Məhkəmə qərarları › İş №2(102)-3751/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3751/2021

16.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3751/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 Cavabdeh1 qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: evdən çıxarılma ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-112/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qə bul etdi. İşin halları: Sumqayıt Şəhər Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli qərarı ilə şəhərin İnşaatçılar qəsəbəsi ərazisində aptek kimi istifadə etdiyi 255 kv.metr ölçüdə torpaq sahəsi İddiaçı1 adına rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş və həmin evdən istifadə ilə əlaqədar İddiaçı1 ilə Cavabdeh1 arasında mübahisə yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2017-ci ilin oktyabr ayında İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli qərarına əsasən ona verilmiş 255 kv.metr ölçüdə torpaq sahəsində onun tərəfindən özünün yaşaması üçün fərdi yaşayış evi tikməsini, lakin Cavabdeh1 onun tərəfindən tikilmiş evi zəbt edərək onu evə buraxmamasın ı əsas göstərməklə sonuncunun həmin evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-485/2018 saylı, 11 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim: N.İ.Abıyev) iddia təmin edilərək Cavabdeh1 Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində iddiaçıya ayrılmış 255 kv.metr torpaq sahəsindən və orada inşa edilmiş fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək məhkəmənin onun xeyrinə olan sübutları nəzərə almadan qətnamə qəbul edilməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-230/2019 saylı, 24 may 2019-c u il tarixli qətnaməsi ilə (hakimlər – T.O.Quliyev (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və E.G.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(060)-485/2018 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmaması səbəbindən iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6423/2019 saylı 18 oktyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər – İ.K.Dəmirov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və Ə.A.Əhmədov) kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-230/2019 saylı, 24 may 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar apellyasiya qaydasında baxan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-112/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.A.Qafari (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və T.Q.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 11 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlil ləri İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək iddiaçıya məxsus torpaq sahəsi ilə onun faktiki istifadəsində olan torpaq sahəsinin müxtəlif torpaq sahələri olmaqla üst-üstə düşməməsini və bu zaman əvvəlki ziddiyyətli ekspertiza rəyinə əsaslanmasını, iddiaçı tərəfindən təqdim edilmiş bələdiyyə qərarının onun mübahisəli torpaq sahəsinin qanuni sahibi olması barədə nəticəyə gəlmək üçün əsas verməməsini və bununla əlaqədar onun hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmamasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəl illəri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı və vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 84.1 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının s übut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəy işdirilmədən saxlanılmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı1 cavabdehin çıxarılmasını tələb etdiyi ev və cavabdehin faktiki istifadə etdiyi ev eyni olmaqla üst-üstə düşür. İşin həmin halı işdə olan ekspert rəyi ilə də təsdiq olunur. Müəyyən olunduğu kimi evin yerləşdiyi 255 kv.metr torpaq sahəsi Sumqayıt Şəhər Bələdiyyəsinin qərarı əsasında iddiaçıya verilmiş, cavabdeh isə heç bir hüquqverici sənəd olmadan həmin evə köçərək ondan istifadə etməkdə davam edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa d a, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Cavabdehin heç bir hüquqi əsas olmadan mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə etməsi iddiaçının həmin torpaq sahəsi və orada yerləşən evə dair sahiblik hüququnu pozduğundan, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və apellyasiya instansiyası məhkəməsi iddianın əsaslı olması barədə nəticəyə gəlmişdir. Cavabdehin mübahisəli evdən istifadəsi qanunsuz olmaqla iddiaçının sahiblik hüququna toxunduğundan kollegiya iddianın təmin olunmasını əsaslı sayan apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun əsaslandırıldığından qətnamənin ləğv edilməsi üçün əsas verən ma ddi və prosessual hüquq normalarının pozulmasına yol verilmədiyindən qətnamə dəyişdirilmədən, kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-112/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar