Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3766/2024 29.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdehnə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair ilk və iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “əqdin əhəmiyyətsiz hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icrası, məhkəmə aktının əsaslandırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mü lki kollegiyasının 22 iyul 2024-cü il tarixli, 2(103)4062/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 3 saylı evin, 15 saylı mənzilinin 35,5 kv.metr-dən ibarət hissəsi 06 may 2010-cu il tarixdən X18 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2. 27 avqust 2010-cu il tarixli alqı-satqı müqaviləsi ilə X35 həmin mənzili 14.000 manata X3 və sonuncunun mülkiyyət hüququ 29 iyun 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. İddiaçı ailə üzvləri ilə birlikdə qeyd olunan mənzildə yaşamış, bununla bağlı mülkiyyətçi ilə İddiaçı asında məhkəmə mübahisələri olmuş və son nəticədə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının qüvvədə olan 07 mart 2018-ci il tarixli qətnaməsi ilə X22 iddiası təmin edilərək, İddiaçı, Məmmədov Həsrəddin Müsüləddin oğlu, X23, X7, X19, X11, X24, X32, X25, X26 və X8 Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsindəki 3 saylı evin, birinci mərtəbəsində yerləşən 2 otaqlı, yaşayış sahəsi 35,5 kv.m olan, 15 saylı mənzilə istifadə hüquqları itirilməsi qət edilmiş; X18 X31 və 7 saylı DNK-na qarşı 27 avqust 2010-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışının ləğv edilməsi tələbinə dair iddiası isə təmin edilməmişdir.
4. Həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qüvvədə olan 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə X22 cavabdehlər İddiaçı, Məmməd ov Həsrəddin Müsüləddin oğluna, X12, X6, X10, X9, X13, X20, X14, X15 və X16 qarşı iddiası təmin edilərək, cavabdehlərin Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsindəki 3 nömrəli evin, 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, yaşayış sahəsi 35,5 kv.metr olan, 15 nömrəli mənzildən özlərinə məxsus əşyalarla birlikdə çıxarılmaları və həmin mənzili boşaldaraq X31 təhvil verilməsi qət edilmişdir. 5. 11 iyul 2019-cu il tarixli, 287 saylı müqavilə ilə “Əmlak istifadəçisi” qismində İddiaçı bəyan etmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 3, mənzil 15 ünvanında yerləşən yaşayış sahəsində ailəsi ilə birlikdə uzun müddət daimi yaşamış və bu yaşayış sahəsinə dair hər hansı sənədi olmamışdır. Müqaviləyə əsasən “Əmlak istifadəçisi” istifadəsində olan Bakı şəhəri, Nərimano v rayonu, Ə.Əlizadə küçəsi, ev 3, mənzil 15 ünvanında yerləşən 46 kv.m yaşayış sahəsini sökülmək üçün “Tikinti şirkəti“ qismində Cavabdehnə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yenidən inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. “Tikinti şirkəti” isə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 3, mənzil 15 ünvanında yerləşən və “Əmlak istifadəçisinin” istifadəsində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə inşa edilən binada 50,0 kv.m. ümumi sahəsi olan təmirli mənzilin İddiaçı istifadəsinə verilməsini, təmirli mənzillə təmin edilən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə aylıq 600 manat məbləğində k irayə haqqını hər ay üzrə əvvəlcədən, ayda 1 dəfə ödəməyi, yeni tikiləcək yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 36 ay müddətinə qədər başa çatdıraraq, təmirli mənzili “Əmlak istifadəçisi”nə təhvil verməyi öhdəsinə götürmüşdür. 18 iyul 2019-cu il tarixdə tərəflər arasında müqavilədə nəzərdə tutulan mənzilin təhvilqəbuluna dair akt imzalanmışdır.
6. Sonradan mənzilə mülkiyyət hüququ X21 X4 (bununla bağlı müvafiq sənədlər iş materiallarına əlavə olunmamışdır), 29 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə isə X37 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 3, 15 saylı mənzilində paylı mülkiyyət hüququ üzrə ona məxsus olan İ mərtəbə 2 otaq 37,7 kv.m. payını 251000 manata X5, sonuncunun mülkiyyət hüququ 02 noyabr 2021-ci il tarixdə daşınmaz əmlakın dö vlət reyestrində qeydiyyata alınmışdır. 7. "xxxx" MMC Cavabdeh MMC-dən ayrılma nəticəsində yaranmış, 02 dekabr 2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və "xxxx" MMC-yə qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 11 iyul 2019-cu il tarixli, 287 nömrəli müqaviləyə əsasən, cavabdehlərdən 2020-ci ilin oktyabr ayından 2022-ci ilin oktyabr ayınadək 24 ay müddət ərzində yığılmış hər ay 600 manat olmaqla, ümumilikdə 14.400 manat məbləğində kirayə haqqının və 134 manat dövlət rüsumunun tutularaq, iddiaçıya ödənilməsi və cavabdehlərin üzərinə müştərək qaydada Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında yerləşən 50,0 kv.m.-lik ümumi sahəyə malik, təmirli mənzilin iddiaçının istifadəsinə verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər tərəflər arasında bağlanmış müqavilə şərtlərini icra etməmişdir. Belə ki, tikinti şirkəti tərəfindən yalnız 15 ay müddətində aylıq 600 manat (kommunal xərclər çıxdıqdan sonra 400 manat) məbləğində kirayə haqqı ödənilmiş, digər ayların kirayə haqları ödənilməmişdir. Eyni zamanda müqavilədə nəzərdə tutulmuş yeni binanın tikinti işlərinin bitməsinə və istifadəyə verilməsinə baxmayaraq, müqavilədə nəzərdə tutmuş təmirli mənzil istifadəsinə verilməmişdir.
10. İddiaçı "xxxx" MMC cavabdeh İddiaçı qarşı q arşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd olunmasını, həmin tələb üzrə cavabdeh ilə Cavabdeh MMC arasında bağlanmış 11 iyul 2019-cu il tarixli, 287 nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC yenidən təşkil olunaraq, tərkibindən yeni hüquqi şəxsin ayrılması nəticəsində "xxxx" MMC yaranmış və hazırkı mülki iş üzrə mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ, N.Quliyev küçələrinin kəsişməsində inşa edilən “Triumf Palace” yaşayış kompleksi "xxxx" MMC-nin balansındadır. Müqavilə bağlandığı zaman İddiaçı özünə və ailə üzvlərinə məxsus şəxsiyyət vəsiqələrini və 37 saylı MKİS tərəfindən verilmiş 25 fevral 2019-cu il t arixli (müddəti bitmiş) arayışı Cavabdeh MMC-yə təqdim edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən 3 saylı evin 15 saylı mənzilinin onun istifadəsində olduğunu bildirmiş, bu səbəbdən Cavabdeh MMC ilə İddiaçı arasında müqavilə bağlanmış və müvəqqəti yaşamaq üçün aylıq kompensasiyalar ödənilmişdir. Lakin sonradan, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən 3 saylı evin 15 saylı mənzilinin xüsusi mülkiyyətdə olduğu məlum olanda iddiaçı bildirmişdir ki, mənzilin sənədləşmə işlərində problem var və yaxın vaxtlarda problemi həll edərək, mənzilin sənədlərini tikinti şirkətinə təqdim edəcək. Bu səbəbdən 2020-ci ilin sentyabr ayından sonra iddiaçıya aylıq kompensasiyanın ödənilməsi dayandırılmış və bununla bağlı 2 il ərzində iddiaçı tikinti şirkətinə heç bir iddia və etirazlarını bildirməmiş, yəni 11 iyul 2019-cu il tarixli müqavilə artıq əhəmiyyətsiz olmuşdur. Bir müddət keçəndən sonra, iddiaçı bildirmişdir ki, mənzilə dair sənədləşdirmə işləri tamamlanmış, həmin mənzilin Elşad Rzayevə məxsus olmasına dair çıxarışı təqdim edərək, mənzilə görə kompensasiyanın verilməsi barədə bir neçə ay Cavabdeh MMC ilə danışıqlar aparmış və sonda əldə olunmuş razılığa əsasən faktiki sahəsi 46 kv.m. olan mənzilə görə 251000 manat məbləğində kompensasiya ödənilməklə, 29 oktyabr 2021-ci il tarixdə notariat kontorunda alqı-satqı müqaviləsi bağlanmışdır. Hazırkı iş üzrə cavabdeh qismində cəlb olunandan sonra mülki işin sənədlərlə tanış olan zaman, iddiaçı tərəfindən nümayəndəyə verilmiş etibarnaməyə nəzər yetirərkən məlum olmuşdur ki, onun qeydiyyat ünvanı Bakı şəhəri, Nərimanov rayonu, İddiaçı küçəsi 9 ünvanında yerləşən Nərimanov Rayon Polis İdarəsinin inzibati binasıdır. Cavabdeh MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən 3 saylı evin 15 saylı mənzilinə dair yuxarıda qeyd olunan məhkəmə mübahisələri barədə məlumatı olsaydı, iddiaçı ilə müqavilə bağlamazdı. Bu müqavilə iddiaçı tərəfindən Cavabdeh MMC-yə yalan, həqiqətə uyğun olmayan məlumatlar verildiyinə görə, bir sözlə aldatma yolu ilə bağlanmışdır. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 11 iyul 2019-cu il tarixli, 287 nömrəli müqavilədə qeyd olunan mənzil X22, sonradan X27, hazırda isə X28 mülkiyyətində olduğuna görə, 11 iyul 2019-cu il tarixli, 287 nömrəli müqavilə artıq öz əhəmiyyətini itirmişdir. X38 mənzilin mülkiyyətçisi olduğu andan mənzilə dair sahiblik, istifadə və sərəncam vermək hüququna malikdir, ondan öncə isə bu hüquq yuxarıda qeyd olunan şəxslərə məxsus olmuşdur. Mübahisəli mənzil hələ X.Kubişova məxsus olan zaman məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçının həmin mənzilə dair istifadə hüququ artıq itirilmişdir.
12. İşə baxılarkən "xxxx" MMC-nin vəsatəti əsasında, X37 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim M.Əfəndizadə) 15 may 2023-cü il tarixli, e-2(005)- 511/2023 nömrəli qətnaməsi ilə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək, iddiaçı ilə Cavabdeh MMC arasında bağlanılan 11 iyul 2019- cu il tarixli, 287 nömrəli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir.
14. Birinci instansi yası məhkəməsi qarşılıqlı iddia tələbini təmin edərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.
15. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu hald a əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur.
16. Məhkəmə işə əlavə edilmiş məhkəmə aktları əsasında müəyyən etmişdir ki, iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 3, 15 saylı mənzilə olan istifadə hüququ itirilmiş, həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə onun mənzildən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir.
17. Məhk əmə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən həmin halların baxılan iş üzrə preyudisial əhəmiyyətə malik olduğunu nəzərə alaraq, qeyd etmişdir ki, tərəflər arasında müqavilə bağlanan zaman qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən iddiaçının mənzilə mülkiyyət hüququ olmamış və həmin mənzildə yaşamamışdır.
18. Məhkəmə qeyd edilənlərə əsasən subyekt tərkibinə görə əqdin etibarsız hesab edilməsi üçün əsasların olduğu qənaətinə gəlmişdir. Belə ki, mənzilin mülkiyyətçisi olmayan, həmin mənzilə dair hər hansı hüququ olmayan iddiaçı bu mənzil üzrə sərəncam verilməsinə dair Cavabdeh MMC ilə müqavilə bağlamışdır. Göründüyü kimi əqdin subyektiv tərkibinə aid edilən şərt pozulmuşdur, əqd etibarsız hesab olunmalıdır.
19. Mübahisələndirilən müqavilənin bağlanması zamanı iddiaçı MMC -yə düzgün olmayan məlumatlar vermiş, müqavilələr məhz onun verdiyi düzgün olmayan məlumatlar əsasında MMC-də formalaşmış yanlış qənaət nəticəsində bağlanmış, beləliklə MMC, həqiqəti bildiyi təqdirdə bağlamayacağı əqdlər əsasında üzərinə öhdəliklər götürmüşdür. Şübhəsizdir ki, məqsədi gəlir əldə etmək olan tikinti şirkəti, tikintini həyata keçirəcəyi ərazidə heç bir əmlaka sahib olmayan şəxslərə mənzil və pul ödəmək öhdəliyi götürməz; hərgah, əgər bu cür şəxslərlə müvafiq müqavilələr bağlamışsa, həmin müqavilələrin aldatma olmadan bağlanması qənaətinə gəlməmək ağlabatan mühakimə əsasında mümkün deyildir.
20. Məhkəmə göstərilənlərə əsasən hesab etmişdir ki, MMC-nin irəli sürdüyü faktiki hallar, onun iddia tələbinin dispozitiv şərtləri ilə uzlaşmaqdadır.
21. Məhkəmə iddiaçının müvafiq iddi a tələbini irəli sürmək üçün qanunla müəyyənləşdirilmiş müddəti ötürmüş olması arqumentinə münasibətdə isə qeyd etmişdir ki, mülki işin materiallarında olan 11 iyul 2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı ünvan 2 ünvanda yerləşən 46,0 kv.m. ümumi sahədən ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Bunun əvəzində Cavabdeh MMC isə həmin ərazidə inşa edilən hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 50,0 kv.m-lik ümumi sahəyə malik, təmirli mənzili İddiaçı istifadəsinə verməyi, təmirli mənzil ilə təmin edilən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədilə kompensasiya şəklində aylıq 600 manat məbləğində kirayə haqqını ayda 1 dəfə ödəməyi öhdəsinə götürmüşdür. 18 iyul 2019-cu il tarixli a ktdan müəyyən edilir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən sözügedən mənzilin cavabdehə təhvili prosesi baş tutmuşdur. İddia ərizəsindən də görünür ki, cavabdeh ilk vaxtlar müqavilə üzrə öhdəliklərini yerinə yetirərək, kirayə haqqını ödəmişdir. Lakin sonradan onlara məlum olmuşdur ki, həmin mənzil əslində başqa şəxsin xüsusi mülkiyyətindədir. Bu hal onlara 2020-ci ilin sentyabrında məlum olmuş, bu tarixdən sonra da kirayə haqlarını ödəməmişlər. Sonra iddiaçı mənzilin xüsusi mülkiyyət hüququ əsasında Elşad Rzayevə məxsus olduğunu bildirilmiş, Cavabdeh MMC ilə evin mülkiyyətçisi olan E.Rzayev arasında alqı-satqı müqaviləsi bağlanaraq, cavabdeh 251000 manat məbləğində pul ödəməklə mənzili əldə etmişdir. Belə olan halda, müəyyən edilir ki, cavabdeh 2020-ci ilin sentyabr ayından etibarən kira yə haqqını ödəməməklə müqaviləni mübahisələndirmişdir.
22. İddiaçı istifadəsində olan, lakin əslində heç bir subyektiv hüququnun olmadığı məhkəmə qətnamələri və qərarları ilə təsbit edilmiş mənzilin əslində xüsusi mülkiyyətçisi olduğunu cavabdehdən gizlətmişdir. Nəticədə cavabdeh həmin mülkiyyətçi ilə yenidən müqavilə bağlayaraq, ona mənzilin qarşılığında pul məbləği ödəmək məcburiyyətində qalmışdır. Çünki, mənzil faktiki olaraq iddiaçı tərəfindən təhvil verilsə də, mənzil üzərində olan hüquqlar başqa şəxsə məxsus olmuşdur. Mənzil müqavilənin bağlandığı dövrdə X22 xüsusi mülkiyyətində olduğundan, iddiaçının isə heç bir icarə, əmlak kirayəsi müqaviləsi olmadan həmin mənzildə yaşaması işin mübahisəsiz halı olduğundan, məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçının həmin mənzil barədə belə bir müqavilə bağlamaq, mənzil üzərində sərəncam vermək hüququ olmamışdır. Beləliklə, müqavilə səlahiyyətsiz şəxs tərəfindən imzalanmış, müqavilə subyekt tərkibi ilə bağlı qanunvericiliyin tələbləri pozularaq imzalanmışdır. Müqavilə tərəflərindən birinin, yəni iddiaçının mənzil üzərində sərəncam vermək hüququ, əqd bağlamaq səlahiyyəti olmadığı halda belə bir müqaviləni imzalaması müqaviləni bağlanılan andan etibarsız edir.
23. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanılan əqd iddiaçının səlahiyyəti olmadığından bağlandığı andan etibarsızdır və müddətin ötürülmüş hesab edilməsi barədə etiraz əsassızdır.
24. Qarşılıqlı iddia tələbi təmin edilərək, tərəflər arasında bağlanmış müqavilə etibarsız hesab edildiyindən, ilkin iddia tələbləri təmin edilməməlidir.
25. Birinci instansiy a məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2, 404-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 82.3, 119, 124.2, 217.4, 220.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli, “Ə.İbrahimovun şikayəti üzrə” 2004-cü il 12 aprel tarixli, “B.Qasımovun şikayəti üzrə” 2019-cu il 9 dekabr tarixli və “N.Əsədovanın şikayəti üzrə” 2021-ci il 12 aprel tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
26. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakim R.Eyvazovun sədrliyi və məruzəsi ilə, hakimlər G.Axundovadan və F.Babayevdən ibarət tərkibdə) 17 oktyabr 2023-cü il tarixli, 2(103)-5032/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, işin müəyyən olunmuş hallarından və işdə olan qanuni qüvvəsini almış məhkəmə aktlarından açıq-aşkar müəyyən olunur ki, iddiaçının Cavabdeh MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli, 287 saylı müqavilədə qeyd olunan Bakı şəhəri, Nərimanov rayon u, Ə.Əlizadə küçəsi, ev 3, mənzil 15 ünvanında yerləşən yaşayış sahəsinə hər hansı əşya (əmlak) hüquqları mövcud olmamış, yaşayış sahəsi digər şəxsin (X39) mülkiyyətində olmuş, sonuncunun iddiası üzrə iddiaçının həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Yəni, xx.xx.2019-cu il tarixli, 287 saylı müqavilə imzalanan zaman artıq iddiaçının qeyd edilən yaşayış sahəsinə hüquqi və faktiki aidiyyəti olmamış, əqdi bağlamaqda səlahiyyətsiz şəxs olmuşdur.
29. Məhkəmə xüsusilə qeyd etmişdir ki, iddiaçı müqaviləni bağlayan zaman qanuni qüvvədə olan məhkəmə aktlarına əsasən əşyaya (yaşayış sahəsinə) hər hansı hüquqlarının olmadığını bilmiş, lakin bu barədə müqavilənin digər tərəfinə məlumat verməmiş, əksinə yaşayış sahəsinə hüquqlarının olması görüntüsünü yaratmaq üçün Nərimanov rayon MKTB-nin arayışını təqdim etmişdir.
30. Apellyasiya icraatı zamanı üçüncü şəxs qismində icraata cəlb olunmuş X28 nümayəndəsi (vəkili) bildirmişdir ki, X38 Cavabdeh MMC-nin qanuni təmsilçisi olmuş (bu hal işdə olan sənədlərlə tam təsdiq olunur), mübahisəli mənzili 251000 manat ödəməklə almış, həmin məbləğ faktiki mübahisəli yaşayış sahəsinin kompensasiyası kimi çıxış etmişdir.
31. Göründüyü kimi, cavabdeh əqdə bağlı olmamasını, onun etibarsızlığı ilə bağlı iradə ifadəsini hələ 2020-ci ilin sentyabr ayında iddiaçıya bildirmiş, sonuncu da uzun müddət bu halı mübahisələndirməmiş, cavabdehlərə qarşı hər hansı tələb irəli sürməmiş, mövcud vəziyyətlə razılaşmışdır. Lakin, üzərindən 2 ildən çox müddət keçdikdən sonra iddiaçı etibarsız müqaviləyə istinad edərək, cavabdehlərə qarşı hazırkı təl əblərini irəli sürmüşdür. Məhz bu səbəbdən də cavabdeh əqdin əhəmiyyətsizliyi faktının təsbiti üçün qarşılıqlı iddia vermək məcburiyyətində qalmışdır.
32. İddiaçı yaşayış sahəsinə əşya hüquqlarının olmaması, məhkəmə aktlarının mövcudluğu və s. halları mübahisələndirmir, etirazının əsası kimi - müqavilə bağlanan zamanı mübahisəli yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlərinin olmamasının digər tərəfə bəlli olmasını göstərir.
33. Məhkəmə hesab etmişdir ki, iddiaçının qeyd edilən dəlili vəziyyəti dəyişdirməməklə, müqaviləni etibarlı hala gətirmir. Eyni zamanda, iddiaçı, mübahisəli yaşayış sahəsinin qanuni mülkiyyətçisi (eləcə də sonrakı mülkiyyətçiləri) tərəfindən həmin müqavilənin bağlanmasına razılığı ifadə edən hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir.
34. Beləliklə, işin fak tiki hallarından, təqdim olunmuş sübutlardan və qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, qarşılıqlı iddia əsaslıdır, bu hal ilk iddianın rədd olunması ilə nəticələnir.
35. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 5.3, 16.1, 324, 337, 389.1, 560.1 560.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
36. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakim A.Q.Hüseynovun məruzəsi ilə, hakimlər Ə.G.Nurməmmədovdan və Z.B.Baba yevdən ibarət tərkibdə) 08 aprel 2024-cü il tarixli, 2(102)-1064/2024 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
38. Kassasiya kollegiyası qeyd etmişdir ki, baxılan mübahisə üzrə iddiaçı tərəfindən mübahisəli mənzilə dair sərəncam əqdi bağlanmamış və Cavabdeh MMC iddiaçının yaşayış sahəsinə heç bir hüququnun olmadığını bildiyi halda həmin sahənin ona təhvil verilməsi qarşılığında könüllü şəkildə iddiaçını mənzil və kirayə haqqı ilə təmin etmək öhdəliyi götürmüşdür. Nəzərə alınmalıdır ki, Mülki Məcəllə ikitərəfli müqavilənin bağlanmasının əsas şərtlərindən biri kimi tərəflərin razılaşdırılmış iradə ifadəsinin mövcud olmasını zəruri hesab e dir və nəzərdə tutur ki, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
39. Məhkəmə kollegiyası belə mövqe irəli sürmüşdür ki, tikini şirkətləri tərəfindən çoxmənzilli yaşayış binalarının inşası zamanı sökülməsi nəzərdə tutulan yaşayış sahələrində hər hansı qanunla qorunan mülkiyyət və istifadə hüquqları olmadan faktiki yaşayan şəxslərin də mənzillə təmin olunması və ya digər qaydada kompensasiya ödənilməklə həmin sahənin boşaldılması barədə tərəflərin iradə ifadələrinə uyğun etibarlı müqavilələr bağlana bilər və bu cür müqavilələr həmin tərəflər üçün öhdəliklər yaradır.
40. Bu baxımdan kassasiya kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə mübahisələndirilən əqdin subyektiv tərkibə aid edilən şərtin pozulması əsası ilə əhəmiyyətsiz olduğu barədə məhkəmələrin gəldiyi nəticə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə uyğun olmamışdır.
41. Kassasiya məhkəməsi bildirmişdir ki, birinci instansiya məhkəməsi iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əqdi əhəmiyyətsiz hesab etməklə yanaşı, müqavilənin etibarsız olduğu barədə qənaəti, həmçinin onun bağlanması zamanı iddiaçının MMC-yə düzgün olmayan məlumatlar verdiyi, müqavilələr məhz onun verdiyi düzgün olmayan məlumatlar əsasında MMC-də formalaşmış yanlış qənaət nəticəsində bağlandığı ilə əsaslandırmışdır. Halbuki, yuxarıda da qeyd olunduğu kimi məhkəmə tərəfindən əhəmiyyətsiz hesab edilmiş əqdin həm də aldatma və ya vacib əhəmiyyətli yanılma əsasları ilə (mübahisələndirilən əqd) yoxlanılmas ı məhkəmənin daha əvvəl gəldiyi nəticə ilə ziddiyyətin yaranmasına səbəb olmuşdur.
42. Digər tərəfdən yuxarıda da qeyd olunduğu kimi tərəflər arasında bağlanmış müqavilədə iddiaçının mübahisəli yaşayış sahəsinə dair hər hansı sənədinin olmadığını bəyan etməsi işin mübahisəsiz müəyyən edilmiş halıdır. Buna baxmayaraq, məhkəmənin müqavilənin aldatma əsasında bağlandığı barədə gəldiyi qənaət açıq-aşkar əsaslandırılmamışdır.
43. Bununla yanaşı, birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh 2020-ci ilin sentyabr ayından etibarən müqavilədə nəzərdə tutulan kirayə haqqını ödəməməklə müqaviləni mübahisələndirmiş və əqd etibarsız hala gəlmişdir.
44. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki qanunvericilikdə müqavilə tərəflərindən birinin müqavilə öhdəliklərinin icrasından birtərəfli im tina etməsini əqdi mübahisələndirmək barədə iradə ifadəsi hesab etməyə, yaxud əqdi etibarsızlığına səbəb olan hal kimi qiymətləndirməyə imkan verən normalar nəzərdə tutulmamışdır. Buna baxmayaraq, işə baxmış birinci instansiya məhkəməsi cavabdeh tərəfin iddiaçıya kirayə haqqı ödəməklə bağlı müqavilə öhdəliyinin icrasından birtərəfli imtina etməsini onun əqdi mübahisələndirməsi və əqdin etibarsız hala gəlməsi kimi qiymətləndirmişdir.
45. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi istinad olunan maddi hüquq normalarının tələblərinə uyğun olmamış, məhkəmə öz mövqeyini işin hallarına uyğun gəlməyən və bir-biri ilə ziddiyyət təşkil edən dəlillərlə əsaslandırmağa çalışmışdır.
46. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 152.4, 324.4, 324.5, 337.1, 337. 2, 337.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı Qərardadında ifadə edilmiş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
47. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər N.Ş.Cəfərovdan və İ.S.Şi rinovdan ibarət tərkibdə) 22 iyul 2024-cü il tarixli, 2(103)-4062/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair ilk iddiasının və iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “əqdin əhəmiyyətsiz hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.
48. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, ikinci apellyasiya icraatı zamanı iş materiallarından, tərəflərin apellyasiya baxışı zamanı izahatlarından, "xxxx" MMC-nin cinayət təqibi qaydasında araşdırma aparılması üçün müraciəti əsasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırmasından və qəbul edilən 01 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın məzmunundan bəlli olur ki, mübahisə predmeti olmuş Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əİizadə küçəsində yerləşən 3 saylı evin 15 saylı mənzili X18 mülkiyyətində olmuş və 27 avqust 2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X1. Buna baxmayaraq, həmin mənzildə ilkin İddiaçı və ailə üzvləri yaşamaqda davam etmişlər. Qeyd olunan şəxslər həmin mənzildə qeydiyyatda olduqları üçün alqı-satqı müqaviləsinin onların razılığı olmadan bağlandığını əsas gətirib Xəlil Kubişovun mənzildən çıxmaları barədə tələbini yerinə yetirməmişlər. Bundan sonra, Xəlil Kubişov həmin şəxslərin mənzildən istifadə hüquqlarının itirilməsinə, Əli Məmmədov isə 27 avqust 2010-cu il tarixli alqı-satqı mü qaviləsinin etibarsızlığını və çıxarışın ləğvinə dair məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin 07 mart 2018-ci il tarixli qətnaməsi ilə Xəlil Kubişovun iddiası təmin, Əli Məmmədovun iddiası isə rədd edilmiş, bu qətnamə Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. X39 həmçinin sözügedən mənzildə yaşayan şəxslərin mənzildən çıxarılmasına dair də iddia ilə məhkəməyə müraciət etmiş və Nərimanov Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə mənzildə yaşayan şəxslərin, o cümlədən İddiaçı mənzildən əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq Xəlil Kubişova təhvil verilməsi qət edilmişdir. Bu qətnamə Bakı Apellyasiya Məhkəməsinin 07 may 2019-cu il tarixli qətnaməsi ilə, sonuncu qətnamə isə Ali Məhkəmənin xx.xx.2 019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bu ərəfədə, konkret olaraq Bakı Apellyasiya Məhkəməsinin 07 may 2019cu il tarixli qətnaməsindən sonra İddiaçı ilə Cavabdeh MMC arasında hazırda qarşılıqlı iddiaçı tərəfindən mübahisələndirilən 11 iyul 2019-cu il tarixli müqavilə bağlanmış, müqavilənin şərtinə görə İddiaçı faktiki istifadəçisi olduğu mənzili sökülməsi üçün MMC-yə təqdim etməyi, MMC isə həmin mənzilin əvəzində 50 kv.m ümumi sahəsi olan təmirli mənzili inşa edib mənzil istifadəçisinə verməyi və təhvil verilənədək hər ay 600 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşlər. Bununla yanaşı, İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə istifadə hüququ itirildiyi və çıxarıldığı mənzili yenidən əldə etmək üçün X39 ilə danışıqlar aparmış və 51000 manata alqı-satqı etməyə razılaşmışlar. Lakin İddiaçı qeyd olunan məbləğdə vəsaiti olmadığı üçün 2020-ci ilin avqust ayında, mənzili uşaqlıqdan tanıdığı və qonşu ünvanda yaşayan X27 adına alqısatqı ediləcəyi, mənzildə isə özünün yaşayacığı barədə Xəlil Kubişovla razılaşmışlar. Buna səbəb isə mənzilin əldə edilməsi üçün İddiaçı Elşad Rzayevdən 52000 manat borc alması olmuşdur. Elşad Rzayev də İddiaçı güvənmədiyi üçün, daha doğrusu borc verdiyi pulun təminatı üçün borc qaytarılanadək mənzilə dair mülkiyyət hüququnun onun adına qeydə alınmasını, yəni alqı-satqı müqaviləsinin onunla bağlanmasını istəmişdir. Alqı-satqı müqaviləsi nəticəsində xx.xx.2020-ci ildə mübahisəli mənzil Elşad Rzayevin adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Buna baxmayaraq, mənzil sökülənə dək orada İddiaçı və ailə üzvləri qeyd olunan mənzildə yaşamaqda davam etmişlər. Mübahisəli mənzillə bağlı İddiaçıla Cavabdeh MMC ilə arasında danışıqlar davam etmiş və nəhayət MMC-nin qanuni təmsilçisi olan X38 ilə X37 arasında faktiki İddiaçı istifadəsində və sahibliyində sözügedən mənzilə dair 29 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və mənzil faktiki olaraq tikinti şirkətinə 251000 manata satılmışdır. Həmin məbləğdən 52000 manat Elşad Rzayevə borc əvəzi qaytarıldıqdan sonra qalan 199000 manat qeyd olunan mənzilin sökülməsinə görə İddiaçı əldə etmişdir.
49. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı öhdəlik hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düz gün müəyyən edilməsini və mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. Bu mənada, işin yuxarıda qeyd olunan həqiqi hallarını, yəni proseslərin bu cür davam etməsini tərəflər də mübahisələndirmədi, demək ki, bu işin mübahisəsiz halına çevrildi. Eyni zamanda cinayət təqibi zamanı aparılan araşdırma zamanı alınsa da X22, X27 və onun arvadı X17 hazırkı mübahisəyə dair verdikləri məlumatları (izahatları) və cinayət işinin başlanmasının rədd edilməsi qərarında göstərilənlər də hadisələrin bu cür cərəyan etdiyini təsdiq edir.
50. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2019-cu il tarixli, 287 nömrəli müqavilənin etibarlı əqd olmadığı barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, qeyd olunan müqavilə səlahiyyəti olmayan şəxs tərəfindən bağlanmış m üqavilə kimi qiymətləndirilə bilməzdi. Ona görə ki, İddiaçı müqavilə şərtlərində özünü mülkiyyətçi qismində göstərməmiş, “əmlak istifadəçisi” kimi müqavilə tərəfi olmuşdur. Bu cür müqavilələrə məhkəmə təcrübəsində rast gəlinir. Yəni, tikinti şirkətləri bəzən mənzildə (evdə) yaşayan yaxud qeyri-yaşayış sahəsinə sahiblik edən, ancaq yaşayış yaxud qeyri-yaşayış sahəsinə (obyektlərinə) hər hansı bir hüququ olmayan, lakin ona faktiki sahiblik edən (həmin sahələrdən bu və ya digər səbəbdən könüllü çıxmaq istəməyən) şəxslərlə söküntünü operativ həyata keçirmək yaxud digər məqsədlə bu cür müqavilələr bağlayırlar. Bunu tərəflərə qadağan edən hüquq norması da yoxdur. Çünki hazırkı işdə olduğu kimi bu cür şəxslər mülki dövriyyənin subyektləridir və mülki hüquq münasibətlərinin iştirakçısı kimi azad s urətdə Mülki Məcəllədə nəzərdə tutulmasa da ona zidd olmayan müqavilə bağlaya bilərlər. Ancaq bu da o demək deyil ki, sonradan bu və ya digər səbəbdən yaşayış yaxud qeyri-yaşayış obyektlərinə faktiki sahiblik edən həmin şəxslərin o sahələrə hər hansı bir hüquqlarının olmadığı əsası ilə müqavilənin etibarsızlığını tələb etmək olar. Bu cür mövqe və hüquqi yanaşma hüquqa uyğun sayıla bilməz. Ona görə də birinci instansiya məhkəməsinin ilkin iddianın bu əsasla, yəni müqavilənin istər aldatma nəticəsində, istərsə də səlahiyyətsiz şəxs tərəfindən bağlandığı üçün etibarsız olduğuna görə rədd etməsi düzgün olmamışdır.
51. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, lakin bu qənaət də o demək deyil ki, ilkin iddia əsaslıdır və başqa əsasla rədd edilə bilməz. Belə ki, yuxarıda qeyd olunan iş in həqiqi halları ilə müəyyən edildi ki, ilkin iddiaçı bu cür iddianı irəli sürərkən açıq-aşkar haqlı olmamış, hüquqdan pis niyyətlə qarşı tərəfə ziyan vurmaqla sui-istifadə edərək, artıq xx.xx.2019-cu il tarixli müqavilə üzrə qarşı tərəfin öhdəliyinin icra nəticəsində xitam verildiyini bilə-bilə məhkəməyə müraciət etmişdir. Belə ki, MMC qeyd olunan müqavilə üzrə söküləcək mənzilin əvəzində cəmi 50 kv.metr ümumi sahəsi olan mənzilin İddiaçı istifadəsinə verməyi öhdəsinə götürərək 2020-ci ilin sentyabr ayınadək hər ay 600 manat kompensasiya da ödəmişdir. Yalnız həmin aydan qeyd olunan mənzilin mülkiyyətçilərinin dəyişməsi ilə əlaqədar ödənişlər dayandırılmış, ancaq İddiaçıla MMC arasında söküləcək mənzillə bağlı danışıqlar mütəmadi davam etmiş, nəticə etibarı ilə 29 sentyabr 2021-ci il tari xdə hər hansı bir hüquqla ona məxsus olmasa da faktiki istifadəsində və sahibliyində olduğuna görə tikinti şirkətinin rəhbərinə 251000 manata satılmasına nail olmaqla qeyd olunan vəsaiti əldə etmişdir. İddiaçı bu vəsaitin 52000 manat hissəsini Elşad Rzayevə verməsi də, o demək deyil ki, qeyd olunan vəsaitdən ilkin iddiaçı olaraq tam yararlanmamışdır. X47 aldığı 52000 manat borcun hesabına uzun illər əvvəl, yəni 2010-cu ildən 2020-ci ilin avqust ayına kimi Xəlil Kubişovun mülkiyyətində olmuş həmin mənzilin, 51000 manata yenidən Elşad Rzayevin adına qeydə alınmasını təmin edərək faktiki olaraq öz istifadəsində və sahibliyində qalmasının davam etməsinə nail olmuş, yekunda isə həmin mənzilin MMC-yə kifayət qədər böyük məbləğə satılmasını reallaşdıraraq əldə edilmiş vəsaitdən tam yararlanmışd ır. Bu fakt ilkin iddianın rədd edilməsi üçün müstəqil əsas sayılırdı.
52. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı mülki hüquqlarını hüquqa uyğun həyata keçirməmişdir. Çünki hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. İddiaçı faktiki olaraq digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququnu həyata keçirmişdir. Yəni, mübahisə predmeti olmuş mənzilin əvəzində faktiki olaraq 251000 manat almasına baxmayaraq, təkrarən əsassız varlanma niyyəti ilə artıq xitam verilmiş xx.xx.2019-cu il tarixli müqaviləyə istinad edərək hazırkı ilk iddianı irəli sürmüşdür. Bununla da, mülki hüquq münasibətlərinin subyekti kimi öz hüquq və vəzifələrini vicdanla həyata keçirməmişdir
53. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə tərkibi qarşılılıqlı iddianın əsaslılığı məsələsi ilə bağlı yuxarıda ilkin iddia ilə bağlı hüquqi dəyərləndirmə apararkən mahiyyət etibarı ilə bu iddiaya da münasibət bildirmişdir. Yəni, "xxxx" MMC də xx.xx.2019-cu il tarixli müqavilənin etibarsızlığını tələb edərkən haqlı olmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən də, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqd in etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Göründüyü kimi, MMC bu cür qarşılıqlı iddianı irəli sürmək əvəzinə xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəliyinin icra nəticəsində xitam verilməsini təsbit edilməsinə nail olmalı idi. Ancaq MMC nail olmaq istəyi məqsədə çatmaq üçün düzgün vasitə (yol) seçməmişdir.
54. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 152.4, 324.4, 324.5, 337.1, 337.2, 337.3, 351.2, 351.3, 385.1, 390.1, 425.1, 442, 452.2, 529.2, 529.8, 531.1, 531.3, 560.1, 560.2, 560.3, 560.3.2, 560.3.3, 560.3.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı Qərardadında ifadə edilmiş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
55. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyul 2024-cü il tarixli, 2(103)-4062/2024 nömrəli qətnaməsinin ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və ilk iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
56. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəf indən Mülki Məcəllənin 6.2, 324.4, 324.5, 390.1, 385.1, 425.1-ci, Mülki Prosessual Məcəllənin 77.1, 82.4, 88, 217-ci maddələrinin tələbləri pozulmuşdur.
57. Belə ki, iddiaçı tələbi ilə bağlı müvafiq sübutları məhkəməyə təqdim etsə də, hər iki instansiya məhkəməsi həmin sübutları nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi öz qərarında "xxxx" MMC-nin cinayət təqibi qaydasında araşdırma aparılması üçün müraciəti əsasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırmasından və qəbul edilən 01 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara istinad edərək, həmin qərarda olan izahatları sübut kimi qiymətləndirmiş və başqa heç bir mötəbər dəlillə təsdiqlənməyən həmin absurd izahatlar əsasında yekun qənaətə gəlmişd ir. Halbuki, məhkəmənin yalnız qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün araşdırma aparmamış, iş üzrə müəyyən edilmiş həqiqi hallara deyil, hansısa istintaq orqanında alınmış, necə şəraitdə alınması və düzgünlüyü sual altında olan izahata istinad edərək, əsassız və qanunsuz qərar qəbul etmişdir. Apellyasiya məhkəməsi xx.xx.2019-cu il tarixli, 287 nömrəli müqaviləni etibarlı hesab etsə də, cavabdeh tərəfindən həmin müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə düzgün qiymət verməmiş, bununla da kassasiya instansiyası məhkəməsinin iddiaçının xeyrinə irəli sürdüyü mövqeyini nəzərə almamışdır. Cavabdeh MMC ilə X37 arasında sözügedən mənzilə dair 29 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və mənzil faktiki olaraq tikinti şirkətinə 251.000 manata satılmışdır. Həmin məbləğdən 52.000 manat Elşad Rzayevə borc əvəzi qaytarıldıqdan sonra, qalan 199.000 manat qeyd olunan mənzilin sökülməsinə görə guya İddiaçı əldə etmişdir. Cavabdeh qeyd olunan bu halı təsdiq edəcək mötəbər sübutları nə birinci instansiya məhkəməsində, nə də ki apellyasiya instansiyası məhkəməsində təqdim etməmiş, yalnız Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırmasına və qəbul edilən 01 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara istinad etmişdir. Sözügedən qərarda olan izahatların hansı şəraitdə və hansı tə sir altında alınması sual altındadır. Çünki sözügedən izahatda qeyd edilən hallar həqiqətlə uyğunluq təşkil etmir.
58. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
59. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
60. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüqu qi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
61. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən ilk iddianın təmin olunmayan hissədə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
62. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
63. Az ərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. 531.1-ci maddəsinə əsasən öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir.
64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çı xararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutu lmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 65. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisə li hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə təkrarən baxılarkən kassasiya məhkəməsinin əvvəlki icraatı nəticəsində verilmiş göstərişlər tam icra edilməmiş, qətnamə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
67. Belə ki, hazırkı mübahisə tərəflər arasında bağlanmış 11 iyul 2019-cu il tarixli, 287 saylı müqavilənin icrası ilə bağlıdır.
68. İddiaçı cavabdeh tikinti şirkəti tərəfindən müqavilə üzrə götürdüyü öhdəliyi icra etmədiyini əsas gətirərək, hazırkı id dia ilə məhkəməyə müraciət etmişdir.
69. Apellyasiya məhkəməsi isə hesab etmişdir ki, müqavilə üzrə öhdəlik novasiya edilmiş (mənzilin verilməsi öhdəliyi pulun ödənilməsi öhdəliyi ilə əvəz olunmuş) və yeni öhdəlik icra edilmişdir. Belə ki, apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs X27 mülkiyyəti kimi qeydiyyata alındığından, sonuncu 29 sentyabr 2021-ci il tarixdə həmin mənzili 251000 manata tikinti şirkətinin rəhbəri olan X2, bu vəsaitin 52000 manat hissəsi Elşad Rzayevə (əvvəllər iddiaçıya verdiyi borcun əvəzinə), qalan hissəsi isə sökülən mənzilin əvəzinə iddiaçıya aid olmuşdur. İddiaçı hazırkı iddia ilə hüquqdan suiistifadəyə yol vermiş, mübahisə predmeti olmuş mənzilin əvəzində pul almasına baxmayaraq, təkrarən m üqavilənin icrasını cavabdehdən tələb etmişdir.
70. Bu zaman apellyasiya məhkəməsi mövqeyini cavabdehin nümayəndəsinin izahatı və cavabdehin şikayəti əsasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırma zamanı X27 izahatına istinad etmişdir.
71. Apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, kassasiya kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.
72. Belə ki, məhkəmənin gəldiyi həmin nəticə, yəni 29 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsindən Elşad Rzayevə verilmiş vəsaitdən hər hansı hissəsinin ona verilməsini iddiaçı inkar edir və bununla bağlı onun (və ya nümayəndələrinin) hər hansı etirafedici izahatı iş materialları nda mövcud deyildir.
73. Həmçinin, məhkəmənin istinad etdiyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırma zamanı qəbul edilmiş Cinayət işin başlanmasının rədd edilməsi haqqında 01 iyul 2024-cü il tarixli qərarında İddiaçı bu məsələ ilə bağlı izahatının alınması müəyyən olunmur.
74. X37 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilsə də, o, məhkəmə iclaslarında iştirak etməmiş və mübahisələndirilən bu məsələ ilə bağlı izahat verməmişdir.
75. Beləliklə, müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə yalnız cavabdeh tərəfin göstərdiklərinə əsaslanmışdır ki, bununla Mülki Prosessual Məcəllənin 77.1, 88, 106.1 və 217.3-cü maddələrinin tələbləri pozulmuşdur.
76. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
77. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli m əhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
78. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
79. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olm aq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.
80. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
81. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən iddiaçı ilə üçüncü şəxs arasında borc münasibətlərinin olub-olmamasını, alqı-satqı nəticəsində əldə olunmuş vəsaitin iddiaçıya ödənilibödənilməməsini araşdırmalı, üçüncü şəxsin iştirakını təmin etməklə, onun bu mübahisəli məsələlərə münasibəti aydınlaşdırmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normaları nın düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
82. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyul 2024-cü il tarixli, 2(103)-4062/2024 nömrəli qətnaməsi qismən, yəni İddiaçı iddiasının təmin olunmayan hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.