Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3769/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh3 və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-486/2018 saylı iş üzrə 14 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı Qaradağ rayonu, unvan 1 mənzilə köç ürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.İmanov, E.Nəbiyev və R.Qurbanov, İş № 2(103)-10236/2018) Cavabdeh3 apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-486/2018 saylı iş üzrə 14 fevral 2018-ci il tarixli qətnaməsi Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh3 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası MPM-nin 307ci maddəsinə və “İnzibati İcraat haqqında” Qanunun 2-ci maddəsinə, İPM-nin 1.1, 2, 8-ci maddələrinə istinad edib qərar qəbul edərkən, ilk növbədə həmin maddələrin tələblərini ciddi pozmuşdur. Qəbul edilmiş qərardan göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi iddia tələbinin mülki qanunvericiliyin, yəni hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair MPM-nin 307-ci maddəsinin tələblərinə uyğun olmadığı, qənaətinə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsi əsassız, qanunsuz və ədalətsiz qərardad qəbul edərkən Azərbaycan Respublikası MPM-nin 8, 9, 14.1, 263, 305, 307.1 -ci və İPM-nin 1.1, 2, 8-ci maddələrində nəzərdə tutulan tələblərini ciddi pozmuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilm əsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyası, iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 sentyabr 2018 -ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 20 saylı, 01 dekabr 2017-ci il tarixli arayışdan görünür ki. İddiaçı Cavabdeh1 məxsus. ünvan 2-də qeydiyyatdadır. AZE serialı 17147286 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri. ünvan 1-də qeydiyyatdadır. İddiaçı 1994-cü ilin aprel ayının 3-də Cavabdeh1 məxsus ünvan 1 ünvanına gəlin köçmüş, həmin evdə 3 uşağı doğulmuşdur və cehiz əmlakları qeyd olunan evdədir. Qaradağ rayon mə hkəməsinin 11 avqust 2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh3 arasında olan nikah pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, İddiaçı Cavabdeh3 ilə 05 fevral 1994-cü il tarixdə rəsmi nikaha daxil olmuş və ünvan 2 ünvanına Cavabdeh3 ailə üzvü yəni onun arvadı kimi köçmüş və onunla birlikdə uzun müddət həmin mənzildə yaşamaqla ümumi təsərrüfat aparmışdır. Göründüyü kimi iddiaçı cavabdehlərin razılığı ilə ailə üzvü kimi köçüb həmin mənzildə yaşamış, onunla birlikdə ümumi təsərrüfat aparmaqla orada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticələrini aşağıdakı maddi və prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsində göstərilir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Respublika məhkəmələri tərəfindən mənzil qanunveriçiliyinin tətbiqi tə crübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli 2 №-li Qərarının 7-ci bəndində də göstərilir ki, ərin (arvadın) yaşayış sahəsinə hüququ haqqında mübahisəni həll edərkən məhkəmə işin konkret hallarını nəzərə almaqla kirayəçinin və onun yetkinlik yaşma çatmış ailə üzvlərinin ər(arvad) mənzilə köçürülərkən etiraz etmədiklərini faktiki razılıq kimi qəbul edib, onların mənzilə pasport qeydiyyatı olmadığı hallarda belə, yaşayış sahəsinə hüquqlarını tanıya bilər. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələbinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər, bütün vəzifələri yerinə yetirm əlidirlər. İcarədarın arvadı (əri), onların uşaqları və valideynləri, icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilirlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respu blikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarının 2-ci bəndində göstərilir ki,Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunveriçilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə.icarədar onun ailə üzvlərinin müvəqqəti.o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin araşdırılmış hallarına uyğun olmaqla əsaslıdır. Kassasiya şikayətinin tətbiq edilməli olan qanunun tətbiq edilməməklə maddi hüquq normalarının pozulması barədə dəlili ilə əlaqədar kollegiya qeyd edir ki, həmin dəlil əsassızdır ona görə ki, hüquq münasibətləri 1994-cü ildən yarandığından, həmin mübahisəli ev mülkiyyətdə olmamış, eləcə də iddiaçı gəlin gəldiyi gündən mübahisəli evdə yaşamaqla orada uşaqları dünyaya gəlmişdir. İddiaçı ailə üzvü kimi qəbul edilərək evə köçürüldüyündən, sonuncunun həmin evdə cavabdehin razılığı ilə uzun müddət yaşayaraq ümumi təsərrüfatı birgə idarə etdiklərindən İddiaçı azyaşlı uşağı ilə birlikdə ün van 2 saylı evinə köçürülmələri barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin qənaəti əsaslıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir və qanuni, əsaslı olan Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğvinə əsas ola bilməz. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya Məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnam əsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3769/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3769/2019
03.06.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver