Məhkəmə qərarları › İş №2(102)-3765/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3765/2024

18.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3765/2024 18.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə qarşı ilk iddiası, “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin İddiaçı qarşı qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: sudan qanunsuz istifadəyə görə əsassız hesablanmış borcun silinməsi, su təchizatı və tullantı suların axıdılmasına görə ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və “G əncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair ilk iddiası, “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin İddiaçı qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1052/2024 nömrəli, 31 may 2024-ci il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (vəkil Nümayəndə3) tərəfindən verilmiş kassasiya şikayətinə 18 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2014-cü il tarixli, RX ******* seriya nömrəli çıxarışa əsasən, Gəncə şəhəri, X4 prospekti, 54D ünvanında yerləşən qeyriyaşayış binası xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.

2. İcarəyə verən İddiaçı ilə icarəçi X1 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 54D ünvanda yerləşən qeyri-yaşayış sahəsi icarə haqqı hər ay üçün 350 manat olmaqla, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək icarəyə verən tərəfindən icarəçi Turab Ələkbərovun müvəqqəti istifadəsinə verilmişdir.

3. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(104)349/2019 nömrəli, 24 may 2019-cu il tarixli qərarı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)-95/2019 nömrəli, 30 yanvar 2019-cu il tarixli qərarından Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzi bati-İqtisadi Məhkəməsinin 2-1(83)-95/2019 nömrəli, 30 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmiş, İddiaçı məxsus Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 54D ünvanında yerləşən yanacaq doldurma məntəqəsində su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsinə dair müqavilənin bağlanması və həmin obyektin su xətti üzərində İddiaçı vəsaiti hesabına quraşdırılacaq su sayğacının istismara qəbul edilməsi vəzifəsi Cavabdeh1 ASC-nin üzərinə qoyulması qərara alınmışdır.

4. Cavabdeh1 ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən, Cavabdeh1 ASC İddiaçı 40.328 manat ödənilməmiş borcun ödənilməsi, əks təqdirdə göstərilən xidmətlərin dayandırılması, yaranmış borc və xidmətin dayandırılmasına çəkilmiş xərclərin məhkəmə qaydasında tutulması barədə xəbərdarlıq etmişdir.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 54D ünvanında yerləşən təsərrüfat obyektinin xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı tərəfindən icarəyə verilmiş və qeyd edilən təsərrüfat obyekti xx.xx.2018-ci il tarixdən vergi orqanında uçotdadır. 6. “Gəncə Sukanal” TSC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 600285 nömrəli akta əsasən, Gəncə şəhəri, X4 prospektində yerləşən “Lyuks” petrol, “İmperial” motel və avtoservis-avtoyuma obyektinin su təchizatı və kanalizasiya sisteminə obyektin nümayəndəsi Namaz Namazovun iştirakı ilə baxış keçirilmiş, baxış keçiril ən zaman 1 ədəd smart tipli su sayğacı quraşdırılmış, lakin abonent bazasına qeydiyyat olunmaması, diametri 40 mm-lik su xəttinin obyektin arxa tərəfindən daxil olduğu və abonentin su xidməti ilə bağlı müqaviləsinin olmaması aşkar olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Gənşə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən heç bir xəbərdarlıq edilmədən, əsassız surətdə yaradılmış 40.328 manat borcun ləğv edilməsi, cavabdeh “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti tərəfindən ondan tələb etdiyi 48.500 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbu l olunmasını xahiş etmişdir.

8. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, dövlətimizin qanunlarına tabeçilik göstərməklə, rəsmi qeydiyyatdan keçməklə sahibkarlıq fəaliyyəti göstərməkdədir. Onun tərəfındən fəaliyyət göstərdiyi sahibkarlıq obyekti müqavilə əsasında icarəyə verilmişdir. Bütün kommunal xidmətlərdən istfadə etməklə vaxtlı ödənişlər həyata keçirilmişdir. Heç bir problem yaranmamışdır. Çirkab suların axıdılmasında və içməli sudan istifadə edilməsində cavabdehlər tərəfindən əsassız borc yaradılmaqla təchizatda süni məhdudiyyətlər yaratmışlar. Bu, obyektə qarşı yaranmış borc barədə cavabdehlər tərəfindən heç bir vaxt məlumatlar olmadığından fantastik rəqəmlər olan borc yazılmışdır. Obyektin fəaliyyətinin dayandırılması sahibkarlığa qarşı qərəzli xarakterlidir. Daşınan əmlak olsaydı hesab etmək olardı ki, hər hansı bir borcun ödənişlərindən yayınmaq olar, bu obyekt isə daşınmaz əmlak olaraq özü özünü hər bir halda sığortalayır. Cavabdehlər tərəfindən qanunsuzluqlar edilməklə, xx.xx.2023-cü il tarixdə, heç bir xəbərdarlıqlar edilmədən su və çirkab su təchizatı dayandırılmışdır, yəni kəsilmişdir. Bu isə Azərbaycan Respublikası Qanunlarının tələblərinə ziddir. 9. “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh, yaxud cəmiyyət)) cavabdeh İddiaçı (bundan sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən su təchizatı və tullantı suların axıdılması xidmətlərinə görə yaranmış 48.500 manat borcun (abonent kodu 800365) alınaraq “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin hesabına ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “Gəncə Sukanal” TSC tərəfindən cavabdeh İddiaçı (abonent kodu 800365) su təhcizatı sistemindən Gəncə şəhəri, Ş.İ.Xətai 54D ünvanında yerləşən qeyri-yaşayış sahəsinə suyun buraxılması və tullantı suların axıdılması xidmətləri göstərilir. Cavabdeh qeyri-əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini ödəməmiş, nəticədə xx.xx.2023-cü il tarixinə 48.500 manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri, ona məxsus olan obyektə D-40 mm olan su borusu vasitəsi ilə təchiz olunduğu üçün və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019cu il tarixli qərarı ilə istehlakçı İddiaçı öz vəsaiti hesabına obyektə su sayğacının quraşdırılması qət edilsə də, bu günədək sayğac quraşdırılmamışdır və bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 nömrəli əmri ilə təsdiq edilmiş “X2”nın 7.4 və 7.5 bəndlərinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. Cəmiyyət tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehə məxsus qeyriyaşayış sahəsinə hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə İddiaçı nümayəndəsinə xəbərdarlıq məktubu verilmişdir, lakin İddiaçı borcun ödənilməsini təmin etməmişdir.

11. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı rədd edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 54 D ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Cəmiyyət tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli bildirişdə tələb edilən 48.500 manat borc qanunsuz və əsassızdır. Belə ki, 2014-2023-cü illərdə hesablanmış borc tələb olunur, halbuki, vergi orqanında qeydiyyata alındığı tarixdən etibarən hesablanmalıdır. 2014-2018-ci illərdə sudan istifadə olunmamışdır. 2019-cu ildə vergi orqanında qeydiyyata alınmışdır. Fəaliyyətə başlayandan sonra cəmiyyət ilə müqavilə bağlamaq istəsələr də, cəmiyyət müqavilə bağlanılmasında və abonent kartının verilməsində maraqlı olmamış, 1.100 manat borc olduğunu demişdir. Həmin borcla razılaşmayıb, inzibati məhkəməyə müraciət etmişdirlər ki, müqavilə bağlanı lsın. Lakin cəmiyyət yenə də müqavilə bağlamaqdan imtina edərək, 2014-2018-ci illərdə olan borc ödənilməsə, müqavilə bağlanılmayacağını bildirmişdirlər. 2014-cü illərdə sadəcə təmir işləri görülüb, obyektin sağı-solu düzəldilmişdir. 2019-cu il qərarından sonra isə ümumiyyətlə sudan istifadə olunmamış, su maşını ilə su gətirilmişdir. Daha sonra isə pandemiya başlamış, pandemiya dövründə obyekt fəaliyyət göstərməmişdir. Yanacaqdoldurma məntəqəsi qonşu obyektin kanalizasiya xəttindən istifadə etmişdir. 2023-cü ilə kimi borc tələbi barədə heç bir müraciət olunmamışdır.

12. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “Gəncə Sukanal” TSC-nin nümayəndəsi Nümayəndə2 qarşılıqlı iddianı müdafiə edib, ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat v ermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçının mülkiyyətində olan obyektdə yanacaq doldurma məntəqəsi, avtoyuma məntəqəsi, avtomobil dayanacağı, avtomobil təmiri sexləri, avtodayanacaq, market və s. obyektlər fəaliyyət göstərir. Obyekt 2014-cü ildə alınan zaman borcla alınmışdır. 2014-2018-ci illərdə obyekt işlək vəziyyətdə olmuşdur, daha əvvəl isə həmin yerdə qaz doldurma məntəqəsi fəaliyyət göstərmişdir. Hətta 2014-2018-ci illərdə təmir işləri görülmüşdürsə, yenə də sudan və kanalizasiyadan istifadə zəruri olmuşdur. 20142019-cu illərdə obyektdə həm sudan, həm də kanalizasiyadan istifadə edilmiş, 2019-cu ildə obyektin su təchizatı dayandırılmış, yalnız kanalizasiya xidmətlərindən istifadə olunmuşdur. Dəfələrlə xəbərdarlıq edilmişdir. Quyu suyundan istifadə edilmiş, alternativ mənbədən çi rkab su axıdılmışdır. Yanacaq doldurma məntəqəsi pandemiya dövründə də fəaliyyət göstərmişdir. xx.xx.2023-cü il tarixdə kanalizasiya xidmətinin dayandırılması üçün obyektdə olarkən əməkdaşlar sudan qeyri-qanuni istifadə aşkar etmiş, bu fakt aktlaşdırılaraq, qanunvericiliyin tələbinə uyğun olaraq faktın aşkara çıxarılmasından əvvəlki bir illik dövr üçün sudan qanunsuz istifadəyə görə borc hesablanmışdır. Hazırda iddiaçının ümumi borcu 48.500 manat təşkil edir. Müqavilə bağlanması ilə bağlı müraciət etmişdirlər, ancaq borc olduğuna görə müqavilə bağlanılmamışdır. Obyekt özəlləşdirildikdə əvvəlki mülkiyyətçidən təmizlik kağızı alınmalıdır. Ancaq almamışdırlar. Təmir aparılmış, yenə də su işlədilmişdir. Borc ödənilmədiyinə görə Cavabdeh1 olaraq müqavilə bağlamaqdan imtina etmişlər. Daha sonra iş məhkəmədə mübahisələndirilmiş, 11.000 manatdan çox borc olmasına baxmayaraq, borc məsələsinə toxunulmamış, müqavilə bağlamaq öhdəliyi Cavabdeh1 ASC-nin üzərinə qoyulmuşdur. Məhkəmənin qərarı əsasında məcbur olub müqavilə bağlamaq üçün sənədləri hazırlamışdırlar. Sənədlər hazır olandan sonra obyektin sahibi nə yaxın gəlmiş, nə də ki, müqaviləni təsdiq etmişdir. Məcbur olub müqaviləni işçi vasitəsilə ünvana göndərmişlər ki, təsdiqləyib götürsünlər. Ancaq yenə də müqavilə bağlamaqdan imtina etmişlər. Dəfələrlə xəbərdarlıq olunmuş, evinə məktub göndərilmişdir. Müqavilə bağlanmadığı üçün məhkəməyə də müraciət olunmamışdır.

13. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi Nümayəndə1 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, cavabdeh “Gəncə Sukanal” TSC-nin qarşıl ıqlı iddia tələbinin iddia müddəti tətbiq edilərək rədd edilməsini xahiş etmişdir.

14. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə kompleks məhkəmə mühəndistexniki ekspertizası və məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5777; 9/5954 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tədqiqat zamanı iş materiallarında olan sənədlərə əsasən Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 54D ünvanda yerləşən qeyri-yaşayış sahəsində sayğac quraşdırılmadan istifadə olunmuş suya və kanalizasiya xidmətinə görə xx.xx.2014-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə ödənilməli olan məbləğ ümumilikdə 48.251,3 manat (2014-cü il üzrə 195 manat, 2015-ci il üzrə 219,7 manat, 2016-cı il üzrə 4.275,6 manat, 2017-ci il üzrə 1.638,00 manat, 2018-ci il üzrə 4.914,00 manat, 2019-cu il üzrə 6.248,00 manat, 2022-ci il üzrə 20.429,00 manat və 2023-cü il üzrə 10.332,00 manat) məbləğində müəyyən edilmişdir.

15. Məhkəmə xx.xx.2024-cü il tarixdə mübahisəli obyektə tərəflərin iştirakı ilə baxış keçirmiş, baxış zamanı müəyyən olunmuşdur ki, həmin obyektdə istifadə olunan su, obyektin özündə olan 100 m3 tutumlu su anbarında olan sudan istifadə edilir. Obyektə nəzarət edən şəxs həmin anbara 3 gündən bir hər birinin tutumu 15-16 m3 olan 3 maşın su doldurulduğunu göstərmişdir.

16. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(125)-103/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qət naməsi ilə (hakim Cavid Tağıyev) ilkin iddia əsassız olduğundan təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilərək, İddiaçı su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 25.452 manat borc və dövlət rüsumunun əvəzi olaraq 166,36 manat alınaraq “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işin müəyyən olunmuş hallarından göründüyü kimi 2014-2019-cu illərdə iddiaçıya məxsus obyektdə həm sudan, həm də kanalizasiyadan istifadə edilmiş, 2019-cu ildə obyektin su təchizatı dayandırılmış, yalnız kanalizasiya xidmətlərindən istifadə olunmuşdur və yerli baxış zamanı da kanalizasiya xidmətlərindən istifadə olunduğu müəyyən edilmişdir.

18. İşin müəyyən olu nmuş hallarına əsasən məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı su təchizatı və tullantı suların axıdılması xidmətinə görə borcu 2014-cü il tarixdən 2023-cü il tarixədək olan dövr üçün tələb etmiş, 2020-ci ilin may ayının 16-dək olan öhdəliyin icra müddəti bitmişdir. Hazırki tələb müqavilə münasibətlərindən yaranan tələbdir. 2020-ci ilin may ayının 16-dək olan tələb üç illik iddia müddəti keçdikdən sonra verilmişdir. 19. 2020-ci ilin may ayının 16-dan qarşılıqlı iddia ərizəsi verilən günədək olan borcun tutulmasına gəldikdə məhkəmə hesab etmişdir ki, həmin dövr üzrə iddiaçı sudan istifadə etməsə də, tullantı suların axıdılması xidmətinə görə hesablanmış borc tutulmalıdır. İddiaçının 3 gündən bir hər birinin tutumu 15-16 m3 olan 3 maşın sudan istifadə etməsini nəzərə alaraq 16 m3 x 30 x 12 x 3=17.280 m3 tullantı suların axıdılması xidmətinə görə 17.280 manat və su təchizatı sisteminə qanunsuz qoşulmaya görə itirilmiş suyun həcminə görə hesablanmış 8.172 manat iddiaçı (qarşılıqlı iddia üzrə savabdeh) Ayşən Məmmədovdan alınaraq cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “Gəncə Sukanal” TSC-nin xeyrinə ödənilməlidir.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 373.3, 375.2 və 385.1-ci maddələrinə, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61 və 62-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2nın” 8.7-ci bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1-ci ma ddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

21. Qətnamədən iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iş mаtеriаllаrındа оlаn Gəncə İnzibаti Məhkəməsinin və Gəncə Аpеllyаsiyа Məhkəməsinin qərаrlаrındаn göründüyü kimi müqаvil ə bаğlаnmаsı ilə bаğlı cavabdeh təşkilatla aralarında mübаhisə оlmuş və həmin müqаvilə üzrə cаvаbdеh tərəfindən sаyğаcın qurаşdırılmаsı təmin еdilməli olmuşdur. Lаkin cаvаbdеh sudаn istifаdə ilə bаğlı оnun həcmi və məbləği ilə bаğlı onun üzərinə hеç bir öhdəlik yаrаtmаmışdır. İş mаtеriаllаrındа cаvаbdеhin bоrcunа dаir cərimənin tətbiq еdilməsi bаrədə tələbin icrааtа qəbul еdilərək bir icrааtdа bахılmаsı əsаssızdır. İlk оlаrаq qеyd еdilməlidir ki, cаvаbdеh tərəfindən bunа dаir iddiaçıya hеç bir rəsmi məlumаt göndərilməmiş nə də ki, təqdim еdilməmişdir. İşdə оlаn sənədlərdə onun tərəfindən 2019cu ildən hеsаblаnmış su təhcizаtı ilə bаğlı bu qədər suyun istifаdəsi və оnun kаnаlizаsiyаyа ахıdılmаsı аğlаbаtаn bеlə dеyil. Pаndеmiyа müddətində оbyеktin işləmədiyi dövrdə və təmirdə оlаn müddətdə su təhcizаtının cаvаbdеh tərəfindən təmin еdilmədiyi təqdirdə və onun tərəfindən оbyеktə аvtоmаşınlа suyun dаşınmаsı ilə təmir işlərinin аpаrılmаsındа istifаdə еdilməklə tullаntı sulаrının 16 m3 hеsаblаnmаsı əsаssızdır. Cаvаbdеh onun tərəfindən 3 mаşındаn istifаdə еdərək suyun dаşınmаsını nеcə müəyyən еtməsi ilə bаğlı işdə sübut yохdur və məhkəmənin bu cür hеsаblаmа аpаrmаsı əsаssızdır. Həmçinin su хətti üzrə onun cаvаbdеhdən su аlmаdığı haldа 40 mm bоrudаn istifаdə еdilməməsi о, cümlədən su хəttinin nеcə qurаşdırılmаsını təmin еtmək hüququ ona аiddir. Qеyd оlunаn su хətti ilə bаğlı hеç bir su аlınmır.

23. Məhkəmə kollegiyasının iclasında iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, 27 aprel 2 023-cü il tarixdə iddiaçıya məxsus obyekdə heç bir xəbərdarlıqlar edilmədən su və çirkab su təchizatı dayandırılmışdır. Qarşılıqlı iddiaçı ilkin iddiaçından borcun ödənilməsini tələb edir. Halbuki, qanunvericlikdə nəzərdə tutulmuşdur ki, öhdəliyin yaranması üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında müqavilə bağlanmamışdır. İşə birinci instansiya məhkəməsində baxılan zaman ekspertiza keçirilmişdir, ekspert rəyində hesablamanın hansı mənbəyə istinadən aparıldığı qeyd edilməmişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, cavabdeh təşkilat borc olduğuna görə ilkin iddiaçı ilə müqavilə bağlamaqdan imtina etmişdir. Bu isə qanunsuzdur, çünki onlar ilkin iddiaçıdan borcun ödənilməsini tələb edə bilərdilər. Borc hesablanan zaman pandemiyaya gör ə karantin rejimi tətbiq edilmişdir. Su sərfiyyatına səbəb olan avtoyuma məntəqəsi də fəaliyyət göstərməmişdir. Həmin müddətdə su idarəsi tərəfindən hesablanmış həcmdə suyun istifadə edilməsi mümkün ola bilməzdi. Cəmiyyət su xətti borusundan çıxan suyun təzyiqi ilə bağlı sübutlar təqdim etməlidir. Digər tərəfdən obyektdə 40 mm-lik su xətti borusunun mövcud olubolmamasının, obyektə hər hansı su sayğacının quraşdırılıb-quraşdırılmamasının müəyyən edilməsinə zərurət vardır. Bunun üçün həmin obyektə yerində baxış keçirilməlidir. Verilən suallara cavab olaraq nümayəndə bildirmişdir ki, obyekt hal-hazırda fəaliyyət göstərir. Obyekt su maşınları ilə gətirilən suyla təmin edilir. Birinci instansiya məhkəməsi tərəfindən yerində baxış keçirilən zaman onların səlahiyyətli nümayəndəsi baxışda iştirak etməmişdir.

24. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, ilkin iddiaçının mülkiyyətinə keçməmişdən öncə obyekt qazdoldurma məntəqəsi kimi fəaliyyət göstərmişdir. Obyektin əvvəlki mülkiyyətçisinin sudan istifadə ilə bağlı müvafiq müqaviləsi olmuş və sudan istifadəyə görə 411 manat borcu yaranmışdır. Obyekt 2014-cü ildə iddiaçının adına özəlləşdirilmişdir və həmin 411 manat borc da ödənilməmiş olaraq qalmışdır. Eyni zamanda, obyektin 11.000 manat borcu olduğuna görə onunla müvafiq müqavilə bağlanıla bilməzdi. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında sahibkarın hesabına smart kart tipli su sayğacının quraşdırılması və müqavilə bağlanması öhdəliyi q oyulsa da, qərar icra edilməmişdir. 2021-ci ildə obyekti icarəyə götürdüyünü bildirən Tural Ələkbərov adlı şəxs müqavilə bağlamaq üçün özünün və iddiaçının şəxsiyyət vəsiqəsini, icarə müqaviləsini, VÖEN-i təqdim etmiş, lakin həmin icarə müqaviləsinin müddətinin 2019-cu ildə bitdiyi müəyyən edildiyindən müqavilə bağlanılmasından imtina edilmişdir. İddiaçının adına müqavilə bağlanılmaqla müqavilənin bir nüsxəsi ona göndərilsə də, sonuncu yenə də müqaviləni imzalamaqdan imtina etmişdir. Bu səbəbdən də həmin obyektdə su sayğacının quraşdırılması mümkün olmamışdır. Bundan sonra obyektdən 2023-cü ilədək çirkab sularının axıdılması ilə hesabat verilməyə başlanılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən obyektə tərəflərin iştirakı ilə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, 100 to nluq su çəni mövcuddur və maşınla su daşıma xidmətindən istifadə etməklə çən suyla doldurulur, qarşı tərəfdən çəni doldurmaq üçün 2-3 gündən bir 15-16 tonluq maşınla su gətirilir. Pandemiya dövründə bütün xidmət müəssisələri, o cümlədən avtoyuma məntəqələri fəaliyyətini davam etdirirdi. İddiaçı barəsində su təhcizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadəyə görə akt tərtib edilərək 8.172 manat borc hesablanmışdır. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, müqavilə bağlanması təklifi ilə dəfələrlə iddiaçıya yazılı müraciət edilmiş, lakin müsbət cavab əldə edilməmişdir. Çünki iddiaçıya məlum idi ki, smart kart tipli su sayğacı quraşdırılacağı təqdirdə, balansa yüklənilən məbləğin bir hissəsi suya olan borca yönəldiləcək. Borc ödənilmədiyinə və müqavilə bağ lanılmadığına görə obyektdəki su təhcizatı 2019-cu ilin yanvar ayından dayandırılmışdır. 2023-cü ildə tərtib edilmiş akt su təhcizatına qanunsuz qoşulma ilə bağlı tərtib edilmişdir. Obyektə yerində baxış keçirilən zaman 40 mm-lik borunun keçdiyi və onun kəsildiyi müəyyən edilmişdir. Gəncə şəhərində suyun qrafiki 5 saatla müəyyən edilir. 27 aprel 2023-cü il tarixdə əraziyə baxış keçirilən zaman qanunsuz olaraq 40 mm lik boru ilə yenidən su xəttindən istifadə edildiyi müəyyən edildiyindən təşkilatın əməkdaşları tərəfindən “Sudan istifadə” Qaydalarının 4 saylı Cədvəlinə əsasən nəzərdə tutulmuş qaydada, yəni borunun en kəsiyi ilə buraxılan suyun miqdarını gündəlik norma olaraq qəbul edilmiş 5 saata vurmaqla 30 günə və 12 aya vurmaqla 8.172 manat cərimə tətbiq edilmişdir. Həmçinin sədrlik edəni n suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, obyektin çirkab suları kanalizasiyaya axıdılır. Həmin obyektə hər biri 16 ton tutumu olan üç su maşını olmaqla üç gündən bir su gətirilmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

25. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(104)-1052/2024 nömrəli, 31 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Şamil Rzaquliyev) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiyası məhkə məsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, 2019-cu ildə ilkin iddiaçıya məxsus qeyri-yaşayış sahəsində su təchizatı dayandırıldıqdan sonra ilkin iddiaçı müqavilə bağlamadan diametri 40 mm-lik su xəttindən istifadə etmişdir. Bu hal “Gəncə Sukanal” TSC tərəfindən tərtib olunmuş 27 aprel 2023-cü il tarixli 600285 nömrəli aktla öz təsdiqini tapır. Ona görə də Cəmiyyət tərəfindən ilkin iddiaçıya hesablanmış borc məbləğinin 8.172 manatı qanunsuz olaraq su xəttinə qoşulmaqla cavabdeh təşkilata vurulmuş zərərin əvəzi olaraq müəyyənləşdirilmişdir.

27. Bununla yanaşı işin faktiki halları ilə bağlı məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, 2019-cu ildə ilkin iddiaçıya məxsus obyektin su təchizatı d ayandırılmış, lakin kanalizasiya xidmətlərindən istifadə olunmuşdur. Bu hal ilkin iddiaçı tərəfin birinci instansiya məhkəməsində verdiyi izahatı ilə öz təsdiqini tapmışdır. Belə ki, ilkin iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində icraat zamanı verdiyi izahatında bildirmişdir ki, yanacaqdoldurma məntəqəsi qonşu obyektin kanalizasiya xəttindən istifadə etmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən ilkin iddiaçıya məxsus obyektə yerli baxış keçirilən zaman da müəyyən olunmuşdur ki, obyektdə qanunsuz olaraq kanalizasiya xidmətlərindən istifadə olunmuşdur.

28. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ilkin iddiaçıya məxsus obyektdən tullantı suların axıdılmasına görə borc hesablamışdır. Belə ki, işin hallarından göründüyü kimi 2020-ci ilin may ayının 16-dan ilkin İddiaçı obyektdə su xətti üzrə sudan istifadə etməsə də, lakin 3 gündən bir hər birinin tutumu 15-16 m3 olan 3 maşın sudan istifadə etmişdir. Belə olan halda 16 m3 x 30 x 12 x 3=17.280 m3 tullantı suların axıdılması xidmətinə görə 17.280 manat itirilmiş suyun həcmi olaraq müəyyənləşdirilmişdir.

29. Məhkəmə kollegiyası həmçinin ilkin iddiaya da hüquqi qiymət verərək qeyd etmişdir ki, ilkin iddianın təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyil. Belə ki, yuxarıda da göstərildiyi kimi Cəminyyət tərəfindən ilkin İddiaçı hesablanmış borc məbləği su və su tullantılarının axıdılması xəttindən qanunsuz istifadəyə görə hesablanaraq onun abonent hesabına yazılmışdır. İlkin iddiaçı həmin borc məbləğinin qanunsuz və əsassız ol duğunu iddia etsə də, bu fakt öz təsdiqini tapmamışdır.

30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61.1, 62.1-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2”-nın 8.7-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

31. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

32. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunlu dəlillərlə əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə hаzırdа qеyd оlunаn mаddi hüquq nоrmаsının tələbindən çıхış еtsədə işdə оlаn sənədlərdə onun tərəfindən 2019-cu il tаriхdən hеsаblаnmış su təhcizаtı ilə bаğlı bu qədər suyun istifаdəsi və оnun kаnаlizаssiyаyа ахıdılmаsı аğlа bаtаn bеlə dеyil. Pаndеmiyа müddətində оbyеktin işləmədiyi dövürdə və təmirdə оlаn müddətdə su təhcizаtının cаvаbdеh tərəfindən təmin еdilmədiyi təqdirdə və onun tərəfindən оbyеktə аvtоmаşınlа suyun dаşınmаsı ilə təmir işlərinin аpаrılmаsındа istifаdə еdilməklə tullаntı sulаrının 16-16 m3 hеsаblаnmаsı əsаssızdır. Cаvаbdеh onun tərəfindən 3 mаşındаn istifаdə еdərək suyun dаşınmаsını nеcə müəyyən еtməsi i lə bаğlı işdə hеç bir sübut yохdur və məhkəmənin bu cür hеsаblаmа аpаrmаsı əsаssızdır. Həmçinin su хətti üzrə onun cаvаbdеhdən su аlmаdığı hаldа 40 mm bоrudаn istifаdə еdilməməsi о, cümlədən su хəttinin nеcə qurаşdırılmаsını təmin еtmək hüququ ona аiddir. Qеyd оlunаn su хətti ilə bаğlı hеç bir su аlınmır. Məhkəmənin qаrşılıqlı iddiа tələbi üzrə gəldiyi nəticənin əsаsındа hеç bir hüquqi və sübut üzrə hеç bir əsаs mövcud dеyil. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlid ir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

34. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

35. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

36. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

37. Maddə 560.3.1. Qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi hüquqdan sui-istifadədir. “Su təchizatı və tullantı suları haqqınd a” Azərbaycan Respublikası Qanunu.

38. Maddə 61.1. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəsi və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.

39. Maddə 62.1. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilmə si tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2”.

40. Bənd 1.2.5. Tullantı suları– istehlakçıların istifadə edilərək çirkləndirdiyi, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır.

41. Bənd 3.1.2. STKM-in smart-kart tipli olmayan suölçən cihaz quraşdırılm ış və ya suölçən cihaz quraşdırılmamış istehlakçıdan verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesabın ödənilməsini tələb etmək hüququ vardır.

42. Bənd 4.1.3. İstehlakçıların bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək vəzifələri vardır.

43. Bənd 6.18. STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməs i və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

44. Bənd 8.7. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

47. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Maddə 407.2. Kassasiya şikayətind ə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

55. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən ilk iddia təmin edilməmiş hissəsi ndə, qarşılıqlı iddia isə təmin edilən hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparı lmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verilmişdir.

59. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nə ticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

60. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə gör ə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnam ənin ləğv edilməsi üçün əsas ola bilməz. 62. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

63. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hü quqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

64. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

66. Bu səbəbdən, kassasiya şikayə ti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1052/2024 nömrəli, 31 may 2024-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar