Məhkəmə qərarları › İş №2(102)-377/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-377/2020

23.01.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-377/2020 23.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X3 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh2 və onun vəkili X1 iştirakı ilə, Cavabdeh2tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)14265/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadından verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Səbail rayon məhkəməsinin (hakim Zaur Əliyev) xx xxxxxx 2018-ci il tarixli 2(009)-412/2018 saylı qətnaməsi ilə iddia qi smən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, 4-cü Nərimanov döngəsi, 35 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər Xumar Mərdanova sədrlik edən və məruzəçi, İsmayıl Vəliyev, Elnur Həsənov) xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Vahid Sadıqov - sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, Azad İmanov) xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(009)-412/2018 s aylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş birgə apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və mülki işin birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. İşin halları İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qızının bankın mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, 4-cü Nərimanov döngəsində yerləşən 35 saylı fərdi yaşayış evinin 5/8 hissəsindən çıxarılmaları, həmin hissənin boşaldılıb banka təhvil verilməsi və cavabdehlərin həmin evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh2kassasiya şik ayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Nə onun, nə də qardaşı Cavabdeh3 Səbail rayon məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində işə baxılmasından heç bir məlumatı olmamışdır. Bütün bu hallar kobud prosessual pozuntudur və ona görə də, qərardad ləğv edilməlidir. Tərəflərin izahatları: Cavabdeh2 və onun vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və cavabdehlər gəlmədiklər i üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, Cavabdeh2 və onun vəkili X1 izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən daha əvvəl İddiaçı ASC, eləcə də cavabdehlər Ca vabdeh1 ilə Cavabdeh3 birgə apellyasiya şikayətləri vermişlər. Bank apellyasiya şikayətindən imtina etdiyi üçün Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərardadı ilə imtina qəbul edilmiş, həmin şikayətə münasibətdə apellyasiya icraatına xitam verilmişdir. Cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 apellyasiya şikayəti üzrə isə işə baxılaraq, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə şikayətin təmin edilmədən, Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə Cavabdeh2 ərizə ilə Səbail rayon məhkəməsinə müraciət edərək, mülki iş üzrə məhkəmə iclasları barədə bildirişləri və qətnaməni almadığını bildirərək, apellyasiya şikayəti vermək məqsədilə qətnamənin surətinin ona verilməsini xahiş etmişdir. Həmin ərizədə aparılmış qeyddən aydın olur ki, qətnamənin surəti Cavabdeh2 xx xxxxxxx 2019-cu il tarixdə təqdim olunmuşdur. xx xxxxxxx 2019-cu il tarixdə isə Səbail rayon məhkəməsinə Cavabdeh2 ilə Cavabdeh3 birgə apellyasiya şikayəti daxil olmuş, məhkəmə də onu işə əlavə edərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh3 artıq bir dəfə apellyasiya şikayəti vermiş və həmin şikayətə baxılaraq müvafiq məhkəmə aktı qəbul olunmuşdur. Digər tərəfdən isə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixl i qətnaməsi ilə Səbail rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi qismən yox, tam yoxlanılmışdır və belə olan halda həmin qətnaməyə apellyasiya icraatı qaydasında yenidən baxılması (hətta qətnamədən apellyasiya verməmiş şəxslərə aid hissədə) qüvvədə olan prosessual qanunveciliyin tələblərinə görə mümkün deyildir. Ona görə də apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini qeyri-mümkün hesab etmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə baxılmasını qeyrimümkün edən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üç ün əsas ola bilməz. Kassasiya şikayətində qeyd edilən hallar, yəni onların məhkəmə iclaslarında xəbərsiz olmaları apellyasiya instansiyası məhkəməsinin prosessual normalara uyğun olaraq çıxarılmış qərardadının ləğv edilməsi üçün əsas deyildir. Çünki apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında yoxlandığından apellyasiya şikayətinə baxılmasını qeyri-mümkün hesab etmişdir. Cavabdeh İradə Abbasovanın həmin qətnamədən kassasiya şikayəti vermək hüququ saxlanılır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini r əhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh2 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-14265/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar