Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3770/2020 17.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh qızının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Cavabdeh qızıtərəfindən Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)3201/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin (hakim Seyfəli Seyfullayev) xx xxxxxx 2018-ci il tarixli 2( 021)-4108/2018 nömrəli məhkəmə əmri ilə borclu Cavabdeh qızından 100000 manat tutularaq X7 Uğurun xeyrinə ödənilməsi əmr edilmişdir. Bərdə Rayon Məhkəməsinin (hakim Seyfəli Seyfullayev) xx xxx 2019-cu il tarixli 2(021)-374/2019 nömrəli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilərək Cavabdeh qızından cəmi 85000 manat borc və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq X9 xeyrinə verilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi rəddedilmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh reqress qaydada X2 qarşı məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Rəhman Muradov sədrlik edən və məruzəçi, Şəfiqə Əliyeva, Ədil Məmmədov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləCavabdeh qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməm iş, Bərdə Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: X7 Uğur borclu Cavabdeh qızına qarşı Bərdə Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, borcludan 100000 manat alınıb ona verilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmiş, xx xxxxxx 2018-ci il tarixli 2(021)-4108/2018 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh qızı məhkəmə əmrinin ləğvi barədə ərizə verdiyindən Bərdə Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(021)-4108/2018 nömrəli qərardadı ilə həmin məhkəmənin xx xxxxxx 2018-ci il tarixli 2(021)-4108/2018 nömrəli məhkəmə əmri ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla borclu Cavabdeh qızı arasında bağlanmış xx xxxxxx 2018-ci il t arixli kredit müqavilələrinə əsasən sonuncuya 100000 manat borc vermişdir. Dəfələrlə borcluya kredit müqavilələri üzrə öhdəliklərinin icra edilməsinə dair müraciət olunsa da, lakin müxtəlif bahanələrlə Cavabdeh borcu ödəməkdən imtina etmişdir. Cavabdeh qızı cavabdeh Gəncə şəhəri 5 saylı notariat kontoru və üçüncü şəxs X8rşı qarşılıqlı iddia verərək, Gəncə şəhəri 5 saylı notariat kontorunun xüsusi notariusu X5 tərəfindən onunla Türkiyə Respublikasının vətəndaşı X13 arasında 45000 manat və 55000 manatın alınmasına dair 3M-27 və 3M-28 nömrəli reyestrdə təsdiq olunmuş xx xxxxxx 2018-ci il tarixli kredit müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, əslində müqavilələr üzrə 100000 manat Osman Dəmirci tərəfindən ona verilməmişdir. Belə ki, tanışı X1 X12 borcu olduğu üçün onunla həmin kredit müqavilələri bağlanmışdır. Mübahisələndirilən kredit müqavilələri başqa əqdi pərdələmək məqsədilə bağlanmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: Cavabdeh qızı kasasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Tanışı X1 X12 borcu olduğuna görə onunla kredit müqavilələri bağlanmışdır. Kredit müqavilələrin də göstərilən məbləğdə pul ona verilməmişdir. Mübahisələndirilən kredit müqavilələri digər başqa əqdi pərdələmək məqsədi ilə bağlanmışdır. Qeyd olunanları məhkəmə iclasında Bəybala İbadullayev özü də təsdiq etmişdir. Lakin işə baxan məhkəmə bunları nəzərə almamışdır. Tərəflərin izahatları: Cavabdeh qızının nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Digər cavabdeh Gəncə şəhəri 5 saylı notariat kontorunun notariusu məhkəməyə məktub göndərərək məhkəmə iclasının notariat kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat verm ədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələ rək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh qızı ilə iddiaçı X13 arasında 100000 manata dair (55000+45000=100000) xx xxxxxx 2018-ci il tarixdə 3M-27 nömrəli və 3M-28 nömrəli kredit (borc) müqavilələri bağlanmış və borc un qaytarılması xx xxx 2018-ci il tarixədək nəzərdə tutulmuşdur. Cavabdeh götürmüş olduğu öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş (iddia tələbinin həcmi sonradan azaldılaraq 85000 manat olmuşdur), Cavabdeh da öz növbəsində kredit müqavilələrin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia vermişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 390, 427, 431, 445, 448, 449, 509 və 739-cu maddələrinə istinadən hesab etmişdir ki, ilkin iddia tələbi tam təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsəl ən, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvə z edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, ilkin iddianı təmin, qarşılıqlı iddianı isə təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh işdə olan xx xxxxxx 2018-ci il tarixli 3M-27 və 3M-28 nömrəli kredit müqavilələrinin arxa tərəfində müqavilə şərtləri ilə tanış olmasına və qeyd olunan məbləğləri, yəni bir halda 55000 manat, digər halda isə 45000 manatı qəbul etməsi barədə qeyd yazaraq öz imzası ilə təsdiq etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbində, birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apelyasiya şikayətində etirazının əsası kimi kredit müqavilələri üzrə ona borcun verilməməsi və borcun X2 aid olmasını qeyd etsə də, lakin bu barədə hər hansı mötəbər sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları əsaslandırmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafi q olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutlara hərtərəfli baxaraq qiymətləndirmək dedikdə, sübut edilməli olan halları və faktları həm təsdiq, həm də inkar edən sübutların dəqiq araşdırılaraq qiymətləndirilməsi, həm də istənilən sübutun qanunvericiliyin bütün tələblərinə cavab verib-vermədiyinin yoxlanılması başa düşülür. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il t arixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlərəsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kasasiya şikayəti nin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıd ır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh qızının kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-3201/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-3770/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3770/2020
17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver