Məhkəmə qərarları › İş №2(102)-3756/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3756/2021

10.08.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3756/2021 10.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Qayıbxanov Dair Ümmət oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3756/21 (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı nümayəndəsi X1, Cavabdeh: Qayıbxanov Dair Ümmət oğlunun iştirakları ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 noyabr 2020-ci il tarixli, 2(105)-1635/2020 saylı qətnaməsindən ca vabdeh Qayıbxanov Dair Ümmət oğlunun kasasiya şikayəti üzrə işə 10 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin hallar İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, torpaq sahəsindən istifadə edilməsində maneçiliyin aradan qaldırılması, torpaq sahəsinin boşaldılması və mənəvi zərərə görə 400 manat pul tələbinə dair qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Qusar Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.V.Kazımov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Qusar rayonu, Ukur bələdiyyəsinin 24 sentyabr 2007-ci il tarixli, 07 saylı qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha həyətyanı torpaq sahəsi satılıb. Qusar rayon AİK-nın 10 sentyabr 1998-ci il tarixli, 15/3 saylı qərarı ilə 0,08 ha həyətyanı torpaq sahəsi Ümmət Qayıbxanov və ailə üzvlərinin mülkiyyətinə verilib. Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunması müəyyən olunmur. İddiaçı öz tələblərinin əsaslandırdığı halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Ona görə də iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Torpaq Məcəlləsinin 111-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsin i xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər S.A.Qafari sədrlik edən, məruzəçi, Ş.R.Abasov və T.Q.Məmmədov) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Qusar Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilib, cavabdeh Dair Qayıbxanovun İddiaçı məxsus olan Qusar rayonu, Ukur kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 70 kv. metr hissəsindən çıxarılması və qalan hissədə iddianın rədd olunması qət edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, işə əlavə edilmiş sübutlarla müəyyən olunur ki, Qusar rayonu, Ukur bələdiyyəsinin 24 sentyabr 2007-ci il tarixli, 07 saylı qərarı ilə satılmış iddiaçıya məxsus Qusar rayonu, Ukur kəndində yerləşən 0,12 ha torpaq sahəsinin ölçüsü 0,11 hektardır. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt edib və bu torpaq sahəsinin ölçüsü 70 kv.metrdir. Eyni zamanda iddiaçıya məxsus Qusar rayonu, Ukur kəndində yerləşən 0,12 ha torpaq sahəsində cavabdeh tərəfindən hər hansı tikinti işləri aparılmayıb. Ona görə də iddia qismən təmin edilməlidir. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 157.2, 157.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh kasasiya şikayəti verə rək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi Vidadi Xəlilov və cavabdeh Dair Qayıbxanov məhkəmə iclasında iştirak etsələr də vəkillə birgə təmsil olunmadıqları üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onları məhkəmə iclasın da dinləmədi. İddiaçı, cavabdeh Dair Qayıbxanovun vəkili Vəkil və üçüncü şəxs Qusar Rayonu, Ukur bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib o la bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (Mülki Məcəllənin 152.1. və 152.5. maddələri). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.2. və 157.4. maddələri). Torpaq Məc əlləsinin 49-cu maddəsinə görə, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti ü zrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğu ndan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın qismən təmin edilməsi üçün əsasların olmamasını g östərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, JN-085 G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Qusar rayon AİK-nın 10 sentyabr 1998-ci il tarixli, 15/3 saylı qərarı əsas tutulmaqla 0,08 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə Ümmət Qayıbxanovun və ailə üzvlərinin adlarına qeydə alınıb. Həmçinin JN-085 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Qusar rayon AİK-nın 10 sentyabr 1998-ci il tarixli, 15/3 saylı qərarı əsas tutulmaqla 0,14 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə Ümmət Qayıbxanovun və ailə üzvlərinin adlarına qeydə alınıb. Eyni zamanda, Qusar rayonu, Ukur bələdiyyəsinin 24 se ntyabr 2007-ci il tarixli, 07 saylı qərarına əsasən bələdiyyənin ehtiyat fonduna aid olan 0,12 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı satılıb. Məhkəmə Ekspertizası Mərkəzinin 25 sentyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən, Qusar rayonu, Ukur bələdiyyəsinin 24 sentyabr 2007-ci il tarixli, 07 saylı qərarı ilə satılmış iddiaçıya məxsus Qusar rayonu, Ukur kəndində yerləşən 0,12 ha torpaq sahəsinin ölçüsü 0,11 hektardır. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt edib və bu torpaq sahəsinin ölçüsü 70 kv.metrdir. İddiaçıya məxsus Qusar rayonu, Ukur kəndində yerləşən 0,12 ha torpaq sahəsində cavabdeh tərəfindən hər hansı tikinti işləri aparılmayıb. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikas ı Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 02 saylı Qərarının 16-cı bəndində göstərilir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri həmin torpaqlara hüquqları qanunla müəyyən edilmiş qaydada təsdiq olunan orqanlar, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası torpaq qanunvericiliyinə və mülki qanunvericiliyinə uyğun olaraq geri alına bilər. Torpaq Məcəlləsinin 110-cu maddəsinə əsasən, torpaq sahələrinin özbaşına tutulması və torpaq sahələrində qanunsuz tikinti aparılmasına görə təqsirli şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sah ələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.2. və 157.4. maddələri). Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları, ekspert rəyini araşdırıb, cavabdehin kasasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya etirazı ilə razılaşmayıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməyib. Belə ki, işə əlavə edilmiş sübutlarla, o cümlədən ekspert rəyi ilə müəyyən olunur ki, Qusar rayonu, Ukur bələdiyyəsinin 24 sentyabr 2007-ci il tarixli, 07 saylı qərarı ilə satılmış iddiaçıya məxsus Qusar rayonu, Ukur kəndində yerləşən 0,12 ha torpaq sahəsinin ölçüsü 0,11 hektardır. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt edib və bu torpaq sahəsinin ölçüsü 70 kv.metrdir. İddiaçıya məxsus Qusar rayonu, Ukur kəndində yerləşən 0,12 h a torpaq sahəsində cavabdeh tərəfindən hər hansı tikinti işləri aparılmayıb. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd edir ki, Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, ekspertin rəyini işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edib düzgün olaraq qeyd etmişdir ki, cavabdehin iddiaçıya məxsus 70 kv. metr torpaq sahəsini zəbt etməsi mülki iş materialları ilə istisna edilmədiyindən, iddia bu hissədə əsaslıdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia qismən təmin edilməlidir. Cavabdeh kasasiya şikayətind ə apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, ekspertin rəyi ilə razılaşmadığını, iddiaya bilavasitə cavab verməli olan şəxs olmadığını və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisə li hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Əksinə, mülki iş materialları ilə müəyyən olunur ki, iddiaçıya mübahisəli torpaq sahəsindən istifadə etməsinə maneçilik cavabdeh Dair Qayıbxanovun atası Ümmət Qayıbxanov tərəfindən deyil, onun özü tərəfindən yaradılıb və həmin torpaq sahəsi məhz onun özü tərəfindən zəbt edilib. Kasasiya instansiyası məhkəməsi yux arıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kasasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh Qayıbxanov Dair Ümmət oğlunun kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 noyabr 2020-ci il tarixli, 2(105)-1635/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar