Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3770/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3572/2023 nömrəli iş üzrə 31 may 2023-cü il ta rixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən o, Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Abşeron rayonu Mehdiabad qəsəbəsi MKİS-nə qeydiyyatçı-kargüzar vəzifəsinə qəbul edilmişdir.
2. Cavabdehin xx.xx.2022-ci il tarixli Şiddətli töhmət verilməsi barədə əmrinə əsasən iddiaçıya üzərinə düşən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək öz işində qəsdən ciddi nöqsanlara yol verdiyi və bununla da əmək intizamını kobud surətdə pozduğu üçün Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Nəzərinə çatdırılmışdır ki, əgər belə hallar bir daha təkrar olunarsa onunla bağlanmış əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam veriləcəkdir. İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsində bu halı etiraf edərək, iştirakı olsa da mühəndisin göstərişi ilə verdiyini göstərərək, öz işində qalmağına köməklik göstərilməsini xahiş edərək, işdə olan nöqsanına, səhlənkarlığına görə üzr istəmişdir.
3. Cavabdehin direktor müavini tərəfindən direktora ünvanlanmış xx.xx.2022-ci il tarixli xidməti məlumatda göstərilmişdir ki, İddiaçı intizam təhbehindən nəticə çıxarmamış və öz qanunsuz əməllərini törətməyə davam etmişdir. Bunu həmin işçiyə rəsmi xəbərdarlıq edildikdən sonra əldə olunmuş və təkzibedilməz faktlar sübut edir. Buna görə də İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə birtərəfli qaydada xitam verilmə sinə göstəriş verilməsi xahiş edilmişdir.
4. Cavabdehin direktoru tərəfindən HİK-in sədrinə xx.xx.2022-ci il tarixdə təqdimat göndərilərək, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi məsələsinə baxılması və qərar qəbul olunması üçün iclas keçirilməsi təklif edilmişdir. HİK-in xx.xx.2022-ci il tarixli protokoluna görə, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə pozulmasına razılıq verilməsi qərara alınmışdır.
5. Cavabdehin 04 oktyabr 2022-ci il tarixli 1030 nömrəli əmrinə əsasən, Abşeron rayon Mehdiabad Mənzil-Kommunal İstismar Sahəsinin qeydiyyatçı-kargüzarı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinin tələblərinə müvafiq olaraq 70-ci maddəsinin ç) bəndinə əsas ən 04 oktyabr 2022-ci il tarixdən xitam verilmişdir.
6. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli Əmək müqaviləsi bildirişində əmək müqaviləsinə xitam verilməsini əsası kimi “68.2.a tərəflərdən birinin təşəbbüsü” göstərilmişdir.
7. İşəgötürən tərəfindən X7 Xidmətinə göndərilmiş xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, Abşeron rayonu Mehdiabad MKİS-nin qeydiyyatçı-kargüzarı İddiaçı və Şabran rayon MKİS-nin fəhləsi X1 iş vaxtı törətdikləri nöqsanlara görə işlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasan xitam verilməsi nəzərdə tutulmuşdur. Yalnız texniki səhv nəticəsində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin 2 yarımbəndinə əsasən xitam verilmişdir. Qeyd olunanları nəzərə alaraq əmək müqaviləsi bildirişinin mövcud xitam bəndinin etibarsız hesab edilərək Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə dəyişdirilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. 8. xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində əmək müqaviləsinə xitam verilməsinin əsası “70.ç işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiksə yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022ci il tarixli 1030 nömrəli əmrin ləğv olunması, işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün 1.535 manat pulun cavabdehdən alınaraq ona verilmə si, mediasiya ilə bağlı 50 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-674/2023 nömrəli iş üzrə 13 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Xəlilova) iddia təmin edilmiş, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin xx.xx.2022-ci il tarixli 1030 nömrəli əmri ləğv edilmiş, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Abşeron Rayon Mehdiabad Mənzil-Kommunal İstismar Sahəsinin qeydiyyatçı-kargüzar vəzifəsinə bərpa olunması, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tər əfindən 50 manat mediasiya xərcinin İddiaçı ödənilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndinə əsasən xitam verilmişdir. Lakin iddiaçının əmək vəzifələrini kobud şəkildə pozaraq heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əmrin verilməsinə əsas kimi əmrdə Mənzil İstismar Departamentinin Həmkarlar İttifaqı Komitəsinin 04 oktyabr 2022-ci il tarixli 12 saylı protokolu göstərilmişdir. Həmin protokoldan isə görünür ki, Həmkarlıq İttifaqı işəgötürən Mənzil İstismar Departamentinin direktorunun İddiaçı öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək öz işində qəsdən ciddi nöqsanlara yol verərək saxta aray ışlar verməsi, yol verdiyi nöqsanlara görə intizam məsuliyyətinə cəlb edilməsi, buna baxmayaraq yenidən eyni nöqsana yol verməsi səbəbindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə təqdimatına əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə pozulmasına razılıq vermişdir.... Göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi əsasları pozulmuşdur.” b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti vermişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3572/2023 nömrəli iş üzrə 31 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti tə min edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməmişdir.
14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Göründüyü kimi işəgötürənin xx.xx.2022-ci il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələblərinə uyğun olaraq 70-ci maddəsinin “ç” bəndinə əsasən əsasən xitam verilmişdir. Sistemə yerləşdirilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində isə əmək müqaviləsinə xitam verilməsinin əsası “68.2 “a” bəndi tərəflərdən birinin təşəbbüsü” göstərilmişdir. Sonra isə müraciət edərək, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasan xitam verilməsi nəzərdə tutulduğunu, yalnız texniki səhv nəticəsində Əmək Məcəlləsinin 68-c i maddəsinin 2-ci bəndinin 2 yarımbəndinə əsasən xitam verildiyi göstərildiyini və əmək müqaviləsi bildirişinin mövcud xitam bəndinin etibarsız hesab edilərək Əmək Məcəlləsinin 70-ci maddəssinin “ç” bəndi ilə dəyişdirilməsinə köməklik göstərilməsi xahiş edilmiş və xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində əmək müqaviləsinə xitam verilməsinin əsası “70.ç işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiksə yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” göstərilmişdir. İş materiallarında olan xidməti məktublara, Direktor tərəfindən verilmiş təqdimata və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli protokoluna nəzər yetirdikdə, qeyd olun an sənədlərdən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi qeyd edilmişdir. Apelyasiya baxışı zamanı cavabdeh tərəf ərizə təqdim edərək göstərmişdir ki, İddiaçı barəsində 04 oktyabr 2022-ci il tarixli əmrində mexaniki səhv olaraq göstərilmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndi düzəliş edilərək həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndi kimi qəbul edilmişdir. Həmçinin xx.xx.2023cü il tarixli işəgötürənin əmrini təqdim etmişdir. Əmrdə göstərilmişdir ki, X11 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinin tələblərinə müvafiq olaraq 2023-cü il 14 fevral tarixindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin. Mexaniki səhv olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci madd əsinin “a” bəndi düzəliş edilərək həmin məcəllənin 72-ci maddəsinin “e” bəndi kimi qəbul edilsin. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Lakin iddiaçının əmək vəzifələrini kobud şəkildə pozaraq heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi əsasları pozulmuşdur. Kollegiya əlavə olaraq aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. xx.xx.2022-ci il tarixli “Şiddətli töhmət verilməsi barədə” əmrə əsasən iddiaçıya üzərinə düşən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək öz işində qəsdən ciddi nöqsanlara yol verdiyi və bununla da əmək intizamını kobud surətdə pozduğu üçün Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İşçiyə şiddətli töhmət verildiyi tarixdən sonra sonuncu tərəfindən hər hansı intizam xətasına yol verilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Cavabdehin istinad etdiyi saxta arayışlar xx.xx.2022-ci il tarixli X2 ünvan 1 ünvanında müvəqqəti məskunlaşması barədə və xx.xx.2022-ci il tarixli X3 ünvan 2 ünvanında müvəqqəti məskunlaşması barədə olmuşdur. Göründüyü kimi hər iki arayış şiddətli töhmət verilməmişdən əvvəlki tarixlərə aiddir. Apelyasiya baxışı zamanı təqdim edilmiş arayışlar isə xx.xx.2022-ci il və xx.xx.2022ci il tarixli olmaqla, həmin arayışlar da şiddətli töhmət verilməmişdən əvvəlki tarixlidir. İşçiyə şiddətli töhmət verildikdən sonra işdən çıxarıldığı vaxta qədər işçi tərəf indən təkrar hansı intizam xətasına yol verilməsi müəyyən edilməmişdir. Əksinə, müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət verildikdən sonra iddiaçı işə buraxılmamışdır. Qeyd olunmalıdır ki, iddiaçıya konkret olaraq hansı arayışa (arayışlara) görə töhmət verilməsi, hansı arayışa (arayışlara) görə isə işdən çıxarılması cavabdehin təqdim etdiyi sənədlərdən müəyyən olunmur, nə də nümayəndələri bununla bağlı tutarlı arqument təqdim edə bilmədilər. Eyni zamanda cavabdeh tərəf təqdim etdiyi arayışların hansının nə vaxt aşkar olunması ilə bağlı da heç bir aydınlıq gətirə bilmədilər. Halbuki, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra isə işçiyə intizam tənbehi verilə bilməz. Beləliklə müəyyən olunur ki, iddiaçıya saxta arayışlar verdiyinə görə xx.xx.2022-ci il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş və həmin tarixdə o, faktik olaraq işdən kənarlaşdırılmışdır. Həmin vaxtdan iddiaçının hər hansı fəaliyyəti olmadığı halda, Mənzil İstismar Departamentinin direktor müavini Ehtiqad Məmmədov direktor Səbuhi Əhmədova yazdığı xx.xx.2022-ci il tarixli xidməti məlumatda guya iddiaçının aldığı intizam tənbehindən nəticə çıxarmayaraq öz qanunsuz əməllərini davam etdirdiyini, bunu həmin işçiyə rəsmi xəbərdarlıq edildikdən sonra əldə olunmuş və təkzibolunmaz faktlar sübut etdiyini göstərmişdir. Halbuki aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı töhmət aldıqdan sonra hər hansı i ntizam xətasına yol verməmişdir. İstər birinci instansiya məhkəməsində, istərsə də apelyasiya baxışında təqdim olunmuş arayışların (cəmi 4 ədəd) hamısı xx.xx.2022-ci il tarixədək verilmişdir. Yəni, iddiaçı həmin tarixədək yol verdiyi intizam xətalarına görə artıq intizam tənbehi almışdır və töhmət verildikdən 10 gün sonra işdən çıxarılması (əmək müqaviləsinə xitam verilməsi) eyni əmələ görə təkrar intizam məsuliyyətinə cəlb olunma kimi qiymətləndirilir ki, bu da kobud qanun pozuntusu hesab olunur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnaməni n ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.
16. Kassasiya şikayətinin dəlillərinə görə, Əliyeva X6 Mənzil İstismar Departamentinin Abşeron rayon Mehdabad qəsəbəsi üzrə Mənzil Kommunal İstismar sahəsində qeydiyyatçı-kargüzar vəzifəsində işlədiyi tarixdə əmək intizamını kobud surətdə pozaraq və özbaşınalıq edərək məcburi köçkün qəsəbəsində qeydiyyatda olmayan və faktiki yaşamayan şəxslərin orada yaşamaları haqqında saxta arayışlar hazırlamış və həmin arayışları rəsmi qaydada təsdiqləyərək əlbir olduğu şəxslərə təqdim etmişdir. İddiaçının qanunsuz saxta sənədlər verilməsi barədə sübutlarımı məhkəmə qəbul etməyərək, yalnız iddiaçının şifahi mülahizəsinə uyğun nəticəyə gəldi. Beləliklə, İddiaçı vəzifə səlahiyyətlərindən sui-istifadəyə davam edərək, işində ciddi nöqsanlara yol verdiy inə görə intizam məsuliyyətinə cəlb olunsa da, bu intizam tənbeh tədbirindən nəticə çıxarmayıb qanunsuz hərəkətlərinə davam etmişdir. Bu barədə Departamentin ilk Həmkarlar İttifaqı Komitəsinin 04 oktyabr 2022-ci il tarixli 12 saylı protokolu da tərtib edilmişdir. Yuxarıda qedy edilən normaları tətbiq edən məhkəmə əslində iddianın rədd edilməsi barədə qətnamə qəbul etməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; Maddə
60. Hüquq və azadlıqların inzibati və mə hkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 19. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə
11. İşəgötürənin əsas hüquqları
1. Əmək mü nasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək; Maddə
68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; Maddə
70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə
71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandır malıdır; Maddə
72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; Maddə
74. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları
2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı i lə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər; Maddə
80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; Maddə
300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzə rdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin halla rının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasi ya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüqu qi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
25. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozu lması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
28. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri əsassızdır. Aşağı instansiya məhkəmələri tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən xitam verilsə də, sonuncunun əmək vəzifələrini kobud şəkildə pozaraq heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsinə dair sübutlar məhkəməyə təqdim edilməmiş, işçiyə şiddətli töhmət verildikdən sonra işdən çıxarıldığı vaxta qədər işçi tərəfindən təkrar hansı intizam xətasına yol verilməsi müəyyən edilməmiş, əksinə, aşkar edilmişdir ki, xx.xx.2022-ci il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət verildikdən sonra iddiaçı işə buraxılmamışdır. Təqdim olunmuş arayışların (cəmi 4 ədəd) hamısı xx.xx.2022-ci il tarixədək verilmiş, iddiaçı həmin tarixədək yol verdiyi intizam xətalarına görə artıq intizam tənbehi almışdır, töhmət verildikdən 10 gün sonra işdən çıxarılması (əmək müqaviləsinə xitam verilməsi) eyni əmələ görə təkrar intizam məsuliyyətinə cəlb olunmadır.
29. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmi n edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3572/2023 nömrəli iş üzrə 31 may 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.