Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3752/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ, yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 may 2023-cü il tarixli, 2(105)959/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşa ğıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı oğlu X2 və Cavabdeh 23 fevral 2006-cı il tarixdə nikaha daxil olmuşlar. Onların arasında ailə münasibətləri pozulmuşdur.
2. Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 13-də yerləşən 11 saylı mənzili 01 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin azyaşlı uşaqları olan 08 noyabr 2006-cı il təvəllüdlü X3 və 22 yanvar 2009-cu il təvəllüdlü X4 ilə mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 10cu mikrorayon, 13-də yerləşən 11 saylı mənzildən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil iddiaçıya məxsusdur. Cavabdeh ailə qurduqdan sonra Sumqayıt şəhəri, 13 mikrorayon, ev 47 mənzil 59-a gəlin köçmüş, 2021-ci ilin fevral ayına kimi həmin mənzildə yaşamış, sonra onlarla yola getmədiyi üçün həyat yoldaşı və uşaqları ilə birlikdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində kirayə ev tapıb ora köçmüşdür. İddiaçı bir ana kimi oğlunun və nəvələrinin kirayə qalmasına ürəyi dözmədiyi üçün mübahisəli mənzili öz adına alaraq, cavabdehin və ailə üzvlərinin həmin mənzilə köçüb yaşamalarına icazə vermişdir. Lakin, cavabdeh həyat yoldaşı ilə yola getmədiyi üçün aralarında olan nikah pozulmuşdur. İddiaçı mülkiyyətində olan mənzilə öz ü köçüb yaşamaq istəsə də, cavabdeh həmin mənzildən çıxmır.
5. Sumqayıt Şəhər Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, e-2(060)-721/2023 nömrəli qətnaməsi ilə (hakim G.F.Tağızadə) iddia təmin edilmiş, Cavabdeh azyaşlı uşaqları 08 noyabr 2006-cı il təvəllüdlü X3 v 22 yanvar 2009-cu il təvəllüdlü X4 ilə mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, 13də yerləşən 11 saylı mənzildən çıxarılması qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında mübahisəli mənzildən istifadə ilə bağlı razılaşma mövcud olmamış, iddiaçıya məxsus olan mənzildən istifadə hüququnun yaranması üçün heç bir müqavilə bağlanmamışdır. Cavabdehin iddiaçının oğlu ilə olan nikahı Sumqayıt Şəhər Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qətnaməsi ilə po zulmuşdur.
7. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 228.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 106.1, 217-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, e-2(060)-721/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 may 2023-cü il tarixli, 2(105)-959/2023 nömrəli qətnaməsi ilə (hakim A.M.Süleymanovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Əhmədovdan və S.A.Qafaridən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Sumqa yıt Şəhər Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, e2(060)-721/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizəyə əsaslanmaqla, apellyator tərəfindən şikayətin dəlilləri ilə bağlı heç bir sübut təqdim edilməmişdir.
11. Cavabdehin mübahisəli mənzilə 01 oktyabr 2009-cu il tarixdən etibarən qüvvədə olan Mənzil Məcəlləsinin qüvvədə olduğu vaxtda köçməsinə istinad edən apellyasiya məhkəməsi mübahisənin həllinə Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələrini, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü m addələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarlarını tətbiq etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
12. Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 may 2023-cü il tarixli, 2(105)-959/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 228-ci, Mənzil Məcəlləsinin 30.2-ci maddələri düzgü n tətbiq edilməmiş, tətbiq edilməli olan qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri tətbiq edilməli olan halda, tətbiq edilməmiş, həmçinin Mülki Prosessual Məcəllənin 8.1, 9.1, 14.1, 77, 88-ci maddələrinin tələbləri pozulmuşdur.
14. Belə ki, mübahisəli mənzil iddiaçının adına olsa da, cavabdeh və keçmiş həyat yoldaşının vəsaiti hesabına alınmışdır. Cavabdeh iddiaçının gəlini kimi 2005-ci ildə onun yaşadığı mənzilə gəlin köçmüş və ailə üzvü kimi qəbul edilmiş, onunla birgə yaşayaraq birgə təsərrüfat idarə etmişdir. Mübahisəli mənzilə köçürülənə qədər iddiaçının ailə üzvü statusunda olmuş və tərəflər arasında bu münasibətlər 2005-ci ildən yarandığı üçün məhkəmənin, Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə istinad edərək mübahisəyə qiymət verməsi əsassız olmuşdur. Məhkəmə tərəflər arasında etibarlı ailə münasibətlərinin 2005ci ildən yarandığını nəzərə almaqla, cavabdehin həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən bu mənzilə də istifadə hüququnun yarandığını əsas götürməklə iddia tələbini rədd etməli olduğu halda, bunu etməmişdir. Cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə prosesinin vaxtı barədə lazımi qaydada məlumatlandırılmamış və bu da ona iddia tələbi ilə bağlı qarşılıqlı iddia qaldırmaq, iddiaçının adında olan çıxarışı mübahisələndirmək imkanı verməmişdir. Cavabdeh iddiaçının adına olan çıxarışın mübahisələndirilməsi ilə bağlı ayrıca iddia icraatı qaydasında iddia qaldırmaq məcburiyyətində qalmışdır.
15. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat q aydasında baxılmışdır.
16. İddiaçı kassasiya şikayətinə etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh kasassiya şikayətini işi uzatmaq və mənzildə mümkün qədər çox qalmaq məqsədi ilə vermişdir. Kassasiya baxışının hədləri:
18. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialların da olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
19. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
21. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçi nin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstəril mişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınm ası tələb olunmur. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında göstərmişdir ki,... Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.
23. Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uy ğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şi kayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına hüquqi qiymət verilmiş və məhkəmə gəlinən nəticə ilə tam razılaşır.
26. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzil 2022-ci ildə alınaraq iddi açının mülkiyyətinə keçdiyi üçün, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarını tətbiq etmişdir.
27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh mübahisələndirilən mənzilin mülkiyyətçisinin ailə üzvü hesab olunmur və bu səbəbdən Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddəsinə uyğun olaraq onun mənzildən istifadə hüququ yaranmamışdır. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında izah olunmuşdur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva ed ir. Cavabdehin isə iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ yoxdur.
28. Mübahisəli mənzilin iddiaçının mülkiyyəti olmaması, cavabdehlə onun keçmiş ərinin birgə vəsaiti hesabına alınmasına dair kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mənzilə iddiaçının mülkiyyət hüququ hazırki işin mübahisə predmetini təşkil etmir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
29. Cavabdehin birinci instansiya məhkəməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamasına dair kassasiya şikayətinin dəlili həmçinin açıq-aydın əsassızdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, ona müvafiq bildirişlər həm poç t, həm də, “AZEMİS” vasitəsi ilə göndərilmiş, cavabdeh 23 yanvar 2023-cü il tarixdə ərizə verərək, iddianı qəbul etmədiyini və işə onun iştirakı olmadan baxılmaqla, iddianın rədd edilməsini xahiş etmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdeh apellyasiya instansiyası məhkəməsində də iştirak etməmiş və apellyasiya şikayətinin dəlillərini müdafiə etməmişdir.
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnam əsi dəyişiklik edilmədən saxlanılmalıdır.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 may 2023-cü il tarixli, 2(105)-959/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.