Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3752/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüququ, evə köçürülmə) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı X3 qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə predmet i olan, xxx, xx.xx.1988-ci ildən xüsusi mülkiyyət hüququ ilə iddiaçının qayınatası Cavabdeh1 məxsus olmuşdur. x və xv xx xxxxxx 2005-ci il tarixdə nikaha girmişlər, həmin evdə birgə yaşamışlar və uşaqları doğulmuşdur. Cavabdeh1 evi xx xxx 2014-cü il tarixli bağışlama müqaviləsi ilə övladları X və Cavabdeh3 hədiyyə etmişdir. Bu müqavilə əsasında xx.xx.2015ci ildə adları çəkilən cavabdehlərin evin üzərində hər birinin ½ payla xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bunlar işin mübahisəsiz hallarıdır.
2. İddiaçı bildirir ki, həmin evdə ailəsi ilə yaşayaraq birgə təsərrüfat aparmış, buna baxmayaraq onu evdən uşaqları ilə birlikdə iradəsinə zidd şəkildə çıxarmışlar. Lakin onun və uşaqlarının evə istifadə hüquqları vardır və bu səbəbdən həmin yaşayış sahəsi nə köçürülməlidirlər.
3. Cavabdehlər isə iddiaçının sözügedən evdən istifadə hüququnun olmadığını bildirərək onun evə köçürülməsinə etiraz edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, gəlin düşdüyü yaşayış evinə onun və uşaqları xx.xx.2008ci il təvəllüdlü X1, xx.xx.2011-ci il təvəllüdlü X2 istifadə hüquqlarının tanınması, onların həmin evə köçürülmələri və evdən istifadə etmələrinə cavabdehlər tərəfindən edilən maneələrə qadağa qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) xx xxxxxx 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
6. Məhkəmə Mülki Məcəllənin 228-ci ma ddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı 2005-ci ildən 2019-cu ilədək cavabdehlərə məxsus evdə yaşasa da, həmin vaxtdan aralarındakı narazılıqla bağlı qeyd edilən mübahisəli evi tərk edərək atası evində yaşayır. İddiaçı gəlin köçdüyü vaxtdan yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi ilə bağlı mübahisə predmeti olan ünvan 1 saylı evin mülkiyyətçisi və ya faktiki sahibi olan iş üzrə cavabdeh mülkiyyətçi Cavabdeh1 arasında qanunvericiliklə müəyyən edilmiş şəkildə yazılı hər hansı bir razılaşma yoxdur və olmamışdır. İddiaçı mübahisəli evə onun uşaqları ilə birlikdə köçürülməsini göstərsə də, həmin evdə yaşamalarını, yaşadığı halda belə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi ilə bağlı notariat qaydasında təsdiq lənən yazılı razılaşma bağladığını sübut edəcək hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iddiaçı özü də məhkəmə iclasında aralarında belə bir razılaşma olmamasını bildirmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Şəki Apellyasiya Məhkəməsinin (hakimlər-A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) xx xxxxxx 2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən onun və uşaqların iradəsinin ziddinə evdən çıxarılanadək həmin evdə yaşamaqları müəyyən edildiyi halda, qətnamədə həmin evdə yaşamaqları sübut edə biləcək hər hansı bir sənədi təqdim edə bilməməyi qeyd edilmişdir. Ən azından uşaqları həmin mübahisəli evə köçürülməli idilər. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş sürətindən görünür ki, Şəki şəhəri, Cəlil Hüseynov küçəsində yerləşən ev 45 saylı fərdi yaşayış evi Cavabdeh2 Səmayil oğlu və Cavabdeh3 paylı mülkiyyətindədir. 2014-cü ildən həmin mübahisə li ev həmin şəxslərin mülkiyyətində olmuş və iddiaçı da həmin evdə onlarla birgə təsərrüfat apararaq 2019-cu ildə iradəsi ziddinə çıxarılanadək orada yaşamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə iddiaçının və digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin a ilə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
13. Maddə 228.2. yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.
14. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürü lməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
15. Maddə 736.3. Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixl i qərarına görə, 2000ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair xx xxx 2008-ci il tarixli qərarına əsasən, MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. 18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Az ərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
21. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apelyasiya instansi yası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Belə ki, iddiaçı sözügedən evə 2005-ci ildə köçdüyündən mübahisəli hüquq münasibətinə Mülki Məcəllənin 228-ci maddəsi tətbiq edilməlidir (§16).
25. Həmin normanın tələblərinə görə mülkiyyətçisinin ailə üzvləri və digər şəxslərin mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Bunun üçün notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma zəruridir. Yaxud iddiaçı yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvü (əri, arvadı, valideynləri, uşaqları) olmalıdır. Digər ailə üzvlərinin (ərin, arvadın) isə köçürülməsinə yalnız mülkiyyətçinin yazılı razılığı ilə yol verilir (§12-14).
26. Hazırkı işin hallarından aydın olur ki, xxx in mülkiyyətçisi olmuş Cavabdeh1, habelə ondan sonrakı (və hazırkı) mülkiyyətçilər Cavabdeh2 və Cavabdeh3 ilə İddiaçı arasında həmin evdən istifadə hüququna dair notariat qaydasında təsdiqlənmiş müqavilə bağlanmamış, onlar arasında MM-nin 228.5-ci maddəsindən irəli gələn etibarlı ailə münasibətləri halı da yoxdur.
27. Belə ki, qanun etibarlı ailə münasibətlərində olan şəxslərin dairəsini dəqiq müəyyən edərək onların ər-arvad, valideynlər və uşaqlar olduğunu təsbit etmişdir. İddiaçı isə evin mülkiyyətçilərinin digər ailə üzvü sayılır ki, iddiaçının mənzildən istifadə hüququnun yaranması üçün mülkiyyətçilərin notarial razılığı tələb olunur.
28. Buna baxm ayaraq, iddiaçı ilə evin mülkiyyətçiləri arasında belə bir notarial razılaşmanın bağlanmasına dair sübut məhkəmələrə təqdim edilməmişdir. Bu hal, iddiaçının yuxarıda göstərilən hüquqi əsaslardan heç biri ilə mübahisəli evdən istifadə hüququnun yaranmadığına dəlalət edir.
29. Nəzərə alınmalıdır ki, iddiaçının sözügedən evdən müəyyən müddət istifadə etməsi mülkiyyətçilərin şifahi razılığı əsasında olmuşdur. Belə razılıq əşya hüquqlarının bir növü sayılan yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu (şəxsi servitut) meydana gətirmir. Başqa sözlə, iddiaçı şifahi razılıq əsasında həmin evdən əvəzsiz istifadə etmişdir. Belə istifadənin müddəti müəyyənləşdirilmədiyi halda mülkiyyətçi istənilən anda bu münasibətə son qoya bilər (§15).
30. Kollegiya onu da qeyd edir ki, azyaşlı uşaqların yaşayış yeri onların valideynlərinin yaşayış yeri sayılır (§18). Odur ki, uşaqların birlikdə yaşadığı valideyndən ayrı şəkildə mübahisəli evə köçürülmələrinə dair mövqe əsaslı deyil.
31. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: X3 qızının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.