Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3767/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə (üçüncü şəxs kimi Maraqlı şəxs Qəhraman oğlu cəlb edilməklə) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə öhdəliklərinin yerinə yetirilməsi, qeyri-yaşayış sahəsinə istifadə və sahiblik hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə (üçüncü şəxs olaraq Maraqlı şəxs Qəhraman oğlu cəlb edilməklə) müqavilə öhdəliklərinin yerinə yetirilməsi, qeyri-yaşayış sahəsinə istifadə və sahiblik hüququnun tanınması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2477/2023 nömrəli mülki iş üzrə 05 may 2023-cü il tarixli qətnaməsindən üçüncü şəxs Maraqlı şəxs Qəhraman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 10 avqust 2007-ci il tarixdə İddiaçı və Cavabdeh MTK arasında qeyri-yaşayış sahəsinin tikintisinə dair müqavilə bağlanmışdır.
2. MTK-nin sədri LLL tərəfindən verilmiş 10 avqust 2007-ci il tarixli maliyyə arayışının notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı qeyri-yaşayış sahəsinin tikintisi üçün 122.400 manat məbləğində pul ödəmişdir. 3. xx.xx.2017-ci il tarixli Yaşayış Binasında Mənzil Tikintisi Haqqında mü qaviləsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, cavabdeh MTK ilə Maraqlı şəxs arasında Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş MTK-nın tikilməkdə olan qeyri-yaşayış sahəsindən (market) 126.0 kv.m alıcıya verilməyi, alıcı isə həmin qeyriyaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 126000 manat müəyyən edilmişdir.
4. MTK-nin sədri LLL tərəfindən verilmiş 30 oktyabr 2017-ci il tarixli maliyyə arayışının notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs qeyri-yaşayış sahəsinin tikintisi üçün 126000 manat məbləğində pul ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdehnə qarşı müqavilə öhdəli klərinin yerinə yetirilməsi, qeyri-yaşayış sahəsinə istifadə və sahiblik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə 13 iyul 2017-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh MTKnın ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 102 kv.metr olan qeyri-yaşayış sahəsinə onun istifadə və sahiblik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh MTK-nın Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsi 5 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 102 kv.metr olan qeyri-yaşayış sahəsinin iddiaçıy a təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh MTK-nın ünvan 3 ünvanda cavabdeh MTK-ya məxsus inşa ediləcək hündürmərtəbəli yaşayış binasından qeyri-yaşayış sahəsi almaq məqsədilə 10 avqust 2007-ci il tarixdə onunla MTK arasında qeyri-yaşayış sahəsinin tikintisinə dair müqavilə bağlanmışdır. Müqavilədə qeyd olunan öhdəliklərə əsasən MTK tikilməkdə olan binanın 1- ci giriş, 1-ci mərtəbəsində yerləşən və ümumı sahəsi 102 kv.m. olan qeyriyaşayış sahəsini alıcıya verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən qeyri-yaşayış sahəsinin ümumi dəyəri 122.400 (bir yüz iyirmi iki min dörd yüz) manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğ iddiaçı tərəfindən ödənildikdən sonra ona MTK tərəfindən xx.xx.2007-ci il tarixli qeyri-yaşayış sahəsinin dəyərinin ödənilməsinə dair maliyyə arayışı təqdim edilmişdir. İddiaçı müqavilə bağlanan anda qeyri-yaşayış sahəsinin tam dəyərini cavabdehə ödəmişdir. Müqavilə bağlanarkən o, üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Dəfələrlə tikinti rəhbərlərinə müraciət edərək üzərlərinə düşən öhdəliyi vaxtında yerinə yetirməyi tələb etmiş, lakin tikintidə yaranmış problemləri baxımından vaxtın uzadılmasını xahiş etmişdilər. MTK-nın möhürü ilə təsdiqlənmiş maliyyə arayışına əsasən ünvan 4 ünvanda tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 102 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri onun tərəfindən tam ödənilmişdir. Lakin cav abdeh müxtəlif bəhanələrlə üzərinə götürdüyü öhdəliyi icra etməkdən boyun qaçırmışdır. Belə olan halda onun həmin qeyri-yaşayış sahəsinə olan hüquqlarını həyata keçirməyə imkan vermir. Həmin qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi haqqında tələbləri cavabdeh tərəfindən yerinə yetirilməmiş qalmışdır. Həmçinin MTK ilə aparılan danışıqlar heç bir nəticə verməmiş, qeyri-yaşayış sahəsini ona təhvil vermədiyinə görə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Lakin cavabdeh bundan heç bir nəticə çıxartmamış, onun qanunla qorunan hüquqlarını pozmaqda davam etmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6625/2017 saylı, 18 avqust 2017-ci il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə MTK arası nda ünvan 5 ünvanlnda tikilən çoxmənzilli yaşayış evinin 1-ci giriş, 1-ci mərtəbə, ümumi sahəsi 102 kv.m olan, qeyri-yaşayış sahəsinin tikintisi ilə bağlı xx.xx.2007-ci il tarixdə müqavilə imzalanmış, müqaviləyə əsasən mənzilin dəyəti 122.400 manat məbləğində dəyərləndirilmişdir. İddiaçı tərəfindən MMC-yə mənzilin dəyəri 122.400 manat ödəniş edilmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.
10. Məhkəmə hesab etmişdir ki, xx.xx.2007-ci il tarixli müqavilənin bağlandığı andan MTK üzərinə düşən öhdəliyi 10 ildən artıq müddət ərzində icra edilməməsi öhdəliyin ağlabatan müddətdə icra edilməməsi sayılmalıdır.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2, 442, 443.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya inst ansiyası məhkəməsindəki birinci icraat
11. Üçüncü şəxs Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MTK-nın ünvan 3 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsinin 1-ci girişindəki 126 kv.metr qeyriyaşayış sahəsinin ona verilməsi, onun isə alıcı qismində MTK-ya 126.000 manat pay haqqını ödəməyi barədə MTK-nın sədri X4 ilə onun arasında xx.xx.2017-ci il tarixində müqavilə bağlanmış və o, həmin qeyri-yaşayış sahəsinin 126.000 manat dəyərini ödəyərək bu barədə maliyyə arayışı aldıqdan sonra, MTK-nın sədri tərəfindən həmin binanın 1-ci mərtəbəsinin 1-ci girişində 126 kv.metr qeyri-yaşayış sahəsi 1-ci mərtəbənin planına imza edilməklə onun istifadəsinə və sahibliyinə verilmiş, sahənin təmir işlərinə başlamışdır. Həmin sahəyə telefon, internet, su-kanalizasiya xətti çəkilərək, hər ay ödənişlər edilmişdir. Ümumiyyətlə market kimi istifadə edəcəyi qeyri-yaşayış sahəsinin təmirinə tərəfindən 11.000 manatdan artıq xərc çəkmişdir. xx.xx.2018-ci il tarixində onun obyektdə olmadığı vaxt icra məmuru və polis əməkdaşları tərəfindən obyektin qapısı sındırılaraq obyekt İddiaçı təhvil verilmişdir. Bu barədə o, xəbər tutduqdan sonra ona Yona obyektin İddiaçı təhvil verilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsinin olduğu bildirilmişdir. Halbuki, İddiaçı obyektin onun istifadəsində olduğunu və obyekti təmir etdirib istismara hazır vəziyyətə gətirdiyini bilirdi və bu barədə bilirdi, lakin obyek tin ona məxsus olması barədə ona deməmişdir. İcra məmuru onu icra sənədinin könüllü icra etməsinə dair yazılı və ya şifahi şəkildə xəbərdar etməmişdir. İddiaçı ona qarşı deyil, Cavabdeh MTK-ya qarşı iddia qaldırmışdır. Yasamal Rayon Məhkəməsinin qətnaməsi Cavabdeh MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci girişində yerləşən 102 kv.metrlik qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi öhdəliyi onun deyil, Cavabdeh MTK-nın üzərinə qoymuşdur. Onun da həmin qeyri-yaşayış sahəsinə istifadə və sahiblik hüququnun olmasını təsdiq edən müqavilə və maliyyə arayışının olduğu halda, icra məmuru mübahisənin məhkəmə qaydasında həllini gözləməli idi. O, birinci instansiya məhkəməsində icraat zamanı işdə işti raka cəlb edilməmişdir. İddiaçı obyektin ona məxsus olduğunu bilsə də, bu barədə ona bildirməmişdir. İddiaçının iddia etdiyi sahə 102 kv.metr olduğu halda, onun istifadəsində olan sahə 126 kv.metrdir. İddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsinin binanın məhz 1-ci girişində olmasını təsdiq edən məlumat mövcud deyildir.
13. Apellyasiya məhkəməsində işə baxılarkən üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən qarşılıqlı iddia verilmiş, məhkəmə qarşılıqlı iddianı icraata qəbul etməyərək geri qaytarmışdır.
14. Apellyasiya instansiyası məhkəməsində işə baxılan zaman keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının 18 mart 2019-cu il tarixli 28259 saylı rəyində qeyd olunmuşdur ki, İddiaçı adına verilmiş plan-sxem də nəzərdə tutulan sahə ilə Maraqlı şəxs adına verilmiş plan sxemdə nəzərdə tutulan sahələrin Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində, binanın həyətə tərəf olan hissəsində 1-ci girişin sol tərəfindəki eyni sahədə yerləşdiyi müəyyən olunmuşdur. Mübahisəli tikilinin faktiki sahəsinin 110,7 kv.metr (17,3X6,4) təşkil etdiyini nəzərə alaraq, İddiaçı satılmış 102,0 kv.metr qeyri-yaşayış sahəsinin bütünlükdə mübahisəli tikili ilə üst-üstə düşdüyü və faktiki sahədən 8,7 kv.metr az təşkil etdiyi, Maraqlı şəxs satılmış 126,0 kv.m. sahənin isə 110 kv.m hissəsinin mübahisəli tikili ilə üst-üstə düşdüyü və faktiki sahədən 15,3 kv.m. çox təşkil etdiyi müəyyən olunmuşdur.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-15 8/2019 saylı, 06 may 2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə icraat Cavabdeh MTK-nın sədri X1 barəsində olan cinayət işinə baxılıb qurtaranadək dayandırılmışdır.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13/2022 saylı, 15 mart 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13/2022 saylı, 22 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov və Xumar Mərdanova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianı təmin edərkən əsas götürdüyü iddia çı ilə MTK arasında bağlanmış müqavilə ilə bağlı qeyd etmişdir ki, həmin müqaviləyə düzəliş edilməsi gözlə görüldüyündən mötəbərliyi şübhə doğuran sübutdur. İddiaçının təqdim etdiyi müqavilədə olan 10 avqust 2017-ci il tarixindəki “1” rəqəminin “0” kimi düzəldilməsi adi gözlə görülür. Kollegiya hesab etmişdir ki, düzəliş gözlə açıq-aşkar göründüyündən sənədlərin texniki ekspertizasının keçirilməsi zərurəti yoxdur və işin lüzumsuz şəkildə uzadılmasına xidmət edəcəkdir. Sənəddəki düzəlişlərin müəyyən edilməsi aşkar olmadıqda və düzəlişin müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduqda, həmin sənədlər düzəlişin olub-olmamasının müəyyən edilməsi üçün ekspertizaya göndərilir. Hazırki mübahisədə işə iddiaçının təqdim etdiyi müqavilədə çapla yazılmış 2017 rəqəmindəki “1”-in əl yazısı ilə “0” k imi düzəldilməsinin adi gözlə müşahidə edilməsi həmin müqaviləyə düzəliş edilməsi mübahisəsizdir və həmin müqavilənin mötəbər sübut kimi istinad edilməsini istisna edir. Bundan başqa, kollegiya iclasında verdiyi izahatında Alışov Cahangir də iddiaçı ilə olan müqavilənin 2007-ci ildə deyil, 2017- ci ildə bağlandığını bildirmişdir. Lakin, üçüncü şəxs Maraqlı şəxsla olan müqavilədə düzəlişin olması müəyyən edilmir. Bu səbəbdən də həmin müqavilədə düzəlişin olub-olmaması ilə bağlı ekspertiza keçirilməsinə kollegiya zərurət görmür.
19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Maraqlı şəxs mübahisəli qeyri-yaşayış sahəsi üçün 2018-ci il tarixində telefon xətti çəkdirmiş, 2018-ci ildə sudan istifadə üçün haqq ödəmişdir. Müəyyən təmir i şləri aparmışdır. Qeyd edilənlər onu göstərir ki, Maraqlı şəxs mübahisəli qeyri-yaşayış sahəsindən istifadə etmişdir. Bu barədə mübahisə olmadığından, kollegiya həmin əraziyə yerində baxış keçirilməsinə zərurət görməmişdir. Həmçinin Maraqlı şəxs apellyasiya şikayətində və kollegiya iclasında verdiyi izahatında iddiaçının onu tanımasına və mübahisəli qeyri-yaşayış sahəsindən istifadə etdiyini bilməsinə baxmayaraq, bununla bağlı Maraqlı şəxs və ya MTK rəhbərliyinə müraciət etmədiyini, həmçinin iddia qaldırması barədə ona heç bir məlumat vermədiyini bildirmişdir. İddiaçı isə cavabında Maraqlı şəxs şəxsən tanımadığını, icra məmuru tərəfindən mübahisəli sahənin qapısı sındırıldıqdan sonra Maraqlı şəxs adlı şəxsin oranı təmir etdirib istifadə etdiyini öyrəndiyini bildirmişdir.
20. Məhkəmə koll egiyası birinci instansiya məhkəməsinin qətnaməsini həmçinin o səbəbdən əsassız saymışdır ki, iddiaçı mübahisələndirdiyi qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini MTK-dan tələb etmişdir. Lakin, birinci instansiya məhkəməsinin qətnaməsi həmin qeyri-yaşayış sahəsinin təhvil verilməsini MTK-nın deyil, Maraqlı şəxs müəyyən zərərlərə məruz qalmaqla təmin edilməsinə səbəb olmuşdur. Belə ki, mübahisəli qeyriyaşayış sahəsi iddiaçıya Maraqlı şəxs həmin sahədən çıxarılması nəticəsində təhvil verilmişdir. Halbuki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli müqavilədən və maliyyə arayışından görünür ki, Maraqlı şəxs mübahisəli qeyri-yaşayış sahəsi üçün 126.000 manat ödəmişdir. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə görə, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hes ab olunurlar. İş materiallarından görünür ki, iddiaçı qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini MTK-dan tələb edir və cavabdeh kimi MTK-nı göstərmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, əmlakdan istifadə hüququ əmlak hüququdur və mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, hətta mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İşin faktiki hallarına əsasən, nə iddiaçı, nə də üçüncü şəxs sözügedən əmlakın mülkiyyətçisi deyillər. Lakin, üçüncü şəxsi Maraqlı şəxs sözügedən əmlakdan faktiki olaraq istifadə etməsi, orada təmir işləri aparması, kommunal ödənişlər ödəməsi iş materialları ilə öz təsdiqini tapdığından, kollegiya hesab etmişdir ki, onun həmin sahədən çıxarılması Mülki Məcəllə ilə qorunan əmlak hüquqlarını pozur.
22. Məhkəmə koll egiyası yuxarıda göstərilənləri nəzərə alaraq qeyd etmişdir ki, iddiaçı əgər MTK-ya 122.400 manat pul ödəməsində israr edirsə, mənzilin alınıb iddiaçıya təhvil verilməsinə dair hazırda baxılan iddianın təmin edilməməsi onun gələcəkdə ödədiyi məbləği MTK-dan tələb etməklə bağlı iddia qaldırmaq hüququnu əlindən almır. Başqa sözlə, iddiaçı ödədiyi vəsaitin MTK-dan geri alınması ilə bağlı iddia tələbi ilə müvafiq məhkəməyə müraciət edə bilər.
23. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını, ekspert rəyini və apellyasiya şikayətinin dəlillərini əlaqəli şəkildə tədqiq edərək hesab etmişdir ki, iddiaçı mübahisələndirdiyi qeyri-yaşayış sahəsinin həqiqətən də ona məxsus olmasını, həmin sahənin Maraqlı şəxs məxsus olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşməməsini sübut edə bilməd iyindən, Alışov Cahangirin kollegiya iclaslarında müxtəlif tarixlərdə verdiyi izahatları arasında kəskin ziddiyyətlər olduğundan iddia tələbi rədd edilməlidir.
24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1, 158.2, 158.4-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat
25. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanunsuz və ə sassızdır. Belə ki, məhkəmə kollegiyası iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş müqavilədə olan düzəlişi əsas götürərək müqaviləni mötəbər hesab etməmişdir. Bundan başqa, kollegiyanın məhkəmə iclasında izahatı alınmış Cahangir Alışovun iddiaçıda olan müqavilənin 2007-ci ildə deyil, 2017-ci ildə bağlanması ilə bağlı izahatına əsaslanaraq şikayəti təmin etməsinin özü də əsaslı sayıla bilməz. Belə ki, iddiaçı məhkəmədə verdiyi izahatında göstərmişdi ki, sahibkarla mənzilə dair müqavilə bağlamış lakin sonradan, yəni istintaq zamanı məlum olmuşdur ki, mənzil başqa bir şəxsə də satılmışdır. Bu səbəbdən də iddiaçıya təklif olunmuşdur ki, ödənişdə olan fərqi ödəsin əvəzində qeyri-yaşayış sahəsi onun adına sənədləşdiriləcəkdir. İddiaçı sonradan yenidən 40.000 manat ödəniş edərək qeyri-yaşayış s ahəsinə dair müqavilə bağlamışdır. Məhkəmə qətnaməsi çıxarıldıqdan sonra iddiaçı bilmişdir ki, müqavilədə düzəliş var. Ona görə də düzəlişin kim tərəfindən və nə vaxt icra olunması məhkəmə tərəfindən müəyyən edilə bilməyəcəyi üçün ekspertizanın keçirilməsinə ehtiyac var. Məhkəmə kollegiyası bu halı nəzərə almamışdır.
27. Bundan başqa məhkəmə kollegiyasının iclasında izahat verən Cahangir Alışov izahatında göstərmişdir ki, Şahmardan Kərimov tərəfindən qeyri-yaşayış sahəsinə və ya başqa bir formada ona nə də ki, MTK-ya heç bir məbləğ ödənməmişdir. Məhkəmə iclasında Cahangir Alışov bir neçə dəfə Maraqlı şəxs müraciət edərək "xxxx" Maraqlı şəxs MTK-ya pul ödəmədiyini, avtomobilini başqa bir şəxslə barter etdiyini və həmin şəxs də avtomobili qaytarmamaq üçün bu müqaviləni ona təqdim etməsini demişdir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-140/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qətnaməsinə əsasən hakimlər X9 (məruzəçi), X2 və X3 ibarət tərkibdə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13/2022 saylı, 22 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norma larının düzgün tətbiq olunmaması, apellyasiya şikayətinin qəbul edilməsi və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
30. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər.
31. Lakin iş materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 18 avqust 2017-ci il tarixdə qəbul edilmiş, üçüncü ş əxs Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti 13 iyun 2018-ci il tarixdə verilsə də, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-nin 364.2-ci maddəsinin tələbinə əməl edilməmiş, məhkəmə qəbul edilən qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunması məsələsini, apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamamış, bunun nəticəsinə dair qərardad qəbul etmədən işi apellyasiya məhkəməsinə göndərmişdir.
32. Apellyasiya instansiya məhkəməsi də öz növbəsində MPM-nin 366.1-ci maddəsinə uyğun olaraq apellyasiyanın mümkünlüyünü yoxlayarkən işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olub-olmamasına, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-nin 364.2-ci maddəsinin tələbinə əməl edilməməsinə d iqqət yetirməmiş, apellyasiya icraatının mümkün hesab edilməsi barədə 27 iyun 2018-ci il tarixli qərardadı qəbul etmişdir.
33. Belə ki, Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyy ənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
35. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır.
36. İddia tələbindən görünür ki, iddiaçı Cavabdeh MTK-nın ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 102 kv.metr olan qeyriyaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
37. İşin müəyyən olunan hallarından görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən, iddiaçı ilə MTK arasında ünvan 5 ünvanında tikilən çoxmənzilli yaşayış evinin 1-ci giriş, 1-ci mərtəbə, ümumi sahəsi 102 kv.m olan qeyri-yaşayış sahəsinin tikintisi ilə bağlı xx.xx.2007-ci il tarixdə müqavilə imzalanmasına, müqaviləyə əsasən mənzilin dəyərinin 122.400 manat məbləğində dəyərləndirilməsinə və iddiaçı tərəfindən MMC-yə mənzilin dəyəri olan həmin məbləğin ödənilməsinə əsaslanmış, cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyini, xx.xx.2007-ci il tarixli müqavilənin bağlandığı andan MTK-nın üzərinə düşən öhdəliyi 10 ildən artıq müddət ərzində icra edilməməsini öhdəliyin ağlabatan müddətdə icra edilməməsi sayılmasını qeyd etmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi isə üçüncü şəxsin apellyasiya şikayətinə əsasən işə baxaraq birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni ləğv etməklə iddianın rədd olunması barədə nəticəyə gələrkən, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən əsas götürdüyü - iddiaçı ilə MTK arasında bağlanmış müqaviləyə düzəliş edilməsinin gözlə görüldüyündən mötəbərliyinin şübhə doğuran sübut olmasını, iddiaçının təqdim etdiyi müqavilədə olan 10 avqust 2017-ci il tarixindəki “1” rəqəminin “0” kimi düzəldilməsinin adi gözlə görüldüyünü, həmçinin apellyasiya məhkəməsində verdiyi izahatında MTK-nın sabiq rəhbəri Cahangir Alışovun da iddiaçı ilə olan müqavilənin 2007-ci ildə deyil, 2017-ci ildə bağlandığını bildirməsini, lakin, üçüncü şəxs Maraqlı şəxsla olan müqavilədə düzəlişin olmasının müəyyən edilmədiyini qeyd etmişdir.
39. Apellyasiya məhkəməsinin mülki kollegiyası həmçinin Maraqlı şəxs mübahisəli qeyri-yaşayış sahəsi üçün 2018-ci il tarixində telefon xətti çəkdirməsini, 2018-ci ildə sudan istifadə üçün haqq ödəməsini, müəyyən təmir işləri aparmasını, bununla da Maraqlı şəxs mübahisəli qeyri-yaşayış sahəsindən istifadə etməsini, həmçinin Maraqlı şəxs apellyasiya şikayətində və kollegiya iclasında verdiyi izahatında iddiaçının onu tanımasına və mübahisəli qeyri-yaşayış sahəsindən istifadə etdiyini bilməsinə baxmayaraq, bununla bağlı Maraqlı şəxs və ya MTK rəhbərliyinə müraciət etmədiyini, həmçinin iddia qaldırması barədə ona heç bir məlumat vermədiyini bildirməsini qeyd etmiş, eyni zamanda iddiaçının cavabında Maraqlı şəxs şəxsən tanımadığını, icra məmuru tərəfindən mübahisəli sahənin qapısı sındırıldıqdan sonra Maraqlı şəxs adlı şəxsin oranı təmir etdirib istifadə etdiyini öyrəndiyini bildirməsini göstərmişdir.
40. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini əsassız saymasını, iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini MTK-dan tələb etməsi, lakin birinci instansiya məhkəməsinin qətnaməsinin həmin qeyri-yaşayış sahəsinin təhvil verilməsinin MTK-nın deyil, Maraqlı şəxs müəyyən zərərlərə məruz qalmaqla təmin edilməsinə səbəb olması ilə əsaslandırmağa çalışmışdır.
41. Apellyasiya instansiyası məhkəməsi üçüncü şəxs Maraqlı şəxs həmin sahədən çıxarılmasını Mülki Məcəllə ilə qorunan əmlak hüquqlarının pozulması kimi qiymətləndirmiş, iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış sahəsinin həqiqətən də ona məxsus olmasını, həmin sahənin Maraqlı şəxs məxsus olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşməməsini sübut edə bilmədiyini nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə nəticəyə gəlmişdir.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qeyd olunan əsaslandırması tam və əsaslı deyildir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarına görə iddiaçı ilə Cavabdeh MTK arasında “Yaşayış binasında mənzil tikintisi haqqında” 10 avqust 2007-ci il tarixdə bağlandığı qeyd olunan müqavilədə həqiqətən də “1” rəqəminin “0” kimi düzəldilməsi adi gözlə görülür. Lakin iddiaçı tərəfindən ca vabdehə Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK-ya məxsus tikilməkdə olan binanın 1-ci mərtəbəsində yerləşən 102 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin pay dəyərindən 122.400 manat məbləğində pulun ödənilməsi barədə 10 avqust 2007-ci il tarixli Maliyyə arayışı hər hansı şübhə doğurmur. Lakin həmin hala apellyasiya instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir.
44. Bundan başqa, iddiaçı qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə hazırki iddia ərizəsi ilə məhkəməyə 13 iyul 2017-ci il tarixdə müraciət etmiş, həmin iddia ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsi isə 18 avqust 2017-ci il tarixdə qəbul edilmişdir. Üçüncü şəxs Maraqlı şəxsla hazırki iş üzrə Cavabdeh MTK arasında “Yaşayı ş binasında mənzil tikintisi haqqında” müqavilə isə qətnamənin qəbul edilməsindən sonraki tarixə, yəni 30 oktyabr 2017-ci il tarixə aiddir. Bu hal da apellyasiya instansiya məhkəməsi tərəfindən diqqətdən qaçırılmışdır.
45. Həmçinin məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianı rədd edərkən istinad etdiyi, MTK-nın sabiq rəhbəri Cahangir Alışovun izahatına münasibət bildirərək qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən həmin izahatlar qətnamədə təhrif edilməklə göstərilmişdir. Belə ki, iş materiallarının 1-ci cildinin 119-cu vərəqəsində və 2-ci cildinin 26-cı vərəqəsində yerləşən məhkəmə iclası protokollarında qeydə alınmış MTK-nın sabiq rəhbəri Cahangir Alışovun izahatlarında onun iddiaçı ilə olan müqavilənin 2007- ci ildə deyil, 2017-ci ildə bağlandığını bildirməsi barədə fikirləri əksini tapmamışdır. Əksinə qeyd olunan birinci izahatda Cahangir Alışov iddiaçının 2007-2008-ci illərdə qeydiyyatdan keçməsini, ikinci izahatında isə iddiaçının pul ödəyərək həmin obyekti almasını göstərmişdir. Apellyasiya məhkəməsində izahatı alınarkən Cahangir Alışova iddiaçı ilə bağlanmış müqavilənin tarixi və etibarlılığı ilə bağlı heç bir sual verilməmişdir.
46. Göründüyü kimi iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinin 102 kv.metrini üçüncü şəxs Maraqlı şəxs daha əvvəl əldə etməsi şübhə doğurmadığından, həmçinin qeyd olunan hal müqavilənin digər tərəfi olan cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, hazırki mübahisə üzrə 10 avqust 2007-ci il tarixdə bağlanması qeyd olunan müqavilədə “1” rəqəminin “0” kimi düzəldilməsinin hazırki vəziyyətdə hər hansı əhəmiyyəti yoxdur. Belə ki, qeyd olunan müqavilənin ləğv edilməsi, yaxud etibarsız hesab edilməsi barədə iddia tələbi və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olmadığı halda, müqavilənin nəzərə almaması ilə bağlı apellyasiya instansiya məhkəməsinin mövqeyi anlaşılan deyil.
47. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər.
48. Məhkəmə kollegiyasının mövqeyinə görə bu halda ape llyasiya instansiyası məhkəməsi tərəfindən üçüncü şəxsin apellyasiya şikayətinin, iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini MTK-dan tələb etməsinin əsassız olması barədə dəlilinə verdiyi qiymətin də düzgün olmadığını təsdiq edir.
49. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin apellyasiya şikayətinin apellyasiya icraatının mümkün olması barədə nəticəyə gələrkən səhvə yol verməklə yanaşı, işin halları ilə bağlı tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasını təmin etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması nəticəsinə gəlmişdir.
50. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllini tapmamışdır.
51. Mə hkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
52. Cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək izahatında göstərdi ki, mübahisəli qeyri-yaşayış sahəsi həqiqətən 2007-ci ildə cavabdeh MTK tərəfindən iddiaçıya satılmışdır. Maraqlı şəxs tərəfindən MTK-ya pul vəsaiti ödənilməmişdir.
53. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2477/2023 nömrəli, 5 may 2023 tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 avqust 2017-ci il tarixli, 2(004)-6625/2017 nömrəli qətnaməsin dən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 avqust 2017-ci il tarixli, 2(004)-6625/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
54. Məhkəmə kollegiyası üçüncü şəxsin bu mövqeyinə münasibətdə qeyd etmişdir ki, müqavilənin etibarsızlığı əsas olan digər hallar müəyyən edilmədiyindən, bu hal özlüyündə həmin müqavilənin etibarsız olmasına əsas ola bilməz. Ona görə ki, tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Ha zırkı halda isə müqavilənin hər iki tərəf bu müqavilənin öz iradələri ilə bağlandığını təsdiq edirlər. Baxmayaraq ki, üçüncü şəxs MTK-nın rəhbəri Cahangir Alışovun məhkəmə iclaslarında bunun əksini dediyini iddia edir, mülki işin materiallarının 1-ci cildinin 119-cu vərəqəsində və 2-ci cildinin 26-cı vərəqəsində yerləşən məhkəmə iclası protokollarında qeydə alınmış MTK-nın keçmiş rəhbəri Cahangir Alışovun izahatlarında onun iddiaçı ilə olan müqavilənin 2007-ci ildə deyil, 2017-ci ildə bağlandığını bildirməsi barədə fikirləri əksini tapmamışdır. Bunun əksinə qeyd olunan birinci izahatda Cahangir Alışov iddiaçının 2007-2008-ci illərdə qeydiyyatdan keçməsini, ikinci izahatında isə iddiaçının pul ödəyərək həmin obyekti almasını göstərmişdir.
55. İddiaçı tərəfindən cavabdehə qeyri-yaşayış sahəs inin pay dəyərindən 122.000 manat məbləğdə pulun ödənilməsi barədə 10 avqust 2007-ci il tarixli maliyyə arayışı mövcuddur və bu arayışın mötəbərliyi hər hansı şübhə doğurmur. Məhkəmə kollegiyası bu arayış da həqiqətən iddiaçı və cavabdeh arasında 10 avqust 2007-ci il tarixdə sözügedən müqavilənin imzalandığını təsdiq edən sübut kimi qəbul edir.
56. Üçüncü şəxsin dəlillərini təkzib edən digər hal ondan ibarətdir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə 13 iyul 2017-ci il tarixdə müraciət etmiş, birinci instansiya məhkəməsinin qətnaməsi isə 18 avqust 2017-ci il tarixdə qəbul edilmişdir. Üçüncü şəxsin istinad etdiyi müqavilə isə qətnamənin qəbul edilməsindən sonraki tarixə, yəni 30 oktyabr 2017-ci il tarixə aiddir. Apellyasiya şikayətinin dəlillərini təkzib edən yuxarıdakı hallar mövcu d olduğundan məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyinin təhlil edilməsinə zərurət yoxdur və rəydə qeyd olunan xüsusatlar iddianın rədd edilməsi üçün əsas ola bilməz.
57. İddiaçının mübahisəli qeyri-yaşayış sahəsinin 102 kv.m. hissəsini üçüncü şəxsdən daha əvvəl əldə etməsi şübhə doğurmadığından, həmçinin qeyd olunan hal müqavilənin digər tərəfi olan cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, bu müqavilə hazırda qüvvədə olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə cavabdehə müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi vəzifəsini həvalə etməkdə düzgün nəticəyə gəlmişdi. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
58. Üçüncü şəxs Maraqlı şəxs Qəhraman oğlu apellyasiya instansiyası məhkəməsinin qətnaməsinədn kassasiya şika yəti verərək qətnamənin ləğv edilərək yeni baxışa göndərilməsini xahiş etmişdir.
59. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinin təmin edilməməsinin əsası kimi üçüncü şəxs Maraqlı şəxs Bakı şəhəri Yasamal rayon məhkəməsinin qətnaməsinin 18 avqust 2017-ci il tarixdə qəbul edildikdən sonra 30 oktyabr 2017-ci il tarixdə müqavilə bağlamasına istinad edərək ekspert rəyinin tədqiqindən imtina etməsi Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 14.2-ci maddəsinin kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. İddiaçı birinci instansiya məhkəməsində iddia qaldırarkən mübahisəli qeyri-yaşayış sahəsinə dair yalnız xx.xx.2007-ci il tarixli müqavilənin surətini təqdim etmişdir. Lakin həmin müqavilədə göstərilən qeyri-yaşayış s ahəsinin yerləşdiyi yeri və ölçülərini təsdiq edən plan-sxemi məhkəməyə təqdim etməmişdir. Yalnız Maraqlı şəxs apellyasiya şikayəti üzrə Bakı apellyasiya məhkəməsində məhkəmə baxışı keçirilərkən İddiaçı MTK ilə heç bir bağlılığı və aidiyyəti olmayan Bərpa-Tikinti MMC-yə qeyri-yaşayış sahəsini plan sxemini tərtib etdirərək məhkəməyə təqdim etmişdir. Üçüncü şəxs Maraqlı şəxs isə apellyasiya şikayətinə xx.xx.2017-ci il tarixli müqavilə ilə yanaşı, qeyri-yaşayış sahəsinin MTK tərəfindən tərtib edilərək təsdiq edilmiş plan sxemini əlavə edərək məhkəməyə təqdim etmişdir. Bu hal təsdiq edir ki, iddiaçı Hüseynov məhkəmədə iddia qaldırarkən sahibliyinə verilməsini tələb etdiyi Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsi-5 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasının hansı girişində yerləş məsi müəyyən edilməmişdir. Digər tərəfdən, İddiaçı müqavilə üzrə iddia etdiyi qeyri- yaşayış sahəsinin həcmi 102 kv. metr olduğu halda, Maraqlı şəxs istifadəmdə olan qeyri-yaşayış sahəsinin həcmi 126 kv. metr olmuşdur. Lakin apellyasiya baxışında keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası zamanı mübahisəli obyektin ümumi sahəsi 110,7 kv.metr müəyyən edilmişdir ki, bu da İddiaçı iddia etdiyi qeyriyaşayış sahəsindən 8,7 kv.metr çox, Maraqlı şəxs istifadəmə verilmiş qeyri-yaşayış sahəsindən isə 15,3 kv metr az olmuşdur. Əslində isə mübahisəli qeyri-yaşayış sahəsinin ümumi sahəsi həmin qeyri-yaşayış sahəsinə dair Maraqlı şəxsla MTK arasında bağlanmış müqavilədə göstərilən sahə ilə faktiki eynilik təşkil etmişdir. İddiaçı iddia etdiyi qeyri-yaşayış sahəsinin isə mübahisəli qeyri yaşayış sa həsinə heç-bir aidiyyəti yoxdur və mübahisəli-qeyri yaşayış sahəsinin ümumi həcmi İddiaçı aid müqavilədə göstərilən qeyri- yaşayış sahəsinin həcmindən faktiki olaraq 24 kv.metr çoxdur. Belə ki, qeyri-yaşayış sahəsinə dair Cavabdeh MTK ilə Maraqlı şəxs arasında müqavilə bağlanarkən həmin qeyri-yaşayış sahəsinin həcmi MTK tərəfindən Şəhərsalmavə Tikinti Məcəlləsinin 59-cu maddəsinin tələbləri nəzərə alınmadan hesablanmışdır. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-6625/2017 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya məhkəməsinin sabiq hakimi cənab İsmayıl Xəlilovun sədrlik etdiyi məhkəmə tərkibində baxılarkən, Cahangir Alışovun iş üzrə şahid qismində dindirilməsi təmin edilmişdir. O, iş üzrə verdiyi ifadəsində İddiaçı ilk dəfədir ki, gör düyünü, mübahisəli qeyri-yaşayış sahəsinə dair onunla müqavilə bağlamadığını, həmin qeyri-yaşayış sahəsinə görə ondan hər-hansı məbləğdə pul almadığını, qeyri-yaşayış sahəsinə dair MTK-nın işçisi Nadir adlı şəxs saxta müqavilə yazıb onun imzasını saxtalaşdıraraq imza edib İddiaçı verdiyini, əslində isə İddiaçı 2 otaqlı mənzil satılması ilə bağlı müqavilə bağlandığını bildirərək, İddiaçı onun barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verdiyi şikayətin iki otaqlı mənzillə bağlı olduğunu göstərmişdir. Həmin məhkəmə iclasında iştirak edən İddiaçı Cahangir Alışovun göstərdiklərini təkzib etməmiş və əksinə təsdiq edərək həqiqətən də onunla iki otaqlı mənzilə dair müqavilə bağladığını və ondan mənzilə görə ödədiyi 40.000 manat pul məbləğini tələb etdiyini bildirmişd ir. Hətta həmin məhkəmə iclasında və ondan sonra İddiaçı, Maraqlı şəxs, Cahangir Alışovun əvəzindən ona 40.000 manat ödədiyi təqdirdə mübahisəli qeyri-yaşayış sahəsindən imtina edəcəyini bildirmişdir. X5 Alışov da Maraqlı şəxs İddiaçı 40.000 manat ödəməyi təklif etmiş və bunun müqabilində İddiaçı həmin qeyri-yaşayış sahəsindən onun, yəni Maraqlı şəxs xeyrimə imtina edəcəyini bildirmişdir, (l-ci cild, vərəqə 116-121) Həmçinin apellyasiya şikayəti üzrə məhkəmə baxışında məhkəməyə yazılı vəsatət verib məhkəmədən İddiaçı Cavabdeh MTK-nın sədri Cahangir Alışovdan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verdiyi şikayətin nə ilə bağlı qarşı Mübarizə Baş İdarəsinə verdiyi şikayətin nə ilə bağlı olduğunu, şikayəti üzrə onun hansı məzmunda ifadə verdiyini müəyyənləşdirmək üçün onun şikayətinin və cinayət işi üzrə verdiyi ifadəsinin surətlərini sorğu verməklə əldə etməyi xahiş etsə də, məhkəmə vəsatətə ümumiyyətlə münasibət belə bildirməmişdir. Bunlardan başqa, iş materiallarına əsasən İddiaçı Bakı şəhəri Yasamal rayon məhkəməsində Cavabdeh MTK-ya qarşı 13 iyul 2017-ci il tarixdə iddia qaldırmışdır. İddia ərizəsində qeyd etmişdir ki, MTK ilə onun arasında102 kv.metrlik qeyri-yaşayış sahəsinə dair müqavilə hələ 10 avqust 2007-ciildə bağlanmış, lakin ötən 10 il ərzində dəfələrlə MTK-nın rəhbərliyindən müqavilədə göstərilən qeyri-yaşayış sahəsinin ona təhvil verməyi tələb etməsinə baxmayaraq, müraciətinə məhəl qoyulmadığından və həmin qeyri- yaşayış sahəsi onun istifadə və sahibliyinə verilmədiyindən o, məhkəmədə MTK-ya qarşı iddia qaldıraraq mübahisəli qeyri-yaş ayış sahəsinin onun istifadə və sahibliyinə verilməsi öhdəliyinin MTK-nın üzərinə qoyulmasını xahiş etmişdir. Lakin iddiaçının bu dəlilləri uydurma olub həqiqəti əks etdirmir. Belə ki, həmin qeyri yaşayış sahəsinə dair Maraqlı şəxsla MTK arasında müqavilə 30 oktyabr 2017ci il tarixdə, yəni iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən 3 ay 17 gün sonra bağlanmış və müqavilə bağlanmazdan həmin qeyri-yaşayış sahəsi MTK-nın sahibliyində olmuş və MTK həmin qeyri yaşayış sahəsindən saxlanc yeri kimi istifadə etmişdir. Maraqlı şəxsla müqavilə bağlandıqdan sonra qeyri-yaşayış sahəsində MTK-nın tikinti malmaterialları olmuşdur ki, Maraqlı şəxs obyekti qəbul edib təmir işlərinə başlayarkən həmin mal-materiallar MTK tərəfindən qeyri-yaşayış sahəsindən çıxarılmışdır. İddiaçının uydurma dəlill əri qeyd edilənlərlə və eyni zamanda onunla da təkzib edilir ki, iddiaçının MTK-ya qarşı iddiası üzrə qətnamə qəbul olunduqdan və həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra, MTK-nın sədri Cahangir Alışov Maraqlı şəxsla necə müqavilə bağlaya bilərdi, əgər həmin qeyri - yaşayış sahəsinə dair 10 il əvvəl İddiaçıla müqavilə bağlanmışdırsa, eyni zamanda necə ola bilər ki, 10 il əvvəl müqavilə əsasında əldə etdiyi həmin qeyri-yaşayış sahəsinə sahiblik etməmiş olsun? Bu hallar onu təsdiq edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2007-ci il tarixli müqavilə yalan müqavilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış əqddir. İddiaçı isə 2007-ci ildə MTK ilə 2 otaqlı mənzilə dair bağladığı əqdi pərdələmək məqsə di ilə mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair MTK ilə yalan əqd bağlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ, 158.1.2. əmlakdan istifadə hüququ, 158.1.3. servitutlar. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə
442. Öhdəliyin icra edilməm əsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 55.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş ha llar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şi kayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
60. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə mübahisələndirildiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxd ur.
63. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
64. Məhkəm ə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
65. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 may 2023-cü il tarixli 2(103)2477/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.