Məhkəmə qərarları › İş №2(102)-3769/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3769/2021

17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3769/2021 17.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh Şakir oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3769/21 (Açar sözlər: prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2021-ci il tarixli, 2(106)2287/2019 saylı qərardadından Cavabdeh kassasiya şikayəti üzrə işə 17 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, sonuncudan 3.250 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şirvan Şəhər Məhkəməsinin 08 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Z.M.Əliyev) iddia təmin edilib. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər T.X.Heydərov sədrlik edən, məruzəçi, T.S.Kərimov və F.N.Ab basov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Şirvan Şəhər Məhkəməsinin 08 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia rədd edilib. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.A.Mirzəliyev sədrlik edən, məruzəçi, T.A.Qoldman və G.A.Quliyev) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməs inə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Q.Əsədov sədrlik edən, məruzəçi, M.K.Həsənov və Z.A.Zeynalov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Şirvan Şəhər Məhkəməsinin 08 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. 31 mart 2021-ci il tarixdə cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi və ya mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2021-ci il tarixli qərardadı ilə cavabdehin həmin məhkəmənin 20 senty abr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, cavabdeh qətnamədən kassasiya şikayətini prosessual müddəti ötürməklə verib. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin surəti cavabdehin mülki iş materiallarında olan ünvanına rəsmi qaydada göndərilib, lakin göndərilmiş məktubun üzərində “köçüb” qeydi edilməklə məktub geri qaytarılıb. Cavabdehin müraciətindən sonra qətnamənin surəti 22 yanvar 2021-ci il tarixdə onun ünvanına təkrarən göndərilib. İşə əlavə edilmiş sübutlar, o cümlədən qətnamənin icrası qaydasında icra məmuru tərəfindən həyata keçirilmiş çoxsaylı icra hərəkətləri onu deməyə əsas verir ki, qətnamədən kassasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulmu ş prosessual müddət cavabdeh tərəfindən ötürülüb. Ona görə də kassasiya şikayəti geri qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 146, 408.1.4-cü maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual normaların tələblərini pozaraq, iş üzrə düzgün olmayan qərardad qəbul edib. Kassasiya şikayətinə qarş ı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, Cavabdeh və vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 405.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən ondan 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 47.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara q iymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kim i qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün apelyasiya instansiyası məhkəməsinin qərardadının əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Mülki Proses sual Məcəllənin 405.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən ondan 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 47.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsi sadalanan mülki prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə tətbiq edib, işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin sözüged ən qətnaməsindən kassasiya şikayəti mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülməklə verilib. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin surəti cavabdehin mülki iş materiallarında olan ünvanına rəsmi qaydada göndərilib, lakin göndərilmiş məktubun üzərində “köçüb” qeydi edilməklə məktub geri qaytarılıb. Cavabdehin müraciətindən sonra qətnamənin surəti 22 yanvar 2021-ci il tarixdə onun ünvanına təkrarən göndərilib. Həmçinin, mülki iş materialları ilə müəyyən olunur ki, iş üzrə Şirvan Şəhər Məhkəməsinin 08 avqust 2018-ci il tarixli qətnaməsi icraya yönəldilib və Şirvan şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 28 fevral 2020-ci il tarixli “İcraata başlamaq haqqında” Qərar qəbul edilib. Daha sonra, iş üzrə borclu olan cavabdehə tələbin könül lü icrası barədə 28 fevral 2020-ci il tarixdə bildiriş göndərilib və həmin bildiriş onun tərəfindən 27 iyul 2020-ci il tarixdə qəbul edilib. Eyni zamanda, borclu olan cavabdeh tələbi könüllü icra etmədiyindən, Şirvan Şəhər Məhkəməsinin 24 iyul 2020-ci il tarixli “İnzibati xəta haqqında” Qərarına əsasən, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilib. Apellyasiya instansiyası məhkəməsi ötürülmüş prosessual müddəti nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, cavabdehin hələ 27 iyul 2020-ci ildə, icra sənədi barədə bildiriş təqdim edilən gündən qətnamə barədə məlumatı olub. Sonradan cavabdeh ünvanını dəyişib, lakin bu barədə nə məhkəməni, nə də icra məmurunu məlumatlandırmayıb. Halbuki, Mülki Prosessual Məcəllənin 146-cı maddəsinin tələbinə görə, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Apellyasiya instansiyası məhkəməsi sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə tətbiq edib, cavabdehin irəli sürdüyü arqumentlərlə razılaşmayıb düzgün olaraq bu qənaətə gəlmişdir ki, kassasiya şikayəti vermək üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddət cavabdeh tərəfindən açıq-aşkar ötürülüb. Mülki Prosessual Məcəllənin 408.1.4-cü maddəsinə əsasən, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verilməmişsə kassasiya şikayəti geri qaytarılır. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, cavabdehin qətnamədən verdiyi kassasiya şikayətini geri qaytarmaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2021-ci il tarixli, 2(106)-2287/2019 saylı qərardadı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar