Məhkəmə qərarları › İş №2(102)-3760/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3760/2025

23.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3760/2025 23.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənəvi zərər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1166/2025 nömrəli, 13 avqust 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Samux rayonun Qaraağaclı qəsəbəsi H abil Məmmədov adına tam orta məktəbində direktor vəzifəsində, cavabdeh isə Samux Rayon Təhsil şöbəsinin (hazırda Gəncə-Daşkəsən regional Təhsil İdarəsinin Samux rayonu üzrə Təhsil sektorunun) müdiri vəzifəsində işləyirlər.

2. Yeni dərs ilinin başlanması ilə əlaqədar digər məktəb direktorları kimi iddiaçı da xx.xx.2021-ci il tarixdə Samux Rayon Təhsil şöbəsinə Təhsil şöbəsinin müdiri Cavabdeh qəbulunda olmuş, qəbul zamanı cavabdehlə yanaşı müdir müavini X4 və Təhsil şöbəsinin əməkdaşı X1 qəbulda iştirak etmişdir. Qəbulda olarkən iddiaçı müvazinətini itirərək yıxıldığından ona tibbi yardım göstərilməsi üçün təcili tibbi yardım briqadası çağırılmış, qan təzyiqinin yüksəldiyi müəyyən olunmuş, ona görə də Gəncə Şəhər Kardioloji xəstəxanasına təxliyyə edilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.202 1-ci il tarixədək Gəncə şəhər Kardioloji xəstəxanasında stasionar şəraitdə müalicə almış, ona “hipertonik kriz” diaqnozu qoyulmuşdur.

3. Bundan sonra iddiaçı hüquq mühafizə orqanlarına müraciətlər etmiş, iddiaçının müraciəti əsasında Samux rayon Təhsil şöbəsinin işçilərindən izahatlar alınmış, Təhsil şöbəsinin işçilərindən X1 və X4 izahatlarında Təhsil şöbəsinin müdiri Cavabdeh xx.xx.2021-ci il tarixdə onların da iştirakı ilə məktəb direktorlarını öz xidməti otağında qəbul etdiyini, iddiaçı otağa daxil olduqdan sonra ondan iki dəfə tələb olunmasına baxmayaraq sənədləri nəyə görə təqdim etmədiyi, təhsil şöbəsinin əməkdaşları ilə nəyə görə kobud davrandığı soruşulmuş, lakin ona qarşı təhqir və təzyiq olmamış, iddiaçı su içmək adı ilə sumkasını da götürərək otaqdan çıxdığını, daha sonra isə q əbul otağında özündən gedərək yıxıldığını, bu səbəbdən Təcili tibbi yardıma zəng etdiklərini bildirmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabde Cavabdeh qanunsuz hərəkətləri nəticəsində keçirdiyi mənəvi və psixi iztirablara görə ondan 20000 manat mənəvi təzminatın alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə onu Samux Rayon Təhsil Şöbəsinə çağırmış və o, təhsil şöbəsində olarkən Cavabdeh tərəfindən təhqirlərə məruz qalaraq döyülmüşdür. Bunun nəticəsində huşunu itirmişdir. İki dəfə təcili tibbi yardım briqadası Samux r ayon təhsil şöbəsinə gəlsə də, vəziyyətini düzəldə bilməmişlər və onu Gəncə Şəhər Kardioloji xəstəxanasına təxliyyə etmişlər. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Gəncə şəhər Kardioloji xəstəxanasında stasionar şəraitdə müalicə almış, ona “hipertonik kriz” diaqnozu qoyulmuşdur. Xəstəxanadan çıxandan sonra hüquqmühafizə orqanlarına, bütün dövlət idarə və təşkilatlarına müraciətlər etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin xx.xx.2021-ci il tarixli, 44(01)-01-349/24 və 44(01)-01391/2024 saylı məktubları ilə Samux Rayon Təhsil Şöbəsinin müdiri Cavabdeh tərəfindən ona və Samux rayon Qarağaclı qəsəbə tam orta məktəbinə qərəzli mövqe tutması, sağlam mühitin yaradılmaması üzrə iş aparmaması müəyyən edilmişdir. Baş vermiş hadisədə n nəticə çıxarmayan Cavabdeh yenə də, ona qarşı təzyiqlər etmiş və o, xx.xx.2021-ci il tarixdə yenidən xəstələnmişdir. Xəstə olduğu müddətdə 2022-ci ilin yanvar ayında həmkarların qanunsuz yığıncağını keçirmiş, təhsil Nazirliyinə yalan məlumat verərək bildirmişlər ki, üzrsüz səbəbdən işə çıxmır. Əslində isə o, Cavabdeh xəstəliyi ilə əlaqədar olaraq teleqram ünvanlamışdır. xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılmışdır. İşdən çıxarılması barədə əmrdə göstərilmişdir ki, İddiaçı direktor vəzifəsindən azad edilsin, Nurlana Rəhimova isə qərəzli şəkildə onu müəllim vəzifəsindən də azad etmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2601/2022 saylı qətnaməsi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin K 161 nömrəli, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmri ləğv edilmiş, onun Samux rayon Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi, xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı, bülletendə olduğu dövr üzrə ödənilməli olan əmək haqqının hesablanaraq ödənilməsi qət edilmişdir. Apellyasiya məhkəməsi və Ali Məhkəmə tərəfindən işdən çıxarılmasının qanunsuz olması təsdiq edilmişdir. Cavabdeh qərəzliyi nəticəsində hipertonik kriz xəstəliyinə düçar olmuş, keçirdiyi maddi və mənəvi iztirablarla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalımışdır.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) X2 iddiaçı məhkəmə iclasında iştirak etməməsinə baxamayaraq iş ə mahiyyəti üzrə baxılmasını tələb edərək həmçinin bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır. Tələbin əsaslı olmasına dair iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim olunmamışdır, ona görə də tələb rədd olunmalıdır.

7. Samux Rayon Məhkəməsinin e-2(058)-88/2025 nömrəli, 5 mart 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim T. Kərimova).

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh tərəfindən ona mənəvi zərərin vurulmasını təsdiq etmək üçün sübut olaraq məhkəməyə video görüntülər təqdim etmişdir. Halbuki həmin video görüntülərdə iddiaçının iddia tələbində göstərdiyi halları, yəni ona cavabdeh tərəfindən hər hansı bir mənəvi zərərin vurulmasını təsdiq edəcək hal və fakt öz əksini tapmamışdır. Məhkəmə mənəvi zərərin öd ənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Hazırda isə iddiaçıya cavabdeh tərəfindən hər hansı mənəvi zərərin vurulması müəyyən deyil və məhkəmə araşdırması zamanı belə bir hal öz təsdiqini tapmamışdır.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1 və 1097.1-ci, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tə tbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 8-ci bəndinə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. İddiaçı apellyasiya şikayəti verərək Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(058)-88/2025 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 40 ildən artıqdır ki, məktəbdə işləyir. Cavabdeh 2021-ci ilin aprel ayında Təhsil sektoruna müdir təyin olunandan sonra Təhsil sektorunun işçiləri ilə məktəblərə gedib-gəlməyə başlamış, o cümlədən onun direktoru olduğu məktəbə də gəlmişdilər. Müəyyən araşdırmalardan sonra Qafarov Qiyas, Qafarova Yeganə, Əhmədov Elvir və Yusifova Nuridə adlı işçiləri işdən çıxardıb, əmrlərinin surətlərini ona göndərilməsini bildirmiş və bunun üçün ona bir ay vaxt verdiyini demişdir. Doğrudur həmin vaxtı Qiyas və onun arvadı olan Yeganə işə çıxmamışdılar. Belə ki, Qiyas xərçəng xəstəliyindən əziyyət çəkirdi, həyat yoldaşı Yeganə isə ona qulluq edirdi. Bununla belə Qiyas ara-sıra işə gəlirdi. Lakin digər iki nəfər işçi isə işdə olmuşlar. Bir ay keçdikdən sonra cavabdeh Təhsil sektorunun işçiləri ilə yenidən gələrək dediyi işçiləri nəyə görə işdən çıxarmadığını soruşmuş, o, isə onları işdən çıxarı bilmədiyini bildirdikdən sonra məktəbin altını üstünə çevirərək, işçiləri, sənədləri q arışdıraraq getmişlər. Yay tətili vaxtı müəyyən sakitçilik olsa da, lakin yenə də onları sakit buraxmır, zəng edərək işlə bağlı müəyyən tapşırıqlar verir, müəyyən sənədləri tələb edirdi. 2021-ci ilin sentyabr ayında yenidən müəyyən sənədləri tələb etdiyinə görə həmin ayın 15- də o, sənədləri Təhsil şöbəsinə apararaq cavabdehə vermiş, cavabdeh sənədlərlə tanış olduqdan sonra onları cıraraq zibil qutusuna atıb, yenidən təqdim etməyi tapşırmış, bu hal artıq bir neçə dəfə təkrarlandığına görə cavabdehlə sözləşmişdir. Həmin vaxtı cavabdehin otağında onun müavini Vüsal müəllim və Tacəddin müəllim də olmuşdur. Onlar, yəni o, cavabdehlə sözləşəndə cavabdeh yerindən duraraq ona yaxınlaşıb əli ilə üz nahiyəsindən vurmuş, bundan sonra olanları xatırlamır. Lakin ayılanda ətrafında həkimlərin dayandı ğını görmüş, yalnız bundan sonra ona məlum olmuşdur ki, cavabdeh Nurlana onu vurduqdan sonra o, huşunu itirərək yerə yıxılmış, ona yardım göstərilməsi üçün iki dəfə təcili yardım briqadası dəvət olumuşdur. Bundan sonra onun vəziyyəti düzəlmədiyinə görə xəstəxanaya yerləşdirilmiş, xəstəxanadan çıxdıqdan müəyyən müddət sonra əsassız olaraq işdən azad olunmuş, sonradan o, məhkəmə qətnaməsi əsasında öz işinə bərpa olunmuşdur. İşə bərpa olunduqdan sonra isə cavabdeh, barəsində töhmət intizam tənbehi tətbiq etmiş, intizam tənbehinin verilməsinə dair əmr də məhkəmə qətnaməsi ilə ləğv edilmişdir.

15. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək həmin şikayətin təmin edilmədən və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edərək izahatında göstərmişdir ki, 2021-ci ildə Samux rayon Təhsil şöbəsinə müdir təyin olunandan sonra şöbənin digər əməkdaşları ilə birlikdə rayon ərazisində yerləşən məktəblərdəki iş və əmək intizamına və s. riayət olunub-olunmamasını üzə çıxarmaq məqsədi ilə yoxlamalar təşkil edilmiş, iddiaçının direktoru olduğu məktəbdə isə həmçinin müəyyən şikayətlər daxil olduğuna görə yoxlama keçirilmiş, yoxlama vaxtı bir sıra pozuntular, o cümlədən bəzi işçilərin işə çıxmadığı aşkar edilmiş, ona görə də iddiaçıya pozuntuların aradan qaldırılması məqsədi ilə tapşırıqlar verilmişdir. Yeni dərs ilinin başlanması ilə bağlı iddiaçıdan, eləcə də digər məktəb direktorlarından siniflərin komplektləşdirilməsi və şagirdlərlə bağlı müəyyən sənədlər tələb edilmiş, iddiaçı həmin sənədləri təqdim etməmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçını şöbənin müvafiq əmək daşlarının iştirakı ilə qəbul etmiş, təxminən beş dəqiqə söhbətdən sonra iddiaçı su içmək adı ilə otağını tərk etmiş, qısa müddətdən sonra qəbul otağından səs-küy gəldiyini eşitmiş və iddiaçının huşunu itirərək yerə yığıldığını görmüş, əməkdaşlar təcili yardım çağıraraq iddiaçıya tibbi yardım göstərilmiş, həkim iddiaçının təzyiqinin qalxdığını bildirmişdir. İddiaçının guya onu döyməsi barədə dedikləri həqiqətə uyğun deyildir. Qaldı ki, iddiaçının işdən azad olumasına, direktorun işə götürülməsi və işdən azad olunması Təhsil nazirinin səlahiyyətinə daxildir, onun işdən azad olunması üçün təqdimatı isə Regional İdarə verir. X6 verdiyi təqdimat isə Regional İdarə tərəfindən yoxlanılır, zəruri sayıldığı halda Təhsil nazirliyinə təqdimat verilir.

16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegi yasının 2(104)-1166/2025 nömrəli, 13 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Rzaquliyev - sədrlik edən və məruzəçi, R.Məcidov və G.Cavadova) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(058)-88/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya məhkəməsi gəldiyi nəticə ilə əlaqədar qeyd etmişdir ki, istər iddia ərizəsindən, istərsə də apellyasiya şikayətinin dəlillərindən iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsinin cavabdehin təqsirindən baş verməsi təsdiqini tapmır. İddiaçı yuxarıda qeyd edilən iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş olsa da, məhkəməyə tələbin i təsdiq edən hər hansı sübut təqdim etməmiş, ümumiyyətlə iddianı, həmçinin apellyasiya şikayətini əsaslandırmamışdır. Odur ki, apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin qanunsuz və əsassız olmasına dair dəlili iddiaçının formal mülahizəsidir.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 23, 1096.1 və 1097-ci, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarına, MPM-in 14.2, 77.1, 217.3, 217.4, 218.1 və 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)-1166/2025 nömrəli qətnaməsinin tamamilə ləğv edilərək, iddia tələbinin təmin edilməsi xahiş etmişdir.

20. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyasının iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçının işdən azad olumasına, direktorun işə götürülməsi və işdən azad olunması Təhsil nazirinin səlahiyyətinə daxildir, onun işdən azad olunması üçün təqdimatı isə Regional İdarə verir. X6 verdiyi təqdimat isə Regional İdarə tərəfində n yoxlanılır, zəruri sayıldığı halda Təhsil nazirliyinə təqdimat verilir. Cavabdehin izahatından görünür ki, iddiaçının işdən çıxarılması ilə bağlı təqdimat onun tərəfindən verilmişdir. Əgər təqdimat verilməsəydi, iddiaçının işdən çıxarılması ilə bağlı hər hansı əmr verilməzdir.

21. İddia tələbimin özəyi olan video görüntülərə apellyasiya instansiya məhkəməsi yararsız olması əsası ilə qiymət verməmiş, birinci instansiya məhkəməsində tədqiq edilən və iş materiallarına əlavə edilən disklərin hansı əsasla yararsız hala düşməsinin üstündən sükutla keçmişdir. Məhkəmə kollegiyasının kobud pozuntusu heçnə inkar edə bilməz.

22. Apellyasiya şikayətinin ən mühüm dəlili məhkəmə kollegiyasının araşdırmasında kənarda qalmışdır. Samux Rayon Məhkəməsinin bütün məhkəmə tərkibinə və hakimlərinə ayrı-ayrılı qda yazılı etiraz ərizəsi verilmişdir. Etiraz ərizəsi məhkəməyə daxil olduqdan sonra hakim Tərifə Kərimova xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasını ləğv etmişdir. Bu faktın həqiqiliyi məhkəmə iclasına baxmaqla müəyyən edilə bilər. İddiaçı düşünmüşdür ki, etiraz baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndəriləcəkdir. Buna görə də, məhkəmə baxış iclasını təxirə salmışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə şəxsi kabinetinə daxil olduqda görmüşdür ki, yekun məhkəmə aktı qəbul edilib və iddia tələbi rədd edilmişdir. Dərhal şəxsi kabineti vasitəsilə ərizə göndərərək işlə tanış olmaq istədiyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə işlə tanış olarkən müəyyən edilmişdir ki, mülki iş materiallarında məhkəmə baxışı iclasının ləğv edildikdən sonra hansı əsasla yenidən xx.xx. 2025-ci il tarixə təyin edilməsi barədə arayış, Samux Rayon Məhkəməsinin bütün məhkəmə tərkibinə iddiaçının etdiyi etirazın baxılmasını təsdiq edən qərardad və məhkəmə baxış iclasının yenidən xx.xx.2025-ci il tarixə təyin edilməsi ilə bağlı tərəf olaraq iddiaçıya hər hansı məlumat verilməsini təsdiq edən sənəd yoxdur. İşdə olan qəbz məhkəmə baxışı iclasının xx.xx.2025-ci il tarixə təyin edilməsi üçün əsas deyil, çünki məhkəməyə etirazı ondan sonra vermişdir və məhkəmə baxış iclası ləğv edilmişdir. Məhkəmə Hüquq Şurasının qaynar xəttinə həmin gün zəng və teleqramlar vurulmuşdur. Samux Rayon Məhkəməsinin bütün məhkəmə tərkibinə etiraz etməyi barədə baxılmamış saxlanılma dair qərardadı 1 ay sonra xx.xx.2025-ci il tarixdə tərtib edərək imzalamışdır. Məhkəmə iclasının audio və video qeydiyyatın a baxmaqla müəyyən etmək olar ki, məhkəmə iclasında etiraz məsələsi araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əld ən çıxmış fayda) başa düşülür.

26. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüq uqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübu tlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

39. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasi ya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

40. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına, iş ərazi aidiyyatı qaydaları pozulmaqla baxılması, təkrar məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının təyin olunma sının zəruriliyi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

41. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İdd iaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1166/2025 nömrəli iş üzrə 13 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar