Məhkəmə qərarları › İş №2(102)-3753/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3753/2020

01.09.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3753/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və X4 oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İddiaçı İnqilab qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Mingəçevir şəhər 10 №-li tam orta məktəbin direktoru qarşı 18 saatdan az olmayan dərs yükü ilə təmin edilmə tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Mingəçevir şəhər 10 №-li tam orta məktəbin di rektoru tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim U.Osmanov) iddia təmin edilmiş, İddiaçı Mingəçevir şəhər 10 №-li tam orta məktəbdə ibtidai sinif müəllimi kimi 18 saatdan az olmayan dərs yükü ilə təmin edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Ə.Məcidov, hakimlər M.Əsədli və K.Aslanov) Cavabdeh Mingəçevir şəhər 10 №-li tam orta məktəbin direktoru X1 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Hüquqi məsələlər: İddiaçı cavabdeh Mingəçevir şəhər 10 №-li tam orta məktəbin direktoruna qarşı bir stavka dərs yükü ilə təmin edilmə tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Mingəçevir şəhər 10 №-li tam orta məktəbdə ibtidai sinif müəllimi kimi 18 saatdan az olmayan dərs yükü ilə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Cavabdeh Mingəçevir şəhər 10 №-li tam orta məktəbin direktoru Mikayılova X3 Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. Kasasiya şikayəti kasasiya icraatına qəbul edilmiş və işə baxılması xx.xx.2020-ci il tarixə saat 11.40-a təyin edilmişdir. Bundan sonra cavabdeh yazılı ərizə ilə müraciət edərək kasasiya şikayətindən imtina etdiyini və qeyd edilən əsasa görə kasasiya icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 410.1-cı maddəsinə əsasən kasasiya şikayəti vermiş şəxs kasasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Məhkəmə kollegiyası cavabdeh Mingəçevir şəhər 10 №-li tam orta məktəbin direktoru kasasiya şikayətindən imtinaya dair ərizəsini araşdıraraq hesab edir ki, cavabdehin imtinası başqa şəxslərin hüquqularını və qanunla qorunan mənafelərini pozmadığından onun imtinası qəbul edilməli və ona münasibətdə kasasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 410.2-ci maddəsinə əsasən işdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kasasiya şikayətindən imtinanı qəbul edirsə, kasasiya instansiyasında icraata xitam veri lir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 410, 410.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh Mingəçevir şəhər 10 №-li tam orta məktəbin direktoru Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi kasasiya şikayətindən imtina ərizəsi qəbul edilsin. Hazırkı iş üzrə münasibətdə kasasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar