ləğv edilərək işin baxılması üçün apelyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı vəkili İsmayılov Azər Həşim oğlu və Cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-n in 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kasasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kasasiya inst ansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, kompensasiya institutu istifadə hüququna malik şəxsin mənzilin bölünməsi və ya onun dəyərindən payın hüquq verməsə də, onun yaşayış hüququnun təminatlı şəkildə qorunmasını təmin edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumu hesab edir ki, yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilən şəxsə təklif edilən kompensasiya elə bir məbləğdə olmalıdır ki, istifadə hüququna malik olan şəxs bu məbləğin hesabına müəyyən müddət daxilində və davamlı surətdə əvvə lki mənzilə xas olan şəraitdə yaşamaq imkanı əldə etsin. Bu baxımdan “müəyyən müddət daxilində” ifadələrinə hüquqi müəyyənlik prinsipi nəzərə alınmaqla hüquqi aydınlıq gətirilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, hazırkı iddia tələbi cavabdehə münasibətdə onu ehtiva edir ki, qanunvericliklə müəyyən edilmiş qaydada mənzildən istifadə hüququ əldə etmiş və kompensasiya verməklə onun hüququnun xitam verilməsinə dair iddia olmasaydı cavabdehin istifadə hüququ daimi xarakter daşıyacaqdır. Yəni mübahisəli mənzildən onun istifadə hüququ müvvəqəti deyil, daimi xarakter daşıyır. Apelyasiya kollegiyası hesab etmişdir ki, “müəyyən müddət daxilində” anlayışı onu göstərir ki, istifadə hüququna xitam verilən cаvаbdeh Cavabdeh bu müddət bitən ana qədər özünü yaşayış sahəsi ilə təmin etməlidir və yaxu d kompensasiya məbləği ilə əhatə edilən müddət bitdikdən sonra kirayədə qalmağa maddi imkanı olmalıdır. Əks təqdirdə məhkəmə tərəfindən qəbul edilən qətnamə ilə müəyyən edilən və kompensasiya ilə əhatə edilən müddət bitdikdən sonra şəxsin özünü yaşayış sahəsi ilə təmin edə bilməməsi, onun hər hansı bir yaşayış sahəsi olmadan mövcud olması ilə, yaxud, faktiki olaraq həmin şəxlərin yaşayış hüquqlarının məhkəmə qaydasına pozulması ilə nəticələnir. Apelyasiya kollegiyası qeyd etmişdir ki, cavabdehin himayəsində iki az yaşlı uşaq olduğuna görə təklif olunan kompensasiya üç nəfərin müəyyən müddətə və davamlı surətdə yaşaması üçün yetərli deyildir. Azərbaycan Respublikası Konustitusiyasının 43-cü maddəsinin tələbinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu baxımdan cаvаbd eh Cavabdeh kompensasiya məbləği hesabına mübahisəli mənzildən olan daimi istifadə hüququnun başqa bir yaşayış sahəsində müddətli istifadə hüququ ilə əvəz edilməsi, bu məbləğ qutardıqdan sonra onların ümumiyətlə hər hansı bir yaşayış sahəsinə malik olmaması cavabdehin faktiki olaraq yaşadığı mənzildən qanunsuz məhrum edilməsi anlamına gəlir. Bu isə iddia tələbinin əsassızlığını təsdiq edir. Apelyasiya kollegiyası iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, kompensasiyanın məbləği müəyyən edilərkən cavabdehin mənafeyi ilə yanaşı iddiaçının da mənafeyi, mənzildən istifadə hüququna xitam verildikdən sonrakı vəziyyəti, başqa yerdə yaşayış sahəsinə malik olmaması, kompensasiya aldıqdan sonra yaşayış sahəsi ilıə təmin olunmaq imkanı nəzərə alınmalıdır. Ona görə də qanunvericilik bazar qiyməti ilə müvafiq kompensasiyanın verilməsi tələbini qoymuşdur ki, müəyyən edilən kompensasiya istifadə hüququna mütənasib olsun, kompensasiya alanın hüquqi vəziyyətini ağırlaşdırmasın. İddiaçı tərəfindən təklif edilən 3500 manat kompensasiya hazırkı bazar iqtisadiyyatında olan tələb və təklifə uyğun deyildir. Ona görə də iddianın təmin edilərək cavabdehə həmin məbləğdə kompensasiya verilməklə yaşadığı mənzildən məhrum edilməsi ədalətsiz olardı. Belə ki, iddiaçı tərəfindən məhkəmə kollegiyasının iclasında təklif olunan 3500 manat kompensasiya mülkiyyətçinin hesabına istifadəçilərə, yəni cavabdehə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı verməsi üçün kifayət deyildir və təklif edilən məbləğ evdən istifadə hüquqlarına xitam verilməsinin əvəzində adekvat məbləğ sayıla bilməz. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin qənaəti ilə razışmayaraq qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh himayəsində olan azyaşlı uşaqları ilə birlikdə Zaqatala rayonu, Muğanlı kəndində yerləşən, İddiaçı məxsus 0.12 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 96 kv.m olan yaşayış evinə köçürülmüşdür. Qeyd edilən yaşayış evi dövlət qeydiyyatına alınmamaqla özbaşına tikinti hesab edilir. İddiaçı isə cavabdehin həmin yaşayış evinə köçürülmənin kompensasiya ilə əvəz edilməsini tələb etmişdir. Kasasiya kollegiyası işin göstərilən hallarına əsasən qeyd edir ki, hazırki halda qeyd edilən yaşayış evi özbaşına tikinti olsa da, həmin evə iddiaçının gözlənilən mülkiyyət hüququ vardır. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi «Önər Yıldız Türkiyəyə qarşı» işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən b əzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. «Thе Trаktоrеr İsvеçə qаrşı» məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür və qeyd olunan xüsusat da mövcud mübahisəyə mülkiyyət hüququna dair normaların tətbiq olunmasına imkan verir. Kasasiya kolleg iyası hesab edir ki, hazırki mübahisənin həlli zamanı qanunun analogiyasından istifadə edilməsi daha ədalətli hesab edilməli və mübahisənin həllinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələblərindən yanaşılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2–ci maddəsində göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçiri lməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxx 2016-cı tarixli Qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 228.2ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini də mü əyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Qeyd edilməlidir ki, cavabdeh də həmin evə köçürülmə tələbi ilə məhkəməyə müraciət edərkən, iddia tələbi qanun analogiyası əsasında təmin edilmişdir. Köçürülmənin də məqsədi gələcəkdə hazırki cavabdehin təminatla (kompensasiya ala bilməklə) təmin olunmaqla çıxarıla bilməsinin mümkün olması olmuşdur. Cavabdehin yaşayış evinə münasibətdə hüququna gəldikdə isə qeyd edilməlidir ki, cavabdeh Zaqatala rayonu, Muğanlı kəndində yerləşən, İddiaçı məxsus 0.12 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 96 kv.m olan yaşa yış evinə köçürülməsi nəzərdə tutulmuşdur. Cavabdehin özbaşına tikiliyə köçürülməsi istifadə hüququ ilə bağlı heç bir hüquqi nəticə doğurmur. Sadəcə cavabdeh həmin qətnamə əsasında köçərək orada yaşamağa haqq qazanmışdır. Hazırkı mübahisənin həlli üçün əhəmiyyət kəsb edən məsələ ondan ibarətdir ki, tərəflərin birlikdə yaşaması mümkün olmadığından iddiaçı belə bir iddia ilə çıxış etmişdir. Bu (tərəflərin birlikdə yaşamasının mümkün olmaması) mübahisəsiz və artıq sübuta yetmiş halıdır. Mənzilə yaranmış hansısa hüquqa (mülkiyyət, istifadə, köçürmə və.s.) kompensasiya verilməklə xitam verilməsi ona görə tətbiq olunur ki, tərəflər arasındakı barışmaz münasibətə son qoyulsun, sosial birgəyaşayış qaydaları bərpa olunsun, daha çox haqqı çatan düşdüyü vəziyyətdən qurtula bilsin. Hazırkı işdə də tik iliyə daha çox haqqı çatan (tikintini o inşa edib və yaşayış üçün ərsəyə gətirib) yaranmış dözülməz vəziyyətdən qurtulmağa çalışır. Tərəflərin birgə yaşaması mümkün deyisə kompensasiya institutunun hazırkı hala tətbiqi istisna deyil. Çünki bu institutun təyinatı, güddüyü məqsəd ona xidmət edir ki, bir əşyaya, şeyə hüququ çatan şəxslər arasında mübahisə varsa onlardan birini kompensasiya ilə təmin etməklə digərinə əşyasından sərbəst istifadə etməyə imkan yaradılsın. Onların həmin tikiliyə eyni hüquqlara malik olmaları barədə fikirlər düzgün deyil. Hüququn bərabərliyi statusun bərabərliyi demək deyil. Beləki, iddiaçı tikilini inşa edərək oraya öz vəsaitini xərcləyən və daha çox gözləntisi olan tərəfdir. Gələcəkdə həmin tikiliyə onun mülkiyyət hüquqları yaranmasa da, həmin tikiliyə çəkilən məsrəflər ona məxsusdur. Bundan başqa, hazırkı vəziyyətdə kompensasiyanın verilməsi ailə dəyərlərinin, birgəyaşayış qaydalarının qorunmasına, tərəflərin mənafelirənə xidmət edir. Birgə yaşamağın mümkün olmadığı aydın olan bir vəziyyətdə kompensasiya institutunun hazırkı işə tətbiqindən imtina edilməsi əsassız olardı. Kasasiya kollegiyası həmçinin hesab edir ki, yaşayış sahəsindən köçürülmə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın məbləği mübahisəli yaşayış evinin bazar qiymətindən asılı deyildir. Belə ki, nəzərə almaq lazımdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ vermir. Yaşayış sahəsindən köçürülməyə kompensasiya ödəməklə xitam verilməsinə dair işlərə baxılarkən, mübahisəli yaşayış evini n bazar qiyməti deyil, davamlı müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Hazırki halda da iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli sazişdən görünür ki, tərəflər 4100 manat müqabilində yaşayış evindən istifadə hüququndan cavabdehin imtina etməsi barədə razılığa gəlmişlər. İddiaçı həmçinin sazişdə qeyd edilən pul məbləğinin cavabdehə ödənilməsini bildirmişdir. Göstərilən sazişlə bağlı kasasiya kollegiyası qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli sazişin barışıq sazişi kimi təsdiq edilməsi qeyrimümkündür. Belə ki, tərəflər cavabdehin mübahisələndirilən yaşayış evindən hüququndan imtina etməsi ilə yanaşı, aralarında mövcud olan və ha zırki mübahisəyə aidiyyəti olmayan digər münasibət (aliment) barədə də razılığa gəlmişlər. Bu hal da həmin sazişin barışıq sazişi kimi təsdiq edilməsini qeyri-mümkün edir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Yuxarıda qeyd edilən hallar baxımdan kasasiya kollegiyası belə qənaətə gəlir ki, iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)-xxx/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qər ar çıxarılmaqla cavabdeh X1 Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən köçürülməsi 4100 manat kompensasiya ilə əvəz edilməli və cavabdeh X2 mübahisəli fərdi yaşayış evindən çıxarılmalıdır. Həmçinin qərar icra edilərkən iddiaçı tərəfindən cavabdehə 4100 manat pul vəsaitinin ödənilmiş olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-in 417.1.4-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən a pellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası MPM-in 417.2-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hü quq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin olunmalıdır. Çünki iddiaçı yaşayış evinə köçürülməsinə dair qətnaməyə əsasən evə köçürülməsinin 2200 manat kompensasiya ilə əvəz olunmasını xahiş etsə də, əslində kompensasiya institutu hansısa mövcud hüquqa xitam verilməsini tənzimlədiyi üçün cavabdehin evə köçürülmə hüququna kompensasiya verilməklə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismə n təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)-xxx/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh X1 Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Zaqatala rayonu, Muğanlı kəndində yerləşən, İddiaçı məxsus 0.12 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 96 kv.m olan yaşayış evinə köçürülmə hüququna 4100 manat kompensasiya verilməklə həmin hüquqa xitam verilsin. Cavabdeh X2 həmin yaşayış evindən çıxarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3751/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3751/2020
21.07.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver