Məhkəmə qərarları › İş №2(102)-3770/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3770/2021

16.06.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3770/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: qanunsuz tikilinin sökülməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-616/2021 nömrəli iş üzrə 04 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərar ı qəbul etdi. İşin halları: Tovuz rayonunun Qaraqoyunlu kəndində yerləşən 0,02 hektar və 0,03 hektar ölçüdə torpaq sahələri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 16 yanvar 2017-ci il və 20 noyabr 2019-cu il tarixli çıxarışlara əsasən mülkiyyət hüququ əsasında həmin kəndin sakini İddiaçı məxsusdur. İş üzrə Cavabdeh tərəfindən İddiaçı məxsus torpaq sahələrinin qarşısında, yolun mühafizə zolağında 85 metr uzunluğunda sahibkarlıq obyekti inşa edildiyi üçün tərəflər arasında mübahisə yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin dekabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən onun torpaq sahələrinin qarşısını kəsən və yolun mühafizə zolağında yerləşən qanunsuz tikilinin onun mül kiyyətindən istədiyi kimi istifadə etmək hüququnu pozmasını əsas göstərməklə Bərdə-Ağdam magistral yolunun 30 metrliyində yerləşən və ona məxsus torpaq sahələrinin qarşısını kəsən özbaşına tikilinin cavabdehin vəsaiti hesabına sökülməsinə və ona məxsus torpaq sahəsinə olan gediş-gəliş yolunun açılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 2(061)-193/2020 saylı, 31 may 2020-ci il tarixli qətnaməsi ilə (hakim: E.A.Bayramov) iddia təmin edilmiş və Cavabdeh İddiaçı məxsus torpaq sahələrinin qarşısında inşa etdirdiyi qeyri-yaşayış sahəsinin onun hesabına sökülməsi və İddiaçı məxsus torpaq sahələrinə gediş gəliş yolunun açılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Ağdam rayonunda n məcburi köçkün olmaqla 1994-cü ildən Bərdə-Ağdam yolunun kənarında xırda ticarətlə məşğul olmasını, iddiaçının həmin torpaq sahəsini alarkən bunu bilməsini, onun tərəfindən inşa edilmiş tikilinin iddiaçıya məxsus torpaq sahələrinə gediş-gəlişi bağlayıbbağlamamasının iş üzrə ekspertiza təyin edilməklə yoxlanılmamasını, məhkəmənin işin faktiki hallarını nəzərə almadan tikilinin sökülməsi barədə qətnamə qəbul etməsini əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-616/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Z.Mamedov (sədrlik edən və məruzəçi), F.Ə.Mehtiyev və A.V.Bayramov) apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli, 2(061)-193/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh kassasiya şikayəti verərək onun tərəfindən inşa edilmiş tikilinin iddiaçının torpaq sahəsinə gedən yola maneçilik törətməməsini, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkə tlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına m üvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələr in işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh tərəfindən inşa edilmiş tikili Bə rdə-Ağdam avtomobil yolunun qorunma (mühafizə) zolağında yerləşməklə müvafiq icazələr alınmadan inşa edilmiş və iddiaçıya məxsus torpaq sahəsinə gedən gediş-gəliş yolunu məhdudlaşdırmışdır. Cavabdeh tərəfindən inşa edilmiş tikili iddiaçının əmlakından istədiyi kimi istifadə etmək hüququnu məhdudlaşdırdığından, kollegiya hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (152.1) Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst s urətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (152.5) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2015-ci il tarixli 298 №-li qərarına görə dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma zolaqlarının ölç üləri respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində, yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində təsdiq edilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən həmin tikili avtomobil yolunun mühafizə zolağında inşa edilmişdir. İddia tələbində İddiaçı eyni zamanda mübahisəli tikilinin sökülməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya mara qlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-616/2021 nömrəli iş üzrə 04 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar