Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3757/2025 19.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 sentyabr 2025-ci il tarixli 2(106)-1027/2025 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşi n halları
1. Tərəflər arasında pulun qaytarılması ilə bağlı mübahisə olmuş, iddiaçı bununla bağlı polisə müraciət etmiş və Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Seyfəddin Bağırovun xx.xx.2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.
2. Həmin araşdırma zamanı cavabdeh verdiyi izahatında iddiaçının ona 46 500 manat pul verdiyini etiraf etmiş, həmçinin təqdim edilmiş qəbzlər əsasında ümumilikdə 18 350 manat pulun cavabdeh tərəfindən iddiaçıya qaytarıldığı müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ümumilikdə 33 000 manat məbləğində pulun və onun bir illik 5 faiz dərəcəsi ilə hesab lanaraq 1 650 manat pulun və hazırkı iddianı qaldırmaq üçün ödədiyi 190 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi uzun müddətdir ki, tanıyır. Belə ki, iddiaçı Bakı şəhər, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən gözəllik salonunda müdir işləyir. Həmin salonda xadimə kimi fəaliyyət göstərən cavabdeh ilə təxminən 7 ildir ki, bir-birlərini tanıyırlar. Bu müddət ərzində iddiaçı ilə cavabdeh arasında səmimi dostluq münasibəti yaranmışdır. Cavabdeh dəfələrlə iddiaçıdan borc adı ilə pul almış və qaytardığına görə iddiaçıda ona inam olmuşdur. Belə ki, dəfələrlə ehtiyacı olan zaman müraciət etmiş və istədiyi məbləği iddiaçı ona vermişdir. Qardaşının və oğlunun işləri və səhhəti ilə bağlı m üxtəlif vaxtlarda aldığı pulu qaytarmışdır. 2023-cü ilin sentyabr ayında iddiaçı, bankdan kreditə pul götürmüşdür. Bu pulun götürülməsindən cavabdehin də məlumatı olmuşdur. Lakin həmin vaxt iddiaçı pulu lazım olan ehtiyacı üçün xərcləməmiş və pul onda qalmışdır. Cavabdeh də iddiaçıya ona təcili pul lazım olduğunu bildirərək ona borca pul verməsini xahiş etmişdir. Dəfələrlə aldığı pulu qaytardığına görə və aralarında artıq səmimi münasibət, inam olduğuna görə hissə-hissə ümumilikdə 55 000 manat məbləğində pulu iddiaçı cavabdehə vermişdir. Həmin puldan hissə-hissə müvafiq ödəniş ödənilmişdir. Cavabdeh ilk olaraq 13 390 manat qaytarmış, daha sonra isə qaytarmadıqda iddiaçı polisə şikayət etmiş və 3 010 manat pul bundan sonra iddiaçıya geri qaytarılmışdır. Eyni zamanda həmin dövrdə lotereya oy ununa qoşulmuş və 5 600 manat məbləğində pulu da iddiaçıya ödəmişdir. Hal-hazırda ödənilməyən ümumi borc 33 000 manatdır. Polisə şikayət edilərkən cavabdeh iddiaçıdan aldığı pulu Şahid Yengivar qızına verdiyini bildirmişdir. Lakin iddiaçı pulu cavabdehə verdiyini bildirmişdir. Hətta izahatı alınmış Şahid da məhz cavabdehdən pulu aldığını etiraf edir. Yəni, cinayət işinin başlanmasının rədd olunması haqqında 3 sentyabr 2024-cü il tarixli qərardan da görünür ki, cavabdeh ümumilikdə iddiaçıdan 55 000 manat məbləğində pul almışdır.
5. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz edərək izahatında bildirmişdir ki, borc müqaviləsinin üzərinə külli miqdarda faiz məbləği hesablanmışdır. Şahid X1 ifadəsində göstərmişdir ki, 9 700 manata qarşı 32 000 manat pul ödəmişdir. İddiaçı tə rəfindən göndərilmiş səs yazısında da borcu faizlə birlikdə qaytarması qeyd olunmuşdur. Pulun faizlə verilməsi şübhə doğurmur. Çünki iddiaçının maddi marağı olmadan bu qədər pulu hüquqlarını müdafiə etdiyi şəxsə verməsi inandırıcı deyil. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, bankdan şəxsi ehtiyacları üçün pul götürmüşdür. Lakin cavabdeh ondan xahiş etdiyindən öz işini təxirə salıb pulu ona vermişdir. Amma şəxsi ehtiyacları üçün bankdan pul götürən şəxs öz ehtiyaclarını həll etmədən pulu heç bir qohumluq münasibəti olmayan adama verməz. Belə qənaətə gəlinir ki, pulu verməkdə məqsəd maddi gəlir əldə etmək olmuşdur. Cavabdehin bildirdiyinə görə özünün və qohumlarının iddiaçıya qaytardığı pullar 200 000 manatdan artıqdır. Həmin pulun əksəriyyəti faizə hesablanmış pullardır. Hüquqlarını mü dafiə etdiyi şəxs dəfələrlə qeyd etmişdir ki, aldığı məbləği artıqlaması ilə qaytarıb. İddiaçı göstərir ki, cavabdeh kart vasitəsilə 6 000 manat, lotereya oyunları və nağd şəkildə ona 15 400 manat pul qaytarıb. Məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərindən də məlum olmuşdur ki, cavabdeh tərəfindən 21 335 manat pul ödənilmişdir. Məhkəmə iclasları zamanı məlum olmuşdur ki, cavabdeh 2021-ci il tarixdən özü və yaxın qohumları üçün ehtiyacları olduğuna görə pul götürmüşdür. Bu proses 2025-ci ilin fevral ayınadək davam etmişdir. Buradan görünür ki, iddiaçı mütəmadi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı iddia etdiyi 33 000 manat pulu harada, hansı sənədlər vasitəsilə verməsi ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmin pullar müxtəlif vaxtlarda müxtəlif məbləğ lərdə verilmiş və eyni qaydada da geri qaytarılmışdır. Ona görə də iddiaçı cavabdehdən tələb etdiyi məbləği konkret sübutlarla təsdiq etməli olduğu halda edə bilməmişdir. Bundan başqa iddiaçı iddia ərizəsində qeyd edir ki, pulları borc vermişdir. Lakin Azərbaycan Respublikası Mülki Məsəlləsinin 739.2-ci maddəsində konkret olaraq göstərilmişdir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Bununla da iddiaçı tərəfindən qanunun tələblərinə əməl olunmamışdır.
6. İmişli Rayon Məhkəməsinin e-2(036)-321/2025 nömrəli iş üzrə 19 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakim Z.Pirverdiyev) iddia qismən təmin edilmiş, cavabdehdən 28 150 manat məbl əğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 190 manat məbləğində dövlət rüsumunun 154,4 manat məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 35,6 manat məbləğinin iddiaçıya aid edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükünü, tələb edilən vəsaitin cavabdehə borca verilməsi halını sübut etməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. xx.xx.2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, cavabdeh verdiyi izahatında iddiaçının ona 46 500 manat pul verdiyini etiraf etmişdir. İddiaçı cavabdehə 55 000 manat verdiyini bildirməklə həmin borcdan qalan 33 000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından tələb olunan pul vəsaitini cavabdehə verdiyini sübut etməsi yükü iddiaçının üzərinə düşür. İddiaçı cavabdehə 55 000 manat pulun verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Lakin cavabdeh ona iddiaçı tərəfindən pulun verildiyini bildirdiyindən eyni zamanda cavabdeh həmin məbləğin 46 500 manat hissəsini polis orqanında araşdırma aparılarkən etiraf etdiyindən bu hal əks tərəfi göstərilən məbləğin verilməsi üzrə sübut e tmə vəzifəsindən azad edir. Qalan 8 500 manat məbləğində pul vəsaitini cavabdehə verməsi barədə hər hansı bir sübutu iddiaçı məhkəməyə təqdim etməmiş, eyni zamanda onun şikayəti üzrə polis orqanı tərəfindən aparılmış araşdırma zamanı da həmin pul məbləğinin cavabdehə verilməsi öz təsdiqini tapmamışdır. Eyni zamanda xx.xx.2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, polis orqanı tərəfindən aparılmış araşdırma zamanı cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 18 350 manat məbləğində pul verilməsi müəyyən edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında olan münasibətlər borc müqaviləsi üzrə münasibətlər kimi görünsə də, mübahisə predmeti olan borcun 3 000 manat məbləğdən artıq olmasını və borcla bağlı tərəflər arasında hər hansı bir yazılı müqavilənin olmamasını nəzərə aldıqda sözügedən münasibətlər borc müqaviləsi üzrə münasibətlər hesab edilməməklə hazırkı mübahisəyə göstərilən münasibətlərə dair normalar tətbiq oluna bilməz. Bu baxımdan cavabdeh pulu nə qanuni, nə də müqavilə əsası olmadan iddiaçıdan aldığından hazırkı mübahisəyə əsassız varlanma üzrə normalar tətbiq edilməlidir.
9. Beləliklə, cavabdeh pulu nə qanuni, nə də müqavilə əsası olmadan iddiaçıdan almaqla əsassız varlanmışdır ki, iddiaçı tərəfindən cavabdehə verilmiş 46 500 manat məbləğdən cavabdehin ödədiyi 18 350 manat çıxılmaqla qalan 28 150 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməklə iddia qismən təmin edilməlidir.
10. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərə münasibətdə qeyd etmişdir ki, həmin qəbzlərin bə ziləri telefon ekranından çəkildiyindən və onlarda tarix, nömrə olmadığından, onların oxşarlıq təşkil etməsi səbəbindən nə qədər məbləğin ödənilməsini müəyyən etmək çətindir.
11. Məhkəmə iddia tələbinin bir illik 5 faiz dərəcəsi ilə hesablanaraq 1 650 manat tututlması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı göstərilən tələbi Mülki Məcəllənin 449-cu maddəsinə əsaslanaraq irəli sürmüşdür ki, qeyd olunan normanın tələbinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onunödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Göründüyü kimi faizlərin ödənilməsi borcun ödənilməsini gecikdirməklə faydalanmağa görə olmalıdır. Bu halda həmin faydalanmağı sübut etmək vəzifəsi bu tələbi irəli sürən iddiaçının üzərinə düşür. İddiaçı isə cavabdehin borcun ödənilməsini gecikdirməklə faydalandığını sübuta yetirə bilməmiş və bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia göstərilən hissədə təmin oluna bilməz.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449, 739.2, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci, MPM-in 14.1, 14.2, 77.1, 82.4, 106.3, 119.1, 191.3, 218.3-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı aldığı 46 500 manat məbləğində pulu Cavabdeh Şahid Yengivar qızına verməsi həm polis idarəsində və məhkəmə iclasında verilən izahatı, həm də səs yazısında tam təsdiqini tapır. İddianın təmin olunmayan hissəsində İddiaçı məxsus olan 5 000 manat məbləğində pulu Cavabdeh almasını şahid X1 özü təsdiq etmişdir. Həmin puldan İddiaçı heç bir faiz və əsas məbləğ qaytarılması öz təsdiqini tapmamışdır. Bu pul Cavabdeh qaytarılsa da, Cavabdeh həmin 5 000 manatdan İddiaçı heç bir pul qaytarmamışdır. Yəni, təqdim olunan hər iki tərəfin sübutlarından görünür ki, həqiqətən də, Cavabdeh 5 000 manat məblə ğində pulu almış, başqa şəxsə vermiş və həmin məbləği İddiaçı qaytarılmamışdır. Qalan 3 500 manat pulu isə Cavabdeh oğlunun işləri ilə əlaqədar olaraq İddiaçı borc almış və həmin məbləği də qaytarmamışdır. Məhkəmə iclasında dindirilmiş şahid Ramil Uğurlu da izahat verərək pulun tələbi ilə bağlı mübahisə olduğundan pulu Cavabdeh qaytardığını bildirmişdir. Göründüyü kimi Cavabdeh İddiaçı ümumilikdə 55 000 manat məbləğində pul almış və onu özü ayrı-ayrı şəxslərə müxtəlif vaxtlarda verərək onlardan öz istifadəsi üçün faizə pul almışdır. Lakin İddiaçı bu barədə məlumatı olmamışdır, pulunu tələb etdikdə məlum olmuşdur ki, o pulu ayrı-ayrı şəxslərə veribdir. İş üzrə təqdim olunan sübutlardan görünür ki, İddiaçı ümumilikdə 55 000 manat olan pulu Cavabdeh vermişdir. Həmin məbləğdən halhazırda 33 00 0 manat məbləğində pul qaytarılmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən araşdırma aparılarkən bir sıra kobud pozuntulara yol verilmişdir.
15. Həmçinin cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı borc məbləğini şişirdir, borc müqaviləsinin üzərinə külli miqdarda faiz məbləği hesablanmışdır. O, iddiaçını onun müdir olduğu salonda xadimə işləyərkən tanımışdır. İddiaçı bilirdi ki, onun külli miqdarda pulu qaytarmağa maddi imkanı yoxdur, olsaydı, xadimə işləməzdi. Ona görə də iddiaçı xadiməyə dediyi məbləğdə pulu borc verməzdi və verməyib. İddiaçı onun vasitəsi lə başqa şəxslərə borc vermişdir və bu fakt məhkəmədə təsdiq olunmuşdur. O və digər borcalanlar iddiaçıya qəbzlərlə və karta atmaqla 21 335 manat pul qaytarmış və bunu təsdiq edən qəbz, disk və karta köçürmə sənədləri var. Hakim onları qəbul etmədiyindən şikayətinə əlavə edir. Onun iddiaçıya borcu yoxdur. Onların iddiaçı ilə aralarında heç bir müqavilə olmamışdır. Şahid X1 ifadəsində göstərmişdir ki, 9 700 manata qarşı 32 000 manat pul ödəmişdir. İddiaçı tərəfindən göndərilmiş səs yazısında da borcu faizlə birlikdə qaytarması qeyd olunmuşdur. Pulun faizlə verilməsi şübhə doğurmur. Çünki iddiaçı maddi marağı olmadan bu qədər pulu cavabdehə verməsi inandırıcı deyil. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, bankdan şəxsi ehtiyacları üçün pul götürmüşdür. Lakin cavabdeh ondan xahiş etdiyin dən öz işini təxirə salıb pulu ona vermişdir. Buradan da məlum olur ki, şəxsi ehtiyacları üçün bankdan pul götürən şəxs öz ehtiyaclarını həll etmədən pulu heç bir qohumluq münasibəti olmayan adama verməz. Belə qənaətə gəlinir ki, pulu verməkdə məqsəd maddi gəlir əldə etmək olmuşdur. Onun və qohumlarının iddiaçıya qaytardıqları pullar 200 000 manatdan artıqdır. Həmin pulun əksəriyyəti faizə hesablanmış pullardır. Qeyd olunanlardan məlum olur ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla xeyli miqdarda gəlir əldə etmişdir. Məhkəmə iclasında şahid X1 ifadəsində bildirmişdir ki, ehtiyacı olduğundan Nəzakətin vasitəsilə İddiaçı faizlə pul götürmüşdür. 2023-cü il tarixədək hər ay 870 manat faiz ödəmişdir. Daha sonra Nəzakət Samirənin narazı olduğunu bildirmiş və pulu ödəməyini demişdir. O da məcbur olub evini satıb 5 000 manat pulu Samirəyə qaytarması üçün Nəzakətə vermişdir. 2023-cü il tarixdən cari ilin fevral ayınadək hər ay iddiaçıya 200 manat pul ödəyir. Pulu hər ay Samirənin kartına atır. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, cavabdeh anasıdır. Götürülmüş pullardan məlumatı olmamışdır. Sonradan bilmişdir ki, anasının vasitəsilə pul götürülmüş, lakin ödənilməmişdir. Bu səbəbdən də iddiaçı ilə anası arasında mübahisə yaranmışdır. Həmin pulları o ödəmişdir, 10000 manatdan artıq pul ödəmişdir.
17. Cavabdehin vəkili apellyasiya şikayətinə qarşı etiraz edərək bildirmişdir ki, iddiaçı İmişli Rayon Məhkəməsində aparılmış araşdırma nəticəsində verilmiş suallara cavab verərkən lotereya oyunu nəticəsində cavabdeh tərəfindən ümumilikdə ona 8 050 manat pul ödənd iyini etiraf etmişdir (Mülki iş vərəqi səh. 120). Bundan başqa, cavabdeh tərəfindən 2 000 manat pul nağd şəkildə iddiaçının iş yerinə qoyulmuş və mobil telefon vasitəsilə şəkili çəkilib iddiaçıya atılaraq məlumat verilmişdir. Məhkəməyə təqdim edilmiş iddiaçıya məxsus 416973******0015 və 416973******8298 nömrəli bank kartlarına müxtəlif vaxtlarda ödənilmiş pulların qəbzindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 22 817,44 manat pul ödənilmişdir. İddiaçı iddia tələbində və birinci instansiya məhkəməsində ona cavabdeh tərəfindən nağd şəkildə 13 390, 3 010 və lotereya oyunundan da 8 050 manat pul qaytarıldığını etiraf etmişdir. Beləliklə işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müəyyən edilir ki, cavabdeh ümumilikdə iddiaçıdan 46 500 manat məbləğində pul almış və borcundan hal-hazıra kimi nağd şəkildə 13 390+3 010+8 050+2 000 = 26450 manat, nağdsız şəkildə, yəni bank kartlarına 22 817,44 manat, cəmi 26 450+22 817,44 = 49 267,44 manat pul ödəmiş və borcu qalmamışdır.
18. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 sentyabr 2025-ci il tarixli 2(106)-1027/2025 nömrəli qətnaməsi ilə (hakimlər: M.Sadıqov sədrlik edən və məruzəçi, A.Novruzova və M.Əsədli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(036)-321/2025 nömrəli qətnaməsi dəyişdirilərək cavabdehdən 22 050 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
19. Apelyasiya instansiy ası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin qeyd olunan dəlilinə düzgün hüquqi qiymət verilməsi üçün ilk növbədə iddianın obyekti olan pulun məbləğinə aydınlıq gətirilməlidir. Belə ki, iddiaçı pulun ümumi məbləğini 55 000 manat, cavabdeh tərəf isə 46 500 manat qiymətləndirir. Tərəflər arasında pulun məbləği ilə bağlı fikir ayrılığı 8 500 manat hissədədir. İddiaçı 8 500 manat pul vəsaitini cavabdehə verməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda onun şikayəti üzrə polis orqanı tərəfindən aparılmış araşdırma zamanı da həmin pul məbləğinin cavabdehə verilməsi öz təsdiqini tapmamışdır.
20. İddiaçının tələbinin əsası kimi istinad etdiyi şahidlərin ifadələrinə gəlincə, məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin şahidlərin if adəsi 8 500 manat pulun iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq etmir. Belə ki, şahid X1 ifadəsində bildirir ki, Nəzakətin vasitəsilə 2021-ci il tarixdə İddiaçı faizlə pul götürmüş, 2023-cü il tarixinədək hər ay 870 manat faiz ödəmiş, daha sonra Nəzakət Samirənin narazılığı olduğunu bildirmiş, o da məcbur olub evini satıb 5 000 manat pulu Samirəyə qaytarması üçün Nəzakətə vermişdir. Halbuki iddiaçı pulun cavabdehə 2023-cü ilin sentyabr ayından başlayaraq verilməsini göstərir. Göründüyü kimi şahid İsmayıl Usubovun nəzərdə tutduğu 5 000 manat sonuncunun özünün başqa tarixdə iddiaçıdan aldığı pulla bağlıdır. Digər şahid X2 isə ifadəsində iddiaçı ilə anası arasında pulla bağlı mübahisə yarandığını sonradan öyrəndiyini, həmin pulları ödədiyini göstərmişdir. Beləliklə, məhkəmə kollegiyas ı hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətinin qeyd olunan dəlili əsassızdır və iddiaçının göstərdiyi hal mülahizə olmaqla fakta söykənmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehə verilmiş pulun məbləğini 46 500 manat qəbul etmişdir. Beləliklə, ümumi məbləğ 46 500 manat qəbul edilməlidir.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin əsas mübahisəli halı pulun qaytarılıbqaytarılmaması ilə bağlıdır. İddiaçı ümumi məbləğdən 13 390 manat, 3 010 manat və 5 600 manat olmaqla cəmi 22 000 manat pulun qaytarıldığını və ödənilməyən ümumi borcun 33 000 manat təşkil etdiyini göstərmişdir. Cavabdeh tərəf isə apellyasiya şikayətində və apellyasiya şikayətinə etirazında iddiaçıdan cəmi 46 500 manat pul alındığını, həmin məbləğə görə ümumilikdə 49 267,44 manat (26 450 nağd + 2 2 817,44 manat bank kartları vasitəsilə) pul ödənildiyini, yəni iddiaçıya borcunun qalmadığını bildirir. İş materiallarından göründüyü kimi iddiaçı Cavabdeh tərəfindən ilk olaraq 13 390 manat, polisə şikayət edildikdən sonra 3 010 manat pul qaytarıldığını, eyni zamanda, həmin dövrdə cavabdehin lotereya oyununa qoşularaq əlavə 5 600 manat, cəmi 22 000 manat pul qaytardığını göstərir. Göründüyü kimi iddiaçının qaytarıldığını göstərdiyi məbləğ daha yüksəkdir. Bundan əlavə, iş materiallarının 120-ci səhifəsində olan birinci instansiya məhkəməsinin məhkəmə iclasının protokolundan və həmin iclasın videoyazısından görünür ki, İddiaçı izahatında Cavabdeh lotereya oynayıb ona verdiyi pulun məbləği iddia ərizəsində qeyd etdiyi kimi 5 600 deyil, 8 050 manatdır. Göründüyü kimi iddiaçının özünün etiraf ına əsasən qaytarılmış məbləğ ümumilikdə 24 450 manatdır (13 390+3 010+8 050 = 24 450). İddiaçının ümumi borcdan cavabdeh tərəfindən 24 450 manat qaytarıldığını göstərdiyi halda birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara istinad edərək qaytarılmış məbləği 18 350 manat qəbul edib ümumi məbləğdən çıxması əsassızdır.
22. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən onu da qeyd etmişdir ki, MPM-in 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilən normadan hansı qərarın və hansı hissədə mülki işə baxılarkən məhkəmə üçün məcburi olması dəqiq müəyyən edilib: məhkəmənin qanuni qüvvəyə minmiş hökmü; habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı; hadisənin olubolmaması; şəxsin həmin hadisəyə aidiyyəti. Hazırki işdə birinci instansiya məhkəməsinin istinad etdiyi xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, adından göründüyü kimi məhkəmə hökmü deyil, üstəlik, həmin qərar məhkəmə tərəfindən də qəbul edilməmişdir. Buna görə də həmin qərarın hazırki işə münasibətdə preyudisiya kimi qəbul edilməsi üçün prosessual əsas olmamışdır.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əvvəla, iddiaçı həm nağd, həm də bank kartı vasitəsilə edilmiş ödənişləri nəzərə alaraq 24 450 manat borcun qaytarıldığını göstərir, yəni ayrı-ayrılıqda deyil. Digər tərəfdən təqdim edilmi ş ödəniş qəbzləri hazırkı iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki işin hallarından göründüyü kimi tərəflər arasında öhdəlik münasibətləri 2023-cü ilin sentyabr-oktyabr aylarında yaranmış və davam etmişdir. Təqdim olunmuş ödəniş qəbzlərindən bəziləri 2023-cü ilin əvvəllərinə aiddir, bəziləri telefon ekranından çəkildiyindən və onlarda tarix, nömrə olmadığından, həmçinin oxşarlıq təşkil etməsi səbəbindən nə qədər məbləğin ödənilməsini müəyyən etmək mümkün deyil. Həm də nəzərə alınmalıdır ki, iddiaçı əvvəllər də cavabdehə müxtəlif məbləğlərdə borc vermişdir. Odur ki, ödəniş qəbzlərinin konkret olaraq hazırki mübahisə ilə əlaqəsini müəyyənləşdirmək çətindir.
24. Apellyasiya şikayətinin verilmiş borc məbləği üzrə iddiaçının bankdan götürdüyü pula əlavə faiz ödəməsi və tələb oluna n illik 5 faizin banka ödənilməli olan faizin çox cüzi hissəsini təşkil etməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı işin icraatı zamanı iddiaçı ona qaytarılmalı olan pul məbləğindən cavabdehin faydalanması ilə bağlı hər hansı sübuta istinad etməmişdir. İddiaçının özünün də cavabdehə verdiyi pul məbləğini kredit kimi götürməsi barədə iş materiallarında sübut mövcud deyil. Ona görə də iddiaçının xeyrinə məhz Mülki Məcəllənin 449-cu normasına istinad edilməklə bank uçot dərəcəsi üzrə hesablanmış faizin tutulması istisna olunur.
25. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının illik beş faiz tələbinə münasibətdə Mülki Məcəllənin 445.7-ci maddəsi tətbiq oluna bilər. Göründüyü kimi həmin norma borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Həmin maddəyə görə azı 5 faizin tutulması üçün əsas pul öhdəliyinin icra edilməməsi təşkil edir. Nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Lakin iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən pul məbləği 2023-cü ilin sentyabr ayından başlayaraq cavabdehə hissə-hissə verilmiş, sonuncu məbləğin cavabdehə nə vaxt verilməsini də müəyyən etmək mümkün deyil. İddiaçı isə artıq 2024-cü ilin noyabr ayında hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, birinci instansiya mə hkəməsi haqlı olaraq iddia tələbinin bir illik 5 faiz dərəcəsi ilə hesablanaraq 1 650 manat pulun tutulması hissəsini təmin etməmişdir.
26. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd etmişdir ki, mübahisə predmeti olan borcun 3 000 manat məbləğdən artıq olmasını və borcla bağlı tərəflər arasında hər hansı bir yazılı müqavilənin olmamasını nəzərə alaraq birinci instansiya məhkəməsi cavabdehin pulu nə qanun, nə də müqavilə əsası olmadan iddiaçıdan aldığından hazırkı mübahisəyə əsassız varlanma üzrə normalar tətbiq olunması barədə düzgün nəticəyə gəlmişdir. Bundan başqa, iddiaçının cavabdehdən tələb etdiyi pulun faiz olması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Ümumiyyətlə, cavabdehin dəlilləri qeyd olunan hissədə formal m ülahizələrdən ibarətdir.
27. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 445.7, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci, MPM-in 14.2, 77.1, 88, 106.3, 217.1, 217.3, 372, 384 və 385.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri
28. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində cavabdehin şahid qismində gətirdiyi qardaşı, oğlu və şahid Sülhiyyə cavabdehdən aldığı məbləğləri təsdiq etmişlər. Onlardan Şahid 46 500 manat, İ.Usubov 5 000 manat və Ramil Uğurlu 3 500 manatı aldıqların ı təsdiq edirlər. Yəni ümumi məbləğin 46 500+5 000+3 500 = 55 000 min manat təşkil etdiyi məhkəmə iclas protokololu və şahidlərin dedikləri ilə tam təsdiq olunur. Lakin şahidlərin verdiyi ifadəni məhkəmə nəzərə almamışdır. Qeyd olunan məbləğdən iddiaçıya cavabdeh tərəfindən 13 390 manat, 3 010 manat və 5 600 manat məbləğində pul qaytarılmışdır. Bu isə ümumilikdə 22 000 min manat edir. Hal-hazırda qaytarılmayan 33 000 min manat məbləğində pul qalmışdır. Odur ki, qəbul olunmuş qətnamə ilə iddiaçı tam razı deyil. Cavabdeh Mülki Məcəllənin 385 və 386-cı maddələrinin tələbini pozaraq iddiaçıya ödənilməli olan pulu ödəməkdən imtina edərək öhdəliyini icra etmir.
30. İddiaçının qeyd olunan məbləği bankdan borc alması da təsdiq olunur. Cavabdeh da 55 000 min manatı borc alıb, faiz müqabilində ayr ı-ayrı şəxslərə verməsi məhz iddiaçının pulundan gəlir əldə etməsini təsdiq edir. Lakin işə baxan Şirvan Apellyasiya Məhkəməsi təqdim olunan sübutlara tam qiymət verməyərək iddiaçının hüququnu pozan qətnamə qəbul etmişdir. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri
31. Qətnamədən, həmçinin cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətin 2021-ci ildən davam etdiyini, iddiaçı tərəfindən cavabdehə hissə-hissə verilmiş pulların faizlə verildiyini nəzərə almamış, tərəflər arasında borc müqaviləsinin bağlanıb-bağlanmadığını araşdırmamışdır. Belə ki, iş materiallarından və şahid ifadələrindən görünür ki, İddiaçı 2021-ci ildən Cavabdeh müxtəlif şəxslərə vermək üçün faizlə pullar vermişdir. Lakin məhkəmə tərəflər arasında öhdəlik münasibətlərinin 2023-cü ilin sentyabr-oktyabr aylarında yaranmasını və davam etməsini əsas götürmüşdür.
33. Tərəflər arasındakı münasibətlər iddiaçının aralarında olan borc münasibətinə istinad edib cavabdehdən pul tələb etməsi üçün həmin borc müqaviləsi yazılı formada bağlanmalı idi. Lakin belə bir müqavilənin mövcud olmaması, onun qanunun tələbinə uyğun olmamasını göstərir. Qanunvericilik 3 000 manatdan yuxarı məbləğdə olan borcların verilməsi ilə bağlı onun xüsusi prosedur qaydasını müəyyən etdiyindən hər hansı şahid ifadəsi və ya digər sübut h əmin qaydaya riayət edilməməsi halını aradan qaldıra bilməz. Başqa sözlə qanunvericilik tərəflər arasında göstərilən məbləğdə borc münasibətinin mövcud olmasını notarial qaydada təsdiq edilmiş yazılı borc müqaviləsi ilə müəyyənləşdirməyi tələb edir. Belə bir müqavilənin olmaması iddiaçının borc müqaviləsinə istinad edib pul tələbinin əsassız olmasını göstərir. Lakin birinci instansiya məhkəməsi bu xüsusatı da nəzərə almamış, nəticədə maddi hüquq normalarını pozmuşdur. İddiaçı tərəfindən cavabdehə faizlə verilmiş pullar borc kimi, nə də ki əsassız varlanma kimi də qiymətləndirilə bilməz və tərəflər arasında borc münasibətlərinin olması əsası kimi həmin hallara istinad edilə bilməz.
34. Yuxarıda qeyd olunanlardan göründüyü kimi apellyasiya instansiya məhkəməsi mübahisənin düzgün həllinə təsi r edən bütün faktiki halları araşdırmamış və müəyyən edilmiş hallara lazımi hüquqi qiymət verməmişdir ki, bu hallarda apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin qanuni və əsaslı olmasını istisna etmiş olur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
36. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
37. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
38. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
39. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
40. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söyk ənir.
41. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
42. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ve rir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialla rında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 5 5. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə da ir” 2012-ci il 28 fevral tarixli Qərarı).
56. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətlərin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
57. Kassasiya şikayətlərinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəti cələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
58. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir.
59. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkə mə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 sentyabr 2025-ci il tarixli 2(106)1027/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.