Məhkəmə qərarları › İş №2(102)-3756/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3756/2023

29.11.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3756/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı LLLqızının cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X8 Xidməti, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və X4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa ) Azərbaycan Respublikası Ali Məhkəməsin in Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı LLLqızının cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X8 Xidməti, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və X4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «işə bərpa və s.» tələbinə dair mülki üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)2914/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsindən İd diaçı LLLqızı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı LLLqızı xx.xx.2017-ci il tarixdən "xxxx" ASC-nin “Sumqayıt” filialının aparıcı sığorta əməliyyatçısı vəzifəsi üzrə işə qəbul olunmuş, tərəf olduğu əmək müqaviləsi xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 1 il müddətinə bağlanmışdır. ******* saylı Əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, daha sonra xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iş yerində üzrlü səbəbdən olmamışdır. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli AS-K-22/106A saylı əmrinə əsasən iddiaçı ilə bağlanmış əmə k müqaviləsinə əmək müqaviləsinə müddətinin bitməsi əsası ilə xx.xx.2022ci il tarixdə xitam verilmiş, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi tarixinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə dəyişdirilməklə "Əmək müqavilələrinin elektron informasiya sistemində" müvafiq düzəlişin edilməsinə dair səlahiyyətlərin verilməsini müvafiq qurumdan xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı LLLqızı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X8 Xidməti, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və X4 və Azərbaycan Respublikası İqtisad iyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi olmaqla cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında xx.xx.2017-ci il tarixində bağlanmış əmək müqaviləsinin “bu əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinə qədər 1 il müddətinə müddətli bağlanmışdır” məzmunlu 2.1-ci bəndinin etibarsız hesab edilməsi, cavabdehin, iddiaçının 25 iyul 2022-ci il tarixindən işdən azad edilməsi barədə əmri ləğv edilərək iddiaçının cavabdehin Memar Əcəmi filialında aparıcı sığorta əməliyyatçısı vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehin, iddiaçının 28 iyun 2022-ci il tarixindən işdən azad edilməsi barədə əmri ləğv edilərək iddiaçının cavabdehin Memar Əcəmi filialında aparıcı sığorta əməliyyatçısı vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehin iddiaçıya ödəmədiyi son haqq hesabın hesablanıb, 300 manat hüquqi xidmət xərcinin və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında 15 may 2017ci ildə əmək müqaviləsi bağlanmış və həmin müqavilə əsasında 600 manat maaş ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialında aparıcı sığorta əməliyyatçısı vəzifəsinə təyin olunmuş və həmin tarixdən həmin vəzifədə işləmişdir. Həmin Əmək müqaviləsinə 4 il sonra "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli Əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qanuna zidd olaraq xitam verildi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2283/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixində qəbul etdiyi qətnamə ilə cavabdehin xx.xx.2021-ci il tarixli əmri ləğv edilmiş, o, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialında aparıcı sığorta əməliyyatçısı vəzifəsinə bərpa edilmiş, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdehdən tutularaq ona ödənilməsi və cavabdehdən 290 manat hüquqi xidmət xərcinin əvəzi alınaraq ona ödənilməsi qət edilmişdir. Həmin qətnamə Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi ilə və Bakı Apelyasiya Məhkəməsinin həmin qətnaməsi də Azərb aycan Respublikası Ali Məhkəməsinin qərarı ilə qüvvəsində saxlanıldı. xx.xx.2022-ci il tarixində Nəsimi Rayon Məhkəməsinin e2(006)-2283/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi qismən icra olundu. Belə ki, cavabdehin Memar Əcəmi filialında aparıcı sığorta əməliyyatçısı vəzifəsinə bərpa olunmuş, lakin ona məcburi iş buraxma ilə bağlı əmək haqqının hamısı ödənilməmişdir. Məcburi iş buraxma ilə bağlı əmək haqqının hamısının ödənilməsi ilə bağlı icra işi Nəsimi rayon icra şöbəsində davam edir. xx.xx.2022-ci il tarixindən iddiaçı cavabdehin Memar Əcəmi filialında aparıcı sığorta əməliyyatçısı vəzifəsində çalışırdı. xx.xx.2022-ci il tarixində uşağının xəstəliyi səbəbi ilə bülletendə olduğu vaxt (bu barədə e-mail və votsap yolu ilə işəgötürənə məlumat da vermişdir) onun əmək müqavilə sinə müddəti bitdiyini əsas göstərərək cavabdeh xitam vermişdir. xx.xx.2022-ci il tarixində Tibb müəssisəsi tərəfindən bağlanmış bülleteni cavabdehə təqdim etmiş və işə çıxmışdır. Lakin ona demişlər ki, onun əmək müqavilənizə müddət bitdiyi üçün xitam vermişdir. Bundan sonra iddiaçı e-sosial sisteminə baxmış, lakin həmin məlumatı görə bilməmişdir. Əmri tələb etmiş, əmri də verməmişlər. xx.xx.2022-ci il tarixində internetdən e-sosial sisteminə baxdığı vaxt görmüşdür ki, onun əmək müqaviləsinə xitam verildiyi tarix olaraq xx.xx.2022-ci il tarixi (şənbə günü), xitam səbəbi isə müqavilə müddətinin bitməsi yazılmışdır. Bu o mənaya gəlir ki, cavabdeh özünün xx.xx.2022-ci il tarixli əmrini özü ləğv edib və xx.xx.2022-ci il tarixinə qədər işdə olmuşdur. Bu məlumatı isə e-sosiala xx.xx.2022-ci il t arixində yerləşdirdiyi kimi, ona da həmin yeni Əmri də rəsmi qaydada göndərməmişlər. xx.xx.2022-ci il tarixində internetdən e-sosial sisteminə təkrar baxmış və bu vaxt görmüşdür ki, cavabdeh onun əmək müqaviləsinin xitam tarixi olaraq sistemə xx.xx.2022-ci il tarixini yazmışdır. Bu da onun göstərir ki, xx.xx.2022-ci il tarixində 25 iyul 2022-ci il tarixinə qədər işdə olduğu halda, xx.xx.2022-ci il tarixli məlumata görə 28 iyun 2022-ci il tarixinə qədər işdə olub. Başqa bir ifadə ilə elektron sistemdə olan 10 avqust 2022-ci il tarixli məlumata görə 10 avqust 2022-ci il tarixində rəsmi olaraq işdə olub. 11 avqust 2022-ci ildə onu 25 iyul 2022-ci ildən işdən azad ediblər. 12 avqust 2022-ci ildə isə onu 28 iyun 2022-ci ildən işdən azad ediblər. Bu tutarsızlıqlar cavabdehin Əmək Məcəlləsinin tə ləblərinə hörmət etmədiyini, onları pozduğunu sübut edir. Başqa bir ifadə ilə bütün bunlar onu da göstərir ki, cavabdeh onun xx.xx.2022-ci il tarixində əmək müqaviləsinin müddəti bitdiyi üçün işdən azad edilməyi barədə Əmri məhz xx.xx.2022-ci il tarixində verib. Bu isə Əmək Məcəlləsinin tələblərinə ziddir. Onun, əmək müqaviləsinin müddətinin bitdiyi əsası ilə işdən azad edilməsi barədə cavabdehin əmri qanunvericiliyin tələblərinə ziddir və bu səbəblə ləğv edilməlidir. Belə ki, onun əmək müqaviləsinin müddətinin bitdiyi əsası ilə işdən azad edilməsi barədə cavabdehin əmri Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinə ziddir. xx.xx.2022-ci il tarixində işə çıxıb. Cavabdeh onun əmək müqaviləsinə əvvəl xx.xx.2022-ci il tarixində xitam verib. Bülleten təqdim etdiyi üçün cavabdeh, xx.xx.2022-c i il tarixli əmrinin qanuna zidd olduğunu qəbul edib. Lakin bundan sonra 1 həftə ərzində yeni əmr verib onu işdən azad etməyib. Belə ki, cavabdeh xx.xx.2022ci il tarixində Əmr verərək onu xx.xx.2022-ci il tarixində işdən azad etdiyini, xx.xx.2022-ci il tarixində Əmr verərək onu xx.xx.2022-ci il tarixində işdən azad etdiyini bildirib. Bu isə tamamilə qanunsuzdur. Cavabdeh, onun əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən xitam verildiyi barədə əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə 44 gün sonra, xx.xx.2022-ci il tarixindən xitam verildiyi barədə əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə 45 gün sonra göndərib və qeydiyyata aldırıb. Bu durum onu göstərir ki, cavabdehin, əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən xitam verildiyi barədə əmr və xx.xx.202 2-ci il tarixindən xitam verildiyi barədə əmri hələ xx.xx.2022-ci il tarixində mövcud deyildi, mövcud olsaydı elektron bildirişi göndərərdi. Bundan başqa MyGov elektron sistemindən çıxarılan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli arayışlardan, İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan məlum olur ki, onun əmək müqaviləsi 2022-ci ilin avqust ayının 11-nə qədər hələ də qüvvədə olub. Cavabdeh hakimiyyətindən sui-istifadə edərək onunla müddətli əmək müqaviləsi bağlamışdır. Bu səbəblə cavabdeh ilə onun arasında olan 15 may 2017-ci il tarixli əmək müqaviləsinin müddət ilə bağlı şərti Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinin imperativ tələbinə zidd olduğu üçün əhəmiyyətsiz (etibarsız) hesab edilməlidir. M əlum olduğu kimi, onun əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli idi. Buna baxmayaraq cavabdeh təzyiq (mobinq) ilə onunla müddətli əmək müqaviləsi bağlamağa nail olub. Belə ki, həmin müddətli əmək müqaviləsini imzalamasaydı təbii ki, cavabdeh onu işə götürməyəcəkdi. Evli və iki az yaşlı uşaq anası kimi məcbur qalaraq həmin əmək müqaviləni bağlayıb. Belə bir durumda həmin müddətli əmək müqaviləsinin bağlanmasında onun razılığı olduğunu irəli sürmək qəbul edilməzdir. Həmin müqavilə hər il 1 il müddətinə uzadılaraq 5 il davam edib. Cavabdehin xx.xx.2022-ci il tarixli əmri ilə ona xitam verilib. Bütün bunlar onun göstərir ki, cavabdehin onunla bağladığı 15 may 2017-ci il tarixli əmək müqaviləsinin 2.1-c i bəndi, yəni, “bu əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinə qədər 1 il müddətinə müddətli bağlanmışdır” şərti Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinin imperativ tələbinə zidd olduğu üçün əhəmiyyətsiz hesab edilməlidir. Məlum olduğu kimi, cavabdeh ilə onun arasında əmək münasibətləri xx.xx.2017-ci il tarixində bağlanmış əmək müqaviləsi ilə başlanıb və həmin müqavilə xx.xx.2022-ci il tarixinə (əslində xx.xx.2022-ci il tarixinə) qədər, yəni 5 il 1 ay 13 gün fasiləsiz olaraq qüvvədə qalıb. Yəni cavabdeh ilə onun arasında olan əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyi üçün müddətsiz əmək müqaviləsi hesab olunur. Müddətsiz əmək müqaviləsini isə müd dəti bitdiyi əsası (Əmək Məcəlləmizin 73-cü maddəsi) ilə xitam vermək qanunvericiliyin tələblərinə ziddir. Məlum olduğu kimi, onun əmək müqaviləsinə xx.xx.2022ci il tarixində xitam verildiyini xx.xx.2022-ci il tarixində, xx.xx.2022-ci il tarixində xitam verildiyini xx.xx.2022-ci il tarixində elektron sistemə yerləşdirilən məlumat əsasında öyrənib. Onun əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verildiyini xx.xx.2022-ci il tarixində, xx.xx.2022-ci il tarixində xitam verildiyini xx.xx.2022-ci il tarixində elektron sistemə yerləşdirilən məlumat əsasında öyrəndiyi üçün bu səfər xx.xx.2022-ci il tarixində həmin əmrlərin ləğv edilməsi barədə mediasiya prosesini başlatdı və bu mediasiya prosesi üzrə İcbari Mediasiya iclası xx.xx.2022-ci il tarixində keçirildi, lakin cavabdeh həmin iclasd a da iştirak etmədi. Ona xx.xx.2022-ci il tarixli Mediasiya Arayışı təqdim olunmuşdur.

4. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı LLLqızı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cəmiyyətin “SUMQAYİT” və “ƏCƏMİ” filiallarının aparıcı sığorta əməliyyatçısı vəzifələrində çalışmışdır. Tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli olmaqla 1 il müddətinə bağlanılmışdır. İddiaçı 13 may 2022-27 may 2022-ci il tarixlərini əhatə edən əmək qabiliyyətinin olmaması haqqında vərəqəni Cəmiyyətə təqdim etmişdir. Bu səbəblə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə həmin məcəllənin 73-cü maddəsinə əsasən xitam verilməmişdir. Bundan sonra sonuncu əmək qabil iyyətinin olmaması haqqında xx.xx.2022-xx.xx.2022-ci il tarixlərini əhatə edən növbəti vərəqəni Cəmiyyətə təqdim etmişdir. Həmin vərəqəyə əsasən İddiaçı işə çıxmalı olduğu tarix xx.xx.2022-ci il tarixinə təsadüf edirdi. Bundan sonra Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri nəzərə alınmaqla İddiaçı qızına xx.xx.2022-ci il tarixli, AS-22/608 saylı məktubla müraciət olunmuşdur. Həmin məktubda "xxxx" ASC bildirir ki, Sizinlə Cəmiyyətimiz aranızda bağlanmış əmək müqaviləsinin müddəti sizin əmək qabiliyyətinizi müvəqqəti itirdiyiniz dövrdə başa çatmışdır. Cəmiyyətimizə təqdim etdiyiniz əmək qabiliyyətinin olmaması barədə TƏBİB “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi şəxsi 1 nömrəli X1 ******* nömrəli arayışdan görünür ki, Siz xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə əmək qabiliyyətinizi itirdiyi niz üçün işdən azad edilmisiniz və xx.xx.2022-ci il tarixdə işə çıxmalı idiniz. Qeyd olunanlara baxmayaraq Siz nə xx.xx.2022-ci ildə, nə xx.xx.2022-ci ildə hər hansı üzrlü səbəbi təsdiq edən sənəd təqdim etmədən işə çıxmamısınız. Bildiyiniz kimi, Sizinlə bağlanmış əmək müqaviləsinin müddəti xəstələndiyiniz üçün əmək qabiliyyətini itirdiyiniz dövrdə bitmişdir. Bildirmək istəyirik ki, Sizinlə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi Sizin xəstəliklə bağlı əmək qabiliyyətinizi itirdiyiniz dövrə təsadüf etdiyindən AR Əmək Məcəlləsinin 73.2-ci maddəsinə əsasən işə çıxmalı olduğunuz gündən etibarən işəgötürənin müəyyən etdiyi gündə, lakin bir təqvim həftəsi keçməmiş əmək müqaviləsinə xitam verilə bilər.” qeyd olunmuşdur. Bundan sonra sonuncu Cəmiyyətə şifahi şəkildə xəstəlik dövrünün uz anması ilə bağlı məlumat versə də hər hansı bu halı təsdiq edən sənəd təqdim etməmişdir. "xxxx" ASC tərəfindən Əmək Məcəlləsinin 73.2-ci maddəsinin tələbləri gözlənilməklə, həmçinin rəsmi sənəd vermə ehtimalı nəzərə alınmaqla normada işəgötürən tərəfindən müəyyən etdiyi gün kimi xx.xx.2022-ci il (yəni sonuncu gün) tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən xitam verilmişdir. Göründüyü kimi bu mərhələyə qədər işəgötürən qanunvericiliyin bütün tələblərinə əməl etmişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra İddiaçı Cəmiyyətə yenidən əmək qabiliyyətinin olmaması haqqında vərəq təqdim etmişdir. Bundan sonra həmin vərəq nəzərə alınmaqla növbəti ilk iş günü, yəni xx.xx.2022-ci il tarixdə yeni əmrlə əmək müqaviləsinə xitam verilmişdir. “Əmək müqavilələrini n elektron informasiya sistemində” işəgötürən tərəfindən geri tarixə düzəliş edilə bilmədiyi üçün bu halın elektron informasiya sistemində də düzəldilməsi üçün elə həmin gün, yəni xx.xx.2022-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən X5 də əmrlə göndərilməklə məktubla müraciət edib “Əmək müqavilələrinin elektron informasiya sistemində” düzəlişin edilməsi üçün köməklik istənilmişdir. Bundan sonra E-govda da düzəliş edilərək İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci (yəni əmək müqaviləsinin müddətinin başa çatdığı tarixdə işçi xəstəliyi ilə bağlı işdə olmadığı üçün Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən bu tarixə təsadüf edir) il tarixdə xitam verilmişdir. Göründüyü kimi "xxxx" ASC tərəfindən əmək qanunvericiliyinin tələbləri vaxtında və tam qanuni şəkildə icra edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 2-ci maddəsi tam olaraq qanunidir. Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Bundan başqa, Mülki Məcəllənin 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Həmin Məcəllənin 354-cü maddəsində “əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündə n bir il ərzində irəli sürülə bilər.” qeyd olunmuşdur. Bu da o deməkdir ki, iddiaçı tərəf ümumiyyətlə iddia tələbi müddətini çoxdan ötürmüşdür.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə etirazın məzmununa uyğun olaraq izahat vermiş və iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir.

6. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X8 Xidmətinin nümayəndəsi X7 iddia barədə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim: A.İbadzadə) 2(006)-429/2023 nömrəli, 03 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş, iddiaçı tərəfindən həmin tarixdə bülletendə olması barədə sənəd təqdim edildikdən sonra cavabdeh həmin əmri ləğv etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə işə başladıqdan sonra onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xx.xx.2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam vermişdir. Göründüyü kimi əmək müqaviləsinin müddəti qurtardığına görə cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qaydası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinin tələblərinə uyğun olmuşdur. 9. "Əmək müqavilələrinin elektron informasiya sistemində" göstərilmiş tarixlərl ə bağlı məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X8 Xidmətinə ünvanlanmış xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli məktublardan və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X8 Xidməti tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan göründüyü kimi cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi tarixinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə dəyişdirilməklə "Əmək müqavilələrinin elektron informasiya sistemində" müvafiq düzəlişin edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X8 Xidməti isə həmin müraciətlərə xx.xx.2022-ci il tarixdə cavab vermiş, cavabdeh isə xx.xx.2022-ci il tarixdə müvafiq düzəlişləri etmişdir. Yəni iddiaçı ilə bağlanmış əmək müqaviləsinin "Əmək müqavilələrinin elektron informasiya sistemində" xx.xx.2022-ci il tarixədək qüvvədə olması kimi göstərilməsi yalnız müvafiq yazışmalara görə olmuşdur ki, bu hal iddianın təmin olunması üçün əsas ola bilməz.

10. Həmçinin məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən müqavilə baglanılarkən, müqavilənin şərtləri konkret olaraq müəyyənləşdirilmiş, tərəflər öz iradələrini ifadə edərək, müqaviləni bağlamışlar, müqavilə baglandıqdan sonra uzun müddət onun şərtləri ilə bağlı heç bir iddia irəli sürülməmişdir. Hazırda mübahisələndirilən müqavilə xx.xx.2017-ci ildə baglanmış, lakin həmin tarixdən 5 ildən artıq müddət keçdikdən sonra iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Qüvvədə olan mülki qanu nvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. İddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddia “müqavilənin 2.1-ci bəndinin etibarsız hesab edilməsi” hissəsində də rədd edilməlidir

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3.5, 43.1, 43.2, 43.4, 45, 73. və 73.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi təfsilatlı araş dırmadığı üçün iddia ərizəsindəki 1-ci tələb ilə bağlı yanlış nəticəyə gəlmiş və xüsusilə Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndini və digər maddələrini, o cümlədən Mülki Məcəllənin 337.3-cü, 390.2-ci, 354.2-ci və digər maddələrini pozmuş, onları düzgün tətbiq etməmişdir. Belə ki, iddia ərizəsindəki, 1-ci tələbdə deyilir ki, “Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı LLLqızı arasında xx.xx.2017-ci il tarixində bağlanmış əmək müqaviləsinin “bu əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinə qədər 1 il müddətinə müddətli bağlanmışdır” məzmunlu 2.1-ci bəndi etibarsız hesab edilsin”. Bu tələb Əmək Məcəlləmizin 45-ci maddəsinin 4-cü bəndinin imperativ norması ilə əsaslandı rılır. Məlum olduğu kimi, iddiaçının əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli idi. Buna baxmayaraq cavabdeh hakimiyyətindən sui-istifadə edərək, təzyiq (mobinq) ilə iddiaçı ilə müddətli əmək müqaviləsi bağlamağa nail olub. Belə ki, iddiaçı həmin müddətli əmək müqaviləsini imzalamasaydı təbii ki, cavabdeh onu işə götürməyəcəkdi. Evli və iki az yaşlı uşaq anası olan iddiaçı məcbur qalaraq həmin əmək müqaviləsini bağlayıb. Belə bir durumda həmin müddətli əmək müqaviləsinin bağlanmasında iddiaçının razılığı olduğunu irəli sürmək qəbuledilməzdir. Qaldı ki, həmin müqavilə hər il 1 il müddətinə uzadılaraq 5 ildən çox davam edib. Cavabdehin xx.xx.2022-ci il tarixli əmri ilə ona xitam verilib. Bütün bunlar onun göstərir ki, cavabdehin iddiaçı ilə bağladığı xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin 2.1-ci bəndi, yəni, “bu əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinə qədər 1 il müddətinə müddətli bağlanmışdır” şərti Əmək Məcəlləmizin 45-ci maddəsinin 4cü bəndinin imperativ tələbinə zidd olduğu üçün əhəmiyyətsiz hesab edilməlidir. Məhkəmə işi təfsilatlı araşdırmadığı üçün həmin tələb üzrə yanlış nəticəyə gəlmiş və xüsusilə həmin tələb üzrə iddiaçının iddia müddətinin ötürdüyünü hesab etmişdir. Belə ki, qətnamədə deyilir ki, “qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəm əyə müraciət etdiyindən iddia, müqavilənin 2.1-ci bəndinin etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir”. Yəni Məhkəmə, Respublikamızda kifayət qədər böyük bazar payına malik olan iri Sığorta Şirkəti olan Cavabdehin hakimiyyətindən sui-istifadə edərək iddiaçı ilə müddətli əmək müqaviləsini bağladığını, bununla Əmək Məcəlləsinin 45-cimaddəsinin 4-cü bəndinin imperativ tələbini pozduğunu qəbul edir, lakin burada MM-nin 354.2-ci maddəsini tətbiq edərək iddia müddətinin ötürüldüyü nəticəsinə gələrək cavabdehin bu hərəkətini dolaylı olaraq mükafatlandır. Məhkəmə tərəfindən onun qeyd olunan tələbi ilə bağlı MM-nin 354.2-ci maddəsinin tətbiq olunması Əmək Məcəlləsinin 44-cü maddəsinin 5-ci bəndinin, o cümlədən MM-nin 390.2-ci, 337.2-ci və digər maddələrinin pozulmasıdır. Cavabdeh hakimiyy ətindən sui-istifadə edərək, təzyiq (mobinq) ilə iddiaçı ilə müddətli əmək müqaviləsi bağlamağa nail olub. Belə ki, o, həmin müddətli əmək müqaviləsini imzalamasaydı təbii ki, cavabdeh onu işə götürməyəcəkdi. Məhkəmə hesab edir ki, müqavilə bağlanandan sonra ona qarşı olan təzyiq sona çatıb və iddiaçı bundan sonra 1 il ərzində həmin şərti mübahisələndirə bilərdi. Lakin etməyib. Hesab edir ki, bu yanaşması yanlışdır. Belə ki, müqavilə bağlansa da, o, həmin şərti mübahisələndirdiyi halda cavabdeh onun əmək müqaviləsinə bir bəhanə ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə xitam verəcəkdi. Yəni Müqavilə bağlandıqdan sonra da onun işini itirmə təhlükəsi müqavilə müddəti ərzində davam edib. Məhz iş materiallarında olan sübutlardan məlum olduğu kimi, cavabdeh iddiaçının maaşını onunla ra zılaşdırmadan 50 % qədər azaltmışdı, o da bunu cavabdehə etiraz qaydasında bildirmişdi. Bundan sonra cavabdeh heç bir əsas olmadan onun Əmək Müqaviləsini 70-ci maddəsinin Ç bəndi ilə xitam verdi. İşini itirmə təhlükəsi altında olan onun, əmək münasibəti davam etdiyi bir vaxtda Əmək Müqaviləsinin 2.1-ci bəndini mübahisələndirməsinin həyatın normal şərtlərinə görə qeyri-mümkün olduğu, təzyiqin davam etdiyi bu və digər sübutlar ilə sübut olunduğu halda Məhkəmənin belə bir yanaşması qəbul edilməzdir. Ona görə də məhkəmə qətnaməsi ləğv olunmalıdır. Məhkəmə işi təfsilatlı araşdırmadığı üçün iddia ərizəsindəki 2-ci tələb ilə bağlı yanlış nəticəyə gəlmiş və xüsusilə Əmək Məcəlləsinin 49.1-ci, 73.2-ci və digər maddələrini pozmuş, onları düzgün tətbiq etməmişdir. İşdə olan təkzibolunmaz sübutlardan məlum olur ki, onun əmək müqaviləsinə müddətin bitdiyi əsası ilə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi, elektron informasiya sistemində xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. Əmək Məcəlləsinin 49.1-ci maddəsinin tələbinə əsasən iddiaçı ilə cavabdeh arasında olan əmək müqaviləsi, həmin bildiriş elektron informasiya sistemində xx.xx.2022-ci il tarixinə qədər hüquqi qüvvəsində olub. Əmək Məcəlləsinin 73.2-ci maddəsində deyilir ki, “İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işə götürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər”. Məlum olduğu kimi, cavabdeh, əmək müqaviləsinə müddətin bitdiyi əsası ilə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə xx.xx.2022-ci il tarixində, yəni müqavilə müddətin bitdiyi xx.xx.2022-ci il tarixindən 45 gün sonra daxil etdiyi üçün cavabdeh ilə onun arasında olan əmək müqaviləsinin xx.xx.2022-ci il tarixinə qədər qüvvəsində qalmasına səbəb olmuşdur. Məhkəmə həmin bildirişin cavabdehin təqsiri olmadan xx.xx.2022-ci il tarixində sistemə daxil olduğunu əsas göstərərək hesab edib ki, cavabdeh Əmək Məcəlləsinin 49.1-ci və 73.2-ci maddələrini pozmayıb. Hesab edir ki, bu qəbul edilməzdir. Çünki burada Əmək Məcəlləsinin 49.1-ci maddəsinin tələbi açıq və aydındır. Bildiriş S istemə daxil edilənə qədər əmək müqaviləsi qüvvəsində qalır. Əmək Məcəlləsinin 73.2-ci maddəsində işə götürənə 1 həftə vaxt verir ki, 49.1-ci maddənin tələbinə uyğun olaraq bildirişin sistemə daxil olmasına nail olsun. Yəni həmin bildirişin vaxtında sistemə daxil olmasına nail olmaq işəgötürənin vəzifələrindən biridir. Məlum olduğu kimi, cavabdeh ilə iddiaçı arasında əmək münasibətləri xx.xx.2017-ciil tarixində bağlanmış əmək müqaviləsi ilə başlanıb və həmin müqavilə xx.xx.2022-ci il tarixinə qədər, yəni 5 ildən çox hüquqi qüvvəsində qalıb. Bu səbəblə həmin əmək müqaviləsi müddətsiz əmək müqaviləsi hesab olunur. Müddətsiz əmək müqaviləsini isə müddəti bitdiyi əsası (Əmək Məcəlləmizin 73-cü maddəsi) ilə xitam vermək qanunvericiliyin tələblərinə ziddir. Lakin Məhkəmə işi təfsilatlı araşdır madığı üçün bu faktları müəyyən edə bilməyib və nəticədə Əmək Məcəlləsinin 45.5ci maddəsinin və digər normaların tələbini pozub.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – C.C.Musayeva (sədrlik edən və məruzəçi), F.H.Qasımov və G.T.Axundova) 2(103)-2914/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında (müddətli) əmək müqaviləsi bağlanılarkən onun işəgötürəndən bir asılılığı olmamış, müddətli müqavilə rəsmiləşdirilənədək tərəflərin həmin müqaviləni ümumiyyətlə bağlamamaq imkanı və seçimi, müqavilə rəsmiləşdirildikd ən sonra hüququnun pozulmasına istinadən iddiaçının həmçinin bu bəndinin dəyişdirilməsini tələb etmək hüququ olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırda iddiaçının gördüyü işin daimi xarakterə malik olmasına istinadən onunla müddətli bağlanmış əmək müqaviləsinin mübahisələndirilən bəndi etibarsız hesab edilə bilməz.

16. Bundan başqa məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın bu hissəsinin kəsici müddətinin ötürülməsinə istinadən rədd edilməli olmasına dair qənaəti ilə əlaqədar qeyd etməyi zəruri sayır ki, yuxarıda qeyd edilənlərə əsasən əmək müqaviləsi müddətli müqavilə kimi bağlanılarkən iddiaçının subyektiv hüququ pozulmamışdır. Beləliklə iddiaçının istinad etdiyi hallar müəyyən edilmədiyindən və iddia bu hissədə əsassız olması səbəbi ilə rədd edild iyindən kəsici müddətin tətbiqi məsələsi məhkəmə tərəfindən müzakirə edilməməli idi. Buna baxmayaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti ümumilikdə düzgündür və bu hal mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas deyildir

17. İddiaçının ləğv olunmasını xahiş etdiyi xx.xx.2022-ci il tarixli əmrin mövcud olmadığı müəyyən edildiyindən, həmçinin iddianın “ödənilməmiş son haqq-hesabın hesablanıb ödənilməsi” hissəsi ilə əlaqədar tərəflər arasında mübahisə aradan qaldırıldığından məhkəmə kollegiyası bu hissələrə dair hər hansı münasibət bildirməyi zəruri hesab etməmişdir.

18. Həmçinin kollegiya iddiaçının, barəsində verilmiş əmrin (xx.xx.2022-ci il tarixli) qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar öz təsdiqini tapmadı ğı üçün işə bərpa edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır.

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 3, 11, 42, 45, 47, 68, 73, 296 və 300-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (vəkil X3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməsi və ya işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayətində qeyd olunmuşdur ki, Bakı Apelyasiya Məhkəməsinin həmin qətnaməsi qanunvericiliyin maddi və prosessual normalarına z idd olduğu kimi, həm də ədalətsiz və əsassızdır. Məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Məhkəmə işi təfsilatlı araşdırmadığı üçün iddia ərizəsindəki tələblə bağlı yanlış nəticəyə gəlmiş və xüsusilə Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndini və digər maddələrini, o cümlədən Mülki Məcəllənin 337.3-cü, 390.2-ci, 354.2-ci və digər maddələrini pozmuş, onları düzgün tətbiq etməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Cavabdeh "xxxx" ASC kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi

23. Maddə 3.5-1. Əmək müqaviləsi bildir işi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemind ə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır.

24. Maddə 43, 1-ci hissə Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.

25. Maddə 43, 4-cü hissə bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.

26. Maddə 68, “b” bəndi Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri əmək müqaviləsinin müddətinin qurtarmasıdır.

27. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

28. Maddə 296.2. Bu mad dənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

29. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür

30. Maddə

300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə t utulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağla yarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Mülki Prosessual Məcəllə

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticə lənsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdiklər i sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2914/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar