Məhkəmə qərarları › İş №2(102)-3765/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-3765/2023

24.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3765/2023 24.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3765/2023 (Açar sözlər: şikayətin mümkünlüyü, şikayətin vəkil tərəfindən tərtib olunması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Kərimov Səyyad Əli oğlu və Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı MMC ipoteka müqaviləsinin etibarsızlığı və sair tələbinə dair iş üzrə Bakı Şəhəri Səbail Rayon Məh kəməsinin 2(009)-1571/2023 nömrəli, 28 iyul 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə 24 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ:

1. İddiaçı MMC cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı ipoteka müqaviləsinin etibarsızlığı və sair tələbi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-1571/2023 nömrəli, 28 iyul 2023-cü il tarixli qərardadı ilə (hakim İlkin Rüstəmli) işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olması əsası ilə ərizə geri qaytarılmışdır.

3. İddiaçı həmin qərardaddan şikayət vermişdir.

4. Şikayət nəzərdən keçirilərkən məlum oldu ki, şikayət vəkil tərəfindən tərtib olunmamış və imza lanmamış, şikayətə vəkilin orderi əlavə olunmamışdır.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 403-1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur.

6. Həmin Məcəllənin 403-1.4-cü maddəsinə görə, şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kassasiya instansiyası məhkəməsi tərəfindən həll edilir.

7. MPM-in 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır.

8. MPM-in 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayəti vəkil or deri və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilmədikdə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

9. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

10. Ona görə də, şikayət qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

11. Qeyd edilənləri nəzərə alaraq və MPM-in 404-1.2 və 407-ci maddələrini rəhbər tutaraq, Qarışıq məhkəmə tərkibi QƏRARA ALDİ: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1571/2023 nömrəli, 28 iyul 2023-cü il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və iş birinci instansiya məhkəməsinə qaytarıls

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar