Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-376/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə ) 18.01.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1480/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 18 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İ ddiaçı ( bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra “cavabdeh”) atası X8 ilə 1988-ci ildə nikaha daxil olmuşlar.
2. Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 5 ünvanında yerləşən 1 saylı mənzil (bundan sonra-mübahisəli mənzil) ünvan 2 Order əsasında xx.xx.1990-cı il tarixdə X6 ayrılmışdır.
3. Mübahisəli mənzil iddiaçının razılığı əsasında xx.xx.2010-cu il tarixdə X4 adına mülkiyyət hüquqi ilə qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
4. X8 ilə iddiaçı arasında olan nikah xx.xx.2014-cü il tarixdə pozulmuş, X8 xx.xx.2015-ci il tarixdə Rusiya Federasiyasının Rostov vilayətinin Şaxtı şəhərində ölmüşdür.
5. Mübahisəli mənzil Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 2V-206 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli qanun üzr ə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında cavabdehin adına qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.
6. İddiaçı mübahisəli mənzildə 1990-cı ildən hazıradək qeydiyyatdadır.
7. Mübahisə iddiaçının mənzilə köçürülməsi ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi belə əsaslandırılıb ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə əri X6 məxsus olmuşdur. Mübahisəli mənzil nikah dövründə, 1988-ci ildə əldə edilmiş, mənzilin əsas kirayəçisi iddiaçının əri olmuşdur. Sonradan həmin mənzil özəlləşdirilmiş, əri mülkiyyətçi olmuşdur. Həmin mənzildə iddiaçı ailə üzvləri olaraq əri və cavabdehlə birlikdə yaşamışlar. Cavabdeh iddiaçının ögey qızıdır, yəni ərinin başqa nikahdan olan övladıdır. Amma onlar bir ailə kimi həmişə mehriban yaşamış, iddiaçı cavabdehi qızı kimi böyütmüşdür. İddiaçı cavabdehin atası ilə ailə qurduğu vaxt cavabdeh 2 aylıq körpə olmuşdur.
10. Əri öldükdən sonra vərəsəlik qaydasında mübahisəli mənzil cavabdehin mülkiyyətinə keçmişdir. Çünki iddiaçı həmin dövrdə Rusiyada vətəndaşlıq almaq üçün əri ilə formal olaraq boşanmışdı. Lakin boşanmaya baxmayaraq, iddiaçının əri öldüyü günədək ailə kimi onunla birlikdə yaşamışdır. Həmin vaxt mənzilin vərəsəlik qaydasında cavabdehin adına qeydə alınmasında iddiaçı da cavabdehə kömək etmişdir.
11. Son vaxtlar aralarında iddiaçı ilə cavabd ehin münasibət pisləşmiş, cavabdeh iddiaçını mənzilə buraxmır. Həmin mənzildə iddiaçı keçmiş mülkiyyətçinin ailə üzvü kimi 1988-ci ildən bu günə kimi yaşamaqla həmin mənzildə yaşamaq hüququ əldə etmişdir, eyni zamanda iddiaçının bütün əmlakları da hazırda həmin mənzildədir. Hazırda cavabdeh mənzilə mülkiyyət hüququ əldə etməsindən istifadə edərək iddiaçını mənzilə buraxmır. Halbuki mülkiyyətçinin dəyişməsi həmin mənzildə istifadə hüquqları olan şəxslərin istifadə hüquqlarına xitam vermir.
12. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 228-ci maddəsinə istinad etmişdir.
13. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - iddiaçı cavabdehin onun analığıdır, 2 aylığından cavabdehi iddiaçı saxlamışdır; - iddiaçının atasının Rusiyada yaxşı işl əri olduğundan, ölməzdən qabaq mübahisəli mənzildən əlavə olaraq, yeni tikili binada da mənzil almışdır. Atası ölməzdən qabaq məsləhət görmüşdür ki, həmin yeni tikilidə alınmış mənzili iddiaçının adına keçirsinlər. Bundan sonra həmin yeni tikilidə alınmış mənzil iddiaçının adına qeydiyyata alınmışdır. İddiaçı adına olan həmin mənzili satmış, mənzilin satılmasından əldə olunmuş vəsaiti mənimsəmişdir. Bununla bağlı iddiaçıya qarşı məhkəmədə iddia qaldırsa da, iddia tələbi təmin edilməyib; - iddiaçının cavabdehin atası ilə nikahı pozulduqdan sonra iddiaçı mübahisəli mənzildə yaşamamış, Rusiyaya getmiş, Rusiya vətəndaşlığını qəbul edərək iddiaçının atasının biznesini idarə etmişdir. Rusiyada iddiaçının evi, biznesi mövcuddur; - cavabdeh hazırda tək yaşayır və atasından ona yeganə qalan 1 otaql ı mənzilə iddiaçının köçürülməsinə etiraz edir.
14. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-158/2022 saylı, 05 may 2022-ci il qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Elmir Hüseynov)
15. Birinci instansiya məhkəməsi iş materiallarına, o cümlədən Sumqayıt Şəhər Məhkəməsinin qanunu qüvvəyə minmiş 24 noyabr 2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən etmişdir ki, iddiaçı cavabdehin atası X8 ilə 1988-ci ildə nikaha daxil olmuşlar. xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 5 ünvanında yerləşən 1 saylı mənzil ünvan 2 Order əsasında X6 ayrılmışdır. xx.xx.2010-cu il tarixdə yuxarıda qeyd edilən mənzil iddiaçının razılığı əsasında X4 adına qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. X8 ilə iddiaçının nikah xx.xx.2014-cü il tarixdə pozulmuş, X8 xx.xx.2015-ci il tarixdə Rusiya Federasiyasının Rostov vilayətinin Şaxtı şəhərində ölmüşdür. Bundan sonra mübahisəli mənzil, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 2V-206 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh adına qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı 1990-cı ildən hazırki vaxta qədər mübahisəli mənzildə eydiyyatdadır, lakin həmin ünvanda yaşamır, hazırda Respublika hüdudlarından kənardadır, digər dövlətdə fərdi sahibkar kimi qeydiyyata alınmışdır. İddiaçı mübahisəli mənzildən nikahı pozulduqdan sonra istifadə etməsə də, mənzildə pasport qeydiyyatında formal olaraq qalmışdır. İddiaçının mü lkiyyətində Sumqayıt şəhəri, 6-cı mkr., bina 11A-da 166 saylı mənzil olmuş və həmin mənzil iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə satılmışdır.
16. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hesab edib iddiaçının cavabdehlə hər hansı bir etibarlı ailə əlaqələri mövcud deyil, iddiaçının yaşayış sahəsinə olan ehtiyacını cavabdehin evindən istifadə etməklə qarşılamaq məcburiyyəti yoxdur. İddiaçının mübahisəli mənzildən istifadə etmə ilə əlaqədar hüquqları aradan qalxmışdır, mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən iddiaçının istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir.
17. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının mübahisəli mənzi lə dair yaranmış hüquq münasibətləri 2000-ci ilin sentyabr ayından əvvəlki dövrə təsadüf edir və həmin dövrdə mənzilin hüquqi statusu dövlət mənzil fonduna aiddir. Tərəflər arasında olan münasibətlər 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin hüquq normasının əsasında qurulmuşdur və buna görə də mübahisə həmin Məcəllənin normaları əsasında tənzimlənməlidir.
18. Birinci instansiya məhkəməsi 1982-ci il Mənzil Məcəlləsinin 53, 60, 87, 123-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edil məsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarları və “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 9cu bəndin əsasən iddianı təmin etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə maddi normaların tələblərinə düzgün əməl etməmişdir. Mənzil iddiaçının yeganə yaşayış yeri olduğu halda, məhkəmə həm Mənzil Məcəlləsinin, həm də Konstitusiyanın mənzil hüquq normasını pozaraq, iddiaçını yeganə yaşayış yerindən məhrum etmişdir ki, bu halda da qətnamə qanuni hesab edilə b ilməz; - iddiaçının mübahisəli mənzildən istifadə hüququ da mülkiyyət hüququnun bir hissəsidir və onun bu mənzilə dair sahiblik və istifadə hüquqları vardır və mülkiyyətçi olmasa da, mülkiyyətçi hüquqlarına malikdir. Məhkəmə isə qətnamə qəbul edərkən bunu nəzərə almamışdır; - məhkəmə prosessual hüquq normalarının tələblərini də pozmuşdur. Məhkəmə işin hallarını, tərəflərin hansı hüquqi münasibətində olmalarını və tətbiq edilməli olan maddi normaları düzgün müəyyən etməmişdir və işin araşdırılan və müəyyən olunan halları üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə iddiaçının ilk gündən mübahisəli mənzildə yaşayaraq istifadə hüququ qazanmasını, onun razılığıyla mənzilin özəlləşdirilməsini, cavabdehlə 30 il ailə münasibətlərində olaraq ana-bala kimi bu mənzildə yaşamasını müəyyən etdiyi ha lda, səhv nəticəyə gəlmiş və belə hesab etmişdir ki, iddiaçı bu mənzildə yaşamır və bu mənzilə heç bir ehtiyacı yoxdur. Bu isə prosessual cəhətdən kobud səhvdir; - 2021-ci ilin sentyabr ayında cavabdeh iddiaçını mənzilə buraxmayana qədər mənzilin bütün xərclərini iddiaçı ödəyib; - Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçının mübahisəli mənzilə istifadə hüquqları mövcuddur.
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1480/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, yeni qətnamə qəbul edilərək, iddia təmin edilmişdir. (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov, Telman Məmmədov)
22. Apellyasiya instansiyası məhkəməsi ilk olaraq qeyd edib ki, mülki iş üzrə mübahisəni həll edə n məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir.
23. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, iddiaçının cavabdehin mərhum atası Ələkbər Əsədovla 1988-ci ildən nikaha daxil olması, mübahisəli mənzilin xx.xx.1990cı il tarixdə ünvan 2 order əsasında mərhum Ələkbər Əsədova verilməsi və iddiaçının həmin mənzildə köçüb yaşaması, eləcə də mənzilin xx.xx.2010-cu il tarixdə iddiaçını razılığı əsasında mərhum Ələkbər Əsədovun adına özəlləşdirilməsi, Ələkbər Əsədovla iddiaçı arasında olan rəsmi nikahın xx.xx.2014-cü il tarixdə pozulması və Ələkbər Əsədovun xx.xx.2015-ci il tarixdə Rusiya Federasiyasının Rostov vilayətinin Şaxtı şəhərində ölməsi, bundan sonra mənzilin vərəsəlik şəhadətnaməsi əsasında cavabdehin adına qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilməsi işin mübahisəsiz halıdır.
24. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, hazırki mübahisə Mənzil Məcəlləsinin 53, 123-cü maddələrinin qaydalarına uyğun həll edilməlidir. Hazırkı iş üzrə iddia tələbi mənzilə köçürülmə barədə olduğu üçün iddia tələbinin qanuni əsasını Mənzil Məcəlləsinin 53-cü maddəsi təşkil edir.
25. Apellyasiya instansiyası məhkəməsi “R.Ağalarovun şikayəti üzrə” Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarına istinadən qeyd edib ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tut ulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır.
26. Apellyasiya instansiyası məhkəməsi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarın a da diqqəti çəkib. Həmin Qərarda qeyd olunub ki, ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılıq verərkən, bunu mənzildə yaşamaq hüququndan imtina etmək üçün deyil, tam əksinə, Qanunun məqsədlərindən birinə uyğun olaraq həmin mənzildən daha səmərəli istifadə etmək imkanına sahib olmaq üçün edirlər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinə görə özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinə həmin mənzildə yaşamaq hüquqlarının hansı şəkildə (mülkiyyətçi və ya yaxud mülkiyyətçinin ailə üzvü kimi) həyata keçirilməsini seçmək imkanı verilmişdir. Lakin bu seçim öz-özlüyündə Qanunun məqsədlərindən birinin tamamilə aradan götürülməsi və özəlləşdirməyə razılıq verən ailə üzvlərinin mənzildə yaşamaq hüququndan məhrum e dilməsi ilə nəticələnməməlidir. Özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz.
27. Apellyasiya instansiyası məhkəməsi həm qanunvericiliyin, həm də Konstitusiya Məhkəməsinin Qərarlarına əsasən hesab edib ki, iddiaçının mübahisəli mənzil üzərində istifadə hüququ yarandığından və onun bu hüququ itirilmədiyindən, eləcə də iddiaçının 2021-ci ilədək həmin mənzildə yaşamasını cavabdehin etiraf etməsi, həmin mənzilin mülkiyyətçisinin dəyişilməsi iddiaçının mübahisəli mənzildə yaşamaq hüququndan məhrum edilməsi ilə nəticələnməməlidir
28. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hesab edib ki, iddi açının mübahisəli mənzil üzərində istifadə hüququ yarandığından və onun bu hüququ itirilmədiyindən, eləcə də iddiaçının 2021-ci ilədək həmin mənzildə yaşamasını cavabdehin etiraf etməsi, həmin mənzilin mülkiyyətçisinin dəyişilməsi iddiaçının mübahisəli mənzildə yaşamaq hüququndan məhrum edilməsi ilə nəticələnməməlidir.
29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni 1982-ci il Mənzil Məcəlləsinin 53, 123-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinin İ hissəsinin şərh edilməsinə dair" 27 iyul 2001-ci il tarixli, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli Qərarları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh (vəkil X2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
31. Kassasiya şikayətinin dəlilləri: - -elektron məhkəmə informasiya sistemindən əldə olunmuş iddiaçının sərhədkeçmə məlumatlarından görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixdən hal-hazıradək Azərbaycan Respublikasının hüdudlarını tərk etmiş, qısa müddətlik ölkəyə gəlib-getmişdir. 2021-ci il tarixindən etibarən isə Azərbaycan Respublikasının hüdudlarını tərk etmiş, bir daha geri qayıtmamışdır; - Russiya Federasiyasının fərdi sahibkarlarının qeydiyyatına dair internet resursdan götür ülmüş məlumata əsasən, iddiaçı fərdi sahibkar olaraq Rusiya Federasiyası Rostov vilayəti, Şaxtı şəhərində qeydiyyatdadır; - 13 saylı MənzilKommunal Sahəsinin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli arayışa əsasən iddiaçı mübahisəli mənzildə 1990-cı ildən qeydiyyatdadır, lakin həmin ünvanda yaşamır. Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikası nın digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır; - “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası AliMəhkəməsi Plenumunun 16 oktyabr 1992- ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində isə qeyd olunur ki, kirayəçinin və ya onun ailə üz vlərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər; - Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir; - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edil məsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilib ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; - iddiaçı daimi yaşamaq üçün Rostov vilayətinə gedib orada şəxsi biznesini quraraq hal-hazıra kimi yaşamasına baxmayaraq, onun ünvan 3 ünvanda yerləşən binada 166 saylı mənzili olmuş və iddiaçı həmin mənzili xx.xx.2021-ci ildə alqı-satqı müqaviləsi ilə X1. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilən bu hal iddiaçının Azərbaycan Respublikasında yaşamaq niyyətinin olmaması ilə xarakterizə olunur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlill əri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarə darın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 123.1. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunm amasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsin in qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tə tbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə ol unmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
34. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyinə görə kollegiya qətnaməni tam yoxlayır.
35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməyib.
37. Belə ki, iddia tələbi mənzilə köçürülmə barədədir. İddiaçı tələbinin əsası kimi ona istinad edib ki, mübahisəli mənzil əri i lə nikahda olan vaxt 1990-cı ildə dövlət tərəfindən ərinə order əsasında verilib və həmin vaxtdan mənzildə qeydiyyatda olmaqla orada yaşayıb, mənzilin ərinin adına özəlləşdilirməsinə razılıq verib.
38. Məhkəmə kollegiyası mübahisəli hüquq münaisəbətinin 1982-ci il tarixli Mənzil Məcəlləsinin normaları baxımından nizamlanmalı olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
39. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən iddiaçının mübahisəli mənzil üzərində istifadə hüququnu itirməməsi nəticəsinə gələrkən iddiaçının 2021-ci ilədək həmin mənzildə yaşamasının cavabdeh tərəfindən etiraf edilməsinə istinad etməsini əsaslı saymır.
40. Əvvəla işdən görünür ki, iddiaçı nə iddia ərizəsində, nə də onun nümayəndəsi birinci instansiya məh kəməsində iddiaçının mübahisəli mənzildə 2021-ci ilədək yaşaması barədə hər hansı dəlil irəli sürməyib.
41. Yalnız apellyasiya şikayətində və apellyasiya baxışında iddiaçının nümayəndəsi (vəkili) iddiaçının 2021-ci ilin sentyabr ayınadək mübahisəli mənzildə yaşamasını bildirib. Cavabdehin isə həmin faktı etiraf etməsi apellyasiya baxışının məhkəmə iclas protokolundan görünmür. Buna görə də iddiaçının 2021-ci ilədək mübahisəli mənzildə yaşamasının cavabdeh tərəfindən etiraf edilməsinin nə ilə müəyyən edilməsi iş materialları ilə təsdiq edilmir.
42. Əksinə, cavabdeh iddiaya etiraz olaraq iddiaçının əri ilə nikahının pozulmasından sonra (2014-cü ildən) mübahisəli mənzildə yaşamamasına istinad etmiş, bu xüsusatla bağlı iddiaçının Rusiya Federasiyasında yaşaması, onun Rostov şəhərində vergi ödə yicisi kimi qeydə alınması, iddiaçının başqa bir mənzili olması, həmin mənzili satması barədə sübutlar (arayış, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və s.) təqdim etmişdir.
43. Apellyasiya instansiyası məhkəməsi isə iddiaya etiraz olaraq cavabdehin istinad etdiyi hallarla bağlı sübutlara qiymət verməyib, bu sübutları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Qərarında əks edilən hüquqi mövqeyi baxımından həmin Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinin işin qeyd edilən halına tətbiqinin mümkünlüyü məsələsini araşdırmaylb.
44. Mənzil Məcəlləsinin (1982) 60-cı maddəsinə görə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin M əcllənin 87-ci maddəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə icarədar və onun ailə üzvlərinin müvəqqəti, o cümlədən 6 ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.
46. Bundan başqa, işin müəyyən edilən halına görə cavabdehin iddiaçıya qarşı pul tələbinə dair iddiası olmuş və həmin iddia Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2021ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin iş üzrə hazırki iddiaçının nümayəndəsinin verdiyi izahata görə iddiaçı Rusiya Federasiyası vətəndaşlığını əldə etmək istəyi olmuş, ərinin vəfatından sonra birgə nikah dövründə əldə etdikləri mənzili cavabdehin adına keçirtmiş, cavabdeh də könüllü olaraq MTK-ya ərizə verərək öz pay hüququndan imtina etmişdir.
47. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən qətnamədə iddiaçının nümayəndəsinin göstərilən izahatının cavabdehin etirazının dəlillərini nə dərəcədə təsdiq edib-etməməsini araşdırmadan kənarda saxlam ışdır.
48. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
49. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin istinad etdiyi sübutlar qətnamənin əsaslandırıcı hissəsində göstərilməlidir.
50. İşin halı müvafiq sübutların qiymətləndirilməsi yolu ilə müəyyən edilmədiyi üçün belə olan halda, gəlinən nəticə də işin hallarına uyğun sayıla bilməz.
51. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. 52. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsi nin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
53. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyini əsaslı saymır və buna görə də qətnamə ləğv edilməlidir.
54. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qaldırmalı və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qər ar qəbul etməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır.
55. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1480/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.