Məhkəmə qərarları › İş №2(102)-3753/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3753/2021

17.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3753/2021 17.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: Qurbanova Dünya İsgəndər qızının Cavabdeh Eldar oğlu və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3753/21 (Açar sözlər: evə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: Qurbanova Dünya İsgəndər qızı və vəkili Vəkil1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2020-ci il tarixli, 2(105)-2657/2020 saylı qətnaməsindən üçüncü şəxs Qurbanov Vaqi f Eldar oğlunun kassasiya şikayəti üzrə işə 17 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə və digərlərinə qarşı iddia qaldıraraq, Cavabdeh yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Azadlıq küçəsi, 2 saylı döngədə yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Eyni zamanda, Vaqif Qurbanov məhkəmədə İddiaçı ya qarşı iddia qaldıraraq, sonuncuya məxsus əşyaların ona məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Azadlıq küçəsi, 2 saylı döngədə yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Abşeron Rayon Məhkəməsinin 04 sent yabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim S.M.Quliyeva) İddiaçı iddiası təmin, Vaqif Qurbanovun iddiası rədd edilərək, İddiaçı azyaşlı övladı X1 ilə birlikdə Cavabdeh yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Azadlıq küçəsi, 2 saylı döngədə yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, İddiaçı Cavabdehla 2008-ci ildə faktiki, 09 aprel 2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurub və qayınatası Eldar Qurbanovun mülkiyyətində olan Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən, 01 saylı evin 77 saylı mənzilinə gəlin köçüb. Onların birgə nikahından 10 mart 2009-cu ildə Rəsul adlı uşaqları doğulub. Həmin mənzil 07 dekabr 2013-cü ildə Elnur Rufullayevə satılıb. Mübahisəli ev isə özbaşına tikilidir və həmi n evin kommunal xidmətləri abonent kimi Dünya İsgəndərovun əri Cavabdeh adına rəsmiləşdirililib. Tərəflərin mübahisəli ev üzərində hər hansı hüquqlarının olması müəyyən edilmir. Lakin, Cavabdehla yanaşı İddiaçı da azyaşlı övladı ilə birlikdə köçüb həmin evdə yaşamaq hüququ vardır. Ona görə də İddiaçı iddiası təmin, Vaqif Qurbanovun iddiası rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 228-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh və üçüncü şəxs Vaqif Qurbanov eyni məzmunlu apellyasiya şikayətləri verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş ediblər. Apellyasiya instansiyası məh kəməsində birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, İddiaçı iddiası rədd, Vaqif Qurbanovun iddiası qismən təmin edilərək, İddiaçı ya məxsus yataq mebel dəstinin, kamodun, iki ədəd kreslonun, soyuducunun, yorğan döşəklərin Vaqif Qurbanova məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Azadlıq küçəsi, 2-ci döngədə olan torpaq sahəsində yerləşən evdən çıxarılması və qalan hissədə Vaqif Qurbanovun iddiasının rədd olunması qət edilib. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, onun iddiasının təmin, Vaqif Qurbanovun iddiasının isə rə dd olunması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov sədrlik edən, məruzəçi, Ş.R.Abasov və T.O.Quliyev) apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxla nılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, İddiaçı iddiasını təmin, Vaqif Qurbanovun iddiasını rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mənzil Məcəlləsinin 68.1, 68.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Üçüncü şəxs Vaqif Qurbanov kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, İddiaçı iddiasının rəd d, onun iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh, üçüncü şəxs Vaqif Qurbanov və sonuncunun vəkili Vəkil2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhk əmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 180.2.-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Mənzil Məcəlləsinin 68.1 və 68.2-ci maddələrinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə bir gə məsuliyyət daşıyırlar. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Vaqif Qurbanov kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, İddiaçı iddiasının rədd, özünün iddiasının isə təmin edilməsi üçün əsasların olmasını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin mübahisə olunmayan həqiqi hallarına görə, İddiaçı Cavabdehla 2008-ci ildə fak tiki, 09 aprel 2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurub və qayınatası Eldar Qurbanovun mülkiyyətində olan Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən, 01 saylı evin 77 saylı mənzilinə gəlin köçüb. Onların birgə nikahından 10 mart 2009-cu ildə Rəsul adlı uşaqları doğulub. Daha sonra işdən görünür ki, qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın himayədə qalması və aliment tələbinə dair” iddiası qismən təmin edilərək, onlar arasında 09 aprel 2009-cu il tarixdə qeydə alınmış nikahın pozulması, onların birgə nikahından 10 mart 2009-cu il tarixdə doğulmuş Rəsulun nikahın pozulmasından sonra anası İddiaçı yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 12 0 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilib. Eyni zamanda, qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 29 aprel 2015-ci il tarixli qətnaməsi ilə X2 Qurbanova və digərlərinə qarşı “mənzildən istifadə hüquqlarına xitam verilməsi” barədə iddiası təmin edilərək, İddiaçı və digərlərinin Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən, 01 saylı evin 77 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi qət edilib. Apellyasiya instansiyası məhkəməsi, Vaqif Qurbanovun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən, 01 saylı evin 77 saylı mənzili Elnur Rufullayevə satıldıqdan sonra, İddiaçı ailə üzvləri əri Cavabdeh və azyaşlı övladı Rəsulla birgə Abşeron ray onu, Saray qəsəbəsi, Azadlıq küçəsi, 2 saylı döngədə yerləşən fərdi yaşayış evində yaşayıblar və bu gün də ona məxsus olan cehiz əşyaları həmin evdədir. Bu fakt işə əlavə edilmiş Abşeron rayon İHB-nın Saray qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəsi tərəfindən təsdiq edilmiş 18 sentyabr 2018-ci il tarixli Aktla da təsdiq olunur. Belə ki, həmin Aktdan görünür ki, İddiaçı əri Cavabdeh və övladı Rəsul Qurbanovla birlikdə 2014-cü ildən etibarən onlar üçün tikilmiş fərdi yaşayış evində qeydiyyatsız yaşayırlar və İddiaçı cehiz əşyaları hazırda da həmin evdədir. Vaqif Qurbanov, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində 08 fevral 2018-ci il tarixli Çıxarışa əsasən, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin xüsusi mülkiyyətində olduğunu, mübahis əli evin həmin torpaq sahəsində onun özü tərəfindən inşa edildiyini və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq onun dəlilləri ilə razılaşmayıb. Belə ki, işə əlavə edilmiş 03 may 2019-cu il tarixli mütəxəssis rəyi ilə müəyyən olunur ki, Vaqif Qurbanovun mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə Abşeron rayonu, Saray qəsəbəsi, Azadlıq küçəsi, 2-ci döngədə yerləşən fərdi yaşayış evinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi mümkün deyil. Əksinə, işə əlavə edilmiş digər çoxsaylı sübutlarla müəyyən olunur ki, mübahisəli evdə "xxxx" ASC-nin “Abşeron Sukanal” İdarəsi tərəfindən Cavabdeh adına **********000 saylı abonent kodu açılıb və həmin ünvanda “Alfasu-20” markalı, 49820094 saylı smart-kart tipli sayğac q uraşdırılıb və sayğacın göstəricisi 176 kub.metr olmaqla Cavabdeh borc yoxdur. Eyni zamanda həmin ünvanda olan qaz sayğacının **********08180 saylı kodu da Cavabdeh adınadır. Hazırda, İddiaçı mübahisəli evi Cavabdehla birgə nikahları dövründə, ümumi qazancları hesabına inşa etdiklərini, Vaqif Qurbanovun həmin evə aidiyyətinin olmadığını göstərib, azyaşlı övladı Rəsulla birgə həmin evə köçürülməsini iddia edir. Əvvəla, İddiaçı Cavabdeh təşəbbüsü ilə mübahisəli evə köçməsi, onların bir ailənin üzvləri kimi həmin evdə yaşamaları, sonradan İddiaçı həmin evi könüllü şəkildə deyil, Cavabdehla münasibətlərinin gərginləşməsi səbəbindən tərk etməsi mülki iş materialları ilə istisna olunmur. İşin bu halları işdə iştirak edən şəxslərin izahatları ilə də təsdiq olunur. Daha sonra, işin apellyasiya ins tansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, mübahisəli ünvanda eyni layihə üzrə inşa edilmiş iki fərdi yaşayış evi vardır və həmin evin birində ailə üzvləri ilə birlikdə İddiaçı yaşayıb. Göründüyü kimi hazırki işə baxılmasının predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, Azadlıq küçəsi, 2-ci döngə yerləşən fərdi yaşayış evi özbaşına tikilidir və işdə, həmin evin hüquqi statusuna dair heç bir mötəbər yazılı sübut yoxdur. Həmçinin, iş üzrə tərəflərin həmin yaşayış evinə hər hansı hüquqlarının olması müəyyən edilmir. Qanunvericilikdə özbaşına inşa edilmiş fərdi yaşayış evlərinə köçürülmə ilə bağlı hüquq normaları mövcud olmadığından məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə mübahisəyə qanunun analogiyası tətbiq edilməklə Azərbaycan Respublikası Mənz il Məcəlləsinin 68-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi, Azadlıq küçəsi, 2-ci döngədə yerləşən fərdi yaşayış evi ilə bağlı münasibətləri 2014-cü ildən yaranır. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Mənzil Məcəlləsinin 68.1 və 68.2-ci maddələrinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun u şaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasını n 43-cu maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Yəni, şəxsin yaşadığı evdən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsi bütün şəxslərə qadağan edilir. Maddənin mənasına görə, hüquqi dövlətdə bütün məhrum etmələrin əsasında qanun dayanmalıdır. Odur ki, evə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır: birincisi, şəxs köçmək istədiyi evdə yaşayıbmı; ikincisi, şəxs yaşadığı evdən məhrum edilibmi; üçüncüsü, evdən məhrum edilmə qanunidirmi. Hazırki halda birinci və ikinci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi mübahisəli evdə yaşayıb və cavabdeh tərəfindən yaşadığı həmin evdən məhrum edilib. Belə ki, əri Məhəddin İsmayılovun ölümündən sonra ailədə gərgin münasibətlər yarandığı üçün o, başqa evdə yaşamaq məcburiyyətində qalıb. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini əsassız sayıb belə qənaətə gəlir ki, yaşadığı evi müəyyən səbəblərə görə müvəqqəti olaraq tərk etdikdən sonra İddiaçı həmin evə qayıtmasına və orada yaşamasına Vaqif Qurbanov və Cavabdeh imkan verməməsi əslində məhrumetmə hesab olunur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, məhrumetmə o, halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (evdən çıxarma, evə buraxılmama və s.) yol verən şəxsin həmin ev üzərində mülkiyyət hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Apellyasiya instansiyası məhkəməsi işin bu halını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, mübahisəli ev üzərində nə Vaqif Qurbano vun, nə də Cavabdeh mülkiyyət hüquqları olmadığından, ilk vaxtdan İddiaçı nın məruz qaldığı məhrumetmə (evə buraxılmama) qanunsuz olmuşdur və nəzərə almaq lazımdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir və konstitusion hüquq pozuntusunun nəticələrinin aradan qaldırılması üçün işə baxan məhkəmələr tərəfindən İddiaçı azyaşlı övladı ilə birlikdə düzgün olaraq yaşamış olduğu evə köçürülüb. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərb aycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Üçüncü şəxs Qurbanov Vaqif Eldar oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2020-ci il tarixli, 2(105)-2657/2020 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar