Məhkəmə qərarları › İş №2(102)-3752/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3752/2024

18.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3752/2024 18.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ("xxxx" Mənzil Tikinti Kooperativi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı birinci tələbinə dair, Cavabdeh2 cavabdeh İddiaçı qarşı ikinci tələbinə dair iddiası ilə bağlı birləşdirilmiş mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma, müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ("xxxx" Mənzil Tikinti Kooperativi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “mənzildən çıxarılma” tələbinə dair birinci iş üzrə iddiası, Cavabdeh2 cavabdeh İddiaçı qarşı “müqaviləsinin etibarsız hesab edilməsi” tələblərinə dair iddiası ilə bağlı birləşdirilmiş mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinın Mülki kollegiyasının 2(103)-3729/2024 nömrəli, 19 iyul 2024-cü il tarixli qətnaməsindən birləşdirilmiş birinci iş üzrə iddiaçı (ikinci iş üzrə cavabdeh) İddiaçı (vəkil Nümayəndə) və üçüncü şəxs "xxxx" MTK (vəkil Nümayəndə) tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 18 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. “Kooperativ” adlan dırılan "xxxx" MTK ilə “Payçı” adlandırılan Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “kooperativ mənzil tikintisi haqqında müqavilə”yə əsasən, “Sifarişçi”nin Bakı şəhəri ərazisində çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi sifarişinə əsasən “Payçı” Cavabdeh2 Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi Bünyadzadə 2 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının, 1-ci bloku, 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 105,4 kv.m olan, 33 saylı mənzil təklif edilmiş, “Kooperativ” həmin mənzili inşa edərək “Payçı”ya təhvil verməyi öhdəsinə götürmüşdür. 2. "xxxx" MTK-nin tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh2 həqiqətən "xxxx" MTK-nin Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi Bünyadzadə 2 ünvanında inşa edilmiş ço xmənzilli yaşayış binasında, 1-ci giriş, 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 105,4 kv.m olan, 33 saylı mənzilin razılaşdırılmış qiymətlə dəyərini tam ödəmişdir.

3. Cavabdeh2 tərəfindən "xxxx" MTK-ya ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizədən müəyyən edilir ki, onun Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi Bünyadzadə 2 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının, 1-ci bloku, 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 105,4 kv.m. olan, 33 saylı mənzilini İddiaçı adına (ailə vəziyyəti ilə əlaqədar olaraq, qarşılıqlı kompensasiya müqabilində) sənədləşdirilməsini xahiş etmiş, gələcəkdə ona, "xxxx" MTK-ya qarşı heç bir iddiasının olmayacağını qeyd etmişdir. 4. ”Turan” MTK-nın üzvlərinin ümumi iclasının xx.xx.2019-cu il tarixli 23 saylı prtokolundan çıxarışından müəyyən ed ilir ki, kooperativin 170 üzvündən 96 nəfərinin iştirak etdiyi həmin iclasda, vətəndaş İddiaçı kooperativə üzv qəbul edilmiş və ona "xxxx" MTK-nın Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi Bünyadzadə 2 ünvanında inşa edilmiş yaşayış binasının, 1-ci bloku, 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 105,4 kv.m. olan, 33 saylı mənzilinə tam mülkiyyət hüququ verilməsi və sənədlərin Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinin hüquqların dövlət qeydiyyata alınması üçün göndərilməsi qərara alınmışdır. 5. “Kooperativ” adlandırılan "xxxx" MTK ilə “Payçı” adlandırılan İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli “kooperativ mənzil tikintisi haqqında müqavilə”yə əsasən “Payçı” İddiaçı Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi Bünyadzadə 2 ünvanında inşa edilmiş ç oxmənzilli yaşayış binasının, 1-ci bloku, 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 105,4 kv.m. olan, 33 saylı mənzil təklif edilmiş, “Kooperativ” həmin mənzili “Payçı”ya təhvil verməyi öhdəsinə götürmüşdür. 6. "xxxx" MTK-nin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 220601 nömrəli maliyyə arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən "xxxx" MTK-nın Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi Bünyadzadə 2 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasında, 1-ci giriş, 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 105,4 kv.m olan, 33 saylı mənzilin payçısıdır. Pay haqqını tam ödəmişdir.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDKR X2 verdiyi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Bakı şəhəri, ünvan 4 mənzil 33 (yeni qaydalarla ünvan 2 xüsusi mülkiyyət hüququ ilə İddiaçı xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı (bundan sonra birinci iş üzrə iddiaçı (ikinci iş üzrə cavabdeh)) cavabdehlər Cavabdeh1 (bundan sonra birinci iş üzrə cavabdeh) və Cavabdeh2 (bundan sonra birinci iş üzrə cavabdeh (ikinci iş üzrə iddiaçı)) qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ailə üzvləri ilə (digər şəxslərlə) birlikdə Bakı şəhəri, ünvan 4 mənzil 33 (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən ona məxsus mənzildən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər ona 230.000 man at məbləğində borclu olduqları vəsaitin 140.000 manatının qarşılığında Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 33 saylı (yeni qaydalarla ünvan 2 mənzili onun xeyrinə özəlləşdirmişlər və bu barədə ona ********** qeydiyyat nömrəli **********95-05301-093156 reyestr nömrəli çıxarış verilmişdir. Lakin cavabdehlər həmin mənzili onun xeyrinə özəlləşdirsələr də, mənzildən çıxmırlar və nəticə etibarı ilə onun həmin mənzil ilə bağlı mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Dəfələrlə cavabdehlərdən mənzilin könüllü olaraq boşaldılmasını tələb etsə də sonuncular tərəfindən onun qanuni tələbi təmin edilməmişdir.

10. İddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 cavabdeh İddiaçı qarşı “müqaviləsinin etibarsız hesab edilməsi” tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı adına olan xx.xx.2023-cü il tarixli kooperativ mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. İkinci iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, Yeni Yasamal yaşayış massivi, massiv 2, ev 2 ünvanında yerləşən 33 saylı (yeni qaydalarla ünvan 2 mənzil iddiaçı Cavabdeh2 məxsusdur və ailəsi ilə birlikdə orada yaşayır. Qeyd olunan mənzillə bağlı "xxxx" MTK-nın xx.xx.2014-cü il tarixdə kooperativ mənzil tikintisi haqqında müqavilə bağlamışdır. "xxxx" MTK-nın sədri tərəfindən verilmiş maliyyə arayışına əsasən, həmin mənzilin dəyəri onun tərəfindən tam olaraq ödənilmişdir. 01 dekabr 2017-ci il tarixli qazın alğı-satqı müqaviləsinə əsasən iddiaçı ya məxsus mənzil qaz ilə təmin edilir qaz sayğacı onun adınadır, sərfiyyata görə ödənişlər də onun tərəfindən ödənilir. 10 iyul 2023-cü il tarixdə bağlanmış su təchizatı və tullantı sularının axıdılması haqqında müqaviləyə əsasən iddiaçıya məxsus mənzilin su sayğacı onun adınadır və ödənişləri də həmişə özü etmişdir. 18 dekabr 2023-cü il tarixli arayışa əsasən qeyd olunan mənzilə dair telefon nömrəsi iddiaçının adınadır, ödənişlər onun tərəfindən olunur, telefon borcu və internet borcu mövcud deyildir. Bütün bunlara baxmayaraq cavabdeh özü də 25 iyun 2023-cü il tarixdə müqavilə bağlayaraq ona məxsus evi qanunsuz və əsassız olaraq öz adına keçirmişdir. Belə müqavilə ilə, həmin müqavilədə yazılır ki, gələcəkdə inşa ediləcək ev cavabdehə təklif edilir, həmin müqavilədə cavabdehə hələ inşa olu nmamış mənzil təklif edilib, halbuki ona məxsus olan ev isə çoxdan inşa olunmuş və o, orada 10 ilə yaxın vaxtdır yaşayır. Buna baxmayaraq cavabdeh qanunsuz yollarla iddiaçıya məxsus olan evə dair mülkiyyət hüququ əldə etmiş və onu öz evindən çıxarmaq istəyir. Halbuki onun adına verilmiş sənədlərin hamısı qanunsuzdur. İddiaçıya məxsus mənzilin cavabdehin adına keçirilməsinə onun həyat yoldaşının, onun yetkinlik yaşına çatmış qızlarının razılıq ərizələri olmamışdır. Qeyd olunan mübahisə predmeti olan mənzil iddiaçının həyat yoldaşıyla birgə mülkiyyətindədir. Həmin mənzil yoldaşıyla nikah dövründə alınmışdır. İddiaçıdan MTK tərəfindən ərizə alınanda o, aldanmışdır.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1073/2024 nömrəli, 26 yanvar 2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh 2 cavabdeh İddiaçı qarşı “müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair 2(004)-167/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilmiş, mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmiş və xx.xx.2024-cü il tarixdə həmin məhkəməyə daxil olmuşdur.

13. Məhkəmə iclasında iştirak edən birinci iş üzrə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında verdiyi izahatlarında ikinci iş üzrə iddia tələbini müdafiə edərək həmin iddia tələbinin təmin edilməsini, birinci iş üzrə iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, o, müqavilənin etibarsızlığını onunla əsaslandırır ki, Cavabdeh2 haz ırkı borc tələbinə heç bir aidiyyəti yoxdur və o, evi girov kimi qoyması ilə bağlı razılığa gələrək aldadılmışdır. Cavabdeh1 ona münasibətdə borc münasibətlərinin yaranmasını etiraf etsə də, lakin bildirir ki, borc tam şəkildə ödənilmişdir. Bundan başqa işin hallarından görünür ki, ərizə 2018-də verilmiş, həmin vaxt artıq bina inşa edilmişdir. Lakin iddiaçı ilə MTK arasına bağlanmış müqavilədən müəyyən edilir ki, gələcəkdə inşa ediləcək binadan mənzil veriləcəkdir. Hesab edir ki, uyğunsuzluq təşkil edir. Bundan başqa Cavabdeh2, X1 ilə birgə nikada olmasına baxmayaraq, ərizə verərkən ərinin razılığı olmamışdır. İş üzrə cavabdehlər isə dostluq münasibətlərindədir.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(004)-167/2024 nömrəli, 14 mart 2024-cü i l tarixli qətnaməsi ilə (hakim Günel Əkbərli) birinci iş üzrə iddia təmin edilərək, cavabdehlərin Bakı şəhəri, ünvan 4 mənzil 33 (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılması, ikinci iş üzrə iddianın rədd edilərək ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət olunmuşdur.

15. Birinci instansiya məhkəməsi məhkəmə baxış zamanı tərəflərin verdiyi izahatlardan müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasından borc münasibətləri yaranmış, həmin borc müqabilində isə Cavabdeh2 "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi Bünyadzadə 2 ünvanında yerləşən yaşayış binasının, 1-ci bloku, 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 105,4 kv.m. olan, 33 saylı mənzilin İddiaçı adına rəsmiləşdirilməsi üçün razılıq ərizəsi vermişdi r.

16. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 nümayəndəsi və vəkil məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, İddiaçı ilə aralarında borc münasibətinin olmasını qəbul edir. Lakin, borc məbləği tam şəkildə ödənilmişdir. Məhkəmə ilkin tələb üzrə cavabdehin bu dəlilinə münasibətdə qeyd etmişdir ki, nə qədər ki, cavabdeh borcun mövcudluğunu etiraf edir, o halda həmin borcun tam şəkildə ödənilməsinin subutetmə yükü cavabdehin öz üzərinə düşür. Bundan başqa məhkəmə hesab etmişdir ki, borc qaytarıldığı təqdirdə, mənzilin digər şəxsin adına rəsmiləşdirilməsi üçün razılığın verilməsi halı inandırıcı deyildir. Odur ki, məhkəmə tərəfindən aparılan araşdırma ilə təsdiq olunur ki, borc münasibətlərindən irəli gələrək mənzil İddiaçı adına rəsmiləşdirilmişdir.

17. İkinci tələb üzrə iddiaçı Cavabd eh2 müqavilənin etibarsızlığına dair dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, əvvəla o, mənzilin İddiaçı adına rəsmiləşdirilməsi ilə bağlı rəsmi nikahda olan ərzinin razılığının olmadığını bildirmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 qeyd olunan əsasla müqavilənin etibarsızlığını tələb etməyə subyektiv hüququ yoxdur. Belə ki, o, MTK-ya onun adından verilmiş razılıq ərizəsinin etibarlılığını mübahisələndirməmişdir. Dolayısı ilə ərizədə qeyd olunan razılığın onun könüllü iradəsini ifadə etdiyini qəbul etmişdir. Hazırkı mübahisə onun birgə nikahda olduğu ərinin maraqlarına toxunacağı halda, onun müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edə bilərdi və ya əri özü oxşar tələblə məhkəməyə müraciət edə bilərdi. Odur ki, məhkəmə iddiaçının dəlilini əsassız hesab etmişd ir.

18. Məhkəmə Cavabdeh2 müqavilənin etibarsızlığına dair digər dəlili olan razılıqla, maliyyə arayışı və müqavilənin tarixlərinin uyğunsuzluğuna dair dəlilini əsassız hesab etmişdir. Belə ki, işin faktiki hallarından müəyyən edilmişdir ki, müqavilə, razılıq ərizəsi tərəflərin iradə ifadəsinə əsasən qeyd olunan formada rəsmiləşdirilmışdır. Aldanılması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, bu hissədə məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Eləcə də, onun hazırda mənzildə yaşayıb kommunal xərcləri ödəməsi müqavilənin etibarsız hesab edilməsi üçün hüquqi əsas deyildir.

19. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixdə "xxxx" MTKnin Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi Bünyadzadə 2 ünvanında inşa edilmiş yaşayış binasının, 1-ci bloku, 11-ci mərtə bəsində yerləşən 3 otaqlı, sahəsi 105,4 kv.m. olan, 33 saylı mənzili almış, daha sonra xx.xx.2018-ci il tarixdə ərizə ilə MTK-ya müraciət edərək həmin mənzili ailə münasibətləri ilə əlaqədar kompensasiya qarşılığında İddiaçı adına sənədləşdirilməsini xahiş etmiş və qeyd olunan xx.xx.2023-cü il tarixdə mənzil İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

20. Odur ki, göstərilənlənlərə əsasən məhkəmə hesab etmişdir ki, birinci iddia tələbi təmin, ikinci iddia tələbi rədd edilməlidir. Belə ki, mübahisə predmeti olan mənzil xx.xx.2023-cü il tarixli çıxarış əsasən İddiaçı mülkiyyətindədir. Birinci iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə mübahisə predmeti olan mənzilə dair hər hansı hüquq müəyyənedici sənədi yoxdur. Mübahisə predmeti olan mənzilə dair iddiaçının etib arlı çıxarışının olmasını və iddiaçının öz əmlakı barəsində sərbəst sərəncam vermək iqtidarında olmasını nəzərə alaraq məhkəmə qeyd etmişdir ki, mülkiyyətçi olaraq birinci iddia üzrə iddiaçının tələbi təmin edilməli cavabdehlər həmin mənzildən çıxarılmalı və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir.

21. İkinci iddia tələbi ilə bağlı məhkəmə həmdə qeyd etmişdir ki, mübahisə predmeti olan müqavilənin etibarsızlığına dəlalət edən hallar aşkar edilmədi. xx.xx.2023-cü il tarixli müqavilə etibarsız hesab edilə bilməz. Belə ki, qanunvericilikdə əqdlər üçün tələb olunan etibarlılıq şərtlərinə əməl edilmiş, müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir.

22. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azə rbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 152.1, 157.2, 324, 337.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

23. Qətnamədən birinci iş üzrə cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini, birinci iş üzrə iddia ərizəsinin tam rədd edilməsini, ikinci iş üzrə iddia ərizəsinin tam təmin edilməsini və yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

24. Apellyasiya şikayəti ikinci iş üzrə iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, ilkin iddia üzrə İddiaçı faktiki olaraq MTKya heç bir ödəniş etməmişdir. MTK formal olaraq İddia çı tam ödəniş barədə arayış vermişdir. 2014-cü ildən hazırkı vaxta kimi mübahisəli mənzildə Cavabdeh2 öz övladları ilə yaşayır, kommunal ödənişləri də hazırkı vaxtda kimi özü ödəyir. Turan MTK ilə İddiaçı tərəfindən bağlanmış müqavilə Mülki Məcəllənin tələblərinə zidd müqavilədir. Belə ki, 25 iyun 2023-cü il tarixli müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, payçıların vəsaiti hesabına inşa ediləcək yaşayış binasının 33 saylı mənzili İddiaçı püşkatma nəticəsində təklif edilir. Halbuki, həmin yaşayış binası 18 il bundan əvvəl inşa olunub, 2014-cü ildən də Cavabdeh2 mənzildə yaşayır. Müqavilədə qeyd edilmişdir ki, mənzilin dəyəri tam ödənilmişdir. Halbuki heç bir dəyəri ödənilməyib. Alğı-satqı müqaviləsinə əsasən mənzil 2023-cü ildə əldə olunur, maliyyə arayışı 2023-cü ildə verilir, anc aq 23 saylı protokola əsasən mülkiyyət hüququ Aslana 2019-cu ildə verilir. Bundan başqa birinci instansiya məhkəməsi Cavabdeh2 ərinin və övladlarının razılıq ərizələrinin verilməməsini, Cavabdeh2 aldadıldığını nəzərə almamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ikinci iş üzrə iddiaçının əqdin etibarsızlığı ilə bağlı iddia qaldırmağa subyektiv hüququ yoxdur. Halbuki ikinci iş üzrə iddiaçının mülkiyyət hüququ pozulur. Bundan başqa Turan MTK tərəfindən verilmiş sənədlərdə ziddiyyətlər var. 2019-cu il tarixli ümumi iclasın protokolundan görünür ki, İddiaçı pay haqqını 2019-cu ildə tam ödəmişdir və mülkiyyət hüququ ona 2019-cu ildə verilmişdir. Lakin həmin tarixə onunla alğı-satqı müqaviləsi bağlanmamış və maliyyə arayışı verilməmişdir. Əksinə alğı-satqının tarixi 2023-cü il qeyd olunmuş və maliyyə arayışı da 2023-cü ildə verilmişdir.

25. Apellyasiya icraatı zamanı "xxxx" MTK mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi tanınaraq işə cəlb edilmişdir.

26. Məhkəmə kollegiyasının iclasında cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 izahatında göstərmişdir ki, Cavabdeh2 hazırkı borc tələbinə heç bir aidiyyəti yoxdur və o, evi girov kimi qoyması ilə bağlı razılığa gələrək aldanılmışdır. Cavabdeh1 ona münasibətdə borc münasibətlərinin yaranmasını etiraf etsə də, lakin bildirir ki, borc tam şəkildə ödənilmişdir. Bundan başqa işin hallarından görünür ki, ərizə 2018-ci ildə verilmiş, hansıki həmin vaxt bina inşa edilmişdir. Lakin iddiaçı ilə MTK arasında bağlanmış müqavilədən müəyyən edilir ki, gələcəkdə inşa ediləc ək binadan mənzil veriləcəkdir. Hesab edir ki, uyğunsuzluq təşkil edir. Bundan başqa o, Zaur Babayev ilə birgə nikahda olmasına baxmayaraq ərizə verərkən ərinin razılığı olmamışdır. İş üzrə cavabdehlər isə dostluq münasibətindədirlər.

27. Məhkəmə kollegiyasının iclasında iddiaçı (ikinci iş üzrə cavabdeh) Aslan Qənbərovun nümayəndəsi və vəkili Nümayəndə izahatında göstərmişdir ki, qarşı tərəfin ona 230.000 manat borcu olub. Həmin vəsaitin 140.000 manatının qarşılığında mənzil onun xeyrinə özgəninkiləşdirilib.

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-3729/2024 nömrəli, 19 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilm iş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, birinci iddia təmin edilməmiş, Cavabdeh2 cavabdeh İddiaçı qarşı “müqaviləsinin etibarsız hesab edilməsi” tələblərinə dair ikinci iddiası təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə küçəsi, ev № 2-də yerləşən 33 №-li mənzilə dair (yeni qaydalarla: Yasamal rayonu, Abdulla Qarayev küçəsi, 42, M11, m3) "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə etibarsız hesab edilmiş, dövlət reyestrində həmin mənzil üzərində İddiaçı mülkiyyət hüququna dair aparılmış qeyd və verilmiş reyestr çıxarışı etibarsız sayılmaqla ləğv edilmişdir.

29. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəy yən etməmiş və maddi hüquq normasını səhv tətbiq etmişdir.

30. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 mənzili müqavilə əsasında əldə edib, mənzilin dəyərini ödəyib və mənzildə yaşayır. Onun həmin mənzildən məhrum edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş əsaslar olmalıdır. İddiaçı iddia ərizəsində qeyd edib ki, qarşı tərəfin ona 230.000 manat borcu olub, həmin vəsaitin 140.000 manatının qarşılığında mənzil onun xeyrinə özgəninkiləşdirilib. Göründüyü kimi, İddiaçı iddia edir ki, novasiya baş verib, yəni borc öhdəliyi alğı-satqı öhdəliyi ilə əvəz edilməklə borc öhdəliyinin 140.000 manatlıq hissəsinə xitam verilib. Novasiya (lat. novatio - yenilənmə, dəyişmə) - mülki hüquqda öhdəliyə xitam verilməsinin əsaslarından biridir, bu zaman tərəflərin arasında mövcud olan i lkin öhdəlik eyni şəxslər arasındakı başqa öhdəliklə əvəz olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 531.1-ci maddəsinə görə, öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. Göründüyü kimi, “eyni şəxslər arasında” ifadəsindən istifadə olunub. Ona görə də Cavabdeh2 ilə İddiaçı razılaşmasının novasiya kimi qiymətləndirilməsi üçün onların arasında ilkin öhdəliyin (240.000 manat borc öhdəliyinin) mövcud olduğu müəyyən edilməlidir. Lakin belə öhdəliyin mövcud olduğunu təsdiq edən sübut yoxdur. Cavabdeh2 MTK-nın sədrinə yazdığı xx.xx.2018-ci il tarixli ərizədə mənzilin İddiaçı adına sənədləşdirilməsini xahiş edərkən bunun s əbəbini “ailə vəziyyətimlə əlaqədar olaraq, qarşılıqlı kompensasiya müqabilində” kimi göstərib. Lakin həmin ərizə tərəflərin arasında borc öhdəliyinin mövcud olduğunu təsdiq etmir. Çünki ərizənin məzmununda Cavabdeh2 borcunun olduğunu etiraf etməyib. Ümumiyyətlə, ərizədə hər hansı məbləğ qeyd olunmayıb. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Odur ki, novasiya barədə razılaşma (əqd) əhəmiyyətsiz əqd kimi etibarsızdır. 31. "xxxx" MTK ilə İddiaçı arasındakı “kooperativ mənzil tikintisi haqqında” xx.xx.2023-cü il tarixli müqavilə başqa əqdin novasiya barədə etibarsız əqdin nəticəsinə əsaslandığına görə əhəmiyyətsiz əqd kimi etibarzıdır. O cümlədən MTK üzvlərinin ümumi iclas ında qəbul edilmiş, İddiaçı MTK-ya üzv qəbul edilməsi, ona mənzil üzərində tam mülkiyyət hüququ verilməsi və hüququn dövlət qeydiyyatına alınması üçün sənədlərin qeydiyyat orqanına göndərilməsi barədə xx.xx.2019-cu il tarixli qərar novasiya barədə etibarsız əqdin nəticəsinə əsaslandığına görə etibarsızdır. Eyni səbəbdən dövlət reyestrində mənzil üzərində İddiaçı mülkiyyət hüququna dair aparılmış qeyd və verilmiş reyestr çıxarışı etibarsızdır.

32. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 337.3, 337.4, 531.1-ci, Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

33. Qətnamədən birinci iş üzrə iddiaçı (ikinci iş üzrə cavabdeh) (vəkil Nümayəndə) və mü bahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi "xxxx" MTK (vəkil Nümayəndə) ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər.

34. Birinci iş üzrə iddiaçı (ikinci iş üzrə cavabdeh) və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi "xxxx" MTK (vəkilləri Nümayəndə) eyni məzmunlu kassasiya şikayətlərində, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

35. Kassasiya şikayətləri oxşar məzmunlu olmaqla onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi mülki işi tam ətraflı öyrənməmiş, tam və obyektiv araşdırma aparmamış, işdə olan sübutlara və toplanmış sənədlərə düzgün hüquqi qiymət verməyərək qan unsuz qətnamə qəbul etmişdir. Mülki iş üzrə maraqlı şəxs qismində "xxxx" MTK mülki cəlb edilsə də, qanunamüvafiq qaydada həmin təşkilatın hazırkı mülki iş üzrə münasibəti apellyasiya instansiyası məhkəməsi tərəfindən öyrənilmədən qətnamə qəbul edilmişdir. Apellyasiya instansiya məhkəməsi analoji mülki mübahisələrlə bağlı mövcud məhkəmə təcrübəsinə zidd olaraq qətnamə qəbul etmişdir.

36. Cavabdeh2 həm birinci instansiya məhkəməsində, həmdə apellyasiya instansiya məhkəməsində özü və nümayəndəsi İddiaçı borclarının olduğunu etiraf etmişlər. O, izahatında bildirmişdir ki, borcunu tam ödəmişdir. Lakin, borcun ödəməsini sübuta yetirən hər hansı bir mötəbər sübut onun tərəfindən məhkəməyə təqdim edilməmişdir. Əgər cavabdeh tərəf borcunun olduğunu və borcunu ödənildiyini özü etiraf edirsə borcunun ödənildiyini sübut etmək yükü onun öz üzərinə düşür və nəticə etibarı ilə iddiaçı tərəf olaraq cavabdehin borclu olmasını əlavə olaraq təsdiq edən sübut təqdim etməyə zərurət qalmır. Artıq cavabdeh borclu olduğunu özü etiraf etmişdir. Lakin, apellyasiya instansiya məhkəməsi mülki işə səhv mövqedən yanaşmış, işdə olan sübutlara qanunsuz olaraq və qəsdən düzgün hüquqi qiymət verməyərək cavabdehin əsassız mülahizələri ilə kifayətlənmiş, mülki iş üzrə obyektiv araşdırma aparmamış, cavabdehdən borcunun ödənildiyini sübuta yetirən sübutları tələb etmək əvəzinə iddiaçı tərəf olaraq onlardan cavabdehin borcu ilə bağlı sübutların məkəməyə təqdim edilməsini tələb etmişdir.

37. Həmçinin qeyd olunmalıdır ki, apellyasiya icraatında cavabdehin vəkili və nümayəndəsi vəsatət verərək borcun ödənilməsi ilə bağlı İddiaçı adından notarial qaydada təsdiq edilmiş ərizəni məhkəməyə təqdim etmək üçün müvafiq notariat ofisinə vəkil sorğusu verdiyinə görə vaxt istəmiş, məhkəmə həmin şəraiti cavabdeh tərəfə yaratsa da, cavabdeh tərəf nə özü nə də onun nümayəndəsi borcun qaytarılmasını təsdiq edən sübutunu məhkəməyə təqdim etməmişdir.

38. Bundan başqa analoji xarakterli iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-149/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pul borcunun fərdi yaşayış evi ilə əvəzləşdirilməsi ilə bağlı cavabdehin torpaq sahəsindən və mənzildən çıxarılması barədə iddia təmin edilmiş və həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

39. Maddə 13, İ hissə. Azərbay can Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

40. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

41. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı.

42. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

43. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bild iyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

44. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

45. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

46. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

47. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

48. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfl i əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

49. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

50. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

51. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

52. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir.

53. Maddə 339.3. Aldatma yolu ilə bağ lanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

54. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər.

55. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edi lməsi tələb olunmur.

56. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

57. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

58. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

59. Maddə

404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi məna sını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və o na uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.

60. Maddə 531.1. Öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

62. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

63. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sü butlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

65. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

66. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

67. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

68. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

69. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

70. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

71. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

72. Maddə 416.2. Apellyasiya instansiyası məhkə məsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

73. Maddə 417.1.3. Apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

74. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

75. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

76. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı və üçüncü şəxs tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

77. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri təmin edilməli, apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

78. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

79. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən, 11-ci mərtəbəsində yerləşən, 3 otaqlı, sahəsi 105,4 kv.m. olan 33 saylı mənzil (yeni qaydalarla ünvan 2 "xxxx" MTK ilə bağlanmış xx.xx.2014cü il tarixli müqaviləyə əsasən Cavabdeh2 adına olmuş, Cavabdeh2 xx.xx.2018-ci il tarixdə "xxxx" MTK-ya ünvanlanladığı ərizəsində həmin mənzilinin İddiaçı adına (ailə vəziyyəti ilə əlaqədar olaraq, qarşılıqlı kompensasiya müqabilində) sən ədləşdirilməsini xahiş etmişdir. Bundan sonra ”Turan” MTK-nın üzvlərinin xx.xx.2019-cu il tarixli ümumi iclasının qərarı ilə İddiaçı kooperativə üzv qəbul edilmiş, İddiaçı qeyd olunan 33 saylı mənzilə tam mülkiyyət hüququ verilməsi və sənədlərin Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinin hüquqların dövlət qeydiyyata alınması üçün göndərilməsi qərara alınmışdır. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli “kooperativ mənzil tikintisi haqqında müqavilə”yə əsasən “Payçı” İddiaçı 33 saylı mənzil təklif edilmiş, “Kooperativ” həmin mənzili “Payçı”ya təhvil verməyi öhdəsinə götürmüşdür. "xxxx" MTK-nin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 220601 nömrəli maliyyə arayışına əsasən, İddiaçı 33 saylı mənzilin payçısı olmaqıla pay haqqını tam ödəmişdir. Mübahisəli mənzil xx.xx.2023-cü il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyatdan keçmişdir.

80. Birinci iş üzrə iddiaçı (ikinci iş üzrə cavabdeh) İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona 230.000 manat məbləğində borclu olduqlarını, həmin vəsaitin 140.000 manatının qarşılığında mübahisəli mənzili onun xeyrinə özəlləşdirmələrini, hazırda həmin mənzilin onun xüsusi mülkiyyətində olmasını, lakin cavabdehlərin göstərilən mənzildən çıxmadıqlarını və onun mənzilə mülkiyyət hüququnun pozulmasını qeyd edərək, cavabdehlərin ailə üzvləri ilə birlikdə ona məxsus mənzildən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

81. Həmçinin birinci iş üzrə cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh2 ca vabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin ona məxsus olmasını, ailəsi ilə birlikdə orada yaşamasını, cavabdeh İddiaçı 25 iyun 2023-cü il tarixdə MTK ilə müqavilə bağlayaraq ona məxsus mənzili qanunsuz və əsassız olaraq öz adına keçirməsini, mənzilə dair mülkiyyət hüququ əldə etməsini, onu öz mənzilindən çıxarmaq istədiyini, ona məxsus mənzilin cavabdehin adına keçirilməsinə onun həyat yoldaşının, onun yetkinlik yaşına çatmış qızlarının razılıq ərizələrinin olmamasını, mənzilin onun həyat yoldaşıyla birgə mülkiyyətində olmasını, ondan MTK tərəfindən ərizə alınanda aldanmasını qeyd edərək, cavabdeh İddiaçı adına olan xx.xx.2023-cü il tarixli kooperativ mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xa hiş etmişdir.

82. İddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi həmin qətnaməni ləğv edərək, ikinci iş üzrə “müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbini təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" MTK ilə İddiaçı arasındakı “kooperativ mənzil tikintisi haqqında” xx.xx.2023-cü il tarixli müqavilə başqa əqdin novasiya barədə etibarsız əqdin nəticəsinə əsaslandığına görə əhəmiyyətsiz əqd kimi etibarzıdır. O cümlədən MTK üzvlərinin ümumi iclasında qəbul edilmiş, İddiaçı MTK-ya üzv qəbul edilməsi, ona mənzil üzərində tam mülkiyyət hüququ verilməsi və hüququn dövlət qeydiyyatına alınması üçün sənədlərin qeydiyyat orqanına göndərilməsi barədə xx.xx.2019-cu il tarixli qərar novasiya barədə etibarsız əqdin nəticəsinə əsaslandığına görə etibarsızdır. Eyni səbəbdən dövlət reyestrində mənzil üzərində İddiaçı mülkiyyət hüququna dair aparılmış qeyd və verilmiş reyestr çıxarışı etibarsızdır.

83. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi "xxxx" MTK ilə İddiaçı arasındakı “kooperativ mənzil tikintisi haqqında” xx.xx.2023-cü il tarixli müqavilə başqa əqdin - novasiya barədə etibarsız əqdin nəticəsinə əsaslandığına görə əhəmiyyətsiz əqd kimi etibarz hesab edərkən səhvə yol vermişdir.

84. Belə ki, apellyasiya məhkəməsi "xxxx" MTK ilə İddiaçı arasındakı müqaviləni cavabdehlərin İddiaçı olan borcunun, Cavabdeh2 məxsus mənzillə əvəz edilməsi, yəni novasiya kimi qiymətləndirsə də, bu halda həmin müqaviləni əhəmiyyətsiz əqd kimi qiymət ləndirərək etibarsız hesab etməsini, o cümlədən həmin müqavilə bağlanarkən Mülki Məcəllənin müəyyənləşdirilmiş hansı şərtlərinin pozmasını qətnamədə əsaslandırmamışdır.

85. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd olunan nəticəyə gələrkən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasının mövcud olmasını diqqətdən qaçırmışdır.

86. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaql a, həqiqi hesab edilir.

87. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.6-cı maddəsinə əsasən isə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

88. Hazırkı işdə mübahisə predmeti olan mənzil-tikinti kooperativi binasındakı yaşayış sahəsinin birinci iş üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsaslardan biri, birinci iş üzrə Cavabdeh2 öz mənzilini İddiaçı adına sə nədləşdirilməsini xahiş etməsi barədə MTK-ya ünvanladığı ərizəsi olduğu halda, həmin rəsmiləşdirmənin aparılması üçün digər əsas mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı olmuşdur. Lakin mənzilin İddiaçı verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı Cavabdeh2 tərəfindən ümumiyyətlə mübahisələndirilməmişdir.

89. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 müqavilənin etibarsız hesab edilməsi barədə ikinci iş üzrə iddia tələbində, mənzilin İddiaçı adına keçirilməsi barədə ərizəni yazarkən onun aldadılmasını göstərdiyindən, iddianın qanuni əsası kimi Mülki Məcəllənin 339.3-cü maddəsi qəbul olunaraq həmin normanın tələbləri baxımından işin faktiki hallarının hüquqi dəyərləndirilməsi, iddianın qanuni əsasını təşkil edən maddi hüq uq normalarının dispozisiya şərtlərinə bu halların uyğunluğu baxımından aparılmalı olduğu halda, apellyasiya instansiya məhkəməsi mübahisələndirilən əqdi novasiya barədə razılaşma (əqd), əhəmiyyətsiz əqd kimi etibarsız hesab etmək barədə yanlış nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi tərəfindən həmçinin Cavabdeh2 qeyd olunan ərizəni yazarkən aldadılması ilə bağlı hər hansı araşdırma aparılmamış, apellyasiya şikayətinin həmin dəlilinə hər hansı hüquqi qiymət verilməmişdir.

90. Qeyd olunmalıdır ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır.

91. Mülki Məcəllənin əqdlərin etibarsızlı ğı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.

92. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

93. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında izah etmişdir ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi v ə iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin.... etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli, X.Mirzəliyevin şikayəti üzrə 17 sentyabr 2021-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 2022-ci il 18 mart tarixli Qərarları).

94. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etiba rlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il t arixli qərarları).

95. Eyni zamanda qeyd olunmalıdır ki, Mülki Məcəllənin əqdin etibarsızlığı ilə bağlı maddələrinin dispozisiyasından məlum olduğu kimi, qanunverici Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlanmış əqdi, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdi mübahisələndirilən əqd kimi təsbit etmişdir.

96. Qeyd edilməlidir ki, mübahisələndirmə səbəblərinin mövcudluğu özü-özülüyündə etibarsızlıqla bağlı hüquqi nəticələrin əmələ gəlməsinə səbəb olmur. Mübahisələndirilən əqd üzrə etibarsızlıq halı yalnız hüquq sahibinin mübahisələndirməsi nəticəsində yaranır. Hazırkı işdə qeyd olunan əqdin tərəfi olan MTK-nın nümayəndəsinin bağlanmış müqaviləyə münasibəti öyrənilməmiş, işin halları üçüncü şəxsin nümayəndəsinin iştirakı ilə müzakirə edilməmişdir.

97. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəflər arasında olan münasibəti novasiya kimi qiymətləndirərək, həmçinin Cavabdeh2 ilə İddiaçı razılaşmasının novasiya kimi qiymətləndirilməsi üçün onların arasında ilkin öhdəliyin (240.000 manat borc öhdəliyinin) mövcud olduğunun müəyyən edilməli olmasını, lakin belə öhdəliyin mövcud olduğunu təsdiq edən sübutun mövcud olmadığını göstərmiş, bu halda iş üzrə digər Cavabdeh1 borcu etiraf etməsini diqqətdən qaçırmışdır. Həmçinin Cavabdeh1 borcun mövcudluğunu etiraf etməsi iş materialları ilə təsdiqini tapdığı, həmçinin mübahisələndirilən müqa vilənin məhz cavabdehlərin borcuna görə rəsmiləşdirilməsini qəbul etdiyi halda apellyasiya instansiya məhkəməsi, Cavabdeh2 iddiasına əsasən İddiaçıla MTK arasında bağlanmış müqaviləni etibarsız hesab etməklə Cavabdeh2 əsassız olaraq varlanmasına şərait yaratmışdır.

98. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin bu qaydada həll edilməsi, yəni qanuni əsası, məqsədi və mütənasibliyi göstərilmədən hüquqa məhdudiyyət gətirilməsi barədə məhkəmə aktı əsaslandırılmış qətnamə hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda qeyd edilən maddi və prossesual hüquq normalarının tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında müəyyən etdiyi hüquqi mövqelərə cavab vermir.

99. Azərbaycan Respublikası Konstit usiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, 129-cu maddəsinin İİİ hissəsinə əsasən isə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

100. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar).

101. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə1994-cü il 19 aprel tarixli qərarlar).

102. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilmə li, qətnamə ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə yeni apellyasiya baxışına göndərilməlidir.

103. İşə yenidən baxılarkən apellyasiya məhkəməsi yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

104. Göstərilənlərə əsasən və A zərbaycan Respublikası MPM-nin 416 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Birinci iş üzrə iddiaçı (ikinci iş üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Üçüncü şəxs "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinın Mülki kollegiyasının 2(103)-3729/2024 nömrəli, 19 iyul 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar