Məhkəmə qərarları › İş №2(102)-3771/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3771/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3771/2021 16.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili Vəkil, cavabdeh Cavabdeh iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1253/2020 nömrəli iş üzrə 05 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayət inə dair işə 16 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, X ASC tərəfindən İddiaçı 08.01.2015-ei il tarixli kredit müqaviləsi əsasında 36 ay müddətinə, 22 % əlavə faiz ödəmək şərtilə 13.000 manat məbləğində kredit verilmişdir.

2. Həmçinin iş materiallarından görünür ki, 08.01,2015-ci il tarixli zaminlik müqaviləsi ilə İddiaçı X-dən götürdüyii kredit vaxtında qaytarılmasına görə zaminlər X5 və X4 birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər.

3. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, "xxxx" ASC tərəfindən Cavabdeh 10.07.2014-cü il tarixli kredit müqaviləsi əsasında 36 ay müddətinə, 22 % əlavə faiz ödəmək şərtilə 13.000 manat məbləğində kredit verilmişdir.

4. Bun dan başqa iş materiallarından görünür ki, 10.07.2014-cü il tarixli zaminlik müqaviləsi ilə Cavabdeh ‘X-dən götürdüyü kredit vaxtında qaytarılmasına görə zamin X6 birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 10929 (on min doqquz yüz iyirmi doqquz) manat pulun və dövlət rüsumu hesabına ödənilmiş 30 (otuz) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddianın həcminin azaldılmasına dair əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 9100 (doqquz min yüz) manat pulun və dövlət rüsumu hesabına ödənilmiş 30 (otuz) manat pulun alınıb ona verilməsinə da ir qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə uzun müddətdir ki, tanışdırlar və X «Abşeron neft-qaz çıxarma» idarəsində bir yerdə işləyirlər. O, öz şəxsi ehtiyacları üçün "xxxx" ASC-dən kredit götürmək niyyətində olmuş, Cavabdeh kredit məbləğinin artıq götürülməsini və bir hissəsini sonuncuya verməsini xahiş etmişdir. O, 13000 manat məbləğində kredit götürmüş, 7000 manatını Cavabdeh vermişdir. Aralarında olan razılaşmaya əsasən, Cavabdeh 7000 manat məbləğində krediti faizləri ilə birlikdə banka ödəməli olmuş, lakin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. O, cavabdehin yerinə 9720 manat məbləğində pul ödəmişdir. Cavabdeh onun pulunun bir hissəsini ödəsə də hazırda ona 9100 manat məbləğində borcu qalmışdır. Cavabdeh ona borclu olduğu pulu könüllü şəkildə ödəməkdən yayınır.

8. Tovuz Rayon Məhkəməsinin 05.09.2019-cu il tarixli, 2(062)-1788/2019 nömrəli qətnaməsi ilə (sədrlik edən Nofəl Mustafayev) iddia təmin edilmiş, Cavabdeh 9.100 (doqquz min yüz) manat məbləğində pulun və dövlət rüsumu hesabına ödənilmiş 30 (otuz) manat pulun alınıb İddiaçı verilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, 01 yanvar 2014-cü il tarixdə İddiaçı "xxxx" ASC-dən 13.000 manat məbləğində kredit götürmüş, həmin kredit məbləğinin 7.000 manatını Cavabdeh vermişdir. Aralarında olan razılaşmaya əsasən, Cavabdeh verilmiş 7.000 manat pulu faizləri ilə birlikdə özü banka ödəməyi öhdəsinə götürmüş, 9.720 manat məbləğində pul iddiaçının əmək haqqından tutulmuşdur. Hazırda Cav abdeh iddiaçıya 9.100 manat məbləğində borcu qalmışdır. İşin bu halı şahid ifadələri ilə də öz təsdiqini tapır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 445.2.1, 739.1, 740.1, 740.2, 1097.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

12. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1253/2020 nömrəli iş üzrə 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Süleymanov (sədrlik edən və məruzəçi), R.Mamedov və A.Hüseynzadə) apelyasiya şikayəti təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 05.09.2019-cıı il tarixli, 2(062)-1788/2019 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul ed ilməklə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı bankdan götürdüyü 13.000 manat pulun 7.000 manat məbləğini Cavabdeh verdiyini iddia etsə də, həmin hal iş materialları ilə təsdiq olunmur. Birinci instansiya məhkəməsi isə iddiaçının izahatı ilə şahid ifadələrini əsas götürməklə, iddianın təmin edilməsi nəticəsinə gəlmişdir.

14. Birinci instansiya məhkəməsinin 05.09.2019-cu il tarixli iclas protokolundan görünür ki, şahid qismində X1 məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, o, hər iki tərəflə bir yerdə işləyir. 01 yanvar 2014-cü il tarixdə İddiaçı "xxxx" ASC- dən 13.000 manat məbləğində kredit götürmüş, həmin kreditt məbləğinin 7.000 manatını onun yanında Cavabde h vermişdir. Aralarında olan razılaşmaya əsasən. Cavabdeh verilmiş 7000 manat pulu faizləri ilə birlikdə özü banka ödəməyi öhdəsinə götümüş, 9720 manat məbləğində pul iddiaçının əmək haqqından tutulmuşdur. Tərəflərin onun yanında apardıqları danışıqlara əsasən ona məlum olmuşdur ki. hazırda Cavabdeh iddiaçıya 9.100 manat məbləğində borcu qalmışdır. X2 məhkəmə iclasında tərəflərlə iş yoldaşı olduğunu, şahid X3 İddiaçı ilə dost olduğunu bildirdi və onlar X1 ilə tamamilə eyni məzmunlu ifadə vermişlər.

15. Kollegiya əvvəla onu qeyd etmişdir ki, hər üç şahidin tamamilə eyni ifadə verməsi, onların üçünün də iddiaçı tərəfindən cavabdehə pul verilməsi prosesində iştirak etməsi, həmçinin tərəflərin borc pulla bağlı danışıqlarının da məhz hər üçünün yanında olması ağlabatan deyildir. Digər tərəfdən, şahidlər iddiaçı tərəfindən cavabdehə pulun harada və nə məqsədlə verilməsi s. kimi halları, yəni tərəflər arasındakı mübahisənin xronoloji və məntiqi ardıcıllığını öz ifadələrində göstərə bilməmişlər.

16. Bundan başqa, şahidlər öz ifadələrində 01 yanvar 2014-cü il tarixdə İddiaçı "xxxx" ASC-dən 13.000 manat məbləğində kredit götürdüyü göstərsələr də, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 13.000 manat məbləğində kredit 08.01,2015-ci il tarixdə verilmişdir. Kollegiya göstərilənlərə əsasən iddiaçı tərəfindən təqdim edilmiş şahid ifadələrini mötəbər hesab etmir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı məhkəməyə "xxxx" ASC-dən götürdüyü 13.000 manatın 7.000 manat məbləğini cavabdehə verməsini təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmiş, təqdim etdiyi şahdilərin ifadələrinin mötəbərliyi şübhə altında olmuş, buna baxmayaraq birinci instansiya məhkməəsi həmin şahid ifadələrinə əsaslanmaqla və digər sübut növünün təqdim edilməməsini nəzərə almadan əsassız olaraq iddianı təmin etmişdir.

18. Halbuki, sübutlar, o cümlədən işdə iştirak edən şəxslərin izahatları qanunun tələbinə görə mübahisənin ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb etməli, həmin sübutların tamlığı, obyektivliyi, mötəbərliyi şübhə altında olmamalıdır. İş üzrə əhəmiyyət kəsb edən hallar o halda mötəbər sübut hesab olunur ki, həmin sübutların məzmununu təşkil edən məlumatlar işin həqiqi hallarına uyğun olsun. Hansı ki həmin hallar məhkəmənin iş üzrə obyektiv nəticəyə gəlməsi və son nəticədə ədalətli qərar qəbul etməsi üç ün zəmin rolunu oynayır. İşin həqiqi hallarına qiymət verilməməsi isə qəbul ediləcək məhkəmə aktının mötəbərliyini və obyektivliyini şübhə altına alır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

20. S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübu tları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən işdə iştirak edən şəxslərin izahatlarının, şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

21. Məhkəmə kollegiyası işin faktiki hallarım araşdıraraq hesab etmişdir ki. Cavabdeh 10.07.2014-cü il tarixdə öz adına "xxxx" ASC-dən 13.000 manat məbləğində kredit götürdüyü halda, 5 ay sonra İddiaçı bankdan götürəcəyi puldan 7.000 manat da istəməsi inandırıcı və ağlabatan deyildir.

22. Göründüyü kimi, Cavabdeh həm apelyasiya şikayətinin dəlillərində, həm də məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən ona pul verilməsini təkzib etmiş və Dilqəmdən ümumiyyətlə borc pul istəmədiyini, nə də iddiaçının ona borc pul vermədiyini göstərmişdir.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddiaçının iddianı təsdiq edən sübut təqdim etməməsini nəzərə almadan iddianın təmin edilməsinə dair mövqeyi prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə uyğun olmamışdır.

24. Məhkəmə kollegiyası cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə isə qeyd etmişdir ki, müqavilə tələbləri üçün nəzərə tutulmuş 3 illik iddia müddətinin tətbiq edilməsi üçün əvvəlcə tərəflər arasında borc müqaviləsi mövcud olmalı, cavabdeh tərəfindən iddiaçının hazırkı iddia ilə bağlı subyektiv hüququ pozulmalıdır ki, daha sonra həmin pozulmuş hüququn müdafiəsi üçün iddiaçı tərəfindən iddia qaldırılan zaman müddət ötürülmüş olsun. 25. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08.05.2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququ n pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

26. Hazırkı halda, İddiaçı tərəfindən Cavabdeh 7.000 manat məbləğində borc pul verilməsi öz təsdiqini tapmadığından mübahisəyə 3 illik iddia müddətinin tətbiqi qeyrimümkündür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakç ılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

30. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiy a instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

31. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Kassasiya baxışının hədləri

32. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

33. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələ lərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquq i faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

36. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. (maddə 324.1)

37. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. (maddə 324.4)

38. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. (maddə 324.6)

39. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1)

40. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)

41. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şə xslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2)

42. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (maddə 740.1) Mülki Prossesual Məcəllə

43. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

44. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

45. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

46. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmi yyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

47. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

48. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlə ri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1253/2020 nömrəli iş üzrə 05 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar