Məhkəmə qərarları › İş №2(102)-3761/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3761/2023

29.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3761/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh4, maraqlı şəxs Cavabdeh2 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3761/2023 (Açar sözlər: torpaq mübahisəsi, zəbt edilmiş torpaq sahəsindən çıxarılma, maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh4, maraqlı şəxs Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən azad edilməklə qanuni mülkiyyətçisinə təhvil verilməsi, inşa edilmiş q anunsuz hasarın cavabdehin öz vəsaiti hesabına sökülməsi, cavabdehə məxsus və mülkiyyətində olan torpaq sahəsinin qanuni sərhədləri daxilində yerləşən qaz sayğacının və lambrin divar üzlüyünün cavabdehin vəsaiti hesabına sökülməsi, ona məxsus hüquqi sənədlər üzrə tikinti aparılması üçün yeni daş hasarın inşa edilməsinə və tikiləcək qeyri-yaşayış binasının inşa edilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və onun qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-70/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 29 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, a şağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********37 saylı çıxarışdan görünür ki, Lənkəran şəhəri, X7 yerləşən 0,00625 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 222 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

2. Lənkəran rayonlararası texniki inventarlaşdırma bürosu tərəfindən 18.8.2005-ci il tarixli 82A saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Lənkəran şəhəri H,Aslanov küçəsində yerləşən bir mərtəbəli, iki otaqlı, yaşayış s ahəsi 44,8 kv.m, ümumi sahəsi 82,1 kv.m olan H.Aslanov küçəsi 82 №-li ev şəxsi mülkiyyət əsasında Cavabdeh4 məxsusdur.

3. Lənkəran şəhər İHB-nin Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi arayışdan görünür ki, Səlimova X5 şəhəri, H. Aslanov xiyabanı, ev 32 ünvanında qeydiyyatdadır və hal-hazırda yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh1, maraqlı şəxs Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh4 cavabdeh qismində cəlb edilməsi və **********37 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyetrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan və Lənkəran şəhəri X7 yerləşən 0,00625 kv.m torpaq sahə sinin Cavabdeh1 və Cavabdeh4 tərəfindən zəbt olunmuş hissəsinin onun qanunsuz sahibliyindən azad edilməklə qanunimülkiyyətçisinə təhvil verilməsi, ona məxsus torpaq sahəsinin qanuni sərhədləri daxilində inşa edilmiş və hazırda cavabdehin yaşadığı fərdi yaşayış evinin arxa divarının (hasarının) cavabdehin öz vəsaiti hesabına sökülməsi, cavabdehin yaşadığı fərdi yaşayış evinə aid və onun mülkiyyətində olan torpaq sahəsinin qanuni sərhədləri daxilində yerləşdirilmiş qaz sayğacının, eləcə də həmin mənzilin Lənkəran şəhəri, Həzi Aslanov küçəsinə paralel yerləşən divarının (hasarın) üzərinə vurulmuş və mülkiyyətində olan torpaq sahəsinin daxilinə keçmiş təxminən 60 sm uzunluğunda lambrin üzlüyün cavabdehin vəsaiti hesabına sökülməsi, A № 472262 saylı torpaq sahəsinin planı və ölçüsünə, eləcə də MS ARCHİTEKTURAL MMC tərəfindən hazırlanmış şəhərsalma əsaslandırılmasına uyğun olaraq Lənkəran şəhəri X7 yerləşən və xüsusi mülkiyyətində olan 0,00625 kv.m torpaq sahəsinin qanuni sərhədləri daxilində planda ölçüləri 3.00 m x 21.80 m olaraq müəyyən edilmiş xidməti obyekt inşası məqsədilə tikinti aparılması üçün mülkiyyətində olan torpaq sahəsinin hazırda cavabdehin yaşadığı fərdi yaşayış evinin yerləşdiyi tərəfdən başlayan (sol tərəfdən) hissəsindən 9.20 metr uzunluğunda yeni daş hasarın inşasına, yeni daş hasarın uzunluğunun 9.20 metr olduğu hissədən başlayaraq 45 sm ara məsafəsi buraxılmaqla 11.53 metr uzunluğunda daş hasarın tikintisinin davam etdirilməsinə Cavabdeh1 və X4 tərəfindən yaradılan maneələrin aradan qaldırılması, yağış sularının mülkiyyətində olan torpaq sahəsinə tökülməməs i gələcəkdə tikiləcək tikiliyə ziyan vurulmasının qarşısının alınması üçün cavabdehin öz vəsaiti hesabına yaşadığı fərdi yaşayış evinin dam hissəsində mülkiyyətində olan torpaq sahəsində inşa ediləcək 11.53 metr nəzərdə tutulan hasar uzunluğunda boru vasitəsilə xətti çəkilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçının qonşusu, maraqlı şəxs Cavabdeh2 isə iddiaçının doğma qardaşıdır. Hazırda iddiaçının mülkiyyətində olan 0,00625 kv.m torpaq sahəsi Lənkəran şəhəri Həzi Aslanov küçəsinə paralel olaraq yerləşməkdədir və İddiaçı həmin torpaq sahəsində qeyri-yaşayış binası inşa etmək fikrindədir. Onun mülkiyyətində olan və Lənkəran şəhəri Həzi Aslanov küçəsindəki 0,0 0625 kv.m torpaq sahəsinin sol tərəfində yerləşən mənzildə Cavabdeh1 yaşayır. Həmin torpaq sahəsinin sağ tərəfində iddiaçının qardaşı Cavabdeh2 məxsus qeyri-yaşayış binası yerləşir və həmin 0,00625 kv.m torpaq sahəsi hal-hazırda tikinti aparılması üçün hazır vəziyyətə gətirilmişdir. Lakin buna baxmayaraq Cavabdeh1 iddiaçının mülkiyyətində olan torpaq sahsində tikinti aparmağına maneçilik törədir, cavabdehin hal-hazırda yaşadığı fərdi yaşayış evinin arxa divarı iddiaçının həyətində olan torpaq sahəsində inşa edilmişdir. Bununla yanaşı cavabdehin yaşadığı mənzilin qaz sayğacı da iddiaçıya məxsus torpaq sahəsinin qanuni sərhədləri daxilində yerləşir. Eyni zamanda cavabdehin yaşadığı həmin mənzilin Lənkəran şəhəri, Həzi Aslanov küçəsinə paralel yerləşən divarının üzərinə vurulmuş lambir üzlük də təxminən 60 sm uzunluğunda iddiaçıya məxsus torpaq sahəsinə keçmişdir. Uzun illərdir cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt etməkdədir. Bu səbəbdən də iddiaçı cavabdehin öz qanunsuz əməllərindən əl çəkmədiyini görüb hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbi üzrə təyin edilmiş və məhkəmə iclasında elan edilmiş tikinti-texniki ekspertizasının verdiyi müvafiq rəydən də görünür ki, cavbdehlər Cavabdeh1 və Cavabdeh4, iddiaçıya məxsus olan ərazinin müəyyən hissəsini zəbt etmişdir.

6. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Lənkəran şəhəri H,Aslanov küçəsində yerləşən bir mərtəbəli, iki otaqlı, yaşayış sahəsi 44,8 kv.m, ümumi sahəsi 82,1 kv.m olan H.Aslanov küçəsi 82 №-li ev şəxsi mülkiyyət əsasında qaynı Cavabdeh4 məxsusdur. O, uzun müddətdir ki, Cavabdeh4 razılığı ilə orda yaşayır. Onun tərəfindən İddiaçı mülkiyyətində olan torpaq sahəsi zəbt olunmamışdır. Lakin İddiaçı tərəfindən qanunsuz tikinti işləri aparılarkən buna icazə verməmişdir. Onun etdiyi hərəkətlər tam qanuni olmuşdur. Bundan əlavə o, ekspertin verdiyi rəylə də razı deyildir. Ona görə də iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh4 vəkili və nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Lənkəran şəhəri H.Aslanov küçəsində yerləşən bir mərtəbəli, iki otaqlı, yaşayış sahəsi 44,8 kv.m, ümumi sahəsi 82,1 kv.m olan H.Aslanov küçəsi 82 №-li ev şəxsi mülkiyyət əsasında Cavabdeh4 məxsusdur. C avabdeh4 mülkiyyətində olan evdən Cavabdeh1 istifadə edir. İddiaçı iddia qaldıraraq cavabdeh tərəfindən ona məxsus torpaq sahəsinin zəbt edildiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında ekspertiza təyin olunması barədə qərardad qəbul edərək ekspertizanın aparılmasını «AB Consulting” MMC cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəsinə həvalə edilmişdir. Lakin ekspertizanının aparılması zamanı bir sıra qanun pozuntularına yol verilərək, o, cümlədən cavabdehə məxsus evin və torpaq sahəsinin sənədləri tələb olunmadan tədqiqat aparılmışdır. Belə ki, Cavabdeh4 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 82.1 kv m ölçüdə olması nəzərə alınmamışıdr. Buna görə də, ekspertin rəyi tam olamdığı üçün kifayət qədə r aydın deyil. Buna görə də təkrar məhkəmə torpaqşunaslıq ekspertizanın təyin edilməsi, əks təqdirdə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir.

8. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında mütəxəssis qismində ifadə verən X3 bildirmişdir ki, o, «AB Consulting” MMC-də baş mütəxəssis vəzifəsində işləyir. Cəmiyyətin icraatına Lənkəran şəhəri, X7 yerləşən evin və torpaq sahəsinin Cavabdeh4 və Cavabdeh1 tərəfindən zəbt olunması və digər sualların aydınlaşdırılması barədə Lənkəran rayon məhkəməsinin 19 may 2021-ci il tarixli qərardadı daxil olmuş və həmin qərardad əsasında mübahisəli ünvanda tədqiqatın aparılması ona həvalə edilmişdir. Həmin qərardadın icrası ilə əlaqədar o, mübahisəli ünvanda olmuş tədqiqat ünvanına baxış keçirərək müvafiq mütəxəssis rəyi vermiş dir. Mütəxəssis tədqiqatı mülki iş materiallarında olan məlumatlara tərəflər tərəfindən təqdim olunmuş sənədlərə əsasən aparılmışdır. Mülki iş materiallarına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən xx.xx.2020-ci il tarixdə verilən ********** qeydiyyat nömrəli çıxarışa əsasən, 0.00625 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib olunmuş və mül kiyyətə verilmiş torpaq sahəsinin döngə nöqtələrinin koordinatları öz əksini tapmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən xx.xx.2014-cü il tarixdə verilən RX seriyalı, ******* saylı çıxarışa əsasən, 0.025701 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib olunmuş və mülkiyyətə verilmiş torpaq sahəsinin döngə nöqtələrinin koordinatları öz əksini tapmışdır. Qeyd olunur ki, mübahisələndiril ən torpaq sahəsinin GPS aləti vasitəsi ilə qeydə alınan koordinatları plan və ölçü sxemlərində qeyd olunan koordinatlar kameral şəraitdə Google Yer proqramının ortofoto görüntülərinə, torpaq sahəsinin koordinatları qeyd edilmiş yerquruluşu sxeminə əsasən dəqiqləşdirilmişdir. Aparılmış dəqiqləşdirmələr zamanı və koordinatların proqram vasitəsilə yığılması zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus 0.00625 ha torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunur və bu həmin torpaq sahəsinin 6.3 m2 hissəsinin cənub-şərq tərəfdən istifadə olunması deməkdir. Bundan əlavə qeyd olunur ki, İddiaçı məxsus Lənkəran şəhəri, X11 35 ünvanında yerləşən 0.00625 ha torpaq sahəsinin və Cavabdeh4 mülkiyyətində olan, faktiki olaraq Cavabdeh1 istifadə etdiyi daşınmaz əmlakın naturada koordinatları və sərh ədləri müəyyən olunmuşdur. Torpaq sahəsinin Plan və Ölçü sənədində olan koordinatları Google Earth proqramı vasitəsilə dəqiqləşdirilərkən, ortofoto üzərində müəyyən olunmuşdur ki, tərəflərin torpaq sahələri arasındakı sərhəddə inşa edilmiş daş hasar İddiaçı məxsus 0.00625 ha torpaq sahəsinin daxilində yerləşir. Bundan əlavə müəyyən olunmuşdur ki, Cavabdeh4 məxsus olan və faktiki olaraq Cavabdeh1 istifadə etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi mülkiyyət statusunda deyil, Cavabdeh4 məxsus fərdi yaşayış evinin Həzi Aslanov küçəsinə paralel giriş hissəsindəki divarına vurulmuş lambir üzlük iddiaçının mülkiyyətində olan torpaq sahəsinin daxilinə 0.83 metr məsafədə keçir. Bundan başqa Cavabdeh4 məxsus qaz sayğacı da istifadə olunan sahədə quraşdırılmışdır. Cavabdehə məxsus fərdi ya şayış evinin yalnız tikilisinin mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin və texniki pasportunun surətləri məhkəmə tərəfindən ona təqdim olunmuşdur. Həmçinin yerli baxış zamanı cavabdehə məxsus fərdi yaşayış evinə daxil olmuş və həyətdə ölçü işləri və eyni zamanda foto çəkiliş apararaq mütəxəssis rəyinə əlavə etmişdir. Onun tərəfindən təhqiqat aparılarkən və mütəxəssis rəyi verilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 27 dekabr 2021-ci il tarixli 10/6111 nömrəli ekspert rəyindən görünür ki, “AB Consulting“ MMC-nin mütəxəssis rəyində - İddiaçı məxsus Lənkəran şəhəri, X11 35 ünvanında yerləşən 0,00625 ha torpaq sahəsinin və Cavabdeh4 mülkiyyətində olan faktiki olaraq Cavabdeh1 istifadə etdiyi da şınmaz əmlakın koordinatları və sərhədləri müəyyən olundu. İddiaçı məxsus 0.00625 ha torpaq sahəsinin 6.3 m2 hissəsi cavabdehlər tərəfindən cənubşərq istiqamətində istifadə edilir. Tərəflərin torpaq sahələri arasındakı sərhəddə inşa edilmiş daş hasarın İddiaçı məxsus 0,00625 ha torpaq sahəsinin daxilində yerləşir. Sözügedən torpaq sahəsində daş hasarın tikintisinin davam etdirilməsi tikinti və şəhərsalma normaları baxımından mümkün olduğu, belə ki, Cavabdeh4 məxsus olan faktiki olaraq Cavabdeh1 istifadə etdiyi daşınmaz əmlakın fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi mülkiyyət statusunda deyil. Cavabdeh4 məxsus fərdi yaşayış evinin Həzi Aslanov küçəsinə paralel giriş hissəsindəki divarına vurulmuş lambir üzlük iddiaçının mülkiyyətində olan torpaq sahəsinin daxilinə 0.83 metr məsafəd ə keçmişdir.

10. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 14 mart 2022-ci il tarixli, 2(049)-312/2022 saylı qətnaməsi ilə (X12) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh4 və Cavabdeh1 İddiaçı məxsus Lənkəran şəhəri, X11 35 ünvanında yerləşən 0.00625 ha torpaq sahəsinin 6.3 m2 hissəsindən çıxarılaraq mülkiyyətçisinə təhvil verilməsi, iddiaçıya məxsus torpaq sahəsinin qanuni sərhədləri daxilində inşa edilmiş və hazırda cavabdehin yaşadığı fərdi yaşayış evinin arxa divarının (hasarının) cavabdehin vəsaiti hesabına sökülməsi, cavabdehin yaşadığı fərdi yaşayış evinə aid və iddiaçının mülkiyyətində olan torpaq sahəsinin qanuni sərhədləri daxilində yerləşdirilmiş qaz sayğacı, eləcə də həmin mənzilin Lənkəran şəhəri, Həzi Aslanov küçəsinə paralel yerləşən divarı nın (hasarın) üzərinə vurulmuş və iddiaçının mülkiyyətində olan torpaq sahəsinin daxilinə keçmiş təxminən 60 sm uzunluğunda lambir üzlüyü cavabdehlərin vəsaiti hesabına sökülməsi, A № 472262 saylı torpaq sahəsinin planı və ölçüsünə, eləcə də MS ARCHİTEKTURAL MMC tərəfindən hazırlanmış şəhərsalma əsaslandırılmasına uyğun olaraq Lənkəran şəhəri X7 yerləşən və iddiaçının xüsusi mülkiyyətində olan 0,00625 kv.m torpaq sahəsinin qanuni sərhədləri daxilində planda ölçüləri 3.00 m x 21.80 m olaraq müəyyən edilmiş xidməti obyekt inşası məqsədilə tikinti aparılması üçün iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hazırda cavabdehin yaşadığı fərdi yaşayış evinin yerləşdiyi tərəfdən başlayan (sol tərəfdən) hissəsindən 9.20 metr uzunluğunda yeni daş hasarın inşasına, yeni daş hasarın uzunluğunun 9.2 0 metr olduğu hissədən başlayaraq 45 sm ara məsafəsi buraxılmaqla 11.53 metr uzunluğunda daş hasarın tikintisinin davam etdirilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən yaradılan maneələr aradan qaldırılması, yağış sularının iddiaçının mülkiyyətində olan torpaq sahəsinə tökülməməsi gələcəkdə tikiləcək tikiliyə ziyan vurulmasının qarşısının alınması üçün cavabdehin öz vəsaiti hesabına yaşadığı fərdi yaşayış evinin dam hissəsində iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa ediləcək 11.53 metr nəzərdə tutulan hasar uzunluğunda boru vasitəsilə xətt çəkilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qayadada 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət nəfinə ödənilməsi, cavabdehlər Cavabdeh4 və Cavabdeh1 10 (on) manat dövlət rüsumu tutularaq İddiaçı verilməsi qət edilmişdir.

11. Məhkəmə iclasında iddiaçının və cavabdehin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu, ekspert rəyi, iş materiallarında olan sənədlərlə təsdiq olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********37 saylı çıxarışa əsasən Lənkəran şəhəri, X7 yerləşən 0,00625 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 222 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı məxsus Lənkəran şəhəri, X11 35 ünvanında yerləş ən 0.00625 ha torpaq sahəsinin 6.3 m2 hissəsi cavabdehlər tərəfindən cənub-şərq istiqamətində istifadə edilir. Tərəflərin torpaq sahələri arasındakı sərhəddə inşa edilmiş daş hasar iddiaçıya məxsus torpaq sahəsinin daxilində yerləşir. Sözügedən torpaq sahəsində daş hasarın tikintisinin davam etdirilməsi tikinti və şəhərsalma normaları baxımından mümkündür. Cavabdeh4 məxsus olan faktiki olaraq Cavabdeh1 istifadə etdiyi daşınmaz əmlakın fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi mülkiyyət statusunda deyil. Cavabdeh4 məxsus fərdi yaşayış evinin Həzi Aslanov küçəsinə paralel giriş hissəsindəki divarına vurulmuş lambir üzlüyün iddiaçının mülkiyyətində olan torpaq sahəsinin daxilinə 0.83 metr məsafədə keçmişdir. Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 qanunsuz olaraq iddiaçıya məxsus 0.00625 ha torpaq sahəsinin 6.3 m2 hissəsini zəbt edərək istifadə etdiklərinə, həmin hissədə hasar tikdiklərinə, mənzillərinə gedən qaz sayğacını iddiaçıya məxsus torpaq sahəsində yrləşdirdiklərinə görə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdır.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111, Mülki Məcəllənin 152.1, 152.5, 180.1, 180.4, 239-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsas landırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin ekspertiza təyin edilməsi barədə vəsatətini əsassız olaraq təmin etməmişdir. Mütəxəssiz və ekspert qarşısında qoyulan suallar düzgün olmamışdır. Birinci instansiyası məhkəməsi tərəfindən gəlinən nəticə qanunsuz və ədalətsiz olmuşdur.

15. Apellyasiya icraatı zamanı mübahisəli mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Aparılmış ekspertiza təqdiqatının nəticələri aşağıdakılardır:

16. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022- ci il tarixli, **********46 saylı mütəxəssis rəyinə əsasən, **********37 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,00625 ha torpaq sahəsinin sərhədləri yerində müəyyənləşdirildi və torpaq sahəsinin sənəd üzrə yerləşmə vəziyyəti ilə faktiki vəziyyəti üst-üstə düşdüyü müəyyən edilir. Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsinin də sərhədləri yerində müəyyənləşdirildi. Cavabdeh1 istifadə etdiyi daşınmaz əmlaka aid hüquqmüəyyənedici və texniki sənədlər təqdim edilmədiyindən, sözügedən daşınmaz əmlakın sənəd üzrə yerləşmə vəziyyətini müəyyən etmək mümkün olmamışdır. İddiaçı Qedir oğlunun **********37 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mül kiyyətində olan 0,00625 ha torpaq sahəsinin 2,6 kv.m hissəsinin (torpaq sahəsinin cənub istiqamətində X9 tərəf) cavabdehlər Cavabdeh4 və Cavabdeh1 tərəfindən istifadə olunması müəyyən olunmuşdur. İddiaçı mülkiyyətində olan 0,00625 ha torpaq sahəsi ilə cavabdeh X2 istifadəsində olan torpaq sahəsinin arasındakı sərhəddə cavabdehlərə məxsus daş hasarın 9,4 m hissəsi iddiaçının mülkiyyətində olan (həmin 2,6 kv.m hissəsində) torpaq sahəsinin üzərində yerləşdiyi müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan 0,00625 ha torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edilən hissəsində lambir üzlük və qaz sayğacının olması müşahidə edilmişdir.

17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-70/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qətnaməsi ilə (Tofiq Heydərov – sədrlik edən v ə məruzəçi, İlham Əsədov və Samir Mayılov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, cavabdehlər Cavabdeh4 və Cavabdeh1 İddiaçı məxsus Lənkəran şəhəri, X11 35 ünvanında yerləşən 0.00625 ha torpaq sahəsinin 6.3 m2 hissəsindən çıxarılaraq mülkiyyətçisinə təhvil verilsin hissəsində dəyişdirilmiş, A № 472262 saylı torpaq sahəsinin planı və ölçüsünə, eləcə də MS ARCHİTEKTURAL MMC tərəfindən hazırlanmış şəhərsalma əsaslandırılmasına uyğun olaraq Lənkəran şəhəri X7 yerləşən və iddiaçının xüsusi mülkiyyətində olan 0,00625 kv.m torpaq sahəsinin qanuni sərhədləri daxilində planda ölçüləri 3.00 m x 21.80 m olaraq müəyyən edilmiş xidməti obyekt inşası məqsədilə tikinti aparılması üçün iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hazırda cavabdehin yaşadığı fərdi yaşayış evinin yerləşdiyi tərəfdən başlayan (sol tərəfdən) hissəsindən 9.20 metr uzunluğunda yeni daş hasarın inşasına, yeni daş hasarın uzunluğunun 9.20 metr olduğu hissədən başlayaraq 45 sm ara məsafəsi buraxılmaqla 11.53 metr uzunluğunda daş hasarın tikintisinin davam etdirilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən yaradılan maneələr aradan qaldırılsın hissəsində dəyişdirilmiş, yağış sularının iddiaçının mülkiyyətində olan torpaq sahəsinə tökülməməsi gələcəkdə tikiləcək tikiliyə ziyan vurulmasının qarşısının alınması üçün cavabdehin öz vəsaiti hesabına yaşadığı fərdi yaşayış evinin dam hissəsində iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa ediləcək 11.53 metr nəzərdə tutulan hasar uzunluğunda boru vasitəsilə xətti n çəkilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulsun hissəsində dəyişdirilməsi, birinci instansiya məhkəməsinin qətnaməsi qətnaməsinin dəyişdirilən hissələri aşağıdakılar kimi müəyyən edilmiş, cavabdehlər Cavabdeh4 və Cavabdeh1 İddiaçı məxsus Lənkəran şəhəri, X11 35 ünvanında yerləşən 0.00625 ha torpaq sahəsinin 2.6 m2 hissəsindən çıxarılaraq mülkiyyətçisinə təhvil verilməsi, № 472262 saylı torpaq sahəsinin planı və ölçüsünə, eləcə də MS ARCHİTEKTURAL MMC tərəfindən hazırlanmış şəhərsalma əsaslandırılmasına uyğun olaraq Lənkəran şəhəri X7 yerləşən və iddiaçının xüsusi mülkiyyətində olan 0,00625 kv.m torpaq sahəsinin qanuni sərhədləri daxilində planda ölçüləri 3.00 m x 21.80 m olaraq müəyyən edilmiş xidməti obyekt inşası məqsədilə tikinti aparılması üçün iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hazırda cavabdehin yaşadığı fərdi yaşayış evinin yerləşdiyi tərəfdən başlayan (sol tərəfdən) hissəsindən 9.40 metr uzunluğunda yeni daş hasarın inşasına, yeni daş hasarın uzunluğunun 9.40 metr olduğu hissədən başlayaraq 45 sm ara məsafəsi buraxılmaqla 9.40 metr uzunluğunda daş hasarın tikintisinin davam etdirilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən yaradılan maneələr aradan qaldırılması, Yağış sularının iddiaçının mülkiyyətində olan torpaq sahəsinə tökülməməsi gələcəkdə tikiləcək tikiliyə ziyan vurulmasının qarşısının alınması üçün cavabdehin öz vəsaiti hesabına yaşadığı fərdi yaşayış evinin dam hissəsində iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa ediləcək 9.40 metr nəzərdə tutulan hasar uzunluğunda boru vasitəsilə xəttin çəkilməsi, cavabdehin qanu nsuz hərəkətlərinə son qoyulması qət edilmişdir.

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edibetməməsini yoxlayaraq hesab etmişdir ki, işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli dəyərləndirmə aparmayaraq, prosessual qanunvericiliyin tələblərini pozmuş, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normalarını səhv tətbiq və təfsir etmişdir. Belə ki, Bununla da qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək dəyişdirilməsi üçün əsaslar yaratmışdır.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehlər Cavabdeh4 və Cavabdeh1 qanunsuz olaraq iddiaçıya torpaq sahəsinin bir hissəsini zəbt edərək istifadə etdiklərinə, həmin bi r hissədə hasar tikdiklərinə, mənzillərinə gedən qaz sayğacını iddiaçıya məxsus torpaq sahəsində yerləşdirdiklərinə görə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdır.

20. Məhkəmə kollegiya qeyd etmişdir ki, keçirilmiş ekspertiziya təqdiqatının nəticəsinə əsasən İddiaçı **********37 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan 0,00625 ha torpaq sahəsinin 2,6 kv.m hissəsinin (torpaq sahəsinin cənub istiqamətində X9 tərəf) cavabdehlər Cavabdeh4 və Cavabdeh1 tərəfindən istifadə olunması müəyyən olunmuşdur. Həmçinin İddiaçı mülkiyyətində olan 0,00625 ha torpaq sahəsi ilə Cavabdeh1 istif adəsində olan torpaq sahəsinin arasındakı sərhəddə cavabdehlərə məxsus daş hasarın 9,4 m hissəsi iddiaçının mülkiyyətində olan (həmin 2,6 kv.m hissəsində) torpaq sahəsinin üzərində yerləşdiyi müəyyən edilmişdir.

21. Məhkəmə kollegiyası keçirilmiş ekspertiza tədqiqatının nəticələrinə uyğun olaraq Lənkəran Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(049)-312/2022 saylı qətnaməsinin dəyişdirilməsi nəticəsinə gəlmişdir.

22. Məhkəmə mövqeyini Konstitusiyanın 29, Mülki Məcəllənin 152.1, 157.2, 158.1, 158.2, 238.3, 239.2, Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya baxışın a göndərilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə, yəni cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan və Lənkəran şəhəri Həzi Aslanov küçəsindəki 0,00625 kv.m torpaq sahəsinin 6.3 m2 hissəsindən deyil, 2.6m 2 hissəsindən çıxarılmalı olmaları mənim mülkiyyət hüququmu pozmaqdadır. İşin apellyasiya icraatı zamanı təyin edilmiş ekspertizanın nəticəsi və dolayısı ilə də məhkəmə kollegiyasının həmin ekspert rəyinə əsaslanan yekun qərarı qəbul edilməzdir. Çünki, cavabdehlər faktiki olaraq kassatora məxsus torpaq sahəsinin təqribən 60 santimetrdən artıq hissəsini qanunsuz olaraq zəbt ediblər. Kassator hesab etmiş dir ki, cavabdehlər tərəfindən mülkiyyətə olan müdaxilə yolverilməzdir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı mülkiyyətçi kimi tam qanuni əsaslarla əldə etdiyi Lənkəran şəhəri Həzi Aslanov küçəsində yerləşən 0,00625 kv.m torpaq sahəsinə bütövlükdə, yəni hüquqi sənəddə göstərilən ölçülər daxilində öz istədiyi kimi sahib olmaqla, ondan istədiyi kimi istifadə edərək həmin əmlaka dair sərbəst şəkildə sərəncam vermək hüquqlarımı həyata keçirə bilmirəm. Buna səbəb isə cavabdehlərin qanunsuz hərəkətləridir. Bu da öz növbəsində kassatorun mülkiyyət hüquqlarımın pozulmasına gətirib çıxarır. Halbuki, mülkiyyət hüququ dövlət tərəfindən tanınır və qorunur.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinin tələbi pozulmuş dur. Hesab edirik ki, hazırki mübahisə üzrə Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddələrinin tələbləri pozulduğundan öz növbəsində Mülki Məcəllənin 157-ci maddəsinin də tələbləri pozulmuş olur.

27. Mülki Prossesual Məcəllənin 14.2-ci maddəsinin tələbi pozulmuşdur. Yəni, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası mübahisəni hərtərəfli, tam və obyektiv tədqiq etməmiş və iş materiallarında mövcud olan 2 ekspert rəyi arasındakı ziddiyyəti aydınlaşdırmamışdır.

28. Mülki Prossesual Məcəllənin 103.2-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 10/6111 nömrəli ekspert rəyini hansı səbəbdən sübut kimi qiymətləndirmədiyini öz yekun qərarında əsaslandırmamışdır.

29. Mülki Prossesual Məcəllənin 9.1-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, işə baxan apelyasiya instansiyası məhkəməsi mübahisəyə ziddiyyətli faktlar əsasında baxmışdır. Yəni, məhkəmə kollegiyası iş üzrə yekun nəticəyə gələrkən işdə mövcud olan 2 ekspert rəyindən hansını hansı səbəbdən əsaslı hesab edib, hansını isə hansı səbəbdən mötəbər hesab etmədiyini əsaslandırmamışdır.

30. Cavabdeh4 (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Lənkəran şəhəri, X14, ev 32 saylı fərdi yaşayış evi yerləşdiyi torpaq sahəsi ilə birlikdə xx.xx.2023-cü il tarixli, ********* * saylı çıxarışla Cavabdeh4 tam mülkiyyətindədir.

32. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində Azərbaycan Respublikasının Konstiitusiyasının 29-cu maddəsini və Mülki Məcəllənin 152.1, 152.5, 157, 158,180,238, 239.2-ci maddələrinin tələblərini qeyd edərək bildirir ki, mülkiyyətə müdaxilə yolverilməz o olduğunu, mülkiyyətin ixtiyarlı şəxsin mülkiyyətçiyə verdiyi sənədlər əsasında tanındığını, mülkiyyəti təsdiq edən sənəd olmadıqda isə özbaşına tikili sayıldığını bildirir. Məhkəmə qətnaməsində yuxarıdakı normaları tətbiq etsə də, yalnış təfsir etmişdir. Belə ki, sözügedən fərdi yaşayış evi reyestr xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışa əsasən cavabdehin tam mülkiyyətindədir. İddiaçı kimi Cavabdeh4 da mülkiyyətçi kimi hüquqları tanınmalı və qorunmalıdır.

33. Lənkə ran rayonlararası texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 82 A saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Lənkəran şəhəri H.Aslanov küçəsində yerləşən bir mərtəbəli, iki otaqlı, yaşayış sahəsi 44,8 kv.m, ümumi sahəsi 82.1 kv.m olan H.Aslanov küçəsi 82 nömrəli ev şəxsi mülkiyyət əsasında Cavabdeh4 məxsusdur. Lakin məhkəmə işin nəticəsinə təsir edəcək bu halı araşdırmadan Cavabdeh4 mülkiyyətçi kimi tanımamış və onu özbaşına tikili aparmış şəxs kimi qələmə vermişdir. Bu normanın tələbinin pozulması özlüyündə qəbul olunmuş apellyasiya məhkəməsi aktının ləğv edilməsi üçün başlıca səbəbdir. b)

34. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitu siyası

35. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi

36. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

37. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

38. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edil ir.

39. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər.

40. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

41. Maddə

111. Birinci, ikinci və üçüncü hissələrinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəfləri n qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və də lillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fak tiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı və Cavabdeh4 tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək s əlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və sübutlar müvafiq prossesual normalara uyğun qiymətləndirilmiş və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

55. Məhkəmə kollegiyası hesab edir ki, hər iki kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas vermir.

56. Belə ki, iş üzrə apelyasiya instansiya məhkəməsi tərəfindən alınmış Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin rəyinin qeyri-mötəbərliyi barədə kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Apellyasiya məhkəməsi birinci instaniya məhkəməsində alınmış "xxxx"MMC-nin mütəxəssis rəyi və onun əsasında verilmiş ekspertiza rəyi ilə razılaçmadığına görə yeni ekspertiza təyin etmişdir. Buna görə də, kassasiya şikayətlərinin işdə iki ziddiyyətli ekspert rəyi olması barədə dəlilləri ilə məhkəmə kollegiyası razılaşmır və apelyasiya məhkəməsinin sonuncu rəy üzrə gəldiyi nəticələri əsaslı hesab edir.

57. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

59. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 aprel 2023-cü il tarixli 2(106)70/23 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar