Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3765/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3765/2022 (Açar sözlər: işə bərpa, əmək müqaviləsinə xitam verilməsinin əsasları, işəgötürənin əmrinin əsaslandırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı və mənəvi ziyan tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1637/2022 nömrəli, 24 fevral 2022-ci il tarixli qətnaməsindən c avabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 30 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "Silk Way Aviaşirkəti” MMC ilə (bundan sonra cavabdeh və ya MMC yazılacaq) İddiaçı arasında xx.xx.2006-cı il tarixdə əmək müqaviləsi bağlanmış, iddiaçı həmin Aviaşirkətdə “Uçuş dəstəsinə İL-76 tipli HG-nin naviqatoru” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2011-ci il tarixdə “Uçuş dəstəsinə İL-76 tipli HG-nin təlimatçı-naviqatoru” vəzifəsinə keçirilmişdir.
2. Tərəflər arasında xx.xx.2019-cu il tarixdə 104-19 saylı müddətsiz əmək müqaviləsi bağlanmış və iddiaçı MMC-də uçuş dəstəsinin təlimatçı-naviqatoru vəzifəsində işləmişdir.
3. MMC-nin Uçuşların Təhlükəsizliyi üzrə direktorun müşaviri S.Yermak tərəfindən tərti b olunmuş xx.xx.2020-ci il tarixli raportda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdə şirkətin Prezidenti tərəfindən iddiaçının xx.xx.2019-cu il tarixli Məlumat vərəqəsi əsasında araşdırma aparılması tapşırılmış, aparılan xidməti araşdırmada aşağıdakılar müəyyən edilmişdir: Aviaşirkətin X1 edilməsi üzrə Təlimatına (bundan sonra – Təlimat) əsasən "Mütləq məlumat blankı” UT üzrə sənədlərin aparılmasına, o cümlədən informasiyanın təhlilinə və risklərin qiymətləndirilməsinə, əldə edilmiş informasiyanın auditinin nəticələri üzrə tədbirlərin görülməsinə görə məsuliyyət daşıyan UTİ-nin rəhbərinə vaxtında təqdim edilməmişdir. Bununla da, Təlimatın 4-cü bölməsinin h) bəndi ("Bütün aviasiya heyəti”), 7-ci bölməsinin 3-cü bəndi ("UTİS-in məqsəd və vəzifələri”) pozulmuşdur. UT üzrə faktiki və ya po tensial təhlükə mövcud olduqda uçuşların təhlükəsizliyi ilə bağlı faktlar Təlimatın 16-cı Bölməsinin 2-ci bəndində qeyd edilmiş müddəalara uyğun olaraq UT Şöbəsinə dərhal bildirilməlidir. İddiaçı (təlimatçı-naviqator) Təlimatın 14-cü Bölməsinin c) və d) bəndləri ("UT üzrə informasiyanın mühafizəsi”), 15-ci Bölməsi ("Məlumatların məxfilik prosedurları”) ilə nəzərdə tutulan informasiyanın toplanması, qeydiyyatı və yayılmasının qaydaları və metodikası baxımından xüsusi prosedurları pozmuş, bununla da, məlumatların məxfilik prosedurları və məlumatların məxfilik sistemi pozulmuşdur.
4. MMC-nin Həmkarlar İttifaqı təşkilatına ünvanlanmış xx.xx.2020-ci il tarixli, 908/1-ÇS/SWA/HR nömrəli təqdimatında iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilməsi üçün qərar verilməsi xahiş olunmuşdur. Komitənin xx.xx.2020-ci il tarixli, 01/HİK/. nömrəli məktubu ilə Həmkarlar İttifaqının üzvü olan iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul olunması mümkün hesab edilmişdir.
5. MMC-nin xx.xx.2020-ci il tarixli, 72-A nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən həmin tarixdən xitam verilmiş və əmrin əsası kimi qeyd olunmuşdur ki, MMC-nin Uçuşların təhlükəsizliyi üzrə direktorun müşaviri S.Yermakın xx.xx.2020-ci il tarixli raportuna əsasən uçuşların təhlükəsizliyi ilə bağlı konkret faktların araşdırılması zamanı məlum olmuşdur ki, MMC və iddiaçı arasında bağlanan xx.xx.2019 tarixli, 104-19 nömrəli əmək müqaviləsinin öhdəlikləri və ş ərtləri (Əmək Məcəlləsinin 10-cu maddəsinin "xxxx" bəndi), əmək intizamı və Aviaşirkətin daxili intizam qaydaları iddiaçı tərəfindən kobud şəkildə pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci ildə MMC-də 331ş nömrəli keçirilmiş olduğu “Uçuş dəstəsinə İL-76 tipli HG-in təlimatçısı-naviqatoru” vəzifəsinə bərpa olunması, qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi iş buraxma müddətinə görə əmək haqqının və dəymiş 5000 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən işdən azad olunması barədə əmr əsaslandırılmamış, tutarlı səbəb olmadan, guya əmək müqaviləsinin öhd əliklərini və şərtlərini (Əmək müqaviləsinin 10-cu maddəsinin "xxxx" bəndi), əmək intizamı və Aviaşirkətin daxili intizam qaydaları kobud şəkildə pozduğundan xx.xx.2020-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə işdən azad edilmişdir. İddiaçı həmin şirkətdə 14 il qüsursuz işləmiş, əmək fəaliyyəti dövründə heç vaxt əmək şərtlərini pozmamış və verilən tapşırıqları icra etmişdir. Rəhbərliyə onun haqqında yanlış məlumatın çatdırılması nəticəsində işdən çıxarılması barədə əsaslandırılmamış əmr verilmiş və barəsində bu cür əmrin verilməsi mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Əmrdə iddiaçımım hansı əmək vəzifəsini, hansı şəraitdə və necə kobud formada pozması, konkret olaraq hansı qeyri-qanuni əməl törətməsi göst ərilməyib və əmək müqaviləsinin pozulması zərurəti əsaslandırılmayıb.
8. Cavabdeh MMC-nin nümayəndəsi X3 izahat verib iddia ilə razı olmadığını bildirərək göstərmişdir ki, iddiaçının xx.xx.2019-cu il tarixli məlumat vərəqəsi əsasında MMC-nin direktorunun uçuşların təhlükəsizliyi üzrə müşaviri tərəfindən aparılmış xidməti araşdırmanın nəticələrinə görə məlumat vərəqəsində qeyd edilmiş məlumatlar öz faktiki təsdiqini tapmamışdır. Bundan əlavə, müəyyən edilmişdir ki, iddiaçı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 0859 nömrəli sənədi və BMAT-nin 19 və 13 nömrəli Əlavələri əsasında işlənib hazırlanmış və risklərin azaldılması və aradan qaldırılması üçün əsas amil qismində istənilən aviaşirkətin uçuşların təhlükəsizliyi sahəsində əsas sənədi olan X1 edilməsi üzrə Təlimatın (1.3/OSD/ SM nö mrəli Sənəd) bir sıra tələblərini pozmuşdur, yəni: iddiaçı 4-cü bölmənin h) bəndini (“Bütün aviasiya heyəti”), 7-ci bölmənin 3-cü bəndini İUTİS-in məqsəd və vəzifələri": (UT üzrə sənədlərin aparılmasına, informasiyanın təhlilinə və risklərin qiymətləndirilməsinə, əldə edilmiş informasiyanın təhlilinin nəticələri üzrə tədbirlərin görülməsinə görə birbaşa məsuliyyət daşıyan UTİ-nin rəhbərinə "mütləq məlumat blankının" vaxtında təqdim edilməməsi), habelə Təlimatın 16-cı bölməsinin 2-ci bəndinin (UT-yə faktiki və ya potensial təhlükə mövcud olduqda, UT ilə əlaqəli faktlar UT üzrə Şöbəyə dərhal bildirilməlidir) pozmuşdur, iddiaçı informasiyanın toplanması, qeydiyyatı və yayılmasının xüsusi prosedurlarını, qaydalarını, metodikasını nəzərdə tutan 14-cü bölmənin c) və d) bəndlərini ("UT üzrə infor masiyanın mühafizəsi"), 15-ci bölməni ("Məlumatların məxfilik prosedurları") pozmuşdur və bununla da məlumatların məxfilik prosedurları və məxfi məlumatlar sistemi iddiaçı tərəfindən pozulmuşdur. İddiaçının hərəkətlərinin aviaşirkətin fəaliyyətinin əsas funksiyalarından biri qismində aviaşirkətin uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində siyasətini kobud şəkildə pozmişdur.
9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3369/2020 nömrəli, 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddia rədd olunmuşdur.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi, əmək müqaviləsinə əlavə (əlavə 2), eyni zamanda Təlimat üzrə iddiaçı tərəfindən üzərinə götürmüş olduğu öhdəliklər pozulmuşdur. Belə ki, id diaçı tərəfindən Təlimatın 4-cü bölməsinin (h) bəndinin ("Bütün aviasiya heyəti"), 7-ci bölməsinin 3-cü bəndinin (UTİS-in məqsəd və vəzifələri") pozulması, UT üzrə faktiki və ya potensial təhlükə mövcud olduqda uçuşların təhlükəsizliyi ilə bağlı faktların Təlimatın 16-cı bölməsinin 2-ci bəndində qeyd edilmiş müddəalara uyğun olaraq UT Şöbəsinə dərhal bildirilməməsi, Təlimatın 14-cü bölməsinin c) və d) bəndləri ("UT üzrə informasiyanın mühafizəsi"), 15-ci bölməsi ("Məlumatların məxfilik prosedurları") ilə nəzərdə tutulan informasiyanın toplanması, qeydiyyatı və yayılmasının qaydaları və metodikası baxımından xüsusi prosedurların pozulması (məxfilik prosedurlarını və məlumatların məxfilik sistemi) halları aşkar olunmuşdur. Belə olan halda, onunla bağlanmış əmək müqaviləsi pozularkən MMC tərə findən Əmək Məcəlləsinin normaları və tələbləri gözlənilmiş, iddiaçı qanunsuz və əsassız olaraq işdən azad edilməmişdir.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə əməl edildiyindən, iddia məcburi işburaxma müddəti ilə əlaqədar maddi ziyanın və işdən çıxarılması ilə əlaqədar mənəvi ziyanın ödənilməsi hissəsində də əsassızdır və təmin olunmamalıdır.
12. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 42, 43.1, 45.1, 45.2, 70, 300-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Şikayət onunla əsaslandırılmışdır ki, işdən azad olunma barədə əmrin əsasını təşkil edən raportda qeyd edilən iddiaçının məlumat vərəqəsi məhkəmə tərəfindən cavabdehdən tələb olunmamış, buna görə də sözügedən məlumatların dərhal verilibverilmədiyini müəyyən etmək mümkün olmamışdır. Halbuki, iddiaçı həmin məlumatları əllə yazaraq tarix göstərməklə vermiş, eyni zamanda raportda da məlumatın xx.xx.2019-cu il tarixdə verildiyi göstərilmişdir. Digər tərəfdən, cavabdehin və məhkəmənin gəldiyi qənaətə uyğun olaraq məlumat vərəqəsində qeyd edilmiş məlumatların öz faktiki təsdiqini tapmadığı hesab edildiyi halda, raporta qeyd edilən Təlimatın bölmələrində göstərilən təhlükəli am illərin mövcud olmadığı nəticəsi yaranar, bu da o deməkdir ki, cavabdeh şirkət onu təsdiqini tapmayan fakta görə Təlimatın müəyyən bölmələri ilə qərəzli olaraq ittiham etmişdir. Cavabdehin aviasiya insidentinin olmasını təsdiq edən məlumat vərəqəsini ortaya çıxarmaması o demək deyil ki, bu insident barədə məlumat yoxdur və təsdiqini tapmayıb. İşdə olan "Uçuş Məlumatı" vərəqəsində yanacağın məhz 6000 kq olması özü-özlüyündə aviasiya insidentidir. Belə ki, Uçuşların yerinə yetirilməsinə dair Təlimatın 1.1203-cü maddəsinə əsasən yanacağın aeronaviqasiya ehtiyatı İL-76 TD-8000 kq göstərilən qiymətlərdən daha az ola bilməz. Məhz bu sənəd sübutdur ki, ortada bir aviasiya insidenti var və raport düzgün tərtib olunmayaraq iddiaçı barəsində həqiqəti əks etdirməyən əmr verilmişdir. Halbuki, bu cür c iddi məlumatı vaxtında verməsi iddiaçının işindən olmağına yox, əksinə mükafatlandırılmasına gətirib çıxarmalı idi. Təlimatın 16-cı bölməsində də qeyd edilmişdir ki, təhlükəli hərəkətlər və ya təhlükəli faktorlar barədə məlumat verən əməkdaşlardan heç biri cəzalandırılmayacaqlar və belə əməkdaşlara qarşı intizam tədbirləri görülməyəcəkdir. Cavabdeh tərəfindən Təlimatın məhz o yerlərinə istinad olunmuşdur ki, orada "dərhal", "vaxtında" məlumat verilməməsi kimi sözlər var. Bu isə, məhkəmənin diqqətini aviasiya insidenti hadisəsindən yayındırmaq, məhz pozuntuya iddiaçı tərəfindən yol verilməsi görüntüsünü yaratmağa yönəlmiş bir addımdır. İddiaçı insident zamanı hava gəmisində olmadığından onun həmin məlumatı təqdim etmək vəzifəsi məhz hava gəmisinin hava limanına enməsindən sonra ona təqdim e diləcək uçuş məlumat vərəqəsinin təqdim edilməsi anından başlayır və onun tərəfindən həmin an 6000 kq yanacağın qalması dairəyə alınaraq RMK yazısı ilə qeyd edilmişdir. Bundan başqa, qətnamədə iddiaçı tərəfindən Təlimatın 16-cı Bölməsinin 2-ci bəndinin (UT-yə faktiki və ya potensial təhlükə mövcud olduqda, UT ilə əlaqəli faktlar UT üzrə Şöbəyə dərhal bildirilməlidir) pozulması qeyd edilmiş, lakin cavabdehin etirazında və raportda iddiaçının məlumat vərəqəsində göstərdiyi məlumatların öz faktiki təsdiqin tapmadığı göstərilmişdir. Faktiki təsdiqini tapmayan bir məlumatın isə "faktiki və ya potensial təhlükə" olması və bununla bağlı məlumatın iddiaçı tərəfindən dərhal verilməməsi raportda göstərilə bilməzdi.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3016/2021 nömrəli, 30 apre l 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində istinad etdiyi dəlilləri sübut edə bilmədiyindən, həmin dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
17. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 30 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülk i kollegiyasının 2(102)5243/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər E.Şamayev (sədrlik edən və məruzəçi), E.Vəliyeva və A.Abbasov) kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin 30 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün göndərilmişdir.
19. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisələndirilən əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə istinad olunmuş, lakin Məcəllənin 72-ci maddəsinin konkret əsaslarına istinad edilməmişdir. Əmrdə iddiaçının əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri və şərtləri, əmək intizamını və aviaşirkətin daxili intizam qaydalarını kobud şəkildə pozması qeyd olunsa da, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2 və 3-cü bəndlərinin t ələbləri pozulmaqla, qeyd olunan pozuntuların konkret nədə ifadə olunması, nə vaxt və hansı şəraitdə törədilməsi, iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulub-pozulmaması, işəgötürənin və ya əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyanın vurulması göstərilməmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır.
20. Cavabdeh şirkətin əmrdə istinad etdiyi MMC-nin təhlükəsizliyi üzrə direktorunun müşaviri S.Yermakın xx.xx.2020-ci il tarixli raportunda da iddiaçı tərəfindən Təlimatın bir neçə bəndlərinin pozulması nəticəsində məlumatların məxfilik prosedurlarının və məlumatların məxfilik sisteminin pozulması qeyd olunmuş, lakin yuxarıda qeyd olunan məsələlər açıqlanmamışdır. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində qey d olunan halları məhkəmələrin nəzərinə çatdırsa da, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini təkrarlamış və bir cümlə ilə apellyasiya şikayətini əsassız hesab edərək, şikayətin dəlillərinə ümumiyyətlə heç bir hüquqi qiymət verməmiş, bununla da, MPM-in 220.4 və 392-ci maddələrinin tələbləri pozmuşdur.
21. Bundan əlavə, iş materiallarından müəyyən olunur ki, MMC xx.xx.2020-ci il tarixdə Həmkarlar İttifaqı təşkilatının sədrinə təqdimat ünvanlayaraq, direktorun müşaviri S.Yermakın xx.xx.2020-ci il tarixli raportu və iddiaçının xx.xx.2020-ci il tarixli izahatları əlavə edilməklə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ƏM-in 70-ci maddəsinin "xxxx" bəndi ilə ləğv edilməsinin planlaşdırıldığını qeyd etmiş və bununla bağlı qərar qəbul edilməsi xahiş etmişdir. MMC-nin Həm karlar İttifaqı komitəsinin sədrinin eyni tarixli məktubu ilə MMC-yə göndərilmiş qərarla işəgötürənin və ona əlavə olunan əsaslandırıcı sənədlərin əmək qanunvericiliyin tələblərinə uyğun hesab olunmaqla, əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Həmkarlar İttifaqı təşkilatının həmin qərarının Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci bəndinin tələblərinə uyğun olaraq əsaslandırılmaması, o cümlədən işəgötürənin müraciət etdiyi gündə komitə üzvlərinin toplanaraq təqdimat üzrə obyektiv qərarın qəbul edilməsinin mümkünlüyü araşdırılmamış, bununla bağlı həmkarlar ittifaqının iclas protokolunun məhkəməyə təqdim edilməsi təklif olunmamışdır.
23. Digər tərəfdən, iddiaçı tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə əs as olmuş mümkün pozuntunun nə vaxt törədilməsi və nədən ibarət olması konkret olaraq əmrdə göstərilməsə də, həmin əmrin qəbul edilməsi üçün əsas olmuş raportda iddiaçının tərtib etdiyi xx.xx.2019-cu il tarixli məlumat vərəqəsinə istinad olunmuşdur. Yəni belə nəticəyə gəlmək olar ki, iddiaçının törətdiyi mümkün pozuntu azı xx.xx.2019-cu il tarixdə, ya da ondan əvvəlki tarixlərdə baş vermiş, bununla bağlı şirkətin prezidenti tərəfindən xx.xx.2020-ci il tarixdə araşdırma aparılması tapşırılmış, araşdırmanın nəticəsində xx.xx.2020-ci il tarixdə raport və nəhayət, xx.xx.2020-ci il tarixdə işəgötürənin mübahisələndirilən əmri qəbul edilmişdir. Lakin məhkəmələr tərəfindən iddiaçı barəsində həmin əmr qəbul edilərkən Əmək Məcəlləsinin 187-ci maddəsi ilə müəyyən olunmuş müddətlərə riayət olunub-ol unmaması məsələsi araşdırılmamış, bu hallara hüquqi qiymət verilməmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
24. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-1637/2022 nömrəli, 24 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), V.Sadıqov və X.Mərdanova) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmaqla MMC-nin 72-A saylı, xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə MMC-nin “Uçuş dəstəsinə İL-76 tipli HG-nin təlimatçı-naviqatoru” vəzifəsinə bərpa edilməsi və ona xx.xx.2020-ci il tarixindən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üç ün hesablanmış əmək haqqının ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
25. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 70, 71, 72, 80 (1 və 2-ci hissələr), 83, 186 və 187-ci maddələrinə istinadla aşağıdakılara əsasən hesab etmişdir ki: Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə hüququ düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
26. Birincisi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamış, məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə iddiaçının yol verdiyi pozuntunun xarakteri və hansı nəticələrə səbəb olduğu izah olunmamışdır. İşçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmrin əsaslandırılmaması, eləcə də işçinin əmək funksiyalarının pozulmasına səbəb olan hərəkətlərinə dair rəsmiləşdirmənin aparılmaması isə əmək münasibətlərinin tərəfi kimi onun hüquqlarının pozulmasına səbəb olan hallardır.
27. Digər tərəfdən, kollegiyanın qənaətinə görə, iddiaçıya istinad olunan pozuntular nəticəsində onun işlədiyi iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəydiyi sübuta yetirilməmişdir.
28. Bundan başqa, məhkəmə iclasında verilən izahatlar, toplan mış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçı barəsində müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlar ını da nəzərdə tutmuşdur. Kollegiyanın qənaətinə görə, iddiaçının yol verdiyi iddia olunan pozuntulara görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların - əgər pozuntu hesab edilsə belə - xarakterinə adekvat olmamışdır.
29. Kassasiya instansiyası məhkəməsinin qərarında da göstərildiyi kimi, mübahisələndirilən əmrin qəbul edilməsi üçün əsas olmuş raportda iddiaçının tərtib etdiyi xx.xx.2019-cu il tarixli məlumat vərəqəsinə istinad olunmuşdur. Bu isə o deməkdir ki, onun törətdiyi irəli sürülən pozuntu xx.xx.2019-cu il tarixdə, ya da bundan əvvəlki tarixlərdə baş vermiş, bununla da mübahisələndirilən əmr verilərkən Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbi də pozulmuşdur.
30. Təkrar apellyasiya baxışı zamanı MMC-nin Həmkarlar İttifaqı təşkilatının sədrinə ünvanla dığı xx.xx.2020-ci il tarixli təqdimat əsasında komitə üzvlərinin eyni gündə toplanaraq qərar qəbul etməsinin mümkünlüyü araşdırılmış, bununla bağlı Həmkarlar İttifaqının iclas protokolunun məhkəməyə təqdim edilməsi təklif olunmuş, xx.xx.2020-ci il tarixli, 9 saylı protokol təqdim edilsə də, nə həmin sənədin hansı səbəblə 2020-ci ilin oktyabr ayından başlayan məhkəmə prosesləri ərzində təqdim edilmədiyinin, nə də təqdimatda göstərilən məsələlərin bir neçə saat ərzində necə araşdırıldığının ağlabatan izahı verilməmişdir.
31. Məhkəmə kollegiyası iddiaçının mənəvi ziyan tələbinə münasibətdə hesab etmişdir ki, iddiaçının mənəvi ziyan tələbi kifayət qədər əsaslandırma aparılmadan irəli sürülmüş, onun əsaslı olduğuna dair məhkəməyə heç bir sübut təqdim edilməmiş, iddiaçı ona konkret hansı mənə vi iztirabların vurulmasını müəyyənləşdirməmişdir. Cavabdeh MMC-nin iddiaçı barəsində verdiyi əmrin ləğv edilərək onun vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının xeyrinə tutulması ona dəydiyini irəli sürdüyü mənəvi ziyanın ədalətli kompensasiyası hesab olunur. Göstərilən səbəblərdən iddia həmin hissədə rədd olunmalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 24 fevral 2022-ci il tarixli qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini, iddianın tam rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdır.
33. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıdakı pozuntulara yol verilməsi il ə bağlıdır: 33.1. Məhkəmə iddiaçının işdən azad olunması barədə əmrin əsaslandırılmadığını, məcburi forma və məzmun tələblərinə riayət edilmədiyini qeyd etməklə Əmək Məcəlləsinin 71-ci maddəsinin və 84-cü maddəsinin 1-ci və 2-ci bəndlərinin tələblərini pozmuşdur. Belə ki, 71-ci maddənin 3-cü bəndində bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması dedikdə, məhz 84-cü maddənin 1-ci bəndində göstərilənlərə riayət olunması nəzərdə tutulmuş, mübahisələndirilən əmrin forma və məzmunu isə həmin tələblərə uyğun olmuşdur. 33.2. Məhkəmə həmçinin 80-ci maddənin 2-ci hissəsinin tələblərini də pozmuşdur. Belə ki, qeyd edilən normada cavabdeh tərəfindən hər hansı səlahiyyətli orqan və ya məhkəmə tələb etmədi yi halda həmkarlaq ittifaqının protokolunu təqdim etmək kimi vəzifənin olması nəzərdə tutulmamış, məhkəmənin tələb etdiyi halda isə, həmin protokol təqdim edilmişdir. Eyni zamanda, heç bir normativ aktda həmkarlar ittifaqı tərəfindən işəgötürənin təqdimatında göstərilən məsələlərin müzakirə edilməsi ilə bağlı prosessual müddət müəyyən edilməmişdir. Bundan əlavə, Həmkarlar İttifaqı Komitəsinin üzvləri MMCnin əməkdaşları olmaqla hava nəqliyyatında işləyən, kifayət qədər təcrübəyə və biliyə malik olan həmin şəxslər üçün bu, həll olunması mürəkkəb məsələ olmadığından, müzakirə edilməsi üçün günlərlə vaxt tələb edilməmişdir. 33.3. Əmək Məcəlləsinin 186-cü maddəsinin 3-cü bəndi hazırkı işə düzgün tətbiq edilməmişdir. Belə ki, həmin bənddə qanunverici işəgötürənin üzərinə işçinin şəxsiyyətini, ko llektivdəki nüfuzunu, peşəkarlıq səviyyəsini, törətdiyi xətanın xarakterini nəzərə almaq vəzifəsini qoysa da, bu norma ilə işəgötürənin intizam tənbehinin növünü seçmək hüququnu heç bir halda məhdudlaşdırmamış, əksinə həmin maddənin 2-ci bəndində yenə də intizam tənbehinin növünü tətbiq etmək səlahiyyəti işəgötürənə aid edilmişdir ki, bu halda işəgötürən məhz iddiaçının şəxsiyyətini (xx.xx.2020-ci ildə aviaşirkətin uçuş heyətinin komissiyasında müzakirə edilmiş iddiaçının icra intizamına riayət etməsi ilə bağlı problemlərinin olmasını, məhz iddiaçının alkoqoldan sui-istifadəsi səbəbindən uçuşun dayandırılma təhdidinin olduğu Leypsiq hadisəsini) və törətdiyi xətanın xarakterini (ekipaj üzvü olmadığı hava gəmisinin uçuşu haqqında informasiyanı toplanmasını, şəxsi münaqişəsinin olduğu ekipajı n ayrı-ayrı üzvlərinin nüfuzdan salınması məqsədilə informasiyanı toplanmasını, internetdə məxfi xarakterli məlumatları yaymasını, bilərəkdən təhrif olunmuş məlumatları KİV-ə verməsini, riayət edilməsi məcburi olan formaya uyğun gəlməyən məlumat forması tərtib etməsini, məlumatı səlahiyyətli orqana, yəni SWA-nın UT Müşavirinə vəya "UTŞ"-ə çatdırmamasını, "ARMA Dövlət Agentliyinin" elektron saytına məlumat ilə rəsmi müraciət növündən istifadə etməməsini, həm “SWA UT Müşavirinə”, həm də “UTŞ”-ə öz vəzifələrini vaxtında icra etməyə və bu faktların həqiqətən mövcud olduğu təqdirdə zərurət yarandıqda lazımi tərbirlər görməyə imkan verməyən uçuşların təhlükəsiz olmayan təcrübəsi haqqında informasiyanın verilməsi müddətlərini və prosedurunu pozmasını) nəzərə alaraq, onun barəsində 186-cı maddən in 2-ci bəndində göstərilən intizam tənbehlərindən birini tətbiq etməklə heç bir qanun pozuntusuna yol verilməmişdir. 33.4. Məhkəmə Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndini də düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçının məlumatında göstərilənlərin araşdırılmasına MMC tərəfindən yüksək ixtisaslı mütəxəssislər cəlb edilmiş, məlumatın araşdırılmasına uzun müddət və qüvvə sərf edilmiş, sonda isə həmin məlumatda göstərilənlərin həqiqətə uyğun olmayan, təhrif olunmuş məlumatlar olması aşkar edilmişdir. Halbuki, həmin vaxt və qüvvə Aviaşirkətdə təhlükəsizliyin daha yüksək səviyyədə təmin ediməsi və şirkət üçün faydalı ola bilən digər məsələlərin həll edilməsinə yönələ bilərdi ki, bununla da, istehsalın normal ahəngi pozulmuşdur. Eyni zamanda MMC-nin fəaliyyətinin səciyyəvi xüsusiyyəti də nəzərə alınmalıdır. Belə ki, MMC-nin əmək kollektivinin əsas aparıcı qüvvəsi uçuş heyətidir, uçuş heyəti işinə emosional cəhətdən tam sakit, heç bir mənfi emosiyalarla yüklənməmiş şəkildə başlamalı, əmək kollektivində rahat, əlverişli və xoş əhval-ruhiyyə hökm sürməlidir ki, uçuş heyətinə və uçuşun təhlükəsizliyini təmin edən əməkdaşlara etibar edilmiş böyük həcmdə bahalı dəyərə malik, çox zaman strateji əhəmiyyət daşıyan yüklərin salamat daşınması, habelə dəyəri milyonlarla ölçülən hava nəqliyyatı vasitələrinin, həm də uçuş heyətinin salamatlığı təmin olunsun. İddiaçının şəxsi münaqişə zəminində müxtəlif, o cümlədən beynəlxalq təşkilat və kütləvi informasiya vasitələrinə ünvanladığı yalan məlumatlar əmək kollektivinin üzvlərinin əhval-ruhiyyəsinə mənfi təsir göstərmişdir ki, bu da əmək k ollektibinin əmək və icra intizamının normal ahənginin pozulmasına kimi gətirib çıxarmışdır. 33.5. Qeyd olunanlardan əlavə, məhkəmə 187-ci maddənin tələblərini pozmaqla işəgötürən tərəfindən həmin maddədə qeyd edilən müddətlərə əməl edilmədiyini qeyd etsə də, bu mövqeyi də əsassız olmuşdur. Belə ki, iddiaçı tərəfindən yol verilmiş əmək və icra intizamının pozulması onun Dvayer-Bakı reysi üzrə məlumatların qanunsuz toplanması anından (2019-cu ilin sentyabr ayından) xx.xx.2020-ci ildə “SWA”-nın əmrinin verildiyi vaxta qədər müəyyən edilmişdir. İddiaçının xx.xx.2019-cu il tarixli “Məlumat vərəqində” istinad etdiyi hadisələrin (Dvayer-Bakı marşrutu üzrə uçuşzamanı təyyarənin göyərtəsində uçuşun təhlükəsiz yerinə yetirilməsi üçün kifayət qədər yanacağın olmaması kimi çox ciddi bir məsələnin) ar aşdırılması üçün bir neçə istiqamətdə təsərrüfat yoxlaması, audit aparılmış və bu yoxlamanın nəticəsində müəyyən edilmişdir ki, əvvəla məlumatda göstərilənlər təsdiqlənmir, eyni zamanda iddiaçı xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə qədər MMC-nin Müşavirinə, X2 və Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Agentliyinə təhlükəli amillər haqqında məlumat verməmiş, həmçinin görülən tədbirlərlə əmr verilən ana qədər maraqlanmamışdır (halbuki, iddiaçının məlumatında göstərilənlər faktiki və ya potensial təhlükəni real daşısaydı faciəvi xarakterə malik ola biləcək nəticələr başa verəcəkdi). Digər tərəfdən iddiaçı işəgötürənə xx.xx.2020-ci il tarixdə izahedici qeyd (izahat) təqdim etmişdir, həmin sənəddə eynilə xx.xx.2019-cu ildə əmək müqaviləsinin ləğv edilməsinə yol verdiyi pozuntulara yol ve rmişdir. Yəni həmin sənəddə iddiaçı yenidən qanunsuz yollarla topladığı informasiyanı, ekipajının üzvü olmadığı təyyarə reysi haqqında topladığı məlumatı, izahedici qeydin tərtib edilməsi üçün şəxsi münaqişəsi olduğu ekipaj üzvlərinin nüfuzdan salınması üçün, heç də uçuşların təhlükəsizliyi ilə bağlı olan risklərin aradan qaldırılması məqsədi olmadan topladığı informasiyanı əks etdirərək, yenidən müəyyən edilmiş məlumat formasına və müddətlərinə əməl etməmiş, beləliklə iddiaçı xx.xx.2020-ci il tarixdə də xx.xx.2019-cu ildə başlayan və davam edən pozuntularına yol vermişdir ki, bu da onunla əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biri olmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, iddia ərizəsi və apellyasiya ş ikayəti ilə eyni əsaslardan çıxış etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
35. Maddə 70 ("xxxx" bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
36. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
37. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
38. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
39. Maddə 80 (1-ci hissəsi). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
40. Maddə 80 (2-ci hissəsi). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əs aslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir
41. Maddə 83 (1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
42. Maddə 186 (2-ci hissə) İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müə yyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə ləğv etmək.
43. Maddə 186 (3-cü hissə). İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.
44. Maddə 187 (2-ci hissə). İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
45. Maddə 187 (3-cü hissə). İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.
46. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəm iyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyek tiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tə rəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı yalnız həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli Məlumat vərəqəsi verilmişdir. Şirkətin rəhbəri xx.xx.2020ci il tarixdə iddiaçının xx.xx.2019-cu il tarixli Məlumat vərəqəsi əsasında araşdırma aparılmasını Uçuşların Təhlükəsizliyi üzrə Direktorun müşaviri S.Yermaka tapşırmış, sonuncu tərəfindən araşdırma aparılmış və 09 sentyabr 2020-ci il tarixdə araşdırmanın nəticələrinə dair raport hazırlamışdır. Raportda aşağıdakıların müəyyən edildiyi qeyd olunub:
1. X1 edilməsi üzrə Təlimata əsasən “Mütləq məlumat blankı” UTİ-nin rəhbərinə vaxtında təqdim edilməmişdir. Bununla da “Silk Way” Aviaşirkətinin X1 edilməsi üzrə Təlimatının 4-cü bölməsinin h) bəndi (“Bütün aviasiya heyəti”), 7-ci bölməsinin 3-cü bəndi (“UTİS-in məqsəd və vəzifələri”) pozulmuşdur. UT üzrə faktiki və ya potensial təhlükə mövcud olduqda uçuşların təhlükəsizliyi ilə bağlı faktlar “Silk Way” Aviaşirkətinin X1 edilməsi üzrə Təlimatının 16-c ı bölməsinin 2-ci bəndində qeyd edilmiş müddəalara uyğun olaraq UT Şöbəsinə dərhal bildirilməlidir:
2. X1 edilməsi üzrə Təlimatın 14-cü bölməsinin c) və d) bəndləri (“UT üzrə informasiyanın mühafizəsi”), 15-ci bölməsi (“Məlumatların məxfilik prosedurları”) ilə nəzərdə tutulan informasiyanın toplanması, qeydiyyatı və yayılmasının qaydaları və metodikası baxımından xüsusi prosedurları pozmuşdur. Bununla da İddiaçı məlumatların məxfilik prosedurlarını və məlumatların məxfilik sistemini pozmuşdur.
57. İşəgötürən həmin raportu əsas tutaraq, MMC-nin Həmkarlar ittifaqı təşkilatına 23 sentyabr 2020-ci il tarixli, 908/1-ÇS/SWA/HR nömrəli təqdimat ünvanlayaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən ləğv edilməsinə mün asibət bildirməyi təklif etmiş və Həmkarlar ittifaqı təşkilatı elə həmin gün 01/HİK/ nömrəli məktubla iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə razı olduğnu bildirmişdir.
58. Cavabdeh MMC 24 sentyabr 2020-ci il tarixli, 72-A nömrəli əmri ilə iddiaçı ilə əmək müqaviləsini 24 sentyabr 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən ləğv etmişdir. Əmrin əsası kimi qeyd olunmuşdur ki, MMC-nin Uçuşların təhlükəsizliyi üzrə direktorun müşaviri S.Yermakın xx.xx.2020-ci il tarixli raportuna əsasən uçuşların təhlükəsizliyi ilə bağlı konkret faktların araşdırılması zamanı məlum olmuşdur ki, MMC və iddiaçı arasında bağlanan xx.xx.2019 tarixli, 104-19 nömrəli əmək müqaviləsinin öhdəlikləri və şərtləri (Əmək Məcəlləsinin 10-cu maddəsinin " xxxx" bəndi), əmək intizamı və Aviaşirkətin daxili intizam qaydaları iddiaçı tərəfindən kobud şəkildə pozulmuşdur.
59. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin 10-cu bəndinin "xxxx" bəndində, MMC-nin daxili prosedurları, tələbləri və qaydalarınının pozulması, əmək müqaviləsinə xitam verilməsi əsaslardan biri kimi müəyyən olunmuşdur. 45 İddia tələbinin maddi-hüquqi əsaslarından biri kimi Əmək Məcəlləsinin 300cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi:
1. İşəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi;
2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələ blərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi;
3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilməsi müəyyən edilmişdir.
60. Apellyasiya instansiyası məhkəməsi də işin hallarını bu normanın tələbləri əsasında araşdırmış və əmək müqaviləsinə xitam verilməsi barədə əmri bir neçə hüquqi əsasla qanunsuz olduğunu müəyyən etmişdir. Bu əsaslardan biri ondan ibarətdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamış, məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə iddiaçının yol verdiyi pozuntunun xarakteri və hansı nəticələrə səbəb olduğu izah olunmamışdır. Digər tərəfdən, iddiaçıya istinad olunan pozuntular nəticəsində onun işlədiyi iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəydiyi sübuta yetirilməmişdir (bu qərarın 25-26-cı bəndləri).
61. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə razılaşır. Çünki Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə əmək müqaviləsinə xitam verilməsi üçün təkcə həmin normada qeyd olunan halın baş verməsi kifayət etmir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə, Bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiya sını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
62. Əmək Məcəlləsinin 71-ci maddəsinin ikinci və üçüncü hissələrinin təhlili onu deməyə əsas verir ki, cavabdeh iddiaçınin barəsində verilmiş xx.xx.2020-ci il tarixli əmrində ümumi şəkildə işin hallarını qeyd etməklə kifayətlənməməli, iddiaçıya istinad olunan pozuntular nəticəsində müəssisəyə ziyan vurulması qeyd olunmalı və buna görə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi xüsusi olaraq əsaslandırılmalı idi. Lakin cavabdeh tərəfindən sözügedən əmr verilərkən bu tələblərə əməl olunmamışdır.
63. Kassatorun «iddiaçının məlumatında göstərilənlərin araşdırılmasına MMC tərəfindən yüksək ixtisaslı mütəxəssislər cəlb edilməsi, məlumatın araşdırılmasına uzun müddət və qüvvə sərf olunması,... həmin vaxt və qüvvənin Aviaşirkətdə təhlükəsizliyin daha yüksək səviyyədə təmin ediməsi və şirkət üçün faydalı ola bilən digər məsələlərin həll edilməsinə yönələ bilməsi, bununla da, istehsalın normal ahənginin pozulması» barədə dəlillər əsassızdır. Çünki cavabdeh bu barədə məhkəmələrə sübutlar təqdim etməmiş, məhkəmə tərəfindən bu hal müəyyən olunmamışdır. Sözügedən raportdan məlum olur ki, iddiaçı tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli Məlumat vərəqəsi əsasında Uçuşların Təhlükəsizliyi üzrə Direktorun müşaviri S.Yermak tərəfindən araşdırma aparılması xx.xx.2020-ci il tarixdə şirkətin Prezidenti tərəfindən verilmiş tapşırıq əsasında başlanmış və xx.xx.2020-ci il tarixli raport tərtib olunması ilə başa çatmışdır.
64. Apellyasiya instansiyası məhkəməsinin əsaslandığı digər dəlil ondan ibarət olmuşdur ki, mübahisələndirilən əmrin qəbul edilməsi üçün əsas olmuş raportda iddiaçının tərtib etdiyi xx.xx.2019-cu il tarixli məlumat vərəqəsinə istinad olunmuşdur. Bu isə o deməkdir ki, onun törətdiyi irəli sürülən pozuntu xx.xx.2019-cu il tarixdə, ya da bundan əvvəlki tarixlərdə baş vermiş, bununla da mübahisələndirilən əmr verilərkən Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbi də pozulmuşdur.
65. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə də razılaşır. Çünki, əvvəla iddiaçının barəsində verilmiş xx.xx.2020-ci il tarixli əmrin məzmunundan görünür ki, işəgötürən həmin əmri verərkən, iddiaçının əmək müqaviləsinin öhdəliklərini pozmasını təsdiq edən məlumat mənbəyi kimi MMC-nin UT üzrə direktor müşaviri S.Yermakın raportuna istinad etmişdir.
66. MMC-nin UT üzrə direktor müşaviri S.Yermakın xx.xx.2020-ci il tarixli raportunun özündə qeyd olunmuşdur ki, həmin raport İddiaçı xx.xx.2019-cu il tarixli məlumat vərəqəsi əsasında aparılan araşdırmanın nəticələri barədə tərtib olunmuşdur. İşin bu halı birmənalı olaraq o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə törədilmiş intizam xətasına görə intizam məsuliyyətinə cəlb edilmişdir.
67. Halbuki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə görə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilərdi və iddiaçıya münasibətdə bu qayda pozulmuşdur. Həmin müddətin təxirə salınması üçün işçinin xəstə olması, yaxud məzuniyyətdə, ezamiyyətdə olması barədə dəlillər irəli sürülməmişdir.
68. Kassatorun məhkəmə tərəfindən Əmək Məcəlləsinin 187-ci maddəsinə istinadla gəlinən nəticənin əsassızlığı barədə gətirdiyi dəlillər də əsassızdır. Əvvəla ona görə ki, kassatorun «iddiaçının xx.xx.2019-cu il tarixli “Məlumat vərəqində” istinad etdiyi hadisələrin araşdırılması üçün bir neçə istiqamətdə təsərrüfat yoxlaması, audit aparılması» barədə dəlilini cavabdeh sübut edə bilməmişdir.
69. Bundan başqa, hətta belə yoxlama və audit aparılmış olsa belə, Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsinə əsasən, intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz.
70. Bu qaydadan istisna kimi yalnız müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə məsuliyyətə cəlb etmə müddəti iki il müəyyən olunmuşdur ki, iddiaçıya istinad olunan intizam xətası bu kateqoriya xətalara aid deyildir.
71. İddiaçının işəgötürənə xx.xx.2020-ci il tarixdə verdiyi izahatında da eynilə xx.xx.2019-cu ildə əmək müqaviləsinin ləğv edilməsinə yol verdiyi pozuntulara yol verməsi barədə dəlili də əsassızdır. Çünki bu izahat, iddiaçının barəsində intizam xətasına görə məsuliyyətə cəlb olunması ilə bağlı alınmış izahatdır və bilavasitə işəgötürənə ünvanlandığı üçün məlumatların məxfilik prosedurlarının və məlumatların məxfilik sisteminin pozulması sayılmır.
72. İddiaçının əməllərinin xx.xx.2020-ci ildə aviaşirkətin uçuş heyətinin komissiyasında müzakirə edilməsinə (iddiaçının icra intizamına riayət etməsi ilə bağlı problemlərinin olması, məhz iddiaçının alkoqoldan sui-istifadəsi səbəbindən uçuşun dayandırılma təhdidinin olduğu Leypsiq hadisəsi), habelə törətdiyi xətanın xarakterinə (ekipaj üzvü olmadığı hava gəmisinin uçuşu haqqında informasiyanı toplanması, şəxsi münaqişəsinin olduğu ekipajın ayrı-ayrı üzvlərinin nüfuzdan salınması məqsədilə informasiyanı toplanması, internetdə məxfi xarakterli məlumatları yayması, bilərəkdən təhrif olunmuş məlumatları KİV-ə verməsi, riayət edilməsi məcburi olan formaya uyğun gəlməyən məlumat forması tərtib etməsi və s.) istinadla kassatorun irəli sürd üyü dəlillər qəbil oluna bilməz. Ona görə ki, mübahisələndirilən əmrdə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə əsaslar kimi aviaşirkətin uçuş heyətinin komissiyasının xx.xx.2020-ci ildə müzakirənin nəticələri deyil, MMC-nin Uçuşların Təhlükəsizliyi üzrə direktorun müşaviri S.Yermakın raportunda əksini tapmış intizam xətalarına istinad olunub. Raportda isə, aviaşirkətin uçuş heyətinin komissiyasında xx.xx.2020-ci ildə aparılmış müzakirələrə istinad olunmayıb.
73. Bu hallar mübahisələndirilən əmrin ləğvinə kifayət qədər əsas verdiyinə görə cavabdehin digər dəlillərinə qiymət verilməsinə zərurət yoxdur.
74. Kassatorun digər dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin i şin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə aid olduğundan, həmin dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır.
75. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
76. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassa siya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1637/2022 nömrəli, 24 fevral 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.