Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3760/2021 21.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: nisyə alğı-satqı müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-2028/2020 nömrəli iş üzrə 12 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin bin asında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh ev quşları nisyə alğı-satqısı ilə bağlı razılıq olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 13500 manat pulun və 30 manat dövlət rüsumunun əvəzinin alınıb onlara verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar şərikli olmaqla Bakı şəhəri Hövsan qəsəbəsində quşçuluq ferması işlətmiş və orada toyuq-cücə saxlamışlar. Cavabdeh satmaq məqsədi ilə onlardan ümumi dəyəri 16500 manat olan ev quşlarını nisyə almış, pulun 3000 manatını ödəsə də, onlara 13500 manat məbləğind ə borcu qalmışdır. Cavabdeh borclu olduğu pulu könüllü şəkildə ödəməkdən yayınır. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçılardan mütəmadi olaraq, ev quşları alıb satmış, sonuncu dəfə ev quşlarının bir hissəsi xəstə olmuş və o, qazanc əldə edə bilməmişdir. Hazırda iddiaçılara cəmi 8500 manat məbləğində borcu qalmışdır. Tovuz Rayon Məhkəməsinin (hakim Nofəl Mustafayev) 2(062)-84/2020 nömrəli iş üzrə 08 yanvar 2020-ci tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh 8500 manat məbləğində pulun və dövlət rüsumu hesabına ödənilmiş 30 manat pulun alınıb iddiaçılara verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçılardan ev quşları alıb satmış, hazırda cavabdehin iddiaçılara 8500 manat məbləğində borcu qalmışdır. İşin bu halı tərəflərin izahatları ilə öz təsdiqini tapmışdır. İddiaçılar qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Suraxanı RPİ-nin 30-cu polis bölməsinin 28.07.2018-ci il tarixli məktubu və ona əlavə edilən cavabdehin izahatı ilə müəyyən edilmişdir ki, cavabdeh onlara 13500 manat məbləğində borclu qalmışdır və həmin vəsaiti qısa müddətdə ödəyəcəkdir. Lakin işə baxan məhkəmə cavabdehin izahatına əsaslanaraq onun 8500 manat məbləğində borclu olması qənaətinə gəlmiş, lakin bu zaman cavabdehin 5000 manatı iddiaçılara nə zaman və harada ödəniş etməsini əs aslandırmamışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında onun izahatları təhrif edilmişdir. Belə ki, o, iddiaçılarla şərikli alver etməmiş, sadəcə İddiaçı2dan müxtəlif vaxtlarda kəsilmiş ev quşları (toyuq) almış və satıldıqdan sonra pulunu ödəmişdir. Sonuncu dəfə İddiaçı2 ona zəng edərək Bakı şəhəri Hövsan qəsəbəsində X1 adlı şəxsə məxsus quşçuluq kəsim sexində xeyli miqdarda kəsilmiş toyuq olduğunu və həmin toyuqların satılmasında onlara kömək etməsini xahiş etmişdir. Cavabdeh yük maşını sürücüsü olan X2 adlı şəxsən 8500 manat dəyərində toyuqları Bakı şəhəri Saray qəsəbəsində yerləşən X3 adlı şəxsin sexin ə gətirməsini xahiş etmiş və sonuncu toyuqları gətirmişdir. Həmin sexdə toyuqların artıq xarab olmasını və iy verməsini görmüş və bu barədə İddiaçı2a məlumat vermişdir. X1 yenə də israrla həmin malların satılmasına köməklik göstərməsini xahiş etmiş, ona görə də həmin malı Lökbatanda soyuducuya yerləşdirmişlər. Lakin mal satışa yararsız olduğundan satmamış, İddiaçı2a həmin malların yararsız olduğunu və atılmalı olduğunu bildirmişdir. İddiaçı2 malların atılmasına razılıq verdikdən sonra onları zibilxanaya atmışlar. Hazırda isə İddiaçı2 həmin toyuqların pulunu tələb edir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Loğman Süleymanov - sədrlik edən və məruzəçi, Afiq Hüseynzadə, Şamil Rzaquliyev) 12 noyabr 2020-ci il tarixli qət naməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçıların apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilməklə iddia tələbi tam təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, həm surəti işdə olan, həm də apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş cavabdehin Suraxanı RPİ-nin 30-cu PŞ-də yazdığı izahatında göstərmişdir ki, o, 2017-ci ilin əvvəllərindən Suraxanı rayonu Hövsan qəsəbəsi Quşçuluq Ferması olan İddiaçı2 bir neçə dəfə diri quş alıb kəsib satmış və götürdüyü quşların pullarını ödəmişdir. 2017-ci ilin axırlarında götürdüyü quşları satmış və Tamere 16500 manat borcu yaranmışdır. Həmin malları o satmış və 5000 manat əvvəlki başqa adama olan borcunu ödəmiş, 7000 manat gö türdüyü quşlardan vaxtında realizə edə bilmədiyi üçün zərər eləmişdir. O, Tamerdən quşları diri vəziyyətdə götürüb aparıb başqa sexdə kəsdirmiş, lakin vaxtında sata bilmədiyi üçün ət xarab olmuşdur. Həmin puldan 2018-ci ilin mart ayında Tamere 3000 manat qaytarmışdır. Hazırda Tamere 13500 manat borcu vardır. Həmin borcu 2018-ci ilin sentyabrın 25-nə kimi qaytaracağına söz verir. Qaytarmadığı təqdirdə barəsində tədbirlər görülməsinə razıdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar ilə cavabdeh arasında ev quşlarının (toyuq) nisyə alğı-satqısı ilə bağlı borc münasibətləri mövcud olmuşdur. Belə ki, cavabdeh şərikli işləyən iddiaçılardan ev quşları alaraq satmış və 16500 manat borcu yaranmışdır. O həmin puldan 3000 manatını ödəmiş, yerdə qalan 13500 manat isə ödənilməmiş qalmışdır. Cavabdeh öz iz ahatında iddiaçılara cəmi 16500 manat məbləğində borcunun yarandığını, həmin puldan 3000 manat İddiaçı2a qaytardığını, 13500 manat borcunu isə 2018-ci ilin sentyabrın 25-nə kimi qaytaracağına söz versə də, buna əməl etməmiş və nəticədə iddiaçıya 13500 manat məbləğində borclu qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmə iddia tələbinin təm təmin edilməsi qənaətinə gəlmişdir. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən k assasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
567. Ağı-satqı müqaviləsinə görə sa tıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Ağı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tu tula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə
608. Əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkə mə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi, cavabdeh ididaçılardan ev quşlarının nisyə almasını inkar etmir. Cavabdehin etirazının əsası kimi istinad etdiyi hallar ondan ibarət olmuşdur ki, aldığı quşlardan bir qismi yararsız olmuş və iddiaçının göstərişi ilə həmin heyvanları atmışdır. İddiaçılar ondan həmin heyvanların pulunu tələb edir. Belə olan halda cavabdeh aldığı həmin quşların yararsız olmasını sübut etməli idi. Mülki Məcəllənin 612.1-ci maddəsinöə görə, heyvanlarda, quşlarda və balıqlarda başlıca qüsurların olması nəticəsində alıcı yalnız müqavilənin ləğvini tələb edə bilər, qiymətin azaldılmasını isə tələb edə bilməz. Həmin Məcəllənin 612.1.1-ci maddəsinə görə, bu halda alıcı cavabdeh olmadığı hallarla əlaqədar heyvanı, quşu və ya balığı qaytara bilmədikdə, o cümlədən başqasına satması, onun tələf olması, xəstələnməsi və ya kəsilməsi nəticəsində qaytara bilmədikdə də müqavilənin ləğvini tələb edə bilər. Heyvanın, quşun və ya balığın kəsildiyi halda alıcı onu qaytarmaq əvəzinə dəyərini ödəyir. Həmin Məcəllənin 613.1-ci maddəsinə əsasən alıcı hər hansı başlıca qüsur əsasında ona mənsub hüquqlardan o halda məhrum olur ki, qarantiya müddəti qurtardıqdan sonra üç gündən gec olmayaraq və ya əgər heyvan, quş və ya balıq həmin müddət bitənədək öldürülərsə və ya digər şəkildə tələf olarsa, heyvanın, quşun və ya balığın ölümündən sonra satıcıya bu qüsur barəsində məlumat vermir və ya ona bu barədə bildiriş göndərmir və ya qüsur əsasında ona qarşı iddia irəli sürmür. Əgər satıcı bu qüsur barəsində qəsdən susmuşdursa, hüquq itmir. Hazırki işdə cavabdeh aldığı quşların yararsız olması barədə iddiaçılar qarşı bildiriş göndərməsi, iddia irəli sürməsi, müqavilədən imtina etməsi barədə birinci və ya apellyasiya instansiyası məhkəmələrinə hər hansı bir sübut təqdim etməmişdir. Bu barədə onun izahatından başqı işdə hər hansı bir mötəbər sübut olmamışdır. Məhkəmə kollegiyası qeyd olunanl arı nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-2028/2020 nömrəli iş üzrə 12 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.