Məhkəmə qərarları › İş №2(102)-3770/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3770/2024

05.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3770/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:evdən çıxarılma 05.12.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu ( məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 aprel 2024-cü il tarixli, 2(105)618/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “X” ofisində İddiaçı (bundan sonra - iddiaçı) ilə X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, iddiaçı Suraxanı rayonu, Hövsan-Binə sütçülük qəsəbəsində yerləşən mənzili xx.xx.2022-ci ildə 37.500 manata X2 almışdır. 2. xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən, X1 rayonu, Hövsan südçülük sovxozu ərazisində istifadəsində olan 0.12 ha torpaq sahəsinə dair sənədləri toplamağı, 150 kv.m torpaq sahəsində tikinti işləri aparmağı, tikinti və torpaq sahəsini özəlləşdirməyi və sair hərəkətləri etməyi iddiaçıya etibar etmişdir.

3. X4 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş notarial qaydada təsdiq olunmuş ərizədə qeyd edilmişdir ki, Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən ona etibar edilmiş 0.015 ha torpaq sahəsini müvafiq olaraq təyinatı üzrə istifadə edilməsi məqsədi ilə iddiaçının istifadəsinə vermişdir. Həmin torpaq sahəsinə və üzərindəki tikiliyə dair heç bir iddiası və tələbi olmayacaqdır. Adından müxtəlif orqanlara onu təmsil etmək üçün verdiyi baş etibarnaməni onu xəbərdar etmədən ləğv etməyəcəyini öhdəsinə götürmüşdür. Eyni zamanda o həmin etibarnamə ilə yalnız ona verdiyi torpaq sahəsini özəlləşdirib öz adına keçirə bilər, başqa bir əmlaka iddia və tələbi olmayacaqdır. Hər hansı bir mübahisə yaşanarsa şəxsən özü cavabdehlik daşıyacaqdır.

4. X ASC ilə istehlakçı olan iddiaçı tərəf arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan xx.xx.2022-ci il tarixli müqavilənin surətində qeyd edilmişdir ki, bu Müqavilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82-№-li Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən etmişdir. 5. “X ” İB ilə istehlakçı iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin surətində qeyd edilmişdir ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edərək, istehlakçı isə aldığı qazın dəyərini qazsayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəniş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh (bundan sonra- cavabdeh) qarşı mənzildən çıx arılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi işin faktiki hallarına istinad edilməklə, onunla əsaslandırılmışdır ki, cavabdeh onun qızıdır. O öz evini satıb ona mənzil almaq üçün vəsait vermişdir. Cavabdeh hal-hazırda onun indi aldığı mənzilə girmişdir. Cavabdeh onu narahat edərək, bir sözlə normal yaşamağa imkan vermir. Cavabdeh onun iradəsinin əleyhinə olaraq ona məxsus mənzilə daxil olmuşdur. Cavabdehin hərəkətləri qanunsuz hesab edərək, iddiaçının mənzildən istifadə hüququnun pozulmasına səbəb olmuşdur. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. Cavabdeh iddia tələbinə qarşı etirazını bildirərək qeyd etmişdir ki, hazırda mübahisəli evdə yaşayır. Anası özü həmin mənzildə qalmaq istəmir, çıxıb getmişdir. 2013cü ildə anası Hövsan qəsəbəsində yerləşən evi satmış, evi satarkən ona pul verməmişdir. Onun oğlu həmin evdə qeydiyyatda olmuşdur. İki il kirayədə yaşadıqdan sonra iddiaçı ona zəng edərək ev aldığını bildirmiş, onu da mübahisəli evdə yaşamağı təklif etmişdir. O, da iddiaçı ilə yola getmədiyindən razı olmamışdır. Evi alarkən qızıllarını satıb pullarını anasına vermişdir. Anası da həmin pullarla evi tikdirmişdir. İddiaçı olan anası həmin evdə yaşamağa gəlsə də rahatçılıq istədiyindən uşaqların səsini bəhanə edərək onunla yaşaya bilməmişdir. Onun yaşamaq üçün başqa yaşayış yeri mövcud deyil.

9. Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(012)-4369/2023 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia təmin edilməmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, ünvan 1 ünvanının iddiaçıya məxsus olmasına dair hər hansı bir hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi, iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüquqları rəsmi dövlət reyestrində qeydə alınmamışdır.

11. Məhkəmə onu da qeyd etmişdir ki, ünvan 1 ünvanına dair iddiaçının mülkiyyət hüququnun yaranması üçün əsaslar mövcud olmamışdır.

12. Məhkəmə tərəfindən iş üçün əhəmiyyətl olan, işə aid edilən və mötəbər sübutlara əsasən qeyd etmişdir ki, iddiaçının mənzilə dair mülkiyyət hüququ olmasa da, həmin mənz ilə dair istifadə və sahiblik etdiyindən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından və tərəflərin izahatından görünür ki, cavabdeh iddiaçının qızıdır və iddiaçı kimi mübahisəli mənzildə yaşayır, başqa yaşamağa mənzilləri mövcud deyil. Həmçinin hər iki tərəf mübahisəli mənzilə münasibətdə eyni statusa malikdirlər. Mübahisəli mənzilin hüquq müəyyənedici sənədləri yoxdur.

13. Beləliklə, qanunun tələbinə görə tərəflərin mənzildən istifadə etməsində bərabər hüquqlara malik olmasını nəzərə alaraq məhkəmə qeyd etmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

14. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 14.3, 139-1.1, 146.1, 146.2, 178.1, 180.1-ci maddələrinə istinad etmək lə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və cavabdehin ona məxsus mənzildən çıxarılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti işin faktiki hallarına və iddia tələbinə uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin onun pulu ilə aldığı mənzilə daxil olaraq onu döyərək oradan qovması özbaşınalıqdır. Lakin məhkəmə buna hüquqi qiymət verməmişdir.

17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-618/2024 nömrəli, 15 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər A.M.Süleymanova (sədrlik edən, məruzəçi), Z.İ.Məmmədov və G.İ.Cabbarova) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Abşeron R ayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(012)-4369/2023 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, cavabdehin Abşeron rayonu, Südçülük Sovxozu ərazisində yerləşən (ev 12, mənzil 7) iddiaçıya məxsus yaşayış sahəsindən çıxarılması qət edilmişdir.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

19. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlak özbaşına tikili olmaqla, mülkiyyətçisi olmasa da, iddiaçının faktiki sahibliyində olmuşdur.

20. İşin hallarından g öründüyü kimi ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi özbaşına tikili olmaqla, hüquqmüəyyənedici sənədləri olmamış, iddiaçının əmlak hüquqları qeydə alınmamışdır.

21. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, həmin yaşayış sahəsi iddiaçı tərəfindən əldə edilmiş, sahibliyində və istifadəsində olaraq aidiyyəti qurumlar tərəfindən müvafiq müqavilələr bağlanılmaqla yaşayış sahəsinə kommunal xidmətlər göstərilir.

22. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh iddiaçının razılığı olmadan həmin evə köçərək orada yaşayır, bununla da iddiaçının yaşayış sahəsi üzərində sahiblik hüququnu pozmuşdur.

23. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan yaşayış evinin iddiaçı tərəfindən 2022-ci ildə əldə edilməsi, sonuncunun sahibliyində olması işin mübahisə siz hallarıdır.

24. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayəti təmin olunmalı, Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(012)-4369/2023 nömrəli qətnaməsi ləğv olunmalı və iddia təmin edilməlidir.

25. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 159, 164.1, 164.2, 165.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 372.6, 372.7, 384.0.2, 402.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddiaçının cavabdehə qarşı “mən zildən çıxarılma ”tələbinə dair iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Apellyasiya instansiyasında icraat zamanı məhkəmə belə bir nəticəyə gəlmişdir ki, iddiaçının mənzilə dair mülkiyyət hüququ olmasa da, həmin mənzilə dair istifadə və sahiblik etdiyindən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin məlum olmayan səbəblərdən, cavabdehin birinci instansiya məhkəməsində iştirakı olduğu halda, apellyasiya məhkəməsinə çağırılmamış və ona məlumat verilməmişdir. Apellyasiya məhkəməsinin qərarı barədə cavabdeh yalnız icra şöbəsinə çağırıldıqdan sonra məlumatı olmuşdur. Qətnaməni apellyasiya məhkəməsindən götürərkən ona bildirilmişdir ki, guya onun “*** *** ** **” mobil nömrəsinə zəng edilmişdir. Lakin cavabdehin belə bir nömrəsi olmamış və b elə nömrə işlətməmişdir. Apellyasiya məhkəməsi mübahisəli evin iddiaçı tərəfindən əldə edilməsini, sahibliyində və istifadəsində olmasını, kommunal xidmətlərlə əlaqədar müvafiq müqavilələr bağlanılması ilə əsaslandırmışdır. Məhkəmə təcrübəsinə əsasən kommunal xidmətlərlə əlaqədar müqavilələrin olmasına dair dəlillər formal xarakter daşıdığından iddianın təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə tərəfindən ilk əvvəl iddiaçının özbaşına tikili üzərində sahiblik hüququna malik olub-olmaması müəyyən edilməli idi. Mübahisəli evin hazırda iddiaçının istifadəsində və sahibliyində olması müəyyən edilməmiş, ümumiyyətlə iddiaçıya məxsusluğu sübut olunmamışdır. İddiaçının hazırkı iddia tələbini irəli sürməyə müvafiq subyektiv hüququ mövcud olmamışdır. Nəzərə alınmalıdır ki, hələ tikilinin yerləşdi yi torpaq sahəsinin iddiaçının mülkiyyətində olması, torpaq sahəsində yerləşən tikilinində onun mülkiyyətində olması demək deyildir. Çünki torpaq sahəsi və tikili hər biri ayrıca daşınmaz əmlaklardır və onların hər birinin özlərinə məxsus hüquqmüəyyənedici sənədləri olmalıdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə

159. Sahiblik əşyaya faktiksahibliyə nail olmaqla əldə edilir.

31. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlid ir.

32. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.

33. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir süb utun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməs i işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

42. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

43. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

44. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisə predmeti ola n daşınmaz əmlak (ev) özbaşına tikili olmaqla, mülkiyyətçisi olmasa da, iddiaçının faktiki sahibliyində olmuşdur. Yəni, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi özbaşına tikili olmaqla, hüquqmüəyyənedici sənədləri olmamış və iddiaçının əmlak hüquqları qeydə alınmamışdır.

45. Lakin, apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdıraraq qeyd etmişdir ki, mübahisəli yaşayış sahəsi iddiaçı tərəfindən əldə edilmiş və həmin ev onun sahibliyində və istifadəsində olaraq aidiyyəti qurumlar tərəfindən müvafiq müqavilələr bağlanılmaqla, onun adına kommunal xidmətlərin göstərilməsi barədə abonent kodları verilmişdir.

46. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan etiraz ərizəsinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh iddiaçının razılığı olmadan mübahisəli evə köçərək orada yaşayır və bununla da onun yaşayış sahəsi üzərində sahiblik hüququnu pozmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan yaşayış evi iddiaçı tərəfindən 2022-ci ildə əldə edilmişdir və həmin evin iddiaçının sahibliyində olması işin mübahisəsiz hallarıdır. Ona görə də iddia təmin edilməlidir.

47. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya etirazının dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlillərin təkrar araşdıralmasına lüzum yoxdur. Apellyasiya instansiyası məhkəməsi yuxarıda s adalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 aprel 2024-cü il tarixli, 2(105)-618/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar