Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3767/2025 13.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1497/2025 nömrəli, 18 sentyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 13 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı ic raat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Hazırkı iş üzrə İddiaçı Cavabdeh nikah münasibətlərini rəsmiləşdirmədən dini nikah əsasında ailə olaraq bir yerdə yaşamışlar.
2. Gədəbəy rayon Polis X3 təhqiqatçısı Xətai Verdizadənin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 5 oktyabr 2024-cü il tarixli qərarına əsasən, İddiaçı Cavabdeh barəsində müraciəti ilə bağlı cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.
3. Gədəbəy Rayon Məhkəməsinin 6(042)-1/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli qərarına əsasən, İddiaçı məhkəmə nəzarəti qaydasında verdiyi şikayət təmin edilərək, Gədəbəy rayon Polis X3 təhqiqatçısı Xətai Verdizadənin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 5 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilmi ş, X1 izahatının alınması, iş üzrə qərar qəbul edilməsi üçün əhəmiyyəti olan digər mötəbər sübutların əldə edilməsi qərara alınmışdır.
4. Material üzrə yenidən araşdırma aparılaraq, Gədəbəy rayon Polis X3 təhqiqatçısı Xətai Verdizadənin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23 may 2025-ci il tarixli qərarına əsasən, İddiaçı müraciəti ilə bağlı cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona borclu olduğu 3110 markalı **-KR-*** dövlət qeydiyyat nömrəli avtomobili satmaqla 3.500 manat, “Opel savera” markalı 39-RU646 dövlət qeyd iyyat nömrəli avtomobili öz adına sənədləşdirməklə 12.700 manat, evindən götürdüyü 8.000 manat və 50 qəpiklərlə dolu olan üç kiloqramlıq bankanı götürməklə 700 manat, yəni, cəmi 24.900 manat və dövlət rüsumu kimi ödədiyi 164,70 manatın, ümumilikdə, 25.064,70 manatın cavabdehdən alınaraq, ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Gədəbəy rayonunun Maarif kəndində oğlu X4 ilə birlikdə yaşayır. 2024-cü ilin may ayında cavabdeh ilə nikah bağlamadan ailə qurmuş və cavabdeh onun evinə köçmüşdür. Cavabdeh, həmin vaxtlar birgə yaşadıqları evin giriş qapısının açarını götürmüş, hər gün işləmək məqsədi ilə evdən getmiş, axşamlar evə gələrək onlarla birlikdə evdə yaşamışdır. Oğlu Sərxan 2022-ci il tarixdə özünə 3110 markalı **-KR-** * Dövlət qeydiyyat nömrəli avtomobil almış, bundan sonra oğlu 3 may 2023-cü il tarixdə lizinq yolu ilə əvvəldən 3.000 manat ödəyərək “Opel savera” markalı avtomobil almışdır. Həmin avtomobilin kreditini 3 may 2024-cü ildə tam şəkildə ödəyərək qurtarmışdır. X8 Rusiyaya getməli olduğuna görə, əvvəlcə “Opel savera” markalı avtomobili qohumu Şamxal Şahmalıyevin adına sənədləşdirmək istəmiş, lakin cavabdeh onunla ailə qurduğuna və etibar qazandığına görə həmin avtomobili Şamxal Şahmalıyevin yox, cavabdehin adına sənədləşdirmiş, cavabdeh isə X2 etibarnamə vermişdir. Cavabdeh 2024-cü ilin avqust ayında həmin avtomobili 3.500 manata satmışdır. O, cavabdehdən avtomobilin pulunu istəmiş, nisyə satdığını bildirərək həmin şəxsləri tanıdığını və pulu alıb gətirəcəyini bildirmişdir. 24 may 2024-cü il ta rixdə bağçada işləyən vaxtı cavabdeh onun mobil telefonu ilə tanımadığı şəxsə zəng etmiş, taksi kimi çağıraraq “Opel savera” markalı avtomobilin cəriməsi olduğuna görə duracağa qoyulduğunu taksi ilə gedib avtomobili duracaqdan çıxarmaq istədiyini demişdir. O, cavabdehə həmin cəriməni ödəməsi üçün pulunun olmadığını bildirmiş və pulu haradan aldığını soruşmuşdur. O, cavabdehin evdə ona məxsus 8.000 manat pulun yerini bildiyini düşünərək, gəlib pulu qoyduğu yerə baxmış və 8.000 manat pulun və 50 qəpiklərlə dolu olan üç kiloluq bankanın olmadığını görmüşdür. Cavabdehin öz nömrəsi olmadığına görə, taksi sürücüsünə zəng etmiş, cavabdehlə danışmaq istədiyini bildirmişdir. Həmin şəxs cavabdehin avtomobilin cəriməsini ödəyərək, avtomobillə Gəncə şəhər istiqamətində getdiyini bildrimişdir. Yəni, ca vabdeh avtomobilin satışından əldə etdiyi pulu, həmçinin 8.000 manatı və 50 qəpiklərlə dolu olan üç kiloluq bankanın götürməklə onun 24.900 manat pulunu mənimsəmişdir. Ona görə də iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
7. Gədəbəy Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(042)-458/2025 nömrəli, 4 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia tələbi təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad edilən hallar sübut edilməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 1091.1, 1092.2-ci və Azərbaycan Respublikası Mülk i Prosessual Məcəlləsinin 14.2, 76.1,76.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə prosessual hüquq normasını ona görə pozmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş, cavabdehin onun pulunu ələ keçirməsi, bununla da ona maddi ziyan vurmasını təsdiq etmək üçün səs yazılarına qulaq asmamış, təqdim etdiyi şahidlərin ifadələrini dinləməmiş və müayinə etməmişdir. Məhkəmə cavabdehin təqsirli və hüquqa zidd hərəkətləri nəticəsində ona ümu milikdə 24.900 manat maddi ziyan dəyməsi kimi iş üçün əhəmiyyəti olan halları tamamilə aydınlaşdırmadan iddianın rədd edilməsi nəticəsinə gəlmişdir. Bu hallar ondan ibarət olmuşdur ki, cavabdehin həqiqətən ona məxsus avtomobili sataraq satışdan əldə etdiyi pulu ona qaytarmaması barədə səs yazıları olmuş, bundan başqa həmin halları təsdiq edən şahidlər olmuşdur. Lakin həmin sübutları tədqiq etməyərək iş üçün mühüm əhəmiyyəti olan halları aydınlaşdırmamışdır.
12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(104)-1497/2025 nömrəli, 18 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Rəşad Mamedov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və Aygül İsgəndərova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya mə hkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbindən görünür ki, iddiaçı cavabdehin ona borclu olduğu 3.110 markalı **-KR-*** dövlət qeydiyyat nömrəli avtomobili satmaqla 3.500 manat, “Opel savera” markalı **-RU-*** dövlət qeydiyyat nömrəli avtomobili öz adına sənədləşdirməklə 12.700 manat, evindən götürdüyü 8.000 manat və 50 qəpiklərlə dolu olan üç kiloqramlıq bankanı götürməklə 700 manat, yəni, cəmi 24.900 manat və dövlət rüsumu kimi ödədiyi 164,70 manatın, ümumilikdə 25.064,70 manatın cavabdehdən alınaraq ona verilməsini tələb etmişdir.
14. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, iş materiallarında olan 5 oktyabr 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, iddi açının müraciəti ilə bağlı cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin 23 may 2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan da görünür ki, iddiaçının müraciəti ilə bağlı cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.
15. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki halları üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
16. Məhkəmə kollegiyası hazırkı mübahisəyə münasibətdə onu da qeyd etmişdir ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və sair xüsusiyyətlər ilə səciyyələnir. Hazırkı işdə isə iddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara dair, yəni cavabdeh tərəfindən 3110 markalı **-KR-*** dövlət qeydiyyat nömrəli avtomobili satmaqla 3.500 manat, “Opel savera” markalı **-RU- *** dövlət qeydiyyat nömrəli avtomobili öz adına sənədləşdirməklə 12.700 manat, evindən 8.000 manat və 50 qəpiklərlə dolu olan üç kiloqramlıq bankanı götürməklə 700 manat, cəmi 24.900 manat ona maddi zərər vurulduğuna dair məhkəməyə mövcud və mümkün olan sübutlarını təqdim etməmişdir. Belə ki, tələbi iddiaçı irəli sürdüyündən iddiasının əsası kimi istinad etdikləri halları da sübut etmək yükü onun üzərinə düşür. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi işin hallarından görünür ki, iddiaçı istinad etdiyi halları təsdiq edən hər hansı sübutu təqd im edə bilməmişdir.
17. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.
18. Bundan əlavə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərində ona maddi ziyanın vurulmasını təsdiq edən səs yazılarının olmasını qeyd etsə də, həmin dəlilləri məhkəmə kollegiyasına təqdim etməmişdir.
19. Məhkəmə kollegiyası da öz növbəsində qeyd etmişdir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
20. Qeyd olunanlara əsasən, m əhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşsə də, iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 14.2, 14.2.6, 21.1, 21.2, 386.1, 1096.1, 1096.2, 1097.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 88, 217.3, 218.1, 384.0.1, 385.1.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
22. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etm işdir.
23. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmaqla qeyd olunmuşdur ki, iddiaçı cavabdehlə xx.xx.2024-cü il tarixindən etibarən nikah münasibətlərini rəsmiləşdirməyərək dini nikah əsasında ailə olaraq bir yerdə, iddiaçının evində Gədəbəy rayon Maarif kəndində yaşamağa başlamışlar. Tərəflər faktiki münasibətlərə xx.xx.2024-cü il tarixində başlayıblar. Cavabdehin qanunsuz hərəkətləri ilə bağlı iddiaçı Gədəbəy rayon Polis Şöbəsinə şikayətini xx.xx.2024-cü il tarixində, yəni artıq 4 aydan sonra etmişdir. Baxmayaraq ki, tərəflər nikah xarakterli münasibətlərinə daxil olmuşdular, məhz cavabdeh iddiaçının evində yaşamağa başlamışdır. Adət-ənənəyə əsasən ailə quranda xanım kişinin evinə köçür, işin materiallarından görünür ki, bu halda cavabdeh xanımın evinə köçmüşdür. Cavabdehin faktiki olaraq planlı şəkildə iddiaçının sadəlövlüyündən istifadə edərək qazanc əldə edilməsi məqsədi işin materiallarından görünür. Belə ki, illərdi Gədəbəy rayonun Maarif kəndində yaşayan iddiaçı heç vaxt hər hansı məsələ ilə bağlı polis idarəsinə müraciət etməmiş və 2024-cü ildə başına gələn bütün hadisələr cavabdehlə tanış olandan və onunla birgə yaşayandan sonra baş vermişdir. İşin mübahisəsiz hallarından biri də ondan ibarətdir ki, cavabdeh faktiki olaraq iddiaçının evində yaşamağını və hər iki avtomobilin iddiaçının istifadəsində olduğunu təsdiq etmişdir. Bundan əlavə olaraq, cavabdeh qeyd olunan avtomobilin birini “QAZ-31” markalı avtomobili iddiaçı tərəfindən metalaloma verdiyini və ikinci Opel markalı **-RU-*** qeydiyyat nişanlı avtomobilin kre dit pulunu 9.700 manat pulunu Adilənin oğluna verdiyini və avtomobili öz adına rəsimləşdirilməsini bildirir. Qeyd olunan faktlar işin materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Gədəbəy Rayon Polis X3 təhqiqatçısı Xətayi Verdizadənin qəbul etdiyi qərarda qeydə alınıb. Maraqlı fakt ondan ibarətdir ki, iddiaçı Adilə xanım və oğlu birinci avtomobilin metalaloma verilməsini və ikinci avtomobilin kreditinin pulunu cavabdehdən iddiaçının oğlu tərəfindən almasını təsdiq etməmişlər və lizinqdə olan avtomobil hansı qaydada lizinqdən çıxarılması kim tərəfindən və hansı tarixdə kreditin ödənilməsi məhkəmə tərəfindən araşdırılmamışdır. Cavabdehin əgər 9.700 manat kredit pulunu iddiaçıya ödənilməsi imkanı olmuşdursa, hansı səbəbə görə iddiaçının evinə sığınaraq yaşayırdı və eyni zamanda cavabdeh iddiaçı ilə yaşamağa başlayandan sonra iddiaçının istifadəsində olan hər iki avtomobilin satılması olduqca şübhəli görünür və araşdırılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
24. Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
25. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavil ədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərcəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.
29. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsi n əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
33. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
34. Maddə 77.1. Hə r bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fakt iki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya d üzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam m übahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Məhkəmə kollegiyası iddiaçı tərəfindən apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə üzrə verilmiş kassasiya şikayətini nəzərə alara q ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. 47. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) 48. b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
49. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırkı tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. 50. “M.Baxşıyevin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
51. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyə n ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının cavabdehə qarşı olan pul tələbi ilə bağlı iddiası üzrə, bu xarakterli işlərə baxılarkən ortaya çıxan suallara, (yəni, iddiaçıya maddi ziyan cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində dəymişdirmi? dəymişdirsə bu nədə ifadə olunmuş və hansı məbləğdə ziyan dəymişdir?) əsaslandırılmış cavab vermişdir.
53. Belə ki, apellyasiya instansiya məhkəməsi bununla bağlı qeyd etmişdir ki, hazırkı işdə iddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara dair, yəni cavabdeh tərəfindən 3110 markalı **-KR-*** dövlət qeydiyyat nömrəli avtomobili satmaqla 3.500 manat, “Opel savera” markalı **-RU-*** dövlət qeydiyyat nömrəli avtomobili öz adına sənədləşdirməklə 12.700 manat, evindən 8.000 manat və 50 qəpiklərlə dolu olan üç kiloqramlıq bankanı götürməklə 700 manat, cəmi 24.900 manat ona maddi zərər vurulduğuna dair məhkəməyə mövcud və mümkün olan sübutlarını təqdim etməmişdir. Belə ki, tələbi iddiaçı irəli sürdüyündən iddiasının əsası kimi istinad etdikləri halları da sübut etmək yükü onun üzərinə düşür. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi işin hallarından görünür ki, iddiaçı istinad etdiyi halları təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir.
54. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
55. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərarda dda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələ rindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qan uni və əsaslı qətnamə qəbul etmişdir.
58. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1497/2025 nömrəli, 18 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.