Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-376/2024 15.01.2024 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 avqust 2023-cü il tarixli, 2(103)-4373/2023 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil idarəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri üzrə Təhsil İdarəsinin 17 noyabr 2022-ci il tarixli, K-1596 saylı əmrinin ləğv edilməsi, tutduğu vəz ifəyə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(006)1388/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 avqust 2023-cü il tarixli, 2(103)-4373/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(006)-1388/2023 nömrəli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia təmin edilmiş, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 17 noyabr 2022-ci il tarixli K-1596 nömrəli əmri ləğv edilmiş, İddiaçı Bakı şəhəri 235 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa edilməsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməsi qət etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil idarəsi kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bununla belə, kassatorun nümayəndəsi və vəkili Nümayəndə1 “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəmə kollegiyasına ərizə göndərərək, kassasiya şaikayətinin məhkəmə baxışından çıxarılaraq geri qaytarılmasını xahiş etmişdir. Azərb aycan Respublikası MPM-nin 410-cu maddəsinə əsasən, kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Belə olan halda, ərizə təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 avqust 2023-cü il tarixli, 2(103)-4373/2023 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil idarəsinin verdiyi kassasiya şikayətindən imtinası qəbul edilməli və kassasiya instansiyasında icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 410 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Ərizə təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 avqust 2023-cü il tarixli, 2(103)-4373/2023 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil idarəsinin verdiyi kassasiya şikayətindən imtinası qəbul edilsin və kassasiya instansiyasında icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-376/2024
Ali Məhkəmə Qərar — İş №2(102)-376/2024
15.01.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver