Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3763/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X2 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 may 2023-cü il tarixli, 2(106)715/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraatda baxaraq, aşağıdakıları müəy yən etdi: İşin halları:
1. Cəlilabad rayonunun Muğan kəndində 0,12 hektar mülkiyyətindədir.
2. Həmin torpaq sahəsi faktiki olaraq Cavabdeh istifadəsindədir. sahəsi İddiaçı İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********33 reyestr nömrəli, 05 fevral 2021-ci il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,12 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılması, habelə cavabdeh barəsində xüsusi qərardad qəbul edilərək aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir.
4. İddia belə əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. İddiaçı cava bdehə bir neçə dəfə xəbərdarlıq etsə də, cavabdeh heç bir əhəmiyyət verməmiş, qanunsuz əməllərini davam etdirmişdir.
5. İş üzrə birinci instansiyası məhkəməsində verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis arayışına və keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 06 sentyabr 2022-ci il tarixli rəyinə görə, İddiaçı tələb etdiyi torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 05 fevral 2022-ci il tarixli, **********33 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,12 ha həyətyanı torpaq sahəsi olduğu müəyyən edilir. Həmin torpaq sahəsinin tam olaraq Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilir. Sözüg edən torpaq sahəsi cavabdehin çəpəri daxilində yerləşməklə üzərində tikilinin mövcud olmadığı və əkin işlərinin aparılmadığı müəyyən edilir.
6. Cəlilabad Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(073)-533/2022 nömrəli qətnaməsi ilə (hakim E.Ə.Əmirəliyev) iddia təmin edilmiş, Cavabdeh **********33 reyestr nömrəli çıxarışa əsasən İddiaçı Cəlilabad rayonu, Muğan kəndində mülkiyyətində olan 0,12 ha həyətyanı torpaq sahəsindən çıxarılmaqla, torpaq sahəsinin boşaldılması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini əldə olunmuş ekspert rəyi, habelə Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 152.1, 157.2-ci, Torpaq Məcəlləsinin 111-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokol unun 1-ci maddəsi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək, Cəlilabad Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(073)-533/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
9. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 may 2023-cü il tarixli, 2(106)-715/2023 nömrəli qətnaməsi ilə (hakim İ.Q.Əsədovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.S.Mayılovdan və T.X.Heydərovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(073)-533/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi iş üzrə alınmış məhkəmə tikinti-texniki ekspertizasının 06 sentyabr 2022-ci il tarixli rəyini sübut mənbəyi kimi qəbul etmişdir.
11. Məhkəmə müəyyən etmişdir ki, iddia edilən torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçının mülkiyyət hüququnu təsdiq edən müvafiq hüquq müəyyən edici sənədi vardır. Ekspert rəyi ilə torpaq sahəsinin cavabdeh tərəfindən özbaşına tutulduğu müəyyən edilir.
12. Cavabdeh tərəf apellyasiya şikayətində və etirazında iddia edilən torpaq sahəsinin ona hər hansı aidiyyətinin olmasını əsaslandırmamışdır.
13. Həmçinin, cavabdeh tərəf iş üzrə icraatın dayandırılması barədə yazılı etiraz ərizəsi təqdim etsə də, hazırkı işlə əlaqəli inzibati məhkəmənin icraatında icraat açılması ilə bağlı müvafiq sübut təqdim etməmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.2-ci, Torpaq Məcəlləsinin 11 1-ci, Mülki Prosessual Məcəllənin 77-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
15. Cavabdeh kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 may 2023-cü il tarixli, 2(106)-715/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, İnsan hüquqlarının və əsas X1 Avropa Konvensiyasının 6-cı maddəsi, 1 saylı protokolunun 1-ci maddəsi, Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsi, 11-ci maddəsi, Mülki Prosessual Məcəllənin 4.1, 88, 102, 82.3, 261.0.2-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, məhkəm ə cavabdehin mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmasını, həmin torpağın bələdiyyənin və Aqrar İslahat Komissiyasının müvafiq qərarları ilə ona verilməklə uzun müddətdir ki, oradan istifadə etməsini, torpağı özbaşına tutmadığını nəzərə almamışdır. İşə baхmış məhkəmələr tərəfindən cavabdehin dəlilləri və sübutları araşdırılmadan qəbul edilməməklə, хeyrinə оlan хüsusatlara əhəmiyyət verilməməklə, natamam ekspert rəyi ilə kifayətlənib, tam, hərtərəfli və obyektiv araşdırma aparılmamaqla işin ədalətli araşdırılması hüququ pоzulmuşdur. İddiaçı əvvəllər də şəhadətnaməyə istinad edərək, cavabdehə qarşı torpaq iddiası irəli sürmüş, cavabdehin onun torpağını zəbt etməyi təsdiq edilmədiyindən Cəlilabad Rayon Məhkəməsinin 11 iyun 2012-ci il tarixli qətnaməsi ilə iddiası rədd edilmişdir. İş üzr ə ekspert rəyi verilsə də, faktiki оlaraq ekspertiza araşdırması aparılmamış, yalnız mütəxəssislər ərazidə оlmuş və ekspert оnların rəyini köçürməklə kifayətlənmişdir. İşə baxan məhkəmələr ekspert rəyini sübut kimi qiymətləndirməklə Azərbaycan Respublikası MPM-nın 88-ci maddəsinin tələblərini pоzmuş, düzgün оlmayan nəticəyə gəlmişdir.
17. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
18. Cavabdeh İddiaçı kassasiya şikayətinə etiraz versə də, etiraz Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun tərtib edilərək, təqdim edilmədiyindən məhkəmə tərəfindən nəzərə alınmamışdır. Kassasiya baxışının hədləri:
19. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassas iya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
20. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qə tnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkil əşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə pri nsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qayd alar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qəra rdadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir (bax bəndlər 10-14). Məhkəmə kollegiyası gəlinən nəticə ilə tam razılaşır.
25. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsi üzərində hazırda iddiaçının mülkiyyət hüququnun olması və həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması işin mübahisəsiz hallarıdır. Bu həmçinin iş üzrə keçirilmiş ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Cavabdeh torpağın onun mülkiyyəti olmasını etiraz və şikayətlərində bildirsə də, bu hal iş üzrə aparılmış araşdırma ilə istisna olmuşdur.
26. Ekspert rəyinin əsassız olmasına dair kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, həmin rəy təqdim olunmuş sübutlar və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin müt əxəssis arayışına əsasən verilmişdir. O cümlədən, cavabdeh rəyin əsassız olması ilə bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübutu (ekspert tərəfindən nəzərə almadığı sənədlər, alternativ ekspert rəyi və s.) təqdim etməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən qeyd olunan rəyi mötəbər sübut qismində qiymətləndirməklə, Mülki Prosessual Məcəllənin 88 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.
27. Tərəflər arasında əvvəllər eyni mübahisəyə baxıldığı üçün iş üzrə icraata xitam verilməli olmasına dair kassasiya şikayətinin dəlili həmçinin əsassızdır.
28. Belə ki, həqiqətən iş materiallarından müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən zəbt olunmuş JN-332A, KOD 80617018 saylı şəh adətnamə əsasında mülkiyyətinə verilmiş 0,11 ha torpaq sahəsi üzərində inşa edilmiş qanunsuz tikililərin cavabdeh tərəfindən sökülərək, torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması, torpaq sahəsindən cavabdehin və ailəsinin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Cəlilabad Rayon Məhkəməsinin 11 iyun 2012-ci il tarixli qətnaməsi ilə həmin iddia rədd edilmişdir.
29. Lakin, sonradan iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə inzibati icraat qaydasında məhkəməyə müraciət etmiş və son nəticədə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 12 iyul 2018-ci il tarixli qərarı ilə iddiası təmin edilməklə, İddiaçı Cəlilabad rayon Svetlaya Za rya kənd X3 İcraiyyə Komitəsi tərəfindən ayrılmış 0,12 hektar torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qət edilmişdir. Həmin qərar icra edilərək, iddiaçının adına 03 fevral 2021-ci il tarixdə Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuş, habelə torpaq sahəsi üzərində mülkiyyət hüququ 05 may 2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı məhz həmin sənəd üzrə təsdiq olunmuş mülkiyyət hüququna istinad edərək, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
30. Göründüyü kimi, eyni tərəflər arasında eyni predmet barəsində əvvəllər mübahisə olsa da, hazırki tələbin əsasını əvvəlki tələbdən fərqli olmaqla, iddiaçının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququ təşkil edir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən isə Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası mövcuddur.
31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 may 2023-cü il tarixli, 2(106)-715/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.