Məhkəmə qərarları › İş №2(102)-3759/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3759/2020

12.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3759/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(107)490/2020 saylı qətnaməsindən ilkin iddia tələbi üzrə Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.A.Quliyev, iş № 2(046)-1126/2019) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və DƏDRX-nın Ucar Ərazi İdarəsinə qarşı iddiası qismən təmin edilərək N-də yerləşən 3 otaqlı fərd i yaşayış evinin miras əmlak kimi tanınması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddiası qismən təmin edilərək yuxarıda göstərilən fərdi yaşayış evinin Cavabdeh1 tərəfindən miras əmlak kimi qəbul edilməsi, həmin əmlaka onun qanun üzrə vərəsəlik hüququnun tanınması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov, M.A.Əsədli və A.A.Mahmudov) İddiaçı və Cavabdeh2 apelyasiya şikayətləri qismən təmin edilərək Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən - İddiaçı ilkin iddia tələbinin təmin edilməmiş, “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakda n payın müəyyən edilməsi” hissəsində ləğv edilərək həmin hissədə iddianın təmin edilib mirasın İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmin əmlaka onun qanun üzrə vərəsəlik hüququnun tanınmaqla miras əmlakdakı payının 1/3 hissədə müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: N-də yerləşən fərdi yaşayış evi X1 və N oğluna məxsus olmuş və onların müvafiq olaraq 1984 və 1989-cu illərdə baş vermiş vəfatı ilə əlaqədar həmin evə vərəsəlik açılmışdır. Onların ölümündən sonra İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 ibarət 5 vərəsə qalmışdır. 2019-cu ilin iyun ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək valideynlərinin ölümündən sonra miras qalmış üç otaqlı fərdi yaşayış evindən istifadə etmək lə ona sahiblik etməsini və kommunal xidmət haqlarını və telefondan istifadə haqlarını ödəməsini və s. əsas göstərməklə mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh1 qarşılıqlı iddia verərək vərəsəliyin açılmasından sonra qanun üzrə birinci növbə vərəsələrdən olan İddiaçı, Cavabdeh2 və Cavabdeh3 mirası faktiki qəbul etməmələrini və eləcə də mirası qəbul etmək barədə notariat orqanına ərizə verməmələrini, mirasın yalnız onun və bacısı Cavabdeh4 tərəfindən qəbul olunmasını əsas göstərməklə onun miras əmlaka vərəsəlik hüququnun tanınmasını xahiş etmişdir. İşə baxan məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İlkin id dia tələbi üzrə Cavabdeh1 kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin İddiaçı tərəfindən mirasın qəbul edilməsi barədə nəticəsinin işin həqiqi hallarına uyğun olmamasını, mirasın yalnız onun və Cavabdeh4 tərəfindən qəbul edilməsinin iş materialları ilə təsdiq olunmasını, İddiaçı mirası nə faktiki qəbul etməməsini nə də notariat orqanına bu barədə ərizə verməməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsini və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında Cavabdeh1 və vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İddiaçının nümayəndəsi və Cavabdeh2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiklərindən məhkəmə tərəfindən onların izahatları dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, miras əmlakı Asif və Sevinc Qasımovlar orada yaşamaqla faktiki qəbul etmiş, İddiaçı isə atasının dəfn və yas mərasimlərini təşkil etməklə və onlarla bağlı xərcləri çəkməklə miras əm laka faktiki sahiblik etmə və onu idarə etməklə mirası qəbul etmişdir. 1991-ci ildə ailə quraraq arvadını həmin evə köçürmüş, sonradan evi tərk etsə də, müntəzəm evə gəlmiş, kommunal xidmət haqqlarını ödəmişdir. Vərəsəliyin açıldığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552-ci maddəsinə görə vərəsə, miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, miras qoyanın övladları olan Nlar birinci növbə vərəsə olmaqla qanunun tələbinə uyğun olaraq mirası qəbul etmişlər. Məhkəmə kollegiy asının həmin nəticəsi işdə olan sübutlara və qanunun tələblərinə uyğun əsaslandırıldığından kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, kasasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar