Məhkəmə qərarları › İş №2(102)-3768/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3768/2023

02.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3768/2023 02.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı ilkin, iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, prosessual müddətin buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən çıxarılma” barədə ilk, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı qarşı “alğı-satqı müqaviləsinin və daşınmaz əmlakın d övlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1623/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayətinə 02 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 zəbt etdiyi, onun mülkiyyətində olan ünvan 1ndə 0,0686 ha torpaq sahəsində yerləşən 77.8 kv.m-dən ibarət fərdi yaşayış evini boşaltmaqla, cavabdehin həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 da qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı ilə ünvan 1ndə 0,0686 ha torpaq sahəsində yerləşən 77,8 kv.m yaşayış evinin 26 aprel 2021-ci il tarixli 4- Ə-141 №-li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bununla əlaqədar olaraq həmin evin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına olan qeydiyyatın ləğv edilməsi və ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

3. Göygöl Rayon Məhkəməsinin 2(066)-114/2022 saylı mülki iş üzrə 31 yanvar 2022-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, Cavabdeh1 zəbt etdiyi, İddiaçı mülkiyyətində olan ünvan 1ndə 0,0686 ha torpaq sahəsində yerləşən 77.8 kv.m-dən ibarət fərdi yaşayış evini boşaltmaqla həmin evdən çıxarılması, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. (hakim Qələmd ar Abbasov) b) Apellyasiya instansiyası məhkəməsində icraat

4. Qarşılıqlı iddiaçılar Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ilk iddianın rədd olunması, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.

5. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1623/2022 saylı mülki iş üzrə 17 iyun 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 15 iyul 2022-ci il tarixdə poçt qəbzinə imza edilməklə qəbul edilmişdir.

7. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh2 08 iyun 2023-cü il tarixdə kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1623/2022 saylı mülki iş ü zrə 17 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilib, işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişlər.

8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1623/2022 nömrəli, 04 iyul 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. (hakimlər Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov, Fikrət Mehtiyev)

9. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarının 140-cı vərəqində olan poçt göndərişinin verilməsi barədə xəbərnamədən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 17 iyun 2022-ci il tarixli qətnaməsi qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayətində qeyd etdikləri ünvana göndərilmiş və sözügedən q ətnamə onlar tərəfindən 15 iyul 2022-ci il tarixdə qəbul edilmişdir. Lakin qətnamədən verilmiş kassasiya şikayəti 08 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin dəftərxanasına daxil olmuşdur. Göründüyü kimi, kassasiya şikayəti onun verilməsi üçün nəzərdə tutulmuş 2 ay müddət keçdikdən sonra Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəlləsinin 135.1, 135.2, 135.5, 405.0.1 və 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

11. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün icraata qəbul e dilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

12. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehlər qətnamədən məlumatlı olmamış, onu rəsmi qaydada almamışlar. MPM-in müyyən etdiyi qaydaya görə müddətin axımı qətnamənin çıxarıldığı vaxtdan deyil, təqdim olunduğu (alındığı) vaxtdan hessblanmalıdır. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyil və məhkəmə yalnız qətnamənin çıxarıldığı vaxta istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur edə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfin dən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikay ət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyas iya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olu nmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

14. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

15. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı tam mübahisələndiril ib. Buna görə də məhkəmə kollegiyası qərardadı tam yoxlayır.

16. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. Apellyasiya instansiyası məhkəməsi işin m üəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

19. Apellyasiya instansiyasınin müəyyən etdiyi işin hallarından görünür ki, qətnamə qarşılıqlı iddiaçılar tərəfindən 15 iyul 2022-ci il tarixdə sifarişli poçt qəbzini imza etməklə qəbul edilmiş, kassasiya şikayəti 08 iyun 2023-cü il tarixdə verilməklə müddət ötürülmüş və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət də verilməmişdir.

20. Belə olan halda da, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin kassasiya şikayətini qaytarması MPM-in 405.0.1 və 408.1.4-cü maddələrinin tələblərinə uyğun olub.

21. Məhkəmə kollegiyası kassatorların qətnamədən məlumatlı olmamaları, qətnaməni rəsmi qaydada almamaları barədə kassasiya şikayətinin dəlillərini qəbul etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qeyd e tdiyi kimi qətnamənin kassatorlar tərəfindən 15 iyul 2022-ci il tarixdə almaları barədə sifarişli poçt qəbzi vardır. Həmin qəbz də mübahisələndirilmir.

22. Bu baxımdan, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır.

23. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

24. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1623/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar