Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3767/2021 22.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “xxxx” QSC İnfrastruktur Departamenti 7 saylı İmişli İşarəvermə və Rabitə Sahəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı və onun vəkili X3 Cavabdeh “xxxx” QSC-nin nümayəndəsi X4 və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” QSC İnfrastruktur Departamenti 7 saylı İmişli İşarəvermə və Rabitə Sahəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya gö rə əmək haqqı tələbinə dair” Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)315/2021 nömrəli, 16 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” QSC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər arasında əmək münasibətləri olmuşdur. İddiaçı 01 aprel 2008-ci il tarixdən etibarən daimi işçi kimi həmin İdarədə işləmişdir. Ona 08 iyul 2008-ci il tarixdə 4cü dərəcə verilmiş və 27 noyabr 2008-ci il tarixdə “növbətçi elektro-mexanik” vəzifəsinə təyin edilmiş və 3 (üç) ay sınaq müddəti müəyyən edilmişdir. 01 noyabr 2013-cü il tarixdə “növbətçi mühəndis” vəzifəsinə və 25 fevral 2016-cı il tarixdə isə “dispetçer növbətçi mühəndis” vəzifəsində işə götürülmüşdür. 09 fevral 2 018-ci il tarixdə ştat cədvəlində edilmiş dəyişikliyə əsasən həmin vəzifə “növbətçi dispetçer” vəzifəsi adlandırılmış və həmin vəzifədə qalmaqla, daimi əsaslarla işləmişdir. Sonradan əmək müqaviləsinin müddəti bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh “xxxx” QSC İnfrastruktur Departamenti 7 saylı İmişli İşarəvermə və Rabitə Sahəsina qarşı “xxxx” QSC İnfrastruktur Departamenti 7 saylı İmişli İşarəvermə və Rabitə Sahəsinin rəisinun əmək müqaviləsinə xitam verilməsi barədə 26 fevral 2020-ci il tarixli 02 saylı əmrinin ləğv edilməsi, “xxxx” QSC İnfrastruktur Departamenti 7 saylı İmişli İşarəvermə və Rabitə Sahəsində dispeçer kimi işə bərpa olunması barədə qətnamə çıxarılmasını xah iş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır: o, 2009-ci ildən “xxxx” QSC İnfrastruktur Departamenti 7 saylı İmişli İşarəvermə və Rabitə Sahəsində əvvəl mühəndis, sonra dispetçer işləmişdir. “xxxx” QSC İnfrastruktur Departamenti 7 saylı İmişli İşarəvermə və Rabitə Sahəsinin rəisi Siracəddin Həsənov 26 fevral 2020-ci il tarixdən onu işə buraxmamış, demişdir ki, “onunla əmək müqaviləsinin müddəti qurtarıb, yeni müqavilə bağlamıram”. Müdriyyət ona 26 fevral 2020-ci il tarixli 02 saylı əmrin surətini ona vermişdir. “xxxx” QSC İnfrastruktur Departamenti 7 saylı İmişli İşarəvermə və Rabitə Sahəsinin rəisi X2 02 saylı, 26 fevral 2020-ci il tarixli əmri ilə əmək müqaviləsinin müddəti qurtardığı üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə ə sasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. “xxxx” QSC İnfrastruktur Departamenti 7 saylı İmişli İşarəvermə və Rabitə Sahəsinin rəisi X2 “əmək müqaviləsinə xitam verilməsi haqqında” 02 saylı, 26 fevral 2020-ci il tarixli əmri Azərbaycan Respublikasının əmək qanunvericiliyinin normalarına zidd olaraq qəbul edilmiş və onun “işçi” kimi əmək hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, o, 01 aprel 2008-ci il tarixdən etibarən daimi işçi kimi həmin İdarədə işləmişdir. Ona 08 iyul 2008-ci il tarixdə 4-cü dərəcə verilmiş və 27 noyabr 2008-ci il tarixdə “növbətçi elektro-mexanik” vəzifəsinə təyin edilmiş və 3 (üç) ay sınaq müddəti müəyyən edilmişdir. 01 noyabr 2013-cü il tarixdə “növbətçi mühəndis” vəzifəsinə və 25 fevral 2016-cı il tarixdə isə “dispetçer növbətçi mühəndis” vəzifə sində işə götürülmüşdür. 09 fevral 2018-ci il tarixdə ştat cədvəlində edilmiş dəyişikliyə əsasən həmin vəzifə “növbətçi dispetçer” vəzifəsi adlandırılmış və həmin vəzifədə qalmaqla, daimi əsaslarla işləmişdir. Sonradan ona məlum olmuşdur ki, guya onunla 1 (bir) illik əmək müqaviləsi bağlanmış və müqavilənin müddəti başa çatdığı üçün əmək müqaviləsinə xitam verilmişdir. Halbuki o, 12 ildir ki, “xxxx” QSC İnfrastruktur Departamenti 7 saylı İmişli İşarəvermə və Rabitə Sahəsində daimi əsaslarla işləmişdir. Əmək qabiliyyətli olmaqla 2-ci qrup əlildir. Bu səbəbdən də, o, cavabdeh “xxxx” QSC İnfrastruktur Departamenti 7 saylı İmişli İşarəvermə və Rabitə Sahəsinə qarşı “əmrin və bağlanmış müddətli əmək müqaviləsinin etibarsız hesab edilməsi, bağlanmış müddətli əmək müqaviləsinin dəyişdirilərək, müddətsiz əmək müqaviləsinin bağlanması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
4. İmişli Rayon Məhkəməsinin 2(036)-1141/2020 saylı, 10 iyul 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik еdən hаkim T.Nüsrətov) İddiaçı cavabdeh “xxxx” QSC İnfrastruktur Departamenti 7 saylı İmişli İşarəvermə və Rabitə Sahəsinə qarşı “əmrin və bağlanmış müddətli əmək müqaviləsinin etibarsız hesab edilməsi, bağlanmış müddətli əmək müqaviləsinin dəyişdirilərək, müddətsiz əmək müqaviləsinin bağlanması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddiasının təmin edilməməsi qət olunmuşdur.
5. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəs inin İİİ və İV hissələri; Əmək Məcəlləsinin 2, 42, 68-ci maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Şirvan Apelyasiya Məhkəməsi MK-nın 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- Z.Babayev (sədrlik edən və məruzəçi), Q.Kərimov və N.Mirzəyev, iş No 2(106)315/21 saylı mülki iş) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş; İmişli rayon Məhkəməsinin 2(036)-1141/2020 saylı, 10 iyul 2020-ci il tarixli qətnaməsi İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən ləğv edilmiş; İş üzrə yeni qətnamə qəbul edilmiş; İddiaçı cavabdeh “xxxx” QSC İnfrastruktur Departamenti 7 saylı İmişli İşarəvermə və Rabitə Sahəsina qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair” iddiası təmin edilmiş; İddiaçı ilə “xxxx” QSC İnfrastruktur Departamenti 7 saylı İmişli İşarəvermə və Rabitə Sahəsi arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə “xxxx” QSC İnfrastruktur Departamenti 7 saylı İmişli İşarəvermə və Rabitə Sahəsinin rəisi X2 26 fevral 2020-ci il tarixli 02 saylı əmri ləğv edilmiş; İddiaçı “xxxx” QSC İnfrastruktur Departamenti 7 saylı İmişli İşarəvermə və Rabitə Sahəsində dispeçer kimi işə bərpa olunmuş; İddiaçı məcburi iş buraxma müddəti üçün, yəni 26 fevral 2020-ci il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq ödənilməsi qət edilmişdir.
8. Apelyasiya instansiyası məhkəməsi qətnamənin hüquqi əsas kimi Azərbaycan Respublikası Konstitu siyasının 127; Əmək Məcəllənin 57, 59, 60, 69, 79, 300cü maddələrinə istinad etmişdir.
9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh “xxxx” QSC kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh “xxxx” QSC kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti belə əsaslandırılmışdır: İddiaçı ağ müqavilə blankına imza etdiyini və müqavilələrin müdətli olmasından məlumatsız olduğunu bildirirsə, tələbini sübut etməli idi. Mülki işin materiallarında İddiaçı izahatından başqa, bu xüsusatı təsdiq edən sübut mövcud deyildir. xxxx” QSC-nin isə hər hansı dəli l olmadığı halda, təkzibedici sübutlar təqdim etməsi özü-özlüyündə zəruri olmasa da, iş materiallarında tərəfimizdən kifayət qədər mötəbər sübutlar təqdim edilmişdir. Belə ki, iş materiallarında olan İddiaçı ilə bağlanılmış müddətli əmək müqavilələri onun özü tərəfindən imzalanmış və o, məhkəmə baxışı zamanı imzasını inkar etməmiş, guya ağ müqavilə blankına imza etdiyini demişdir. Bu isə tamamilə əsassızdır. İddiaçı ilə sonuncu əmək müqaviləsinin müdəti 25.02.2020-ci il tarixə kimi olmuş və 26.02.2020-ci il tarixdə müqavilənin müddəti bitdiyi üçün onunla olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin, 2-ci hissəsinin “b” bəndi ilə xitam verilmişdir.
12. Bundan əlavə iddianın təmin edilməsinin digər əsası kimi məhkəmə kollegiyası iddiaçının 2-ci qrup əli l olmasını və Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən bunun əmək müqaviləsinin xitamını qadağan edən hal olmasını göstərmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi hakiminin qanunvericiliyə belə yanlış yanaşması qəti şəkildə qəbuledilməzdir və bu normaya istinad etməklə məhkəmə qətnaməsini əsaslandırmağa çalışmaq kobud maddi hüquq normalarının pozulması hesab edilir.
14. Məlum olduğu kimi, Əmək Məcəlləsinin 79-cu maddəsinin birinci hissəsində əmək müqaviləsinin ləğv edilməsi qadağan olunan işçilərin kateqoriyası göstərilmişdir. Lakin 79-cu maddənin ikinci hissəsində həmin müddəaların bu Məcəllənin 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmədiyinə dair icbari norma mövcuddur. 73-cü maddədə müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası tənzimlənir.
15. Göründüyü kimi qanunv ericilikdə əmək müqaviləsinin ləğv edilməsi qadağan olunan kateqoriyaya, “müddətli əmək müqaviləsinə xitam verilməsi müddəası aid edilməmişdir. Lakin işə baxan məhkəmə kollegiyası qanunun bu vacib şərtinə riayət etməmiş, qanuna əsaslanmaq əvəzinə, qanunun ziddinə olan mövqeyə əsaslanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Cavabdeh “xxxx” QSC-nin nümayəndəsi X7 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
18. İddiaçı və onun vəkili X1 şikayətini qəbul etməyərək qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin;
19. Maddə 45.
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 20.
2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 21.
3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 22.
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 23.
5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək m üqaviləsi hesab edilir.
24. Maddə. 57. 3-cü bəndi - əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir.
25. Maddə. 59 İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.
26. Maddə. 60 İşçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir.
27. Maddə. 79. maddəsinin 1-ci hissəsi. İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olanailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyə tdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
28. Maddə. 300. 1-ci bəndi. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olar aq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
34. Məhkəmələr müəyyən etmişlər ki, İddiaçı “xxxx” QSC İnfrastruktur Departamenti 7 saylı İmişli İşarəvermə və Rabitə Sahəsinin 27 saylı, 01 aprel 2008-ci il tarixli əmrinə əsasən həmin sahənin Distans iyasının ATS sahəsinə 3 dərəcəli akkumlyatorçu işinə qəbul edilmiş, 52 saylı, 08 iyul 2008-ci il tarixli əmrinə əsasən həmin ATS sahəsinə dördüncü dərəcəli akkumlyatorçu keçirilmiş, 82 saylı, 27 noyabr 2008-ci il tarixli əmrinə əsasən həmin Sahəyə 3 ay sınaq müddətinə növbətçi elektromexanik keçirilmiş, 54 saylı, 02 noyabr 2013-cü il tarixli əmrinə əsasən həmin sahəyə növbətçi mühəndis vəzifəsinə keçirilmişdir. Daha sonra 498 saylı, 25 fevral 2016-cı il tarixli əmrə əsasən iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilsə də, 113 saylı, 25 fevral 2016-cı il tarixli əmrinə əsasən “xxxx” QSC İnfrastruktur Departamenti 7 saylı İmişli İşarəvermə və Rabitə Sahəsinə dispeçer növbətçi mühəndis vəzifəsinə qəbul edilmiş, 014 saylı, 09 avqust 2018-ci il tarixli əmrinə əsəniş kateqoriyası 3 dərəcə h esab edilmiş, 02 saylı, 26 fevral 2020-ci il tarixli əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir.
35. Apellyasiya instansiya məhəməsi qeyd etmişdir ki, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Bundan fərqli qaydada işçinin başqa işə keçirilməsi yolverilməzdir. Müddət müəyyən edilməyən işlə bağlı işçi ilə işəgötürən arasında əmək müqaviləsi mövcud olduğu halda, onunla müddət müəyyən edilən yeni əmək müqaviləsinin bağlanması və bu halda əmək müqaviləsinin tam tərtib edilməməsi, işçinin yeni müqavilə dən məlumatsız qalması işçi ilə müqavilənin bağlanması və onun yeni müqavilə üzrə müəyyən olunmuş vəzifələrini, funksiyalarını üzərinə götürməsi anlamına gəlmir. Eyni zamanda hətta iddiaçı iş yerinin dəyişməsinə dair ərizə vermiş olsa belə bu özlüyündə razılıq kimi qəbul oluna bilməz. Bu razılıq tərəflər arasında yeni müqavilənin bağlanması halında verilmiş hesab oluna bilər. Hazırkı işin halları baxımından isə belə müqavilə bağlanmadığından iddiaçının yeni vəzifəyə keçirilməsinə dair razılığın olması müəyyən olunmamış sayılır. Digər tərəfdən əvvəlki müqavilədə müqavilənin müddəti nəzərdə tutulmamışdırsa, işçiyə məlumat vermədən, ona hərtərəfli izah etməklə yeni müddətli müqavilənin bağlanması yolverilməzdir. Müqavilənin müddəti ilə bağlı şərtlər mühüm şərt olduğundan bu işəgötürənin əmrin də göstərilməklə yanaşı əmək müqaviləsində də nəzərdə tutulmalı və müqavilənin digər tərəfi ilə razılaşdırılmalıdır. Hazırkı apelyasiya baxışı gedişində cavabdeh tərəf iş yerinin dəyişdirilməsinə dair iddiaçının ərizəsinin olub-olmaması, yeni əmək müqaviləsinin bağlanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası iddiaçı ilə işəgötürən arasında müddət göstərilmədən əmək müqavləsi mövcud olduğu halda, onunla yeni müddət göstərilməklə bağlanmış əmək müqaviləsini iddiaçının razılığı ilə bağlanmış müqavilə kimi qəbul olunmasını mümkün saymır.
36. Məhkəmə kollegiası hesab edir ki, ümumiyyətlə iddiaçı ilə müddətli əmək müqaviləsi bağlana bilməzdi. Beləki, İddiaçı “xxxx” QSC İnfrastruktur Departamenti 7 saylı İmişli İşarəvermə və Rabitə Sahəsinin 27 saylı, 01 aprel 2008-ci il tarixli əmrinə əsasən həmin sahənin Distansiyasının ATS sahəsinə 3 dərəcəli akkumlyatorçu işinə qəbul edilmiş, 52 saylı, 08 iyul 2008-ci il tarixli əmrinə əsasən həmin ATS sahəsinə dördüncü dərəcəli akkumlyatorçu keçirilmiş, 82 saylı, 27 noyabr 2008-ci il tarixli əmrinə əsasən həmin Sahəyə 3 ay sınaq müddətinə növbətçi elektromexanik keçirilmiş, 54 saylı, 02 noyabr 2013-cü il tarixli əmrinə əsasən həmin sahəyə növbətçi mühəndis vəzifəsinə keçirilmişdir. Daha sonra 498 saylı, 25 fevral 2016-cı il tarixli əmrə əsasən iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilsə də, 113 saylı, 25 fevral 2016-cı il tarixli əmrinə əsasən “xxxx” QSC İnfrastruktur Departamenti 7 saylı İmişli İşarəvermə və Rabitə Sahəsinə dispeçer növbətçi mühəndis vəzifəsinə qəbul edilmiş, 014 saylı, 09 avqust 2018-ci il tarixli əmrinə əsəniş kateqoriyası 3 dərəcə hesab edilmişdir. Göründüyü kimi iddiaçı fasiləsiz olaraq cavabdeh təşkilatda işləmişdir. Onunla bağlanmış əvvəlki müqavilələrdə fasiləsizlik olmuşdur. Əməkə Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 37. 498 saylı, 25 fevral 2016-cı il tarixli əmrə əsasən iddiaçı ilə olan əmək müqaviləsinə ounun öz ərizəsi əsasında xitam verilməsi və elə həmin gün vəzifəsinin adının dəyişməsi ilə bağlı 113 saylı, 25 fevral 2016-cı il tarixli əmrlə “xxxx” QSC İnfrastruktur Departamenti 7 saylı İmişli İşarəvermə və Rabitə Sahəsinə dispeçer növbətçi mühəndis vəzifəsinə qəbul edilməsi, 014 saylı, 09 avqust 2018-ci il tarixli ə mrinə əsəniş kateqoriyası 3 dərəcə hesab edilməsi əmək müqaviləsində fasiləyə yol verilməsi kimi qimətləndirilə bilməz. Bununla bağlı kassatorun dəlili əsassızdır. İşçinin vəzifəsinin adının dəyişdirilməsi ilə həmin vəzifədən azad olunaraq elə həmin gün yeni vəzifəyə təyin olunması əmək münasibətlərində fasilə veorilməsi hesab oluna bilməz. 38. 2008-ci ildən cavabdeh təşkilatda əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda iddiaçı ilə sonradan müddətli əmək müqaviləsi bağlanmasının qanunvericiliyin tələblərinə zidd olması barədə Apelyasiya Məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunan pozuntuya yol verilməsi iddianın təmin olunması üçün yetərli olduğundan digər məsələlərlə bağlı, o cüm lədən iddiaçının əlilliyi ilə bağlı əlavə dəyərləndirmə aparılmasına zərurət yoxdur.
39. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “xxxx” QSC-nin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-315/2021 nömrəli, 16 fevral 2 021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.